Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-43/2021 05.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X9, 3-cü şəxs X10 nümayəndəsi və vəkili X12 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 29 saylı iclasının qərarının qanunsuz və əsassız olduğundan ona aid olan hissədə ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 29 saylı iclas qərarının, X10 mülkiyyətində fərdi ev tikintisi üçün yaşayış məntəqələri torpaqlarının kateqoriyasına aid olan torpaq sahəsinin ayrılması haqqında müraciətinin məqsədəuyğunluğu barədə xx xxxxxxx 2019-cu il tarixli qərarının və X10 mülkiyyətinə fərdi ev tikintisi üçün yaşayış məntəqələri torpaqlar kateqoriyasına aid olan torpaq sahəsinin ayrılması haqqında xx xxxxx 2019-cu il tarixli qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt Bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli, 29 saylı iclasının qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Sumqayıt Bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli, 29 saylı iclasının qərarının ona aid olan hissəsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2004cü il tarixli, 145 saylı qərarına və həmin qərara əsasən “Torpağ sahəsinin qısamüddətli icarəyə verilməsinə dair” 04 dekabr, 2004-cü il tarixli, 48 saylı müqaviləyə əsasən Sumqayıt şəhəri, Yaşıldərə ərazisində yerləşən 0.12 ha bağ sahəsi iddiaçıya verilmişdir. Təxminən 2018 ci ildə tanımadığı bir şəxs tərəfindən hasarının uçurulmasını görmüş, ondan kim olmasını və nəyə görə ona mənə məxsus torpaq sahəsinin hasarını uçurmasını soruşduqda bu torpaq sahəsinin Sumqayıt Bələdiyyəsi tərəfindən ona veriləcəyini və orada həyət evi tikəcəyini bildirmişdir. İddiaçı ondan kim olduğunu soruşduqda adının X13 olduğunu bildirdi. İddiaçı həmin şəxsə torpaq sahəsinin 14 ilə yaxındır ki, onun istifadəsində olduğunu bildirmiş və ondan dərhal orada aparmaq istədiyi tikinti işlərinin dayandırılmasını və sökmüş olduğu hasarın bərpa olunmasını tələb etdi. Cavabdeh həmin torpaq sahəsinə dair onun da sənədlərinin olduğunu bildirsə də o, sənədlərini təqdim etməmişdir. Bu günə qədər də sökdüyü hasarı bərpa etməmişdir. Sumqayıt şəhər Bələdiyyəsindən verilən məlumata görə Torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2019-cu il tarixli 4 saylı iclasının 10-cu qərarı ilə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun natariusu tərəfindən təsdiq olunmuş Sumqayıt Bələdiyyəsi ilə vətəndaş arasında bağlanmış 4 Ə-655 reyestr nömrəli xx xxxxx 2019-cu il tarixli alıqı-satqı müqaviləsi əsasında xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və həmin qeydiyyatın nəticəsi olaraq X10 adına **********55 reyestr nömrəli çıxarış verilmişdir.Bundan başqa Sumqayıt Bələdiyyəsi tərəfindən bildirilmişdir ki, guya Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 145 saylı qərarı qanunvericiliyin tələbinə uyğun olmadığından ləğv edilmişdir. Bələdiyyənin elədiyi hərəkətlər tamamilə qanunsuz və əsassızdır. Belə ki, İcarə haqqında Azərbaycan Respublikası qanununun 4-cü maddəsinə əsasən Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. Sumqayıt Bələdiyyəsi tərəfindən qeyd olunan torpaq sahəsinə dair X11 hər hansı bir sənədin verilməsi, sənədləşmə işinin aparılması mümkün deyildir. Əgər belə bir sənədləşmə olmuşdursa bu qanunsuz və etibarsızdır. Çünki, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir, iddiaçı oranı abadlaşdırmış, yararlı torpaqla təchiz etmişdir. Sumqayıt Bələdiyyəsi iddiaçıya icarə müqaviləsinin birtərəfli qaydada ləğv olunması barədə heç bir xəbərdarlıq etməmiş, bununla bağlı bildiriş göndərməmiş və iddiaçının xəbərim belə olmadan icarə müqaviləsini qanunsuz olaraq birtərəfli qaydada (deməsinə görə) ləğv etmişdir. Halbuki bununla bağlı heç bir sənəd iddiaçıya təqdim olunmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsi torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydalarını müəyyən edir. Həmin maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.Həmin maddənin 2-ci bəndinə əsasən Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. Həmin maddənin 3-cü bəndinə əsasən Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər. İcarə haqqında Azərbaycan Respublikasının qanunun 13-cü maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. İcarə obyekti dövlətsizləşdirmə və özəlləşdirmə üçün açıldıqda icarə müqaviləsi ləğv edilmiş hesab olunur. Bu halda icarəçinin icarə obyektinə qoyduğu investisiyanı icarəyəverən bazar dəyəri üzrə ödəməlidir. İcarəyəverən təşkilatın yenidən təşkil edilməsi, habelə icarəyə götürülmüş əmlakın mülkiyyətçisinin dəyişməsi müqavilə şərtlərinin dəyişdirilməsi və ya onun pozulması üçün əsas deyildir. Müqavilənin müddəti qurtardıqdan sonra icarəçinin müqaviləni təzələmək hüququ vardır. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. İcarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. Qeyd edilənləri nəzərə alaraq, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığı halda,tamamilə əsassız şəkildə Sumqayıt Bələdiyyəsinin üzərində mülkiyyət hüququ dövlət qeydiyyatından keçmiş torpaq sahəsi ilə bağlı verdiyi inzibati aktı mübahisələndirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının mübahisələndiyi torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olmuş və bələdiyyənin ehtiyat torpaq fondunun torpağı kimi nəzərdə tutulmuşdu.Etiraza əlavə olunaraq məhkəməyə təqdim edilmiş sənədlərin surətindən də görünür ki,üçüncü şəxs X13 xx xxxx 2018-ci il tarixdə rəsmi qeydiyyatdan keçmiş ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək ona fərdi ev tikintisi üçün “Yaşıldərə" adlandırılan Sumqayıt şəhərinin cənubunda,“Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 5-ci məhəlləsi ərazisində sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Adı çəkilən ərizə əsasında Sumqayıt Bələdiyyəsi tərəfindən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi şöbəsinə müraciət olunaraq müvafiq rəylərin verilməsi xahiş olunmuşdur. Sumqayıt Bələdiyyəsinin müraciətlərinə cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli,75 saylı və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Sumqayıt ərazi şöbəsi tərəfindən xx xxxxxx 2018-ci il tarixli, 1736 saylı müvafiq rəylər və torpaq sahəsinin planı(sxemi)hazırlanaraq bələdiyyəyə təqdim olunmuşdur. Həmin sənədlərdə mübahisələndirilən torpaq sahəsinin ölçüsünün 552 kvadrat metr olmaqla Sumqayıt Bələdiyyəsinin mülkiyyətində olduğu,yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilməklə 6-cı qiymət zonasında yerləşdiyi, torpaq sahəsinin alqı-satqısına etiraz edilmədiyi bildirilmişdir. Bu sənədlər əsasında Sumqayıt Bələdiyyəsinin xx xxxxxxx 2018ci il tarixli,11 saylı iclasının 17 saylı qərarı qəbul edilərək Sumqayıt şəhərinin cənubunda,“Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 5-ci məhəlləsində sahəsi 552 kvadrat metr olan 179 saylı həyətyanı torpaq sahəsinin fərdi ev tikintisi üçün X10 mülkiyyətinə ayrılması haqqında müraciəti məqsədəuyğun hesab edilmişdir. Həmçinin,məhkəmənin nəzərinə onu da çatdırılır ki, bundan sonra mübahisələndirilən torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx xxxxx 2019-cu il tarixdə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilmiş və bu barədə bələdiyyəyə "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən" Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" təqdim olunmuşdur. Həmin sənədlər əsasında Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2019-cu il tarixli,04 saylı iclasının 10 saylı qərarı ilə Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında yerləşən Yeni yaşayış massivinin 5-ci məhəlləsində sahəsi 552 kvadrat metr olan 179 saylı həyətyanı torpaq sahəsi X10 mülkiyyətinə verilmiş,həmçinin bələdiyyə ilə X13 arasında xx xxxxx 2019-cu il tarixdə Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda torpaq sahəsinin alqısatqısına dair müqavilə bağlanılmış və X13 tərəfindən torpağın alqı-satqı haqqı olaraq 1264 manat pul məbləği Sumqayıt Bələdiyyəsinin hesabına ödənilmişdir. Bu səbəbdən iddiaçının bələdiyyənin öz mülkiyyətində olan və hər hansı şəxsin hüququ ilə yüklü edilməmiş torpaq sahəsini alqı-satqı qaydasında X5 və bununla da bələdiyyənin öz mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək hüququnu mübahisələndirməsini tamamilə əsassız və hüquqazidd hesab edirlər. İddiaçının belə bir iddia tələbi ilə çıxış etməsi müvafiq qanunvericilik aktlarının tələbləri ilə ziddiyyət təşkil etməklə yanaşı,torpağın mülkiyyətçisi kimi Sumqayıt Bələdiyyəsinin həm mülkiyyət hüququnu,həm də inzibati orqan olaraq diskresion səlahiyyətlərini aşkar şəkildə pozur. Həmçinin, məhkəməyə bildirilir ki, Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli,145 saylı iclasının qərarı ilə “Yaşıl dərə” ərazisində sahəsi 1200 kv. metr olan torpaq sahəsi bağ torpağı kimi İddiaçı mülkiyyətinə deyil, icarəsinə verilmişdir. Eyni zamanda həmin qərar qəbul edilərkən qanunvericiliklə müəyyən edilmiş qaydada Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin və Azərbaycan Respublikası keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin rəyləri alınmamışdır. Bu səbəbdən,məhkəmənin nəzərinə çatdırılır ki,adı çəkilən bələdiyyə qərarı, bir sıra digər bələdiyyə qərarları ilə birlikdə sonradan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında Sumqayıt Bələdiyyəsinin özü tərəfindən ləğv edilmişdir. Belə ki,iş materiallarında olan sənədlərdən də göründüyü kimi, “Yaşıl dərə” ərazisində sahəsi 1200 kv. metr olan bağ torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli,145 saylı iclasının qərarı ilə Sumqayıt Bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 29 saylı iclasının qərarı ilə ləğv edilmiş və həmin qərarın doğurduğu hüquqi nəticələrə son verilmişdir. Adı çəkilən qərarın ləğv olunması səbəblərindən biri də qeyd olunan ərazinin təyinatının müəyyən edilməsi və Sumqayıt şəhərinin baş planına bununla bağlı dəyişikliklərin edilməsi olmuşdur. Belə ki, Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli,145 saylı iclasının qərarı qəbul edilərkən həmin ərazinin təyinatı hələ müəyyən edilməmiş, ərazinin müvafiq baş planı hazırlanmamışdı.Torpaq sahələrinin baxımsız vəziyyətdə qalmaması, erroziyaya uğrayaraq bataqlıqlaşmaması üçün Sumqayıt Bələdiyyəsi həmin dövrdə müəyyən olunmuş ənənələrə əsasən torpaq sahələrini bağ sahəsi kimi ayrı-ayrı fiziki şəxslərin icarəsinə verirdi. Lakin 2006-2007-ci illərdə həmin ərazinin məqsədli təyinatı ilə bağlı müvafiq sənədləşmə işləri başa çatdırılmış və ərazinin baş plan hazırlanmışdır. Həmin torpaqayırma sənədlərinə əsasən “Yaşıl dərə” adlandırılan ərazidəki torpaqlar “Samur- Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış massivinə aid edilmiş və hər birinin sahəsi 600 kvadrat metrdən artıq olmamaqla həyətyanı sahələrə bölünərək fərdi yaşayış evlərinin tikintisi üçün nəzərdə tutulmuşdur. Ərazinin təyinatı dəyişdiyindən, həmçinin vaxtı ilə həmin ərazidə bağ torpaq sahəsi kimi torpaqların ayrılması barədə bələdiyyə qərarları verilərkən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin tələblərinə zidd olaraq müvafiq icra hakimiyyəti orqanlarından rəylər alınmadığından, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin tövsiyələri əsasında qanunvericiliyə uyğun olmayan şəkildə verilmiş adı çəkilən bələdiyyə qərarları Sumqayıt Bələdiyyəsinin özü tərəfindən ləğv edilmişdir. Belə olan halda hesab edirlər ki, İddiaçı mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından və o,torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyindən,onun hal-hazırki iddia tələbləri ilə çıxış etməsinin hüquqi əsasları mövcud deyildir. Həmçinin,məhkəmənin nəzərinə çatdırılır ki, iddiaçı 2012-ci ildən etibarən torpaq sahəsini qanunsuz olaraq X1,onun torpaqla bağlı hər hansı əlaqəsi də qalmamışdır. Belə ki, iddiaçı X6 cavabdeh X11 qarşı “sökülmüş tikilinin bərpa edilməsi, torpaq sahəsinə kənar müdaxilələrin qadağan olunması tələbinə dair” iddia ərizəsi əsasında Sumqayıt şəhər Məhkəməsinin icraatında olmuş 2(060)- 8716/2018 saylı mülki işin, habelə həmin iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən X10 verdiyi apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(105)- 1415/2019 saylı mülki işin araşdırılması zamanı X8 və onun vəkili X14 bildirmişlər ki, İddiaçı Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli,145 saylı iclasının qərarı ilə icarəsinə verilmiş “Yaşıl dərə” ərazisində yerləşən sahəsi 1200 kv. metr olan torpaq sahəsini 12 000 ABŞ dollarına X3. Bununla bağlı olaraq tərəflər arasında müvafiq sənəd də tərtib olunmuşdur. Belə olan halda aydın olur ki, iddiaçının mübahisələndirilən torpaq sahəsinə hər hansı hüququ və aidiyyəti artıq yoxdur, çünki o, 2012-ci ildə torpağı qanunsuz olaraq X4 torpaqdan faktiki olaraq imtina etmişdir.Hal-hazırki iddia da formal olaraq İddiaçı tərəfindən qaldırılsa da, əslində X6 yuxarıda qeyd olunan X11 qarşı “sökülmüş tikilinin bərpa edilməsi, torpaq sahəsinə kənar müdaxilələrin qadağan olunması tələbinə dair” iddia tələblərinin davamı kimi qəbul olunmalıdır. Bu səbəbdən hesab edirlər ki, iddiaçının irəli sürdüyü iddia tələbi əsassız və hüquqa zidd olmaqla yanaşı, bu tələb hüququ olmayan şəxs tərəfindən irəli sürülmüşdür. Məhkəmənin ötən iclaslarında iştrak edən bələdiyyənin nümayəndəsi X16 iddia tələbinə qarşı verilmiş etiraza uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmədə 3-cü şəxs X10 nümayəndəsi və vəkili X17 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, məhkəmə tərəfindən mübahisə predmeti olan qərarın ləğv edilməsi yolverilməzdir. Belə ki, iddiaçının ləğv edilməsi tələb edilən 29 saylı xx xxxxxx 2007-ci il tarixli Qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyələrlə İş Mərkəzinin müraciəti əsasında Sumqayıt Bələdiyyəsinin özü tərəfindən ləğv edilmişdir. Qeyd olunan Qərar Sumqayıt Bələdiyyəsi tərəfindən ləğv edildikdən sonra, həmin torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə X11 ayrılmış və torpaq sahəsinin üzərində X10 mülkiyyət hüquqları qeydə alınmışdır. Buna görədə 3-cü şəxsin nümayəndəsi və vəkii iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Sumqayıt bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 145 nömrəli İ qərarının surəti, bağ sahəsinin icarəyə verilməsi haqqında və xx xxxxxx 2014-cü il tarixinədək qüvvədə olmuş 48 nömrəli xx xxxxxx 2004-cü il tarixli müqavilə, Sumqayıt şəhər Bələdiyyəsinin bəzi qərarlarının ləğv edilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 29 saylı prokol ilə təstiq edilmiş qərarı, X11 torpaq sahəsinin ayrılması haqqında Sumqayıt Bəllədiyyəsinin xx xxxxxxx 2018-ci il tarixli 11 saylı qərarının surəti, DƏDRX-nin verdiyi 210 nömrəli reyester kitabının 5 nömrəli vərəqində qeydə alınmış çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyət baxımından uğurludur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 45 saylı protokol əsasında İddiaçı adına 0,12 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Həmin qərarın əsasında Sumqayıt Bələdiyyəsi ilə İddiaçı arasında xx xxxxxx 2014-cü ilədək qüvvədə olacaq 48 saylı icarə müqaviləsi bağlanmışdır. xx xxxxxxxx 2007-ci il tarixli 29 saylı protokolu ilə təstiq edilmiş qərarı ilə Sumqayıt Bələdiyyəsi tərəfindən bəzi qərarlar ləğv edilmişdir. Qeyd olunan qərarların içində həmçinin İddiaçı adına verilmiş xx.xx.2004-cü il tarixli 145 saylı qərarda olmuşdur. Sonradan Sumqayıt Bələdiyyəsi İddiaçı icarəsinə verilmiş torpaq sahəsinin X11 vermişdir. İddiaçın onunla icarə müqaviləsinin bağlanması üçün əsas olmuş 2004-cü il tarixli 45 saylı protokol əsasında ləğv qəbul edilmiş qərarın ləğv edilməsindən xəbəsiz olmuşdur. Belə ki, məhkəmə prosesində cavabdehin nümayəndəsindən Sumqayıt Bələdiyyəsinin xx xxxxxxxx 2007-ci il tarixli 29 saylı qərarının İddiaçı göndərilməsinə dair dəlilin təqdim edilməsi tələb edilsə də Sumqayıt Bələdiyyəsi tərəfindən həmin qərarın iddiaçıya göndərilməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı özünün gözlənti hüququnun pozulmasını və həmin torpaq sahəsinin ona ayrılmasında üstünlük hüququna malik olmasını bildirmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsi ilə X10 2018-ci ilin ortalarından davam edən müxtəlif məhkəmə prosesləri olmuşdur. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X6 iddia tələbi təmin edilərək, X11 həmin torpaq sahəsinə hər hansı bir kənar müdaxilənin və həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına qadağa qoyulmuşdur. Bunqan başqa həmin iş üzrə iddia təmin tədbiri barədə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qərardad xx xxxxxxxx 2018-ci ildə qəbul edilmişdir. Həmin qərardada əsasən qeyd olunan torpaq sahəsinin üzrərində hər hansı bir hərəkətlərin yerinə yetirilməsinə qadağa qoyulmiuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(105)-1415/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Qeyd olunan qətnamənin ləğv edilməsinə əsas həmin iş üzrə iddiaçı olan X2 hüququnun olmaması göstərilmişdir. Belə ki, həmin torpaq sahəsinin formal olaraq X6 adına satılmasına baxmayaraq, Sumqayıt Bələdiyyəsinin qərarı əsasında İddiaçı ayrılmışdır. Buna görədə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(105)- 1415/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi 2 ay sonra, yəni xx xxxx 2019-cu ildə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilər. Qeyd olunan normanın tələbləri baxımından Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iddianın təmin tədbirləri xx xxxx 2019-cu il tarixdən qabaq qüvvəsi itirməmişdir. Lakin Sumqayıt Bələdiyyəsi Sumqayıt Şəhər Məhkəməsinin qeyd olunan qərardadına əhəmiyyət vermədən xx xxxxx 2019-cu il tarixli qərarı ilə X11 mübahisə predmeti olan torpaq sahəsini ayırmış və nəticədə mübahisənin hüquqi həlli yolunu çətinləşdirmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Sumqayıt Bələdiyyəsi xx.xx.2004-cü il tarixli 145 saylı qərarını özünün digər qərarı (xx.xx.2007-ci il tarixli 29 saylı) ləğv etməkdə haqlı olmamışdır. Belə ki, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndində bələdiyyələrə öz qərarlarını ləğv etmək səlahiyyəti verilsə də hazırki iş üzrə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qərarı qəbul etməkdə haqlı olmamış və qanunsuz inzibati akt qəbul etmişdir. Həmin Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün xx xxxxxx 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Göründüyü kimi bələdiyyələr başqa şəxslərin hüquqlarına toxunan qərarlarını ləğv etmək səlahiyyətinə malik deyillər. Sumqayıt bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, Sumqayıt bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı 0,12 ha torpaq sahəsinin icarəsinə verilməsi haqqında Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarının ləğv edilməsinə dair Sumqayıt Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 29 nömrəli protokolu ilə təstiq edilmiş qərarı İddiaçı aid hissədə ləğv olunmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 0,12 ha torpaq sahəsinin icarəsinə verilməsi haqqında Sumqayıt Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarının ləğv edilməsinə dair Sumqayıt Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 29 nömrəli protokolu ilə təstiq edilmiş qərarı İddiaçı aid olan hissədə ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-43/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-43/2021
05.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver