Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-43/2024 24.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: sənədlərdə göstərilmiş koordinatlar arasında fərqin aradan qaldırılması, koordinatların uyğunlaşdırılması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin koordinatları arasında fərqin aradan qaldırılması, koordinatların uyğunlaşdırılması” tələbinə dair iddiası üzrə inzibati işə 24 oktyabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: Proses iştirakçıları tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. İV-ЖГ seriyalı, 479489 nömrəli “Nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, X38 və X20 22 noyabr 1988-ci il tarixdə nikaha daxil olmuşdurlar. (cild 1, sh.175)
2. 26 dekabr 1992-ci il tarixli, 3757 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”dən görünür ki, Sumqayıt şəhər icraiyyə komitəsinin “Bağlar təsərrüfatı idarəsi” tərəfindən 21 dekabr 1992-ci il tarixli qərarının 1 nömrəli protokolu əsasında X11 0,12 ha Saray, 3891 nömrəli bağ sahəsi köməkçi tikintilərlə birlikdə olaraq icarəyə verilmişdir. (cild 1, sh.100)
3. 26 dekabr 1992-ci il tarixli, 3759 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”dən görünür ki, Sumqayıt şəhər icraiyyə komitəsinin “Bağlar təsərrüfatı idarəsi” tərəfindən 21 dekabr 1992-ci il tarixli qərarının 1 nömrəli protokolu əsasında X29 0,12 ha Saray, B-3891 nömrəli bağ sahəsi köməkçi tikintilərlə birlikdə olaraq icarəyə verilmişdir. (cild 1, sh.106)
4. XVİİ-ЖГ seriyalı, 409968 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 18 avqust 1993-cü il təvəllüdlü X24 atası - X38, anası X15r. (cild 1, sh.158)
5. JN 1092B KOD 30800086 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”dən görünür ki, Sumqayıt şəhər İK BT-nın məsələləri üzrə komissiyasının 26 oktyabr 1988-ci il tarixli, 26 saylı qərarı və 1 fevral 2005-ci il tarixli, 7736 saylı icarə müqaviləsi əsasında 0,2350 ha Saray bağlar massivindəki 3886 saylı bağ sahələri X12 və onun ailə üzvləri Qədirova Badam, Qədirova Afət və Qədirov Müşviqin mülkiyyətin verilmişdir. Həmin şəhadətnamədə torpaq sahəsinin planı və ölçüsü (miqyas 1:1000), qaiməsi göstərilmişdir. (cild 1, sh.87)
6. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 20 sentyabr 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886A nömrəli bağ sahəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı qızının mülkiyyətindədir. (cild 1, sh.5)
7. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər Ərazi İdarəsinin 20 sentyabr 2007-ci il tarixli, AA seriyalı, 000536 nömrəli, **********75 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886A nömrəli bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı qızının xüsusi mülkiyyətindədir. Həmin sənəd Sumqayıt şəhər 2 saylı DNK, 30 avqust 2007-cı il tarixli, 4Ə3/281 nömrəli “Alqı-satqı müqaviləsi”; DTXK Sumqayıt şəhər şöbəsi, 9 mart 2005-ci il tarixli, JN1092B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədlər əsasında verilmişdir. Torpaq sahəsinin əsas göstəriciləri, planı (cizgisi) (miqyas 1:1000), döngə nöqtələrin koordinatları (X1-393388.36 Y1-4488193.24; X2- 393401.83 Y2-4488195.33; X3-393407.40 Y3-4488151.39; X4-393394.14 Y4- 4488148.65), arasındakı məsafələr, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış göstərilmişdir. (cild 1, sh.8, 92)
8. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Sumqayıt şəhər ərazi idarəsinin 20 sentyabr 2007-ci il tarixli, AA seriyalı, 000534 nömrəli, **********76 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886B nömrəli bağ sahəsi ünvanda yerləşən 0,06 ha torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir. Həmin sənəd Sumqayıt şəhər 2 saylı DNK, 30 avqust 2007-cı il tarixli, 4Ə3/287 nömrəli “Alqı-satqı müqaviləsi”; DTXK Sumqayıt şəhər şöbəsi, 9 mart 2005-ci il tarixli, JN1092B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” sənədlər əsasında verilmişdir. Torpaq sahəsinin əsas göstəriciləri, planı (cizgisi) (miqyas 1:1000), döngə nöqtələrin koordinatları (X1-393374.78 Y1-4488191.11; X2-393388.36 Y2- 4488193.24; X3-393394.14 Y3-4488148.65; X4-393381.63 Y4-4488146.06), arasındakı məsafələr, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış göstərilmişdir. (cild 1, sh.90)
9. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 13 noyabr 2013-cü il tarixli, A seriyalı, 470556 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhəri, Saray bağ massivi ünvanda yerləşən 1.200 kv.m torpaq sahəsi Sumqayıt şəhər İH-nın BTİ və İB-nın 26 dekabr 1992-ci il tarixli, 3759 saylı müqaviləsi əsasında X29 B-3891 saylı bağ evi tikintisi üçün verilmişdir. Həmin sənəddə torpaq sahəsinin planı (miqyas 1:500), kadastr göstəriciləri, qaiməsi, döngə nöqtələrin koordinatları (X1-393382.70 Y1-4488144.03; X2-393376.59 Y2-4488189.39; X3-393402.96 Y3-4488193.49; X4-393408.71 Y4- 4488149.56) arasındakı məsafələr göstərilmişdir (cild 1, sh.102).
10. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 18 noyabr 2013-cü il tarixli, A seriyalı, 470558 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhəri, Saray bağ massivi ünvanda yerləşən 1.200 kv.m torpaq sahəsi Sumqayıt şəhər İH-nın BTİ və İB-nın 26 dekabr 1992-ci il tarixli, 3757 saylı müqaviləsi əsasında X2 3891 saylı bağ evi tikintisi üçün verilmişdir. Həmin sənəddə torpaq sahəsinin planı (miqyas 1:500), kadastr göstəriciləri, qaiməsi, döngə nöqtələrin koordinatları (X1-393365.29 Y1-4488140.42; X2-393344.08 Y2-4488184.34; X3-393376.59 Y3-4488189.39; X4-393382.70 Y4- 4488144.03) arasındakı məsafələr göstərilmişdir. (cild 1, sh.96)
11. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 26 fevral 2014-cü il tarixli, 02/153 nömrəli məktubu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinə X12 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin (JN-1092B) WCS- 84 şəbəkəsi üzrə koordinatları göndərilmişdir: X1-393591.7695 Y1-4488235.6221; X2-393630.2953 Y2-4488243.7973; X3-393635.9157 Y3-4488243.1843; X4- 393641.7405 Y4-4488241.7535; X5-393647.3899 Y5-4488239.5371; X6- 393647.1517 Y6-4488233.3285; X7-393647.2625 Y7-4488232.1265; X8- 393647.8661 Y8-4488225.5781; X9-393653.2245 Y9-4488207.8077; X10- 393653.7353 Y10-4488207.8643; X11-393655.6633 Y11-4488200.3611; X12- 393648.0787 Y12-4488197.9579; X13-393646.8683 Y13-4488198.0897; X14- 393628.8739 Y14-4488193.9113; X15-393614.0469 Y15-4488190.5561). (cild 1, sh.109)
12. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 19 mart 2014-cü il tarixli, AA seriyalı, 002710 nömrəli, **********31 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3891 ünvanda yerləşən sənəd üzrə 0,12 ha, faktiki 0,1173 ha torpaq sahəsi X8 xüsusi mülkiyyətindədir. Həmin sənəd Sumqayıt şəhər XDS, 26 dekabr 1992-ci il tarixli, 3757 nömrəli müqavilə; 18 noyabr 2013-cü il tarixli, 6654 nömrəli “Torpağ sahəsinin planı və ölçüsü” sənədlər əsasında verilmişdir. Torpaq sahəsinin əsas göstəriciləri, planı (cizgisi) (miqyas 1:500), döngə nöqtələrin koordinatları (X1-393344.08 Y1-4488184.34; X2-393376.59 Y2-4488189.39; X3-393382.7 Y3-4488144.03; X4-393365.29 Y4-4488140.42), arasındakı məsafələr, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış (miqyas 1:5000) göstərilmişdir. (cild 1, sh.94, 166)
13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 19 mart 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3891 ünvanda yerləşən 0,1173 ha torpaq sahəsi X8 tam payı üzrə xüsusi mülkiyyətindədir. (cild 1, sh.165)
14. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 19 mart 2014-cü il tarixli, AA seriyalı, 002732 nömrəli, **********32 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3891 ünvanda yerləşən sənəd üzrə 0,12 ha, faktiki 0,1197 ha torpaq sahəsi X25 xüsusi mülkiyyətindədir. Həmin sənəd Sumqayıt XDS, 26 dekabr 1992-ci il tarixli, 3759 nömrəli müqavilə; DTXK Sumqayıt şəhər şöbəsi, 13 noyabr 2013-cü il tarixli, 6633 nömrəli “Torpağ sahəsinin planı və ölçüsü” sənədlər əsasında verilmişdir. Torpaq sahəsinin əsas göstəriciləri, planı (cizgisi) (miqyas 1:500), döngə nöqtələrin koordinatları (X1-393376.59 Y1- 4488189.39; X2-393402.96 Y2-4488193.49; X3-393408.71 Y3-4488149.56; X4- 393382.7 Y4-4488144.03), arasındakı məsafələr, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış (miqyas 1:5000) göstərilmişdir. (cild 1, sh.169)
15. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 19 mart 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3891 ünvanda yerləşən 0,1197 ha torpaq sahəsi X25 tam payı üzrə xüsusi mülkiyyətindədir. (cild 1, sh.94, 168)
16. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 21 aprel 2014-cü il tarixli, AA seriyalı, 003194 nömrəli, **********31 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3891 ünvanda yerləşən sənəd üzrə 0,1173 ha, faktiki 0,1173 ha torpaq sahəsi X25 xüsusi mülkiyyətindədir. Həmin sənəd Bakı 1 saylı ASAN Xidmət mərkəzinin dövlət notariusu X30, 19 aprel 2014cü il tarixli, 2V-158 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”; ƏMDK yanında DƏDRX Sumqayıt Ərazi İdarəsi, 19 mart 2014-cü il tarixli, **********31 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədlər əsasında verilmişdir. Torpaq sahəsinin əsas göstəriciləri, planı (cizgisi) (miqyas 1:500), döngə nöqtələrin koordinatları (X1-393344.08 Y1-4488184.34; X2-393376.59 Y2- 4488189.39; X3-393382.7 Y3-4488144.03; X4-393365.29 Y4-4488140.42), arasındakı məsafələr, daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış (miqyas 1:5000) göstərilmişdir. (cild 1, sh.172)
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 22 aprel 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3891 ünvanda yerləşən 0,1173 ha torpaq sahəsi X25 tam payı üzrə xüsusi mülkiyyətindədir. (cild 1, sh.171)
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin X9 göndərilmiş 26 mart 2016-cı il tarixli, ********* nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3886 nömrəli, 0,2350 ha ölçüsündə olan bağ sahəsinə dair X12 adına JN-1092B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsinin 0,1150 ha hissəsi X6, 0,06 ha X9, 0,06 ha hissəsi İddiaçı qızına satılmış və onların adlarına 20 sentyabr 2007-ci il tarixdə çıxarış və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3891 nömrəli 0,1173 ha ölçüsündə olan bağ torpaq sahəsinin X8 adına, eyni zamanda, Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən B-3891 nömrəli 0,1197 ha ölçüsündə olan bağ sahəsinin öz adına qeydiyyata alınması üçün X38 22 noyabr 2013-cü il tarixdə ərizə ilə idarəyə müraciət etmişdir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair X8 adına 26 dekabr 1992-ci il tarixli, 3757 saylı icarə müqaviləsi verilmişdir. - Həmin icarə müqaviləsi əsasında X45 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 18 noyabr 2013-cü il tarixdə, dövlət torpaq kadastrı kitabında 6654 nömrə ilə qeydiyyata alınmış A470558 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. - Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən B-3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair X26 adına 26 dekabr 1992-ci il tarixli, 3759 saylı icarə müqaviləsi verilmişdir. - Həmin icarə müqaviləsi əsasında X45 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 13 noyabr 2013-cü il tarixdə, dövlət torpaq kadastrı kitabında 6633 nömrə ilə qeydiyyata alınmış A470556 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş A 470556 və 470558 saylı torpaq sahəsinin planı və ölçülərində göstərilən koordinatlar daşınmaz əmlakın dövlət reyestrində X13, X16 və İddiaçı qızının adlarına qeydiyyata alınmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyünə görə tərəfindən X45 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinə 4 dekabr 2013-cü il tarixdə **********6 saylı sorğu ünvanlanmışdır. X43 və Xəritəçəkmə Komitəsinin 9 mart 2005-ci il tarixli, JN-1092B kod 30800086 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ilə X12 mülkiyyətinə verilmiş 0,235 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının WGS-84 koordinat sistemində idarəyə təqdim olunmasına müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. X45 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 26 fevral 2014-cü il tarixli, 02/153 saylı məktubu ilə X12 adına verilmiş JN-1092B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin WGS-84 şəbəkəsi üzrə koordinatları İdarəyə göndərilmişdir. Bu koordinatlar əsasında Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3886 nömrəli 0,2350 ha ölçüsündə olan bağ sahəsinə dair idarənin istifadəsində olan kadastr xəritəsində müvafiq düzəlişlər aparılmışdır. Bundan sonra Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən 3891 nömrəli 0,1173 ha ölçüsündə olan bağ torpaq sahəsinin X8 adına, eyni zamanda Sumqayıt şəhəri, Saray bağları massivi ünvanında yerləşən B-3891 nömrəli, 0,1197 ha ölçüsündə olan bağ sahəsinin öz adına qeydiyyata alınması üçün X38 15 mart 2014-cü il tarixdə yenidən ərizə ilə idarəyə müraciət etmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş A 470556 və 470558 saylı torpaq sahəsinin planı və ölçülərində göstərilən koordinatlarla uyğun olaraq X19 və X25 adına 19 mart 2014-cü il tarixdə çıxarışlar və torpaq sahəsinin planı və ölçüsü verilmişdir. X8 adına olan 3891 nömrəli bağ torpaq sahəsi daha sonra vərəsəlik qaydasında X25 adına rəsmiləşdirilmiş və 22 aprel 2014-cü il tarixdə qeydiyyata alınmışdır. (cild 1, sh.84)
19. AZ-İ seriyalı, 908362 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X38 18 oktyabr 2017-ci il tarixdə ölmüşdür. (cild 1, sh.176)
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı qızına göndərilmiş 23 avqust 2019-cu il tarixli, **********73 nömrəli məktubundan görünür ki, təqdim edilən sənədlərdə (20 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş AA00536 nömrəli texniki pasport) göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərq olduğundan müraciəti təmin edilməmişdir. (cild 1, sh.4)
21. 20 oktyabr 2019-cu il tarixli, 2V-991 və 2V-992 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərdən görünür ki, 18 oktyabr 2017-ci il tarixdə ölmüş X25 vərəsələri arvadı - X21 və oğlu X31r. Onlar miras əmlakdan hər biri ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Sumqayıt şəhəri, Saray bağlar massivi, 3891 ünvanda yerləşən ümumi sahəsi 0,1173 ha və Sumqayıt şəhəri, Saray bağlar massivi, B-3891 ünvanda yerləşən ümumi sahəsi 0,1197 ha torpaq sahələridir. (cild 1, sh.177, 178)
22. 20 oktyabr 2019-cu il tarixli, 3M-825 və 3M-826 nömrəli “Miras payın bağışlama müqaviləsi”ndən görünür ki, X39 20 oktyabr 2019-cu il tarixli, 2V-991 və 2V-992 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lərə əsasən miras əmlakdakı payını anası X17 bağışlamışdır. (cild 1, sh.179-182)
23. 7 fevral 2020-ci il tarixdə İddiaçı qızı, X13 və X16 ərizəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, X4 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 nömrəli ünvanda yerləşən 0,115 ha, İddiaçı qızının mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886A nömrəli ünvanda yerləşən 0,06 ha, X5 mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886B nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahələrinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahələrinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahələrinin planı və ölçüsündə göstərilmiş koordinatlarla uyğunlaşdırılmasının - hər iki koordinatların eyniləşdirilməsinin təmin edilməsini xahiş etmişdirlər. (cild 1, sh.25)
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin İddiaçı qızı, X13 və X9 göndərilmiş 28 fevral 2020-ci il tarixli, **********43 nömrəli məktubundan görünür ki, Sumqayıt şəhəri, Saray bağları massivi 3886 nömrəli ünvanında yerləşən 0,115 ha torpaq sahələrində yaranmış problemlərin həllinə köməklik göstərilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində inzibati işin olduğunu nəzərə alaraq müraciətdə qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 78.2-ci maddəsinə müvafiq olaraq mənkəməyə vəsatətin verilməsi məqsədəmüvafiqdir. Əlavə olaraq bildirilmişdir ki, məhkəmə tərəfindən müvafiq qərar qəbul ediləcəyi və aidiyyəti üzrə icra olunması üçün göndəriləcəyi təqdirdə mütəxəssisin iştirakının təmin edilməsi məhkəmənin qərarının icrası ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin səlahiyyətləri daxilində müvafiq işlər görüləcəkdir. (cild 1, sh.41)
25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin X17 göndərilmiş 23 sentyabr 2020-ci il tarixli, **********64 nömrəli bildirişdən görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən B-3891 və 3891 saylı torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar müraciətlə əlaqədar bildirilmişdir ki, torpaq sahələri üzərində mübahisənin olması barədə idarəyə məhkəmə bildirişi daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsinə əsasən, bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Mübahisə başa çatdıqdan sonra müraciətə yenidən baxılacaqdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizələrinin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. (cild 1, sh.164)
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
26. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 may 2022-ci il tarixli, **********72 nömrəli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində struktur dəyişikliyi baş vermişdir və Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli, 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Əmlak Məsələləri Dövlət Xidmətin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi yaradılmışdır. (cild 2, sh.14)
27. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi 18 yanvar 2023-cü il tarixli, 3-21-3-31/2- 161/2023 nömrəli “Mütəxəssis rəyi verilməsi barədə” məktub göndərilmişdir. (§18 eyni məzmunlu) (cild 2, s.35)
28. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 may 2023-cü il tarixli, 3-21-3- 31/2-1701/2023 nömrəli məktubu ilə mütəxəssis rəyi göndərilmişdir. Həmin rəydən görünür ki, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: - MH seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışla İddiaçı qızına məxsus Sumqayıt şəhəri, Saray bağları massivi, 3886A nömrəli bağ sahəsi ilə bağlı X9 təqdim edilmiş 20 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş A00536 nömrəli torpaq sahəsinin plan ölçü sənədində göstərilmiş koordinatlar və kadastr məlumat bazasındakı döngə nöqtələrinin koordinatları naturada iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğun gəlirmi? Gəlmirsə, torpaq sahəsinin plan ölçü sənədində göstərilmiş koordinatlar, kadastr məlumat bazasındakı döngə nöqtələrinin koordinatları və naturada X5 istifadəsində olan torpaq sahəsinin koordinatlarında hansı uyğunsuzluqların olduğu müəyyən edilsin; - X5 faktiki istifadəsində olan torpaq sahəsinə digər şəxslərin hüquqları qeydə alınmışdırmı? Alınmışdırsa, hansı sənədlərlə, hansı hissədə alınması müəyyən edilsin. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: - Sənəd üzrə olan koordinatlar faktiki vəziyyətə uyğun gəlmir və torpaq sahəsi üzərində heç bir hüquqi sənəd qeydiyyata alınmayıb. - RX0362874 nömrəli X29 məxsus torpaqla üst-üstə düşür. (cild 2, s.46)
29. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 11 iyun 2024-cü il tarixli, 3-21-3- 31/2-2087/2024 nömrəli məktubu ilə aşağıdakı sənədlər göndərilmişdir: (cild 2, s.85) - 26 dekabr 1992-ci il tarixli, 3759 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə” (§3); - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 13 noyabr 2013-cü il tarixli, A seriyalı, 470556 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (§9); - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 19 mart 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§15); - 19 aprel 2014-cü il tarixli, 2V-158 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən görünür ki, X8 vərəsəsi X38 miras əmlak olan Sumqayıt şəhəri, Saray bağlar massivi, 3891 ünvanda yerləşən 0,1173 ha torpaq sahəsindən tam irs almalıdır. (cild 2, sh.94) - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 22 aprel 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§17).
30. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 sentyabr 2024-cü il tarixli, 3-21-3- 31/2-3455/2024 nömrəli məktubundan görünür ki, DWJ və DBF baza məlumatlarında mübahisə predmeti olan bağ torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Torpaq sahəsinin 578 kv.m hissəsi **********32 reyestr nömrəsi ilə qeydiyyata alınmış (**********5926 kadastr planı əsasında) torpaq sahəsi ilə üst-üstə düşür. Qoşma ilə aşağıdakı sənədlər göndərilmişdir: - 3886A saylı bağ sahəsinə dair ortofoto; - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 20 sentyabr 2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarış (§6); - 30 avqust 2007-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X1 Respublikasının Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin 9 mart 2005-ci il tarixdə verilmiş, JN-1092B, kod 30800086 saylı Torpaqlarının mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən Sumqayıt şəhəri Saray bağlar massivində 0,235 ha torpaq sahəsində yerləşən 3886 saylı bağ sahəsinin 600 kv.m hissəsini alıcı İddiaçı qızının mülkiyyətinə vermişdir; - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 sentyabr 2004-cü il tarixli Sumqayıt şəhər Saray bağ massivi ünvanda yerləşən 3886a saylı torpaq sahəsinin bölgü planı (miqyas 1:1000); - JN 1092B KOD 30800086 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” (§5).
31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 24 oktyabr 2024-cü il tarixli, 3-21-3- 31/2-4008/2024 nömrəli məktubundan görünür ki, sorğularla əlaqədar idarənin mütəxəssisi tərəfindən iddiaçının nümayəndəsinin iştirakı ilə təkrar yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, 20 sentyabr 2007-ci il tarixli, **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı qızına məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886A nömrəli torpaq sahəsinə dair tərtib edilmiş AA 000536 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlar, iddiaçının göstərdiyi faktiki yerin koordinatları və elektron kadastr məlumat bazasındakı koordinatlar eynilik təşkil edir. Həmçinin bildirilir ki, İddiaçı qızına məxsus torpaq sahəsi elektron baza məlumatlarına əsasən X25 adına verilmiş **********32 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür. Bununla əlaqədar olaraq tərtib edilmiş müqayisəli ortofoto görüntü qoşma ilə göndərilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ BİRİNCİ İCRAAT
32. İddiaçı qızı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin, müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və onun adına 20 sentyabr 2007-ci il tarixdə torpaq sahəsinə dair müvafiq çıxarış, torpaq sahələrinin planı və ölçüsü verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdehin 26 mart 2016-cı il tarixli arayışından müəyyən olunmuşdur ki, X45 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən 3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair 18 noyabr 2013-cü il tarixdə X22 adına verilmiş A ******* saylı torpaq sahəsinin planı və ölçüsü, eyni zamanda həmin ünvanda yerləşən B-3891 nömrəli 0,12 ha ölçüsündə plan bağ sahəsinə dair 13 noyabr 2013-cü il tarixdə X25 adına verilmiş A 470556 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatlar daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların adlarına qeydiyyata alınmış torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyündən Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər şöbəsinə 4 dekabr 2013-cü il tarixdə sorğu göndərilmişdir. Sorğuya əsasən X45 və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin WGS-84 şəbəkəsi üzrə koordinatları Ərazi İdarəsinə göndərilmiş və İdarə tərəfindən bu koordinatlar əsasında iddiaçılara məxsus torpaq sahəsinə dair İdarənin istifadəsində olan kadastr xəritəsində müvafiq düzəlişlər aparılmışdır. Bundan sonra X34 və X25 torpaq sahələrinin koordinatlarına uyğun olaraq 19 mart 2014-cü il tarixdə onlara çıxarışlar, torpaq sahəsinin planı və ölçüsü verilmişdir.” İddiaçı özünə məxsus torpaq sahəsini satmaq istəyərkən ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinə dair verilmiş plan və ölçüdə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlər vardır. Buna görə də iddiaçı torpaq sahəsini sata bilməmişdir. Bununla bağlı iddiaçı bazadakı həmin fərqlərin sənədlərə uyğun düzəldilməsi ilə bağlı cavabdehə müraciət etsə də, 23 avqust 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilmədiyini bildirmişdir. İddiaçıya məxsus torpaq sahəsinə dair verilmiş plan və ölçüdə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlərin cavabdeh tərəfindən düzəldilməməsi iddiaçıya mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hərəkətlər etməsinə mane olmaqla, onun mülkiyyət hüququnu pozur.
34. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - “MM”) 152.1, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.3-cü maddələrinə istinad olunmuşdur.
35. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
36. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 6 dekabr 2019-cu il tarixli, 2-1(085)-2012/2019 nömrəli sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:
37. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi iddia ərizəsinə 20 dekabr 2019-cu il tarixli, **********80 nömrəli etiraz təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsi barədə qəradad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (cild 1, sh.18)
38. Etirazda işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 15 ünvanında yerləşən torpaq sahəsinin koordinatlarının təyin edilməsinə köməklik göstərilməsi barədə 7 avqust 2019-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Müraciəti ilə əlaqədar olaraq iddiaçıya təqdim etdiyi sənədlərdə (20 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş AA 00536 nömrəli texniki pasport) göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərq olduğundan müraciətin İdarə tərəfindən təmin edilmədiyi bildirilmiş və bu barədə ona 23 avqust 2019-cu il tarixli, **********73 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır.
39. Etirazın prosessual hüquqi əsası kimi İPM-in 35.1, 35.3-cü maddələrinə istinad olunmuşdur.
“İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamının (bundan sonra –“Sərəncam”) icrası
40. Sərəncam ilə 1 yanvar 2020-ci il tarixdən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin ləğv edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin təşkil edilməsi qərara alınmışdır (Sərəncamın 1.4, 3-cü maddələri).
41. Bu səbəbdən hazırkı iş Sumqayıt İnzibati Məhkəməsinin icraatına keçmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz edilməsi
42. 20 may 2020-ci il tarixdə iddiaçı məhkəməyə vəsatətlə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsinə dair qərardadın qəbul edilməsini xahiş etmişdir.
43. Sumqayıt İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(118)- 394/2024 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz edilmişdir. (cild 1, sh.60)
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin iddia ərizəsinə qarşı mövqeyi - etiraz və onun dəlilləri:
44. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iddia ərizəsinə 1 oktyabr 2020-ci il tarixli, **********43 nömrəli etiraz təqdim edərək, iş üzrə cavabdehin düzgün müəyyən olunmadığını nəzərə alaraq, iddia tələbinin mümkün hesab edilməməsi barədə qəradad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (cild 1, sh.70)
45. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0,2350 ha 3886 saylı bağ torpaq sahəsi JN-1092B KOD 30800086 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında X18 məxsus olmuşdur. Torpaq sahəsinə mülkiyyət hüququna dair sənədlərdən göründüyü kimi, həmin bağ torpaq sahəsi 2007-ci ildə bölünərək sahəsi 0,115 ha olmaqla 3886 nömrəli bağ torpaq sahəsi X4, sahəsi 0,06 ha olmaqla 3886 B nömrəli bağ torpaq sahəsi X5 və sahəsi 0,06 ha olmaqla 3886 A nömrəli bağ torpaq sahəsi İddiaçı qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş və torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən olunaraq torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuşdur. Bildirilmişdir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ rəsmiləşdirilərkən həmin torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilmiş koordinatlarla kadastr məlumat bazasında yaranmış uyğunsuzluğun aradan qaldırılması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətlərinə daxil deyildir.
46. Etirazın maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci ü tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.15, 3.0.23, 3.0.29, 3.0.31-ci bəndlərinə, prosessual hüquqi əsası kimi İPM-in 48.2-ci maddəsinə istinad olunmuşdur.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ BİRİNCİ İCRAAT:
47. Sumqayıt İnzibati Məhkəməsinin 8 fevral 2021-ci il tarixli, 2-1(118)- 68/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin, müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi) vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. (cild 1, sh.130)
48. Qərarda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri,Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları 20 sentyabr 2007-ci ildə daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınarkən torpaq sahələrinin döngə koordinatrını zaman etibarı ilə qüvvədə olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü”ndə” göstərilmiş məlumatlar əsasında qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, onu bəzi səlahiyyətləri Əmlak Məsələri Dövlət Komitəsinə verilmişdir. Qeyd olunan səlahiyyətlər içərisində həmçinin torpaq sahələrinin yerquruluşun, yəni torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sisteminində ƏMDK-yə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qeyd olunan səlahiyətlərinin həyata keçirilməsi Komitənin yanında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti öz Əsasnaməsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrı, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparır. Göründüyü kimi torpaq sahələri ilə bağlı vahid dövlət kadastırının aparılması, ünvan reyesterinin,o cümlədən torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli qeyd olunan Xidmət tərəfindən həyata keçirilir. Başqa sözlə desək vaxtı ilə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli Fərmanında qeyd olunan səlahiyətlərinin aparılması məhz ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Nəzərə alınmalıdır ki, zaman etibarı ilə qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnaməsinin 10.38-ci bəndinə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dövlət torpaq kadastrını, torpaqların monitorinqini, yerquruluşu, geodeziya, topoqrafiya vəkartoqrafiya sahəsində normativ texniki sənədlərin hazırlanmasını və tətbiqinin vahid rejim və normativ texniki sənədlər əsasında həyata keçirilməsinin təmin edilməsini həyata keçirirdi. Bu baxımdan məhkəmə hesab edir ki, vaxtı ilə X28 Komitəsi tərəfindən səhv verilmiş döngə koordinatların düzəldilməsi vəzifəsi müvafiq səlahiyyətləri verilmiş qurum tərəfindən həyata keçirilməlidir. Məhkəmə cavabdeh təşkilatın verdiyi etirazına gətirdiyi arqumentə dair qeyd etməyi zəruri bilir ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Əsasnamənin 3.0.15, 3.0.23-ci bəndlərinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlərin aradan qaldırılması, torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək verilməsi öhdəliyini daşıyır. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.11-ci bəndinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq, torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Hər iki Əsasnaməyə diqqət yetirilərkən müəyyən olunur ki, torpaq sahəsi ilə bağlı hər iki qurumun oxşar səlahiyyətləri var. Lakin hazırkı iddia tələbi üzrə mübahisə predmeti torpaq sahəsinə dair 20 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş AA 00536 saylı texniki pasportda göstərilmiş koordinatlar ilə kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nögtələrinin koordinatları arasında fərqin aradan qaldırılmasından ibarətdir. Yuxarıda qeyd olunanlardan məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1) özü tərəfindən hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlərin aradan qaldırılması və 2) torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək verilməsi öhdəliyi vardır. Burada qeyd olunmalıdır ki, torpaq sahəsinin plan və ölçüsünə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələrin qeyd olnmasından başqa 1) torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat, 2) torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), 3) torpaq sahəsinin mülkiyyət növü, 4) torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü, 5) torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi və digər məlumatlar göstərilir. Ona görədə DƏDRX-nin Əsasnaməsinə görə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən plan və ölçülərin tərtib edilməsi öhdəliyinin olması səbəbindən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarınında DƏDRX tərəfindən həyata keçirilməsinə dəlalət edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən etirazının əsası kimi gətirilən arqument əsassızdır. Vaxtı ilə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən səhvən verilmiş döngə nöqtələrinin koordinatları hal-hazırda onun hüquqi sələfi olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən kadastr məlumat bazasındakı yaranmış uyğunsuzluq aradan qaldırılmalıdır.
49. 31 mart 2021-ci il tarixdə X21 məhkəməyə ərizəsi ilə müraciət edərək, iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və üçüncü şəxs qismində onun iştirakı ilə işin yenidən baxılmasını xahiş etmişdir. (cild 1, sh.146)
50. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2-1(118)- 68/2021 nömrəli qərardadı ilə X14 nümayəndəsi X24 ərizəsinə əsasən, 31 mart 2021-ci il tarixli ərizə geri qaytarılmışdır. (cild 1, sh.186)
51. X21 26 aprel 2021-ci il tarixli ərizəsilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə qəbul edilmiş yekun məhkəmə qərarlarının surətinin təqdim edilməsini, iddiaya baxılıb yekun məhkəmə qərarın qəbul edilmədiyi, iddia ərizəsi məhkəmənin icraatında olduğundan, onun üçüncü şəxs kimi prosesə cəlb edilməsi və işdə olan sənədlərin surətini təqdim edilməsini xahiş etmişdir. (cild 1, sh.160)
52. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti apellyasiya şikayəti verərək, iddiaçının mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli bağ torpaq sahəsinin 20 sentyabr 2007-ci il tarixli, AA 000536 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan döngə nöqtələrinin koordinatları ilə mövcud elektron kadastr məlumat bazasında qeydə alınmış koordinatlar eynilik təşkil etdiyindən (uyğunsuzluq mövcud olmadığından) Sumqayıt İnzibati Məhkəməsinin 8 fevral 2021-ci il tarixli, 2-1(118)-68/2021 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. (cild 1, sh.193)
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İCRAAT
53. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2021-ci il tarixli, 2-1(105)-494/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən hakim - İlqar Dəmirov, hakimlər - Rəşadət Ağayev və Zaur Məmmədov). (cild 1, sh.216)
54. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarətdir ki, hazırkı inzibati mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin hüquqi əsasını təşkil edən maddi hüquq normaları düzgün tətbiq olunmamış, maddi hüquq normalarının düzgün tətbiq olunması üçün isə geniş həcmdə sübutlar araşdırılmalı olduğu halda, bunlar edilməmişdir. Belə ki, iddiaçının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ünvanladığı 7 avqust 2019-cu il tarixli ərizəsinə cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 23 avqust 2019-cu il tarixli, **********73 saylı məktubda bildirilir ki, təqdim edilən sənədlərdə (20 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş AA 00536 nömrəli texniki pasport) göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin kordinantları arasında fərq olduğundan müraciəti təmin edilməmişdir. Beləliklə, kollegiya hesab etmişdir ki, iddiaya cavab verməli orqan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsidir. Həmin inzibati orqan tərəfindən aparılmış dəyişikliyə əsasən, iddiaçıya təqdim edilmiş sənədlərdə (20 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş AA 00536 nömrəli texniki pasport) göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərq yaranmışdır. Buna baxmayaraq işə baxan məhkəmə cavabdehi əsl olmayan cavabdeh hesab edərək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əvəz etmişdir. Təkrar işə baxılarkən məhkəmə əsl cavabdehin prosesə cəlb edilməsi məqsədilə iddiaçıya hüquqi yardım etməlidir. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, məhkəmə iddianı təmin etsə də, hansı koordinatların iddiaçıya təqdim edilmiş sənədlərdə (20 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş AA 00536 nömrəli texniki pasport) göstərilmiş koordinatların, yoxsa kadastr məlumat bazasındakı döngə nöqtələrinin koordinatlarının naturada iddiaçının istifadəsində olan torpaq sahəsinə uyğun olduğunu, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etməmişdir. Bunun üçün isə işə baxan məhkəmə ilk növbədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xidməti tapşırıq verərək mütəxəssis rəyi almalı, üst-üstə düşmə faktı müəyyən edildiyi təqdirdə üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsini müzakirə etməlidir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏKİ İKİNCİ İCRAAT (hazırkı icraat)
55. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)- 573/2022 nömrəli iclas protokol qərardadı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi ilə əvəz edilmişdir. (cild 1, sh.1)
56. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(118)- 573/2022 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. (cild 1, sh.17) Mütəxəssis rəyi (§28, cild 2, s.46)
57. Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)- 43/2024 nömrəli qərardadı ilə X32 üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. (cild 2, sh.70)
c) Tərəflərin iştirakı və izahatları:
58. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında təmsil olunmamışdır.
59. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının sənəd üzrə və kadastr məlumat bazasındakı döngə nöqtələrin koordinatları tamamilə üst-üstə düşür və heç bir ziddiyət yoxdur, iddiaçıya təqdim olunmuş imtina məktubunda koordinatların arasında fərq olması səhvən yazılmışdır. Eyni zamanda qeyd etmişdir ki, iddiaçının torpaq sahəsi üçüncü şəxsə məxsus torpaq sahəsi ilə tam olaraq üst-üstə düşür. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
60. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi əvvəlki iclaslarda verilmiş izahatını müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
61. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
62. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
63. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
64. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
65. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
66. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
67. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
68. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
69. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. (-)
Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (-)
70. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5.Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
71. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
72. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)
73. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
74. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”
“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-)
“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-)
Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
75. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
76. İddiaçının hazırki iş üzrə məhkəməyə müraciət etməsinin səbəbi ona məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin, müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur.
77. Göründüyü kimi iddiaçının iki məqsədi vardır: a) torpaq sahəsinin, müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılması; b) kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi).
78. Cavabdeh tərəf iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirir ki, İddiaçıya təqdim etdiyi sənədlərdə (20 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş AA 00536 nömrəli texniki pasport) göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərq olduğundan müraciətin İdarə tərəfindən təmin edilməmişdir.
79. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş yenidən baxışa göndərilən zaman araşdırılmalı olan halları aşağıdakı kimi müəyyən etmişdir: 79.1. iddiaya cavab verməli orqan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti deyil, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi olduğundan, cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı hüquqi yardım edilməli; 79.2. Həmin inzibati orqan tərəfindən aparılmış dəyişikliyə əsasən, iddiaçıya təqdim edilmiş sənədlərdə (20 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş AA 00536 nömrəli texniki pasport) göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərq yaranmışdır. Həmçinin, hansı koordinatların iddiaçıya təqdim edilmiş sənədlərdə (20 sentyabr 2007-ci il tarixdə tərtib edilmiş AA 00536 nömrəli texniki pasport) göstərilmiş koordinatların, yoxsa kadastr məlumat bazasındakı döngə nöqtələrinin koordinatlarının naturada iddiaçının istifadəsində olan torpaq sahəsinə uyğun olduğunu, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının digər şəxsin mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşüb-düşmədiyini müəyyən etmək üçün, ilk növbədə mütəxəssis rəyi almalıdır. 79.3. Üst-üstə düşmə faktı müəyyən edildiyi təqdirdə üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsini müzakirə etməlidir.
80. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
81. Sumqayıt İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2-1(118)- 573/2022 nömrəli iclas protokol qərardadı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi ilə əvəz edilmişdir. (cild 1, sh.1)
82. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(118)- 573/2022 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. (cild 1, sh.17)
83. Mütəxəssis rəyi (§28, cild 2, s.46). Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir: 83.1. Sənəd üzrə olan koordinatlar faktiki vəziyyətə uyğun gəlmir və torpaq sahəsi üzərində heç bir hüquqi sənəd qeydiyyata alınmamışdır. 83.2. RX0362874 nömrəli X29 məxsus torpaqla üst-üstə düşür. (cild 2, s.46)
84. Bu səbəbdən, Sumqayıt İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(118)-43/2024 nömrəli qərardadı ilə X32 üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. (cild 2, sh.70)
85. Eyni zamanda, mütəxəssis rəyində olan ziddiyyətlərin araşdırılması məqsədi ilə cavabdeh orqana sorğu ilə müraciət olunmuşdur.
86. Cavabdeh orqanın məktubunda qeyd olunmuşdur ki, sorğularla əlaqədar idarənin mütəxəssisi tərəfindən iddiaçının nümayəndəsinin iştirakı ilə təkrar yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, 20 sentyabr 2007-ci il tarixli, **********75 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886A nömrəli torpaq sahəsinə dair tərtib edilmiş AA 000536 nömrəli torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlar, iddiaçının göstərdiyi faktiki yerin koordinatları və elektron kadastr məlumat bazasındakı koordinatlar eynilik təşkil edir. Həmçinin, iddiaçıya məxsus torpaq sahəsi elektron baza məlumatlarına əsasən X25 adına verilmiş **********32 reyestr nömrəli torpaq sahəsi ilə üst-üstə düşür.
87. Məhkəmə prosesində iştirak etmiş cavabdehin nümayəndəsi də məktubda qeyd edilənləri bir daha təkrarlayaraq, etirazın dəlilində yalnışlığa yol verildiyini bildirmişdir.
88. Göründüyü kimi, torpaq sahəsinin, müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılması və kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılmasına dair tələb üzrə aparılan araşdırma ilə müəyyən olunur ki, torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlar, iddiaçının göstərdiyi faktiki yerin koordinatları və elektron kadastr məlumat bazasındakı koordinatlar eynilik təşkil etməklə bərabər, iddiaçıya məxsus torpaq sahəsi elektron baza məlumatlarına əsasən **********32 reyestr nömrəli torpaq sahəsi ilə də üst-üstə düşür (§ 14,30-31).
89. Bununla da məhkəmə, İPM-in 87.9-cu maddəsinin tələbləri çərçivəsində işi araşdıraraq, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§ 1-31), qanunvericiliyin normalarını (§ 69-75), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
90. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin koordinatları arasında fərqin aradan qaldırılması, koordinatların uyğunlaşdırılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova