Məhkəmə qərarları › İş №2-1(118)-430/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-430/2020

11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-430/2020 11.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “onun mərhum həyat yoldaşı X3 müharibə veteranı vəsiqəsini aldığı xx.xx.1999-cu il tarixindən vəfat etdiyi xx.xx.2017-ci il tarixinədək dövr üçün ona müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müvinətin hesablanaraq birdəfəlik ödənilməsi barədə inzibati akt qəbul etmək vəzifəsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması tələbinə” dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, xx xxxxxx 2020-ci ildə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı həyat yoldaşı X5 müharibə veteranı olduğuna görə, ona sağlığında verilməli olan veteranlar üçün nəzərdə tutulan aylıq müavinətin xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanaraq ona birdəfəlik ödənilməsinə dair cavabdeh orqana müraciət etmiş və cavabdeh **********6 nömrəli xx xxxxxx 2019-cu il tarixli məktubla bundan imtina etmişdir. Bu da onun Azərbaycan Respublikası Konstitsuyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin bu imtinası qanunsuz və əsassız sayılmalı, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməlidir. Belə ki, onun həyat yoldaşı X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə düşmənə qarşı vuruşduğu üçün, o, xx.xx.1999-cu il tarixdə Qarabağ müharibə veteranı vəsiqəsi ilə təmin olunmuşdur. Lakin veteranlara qanunvericilikdə nəzərdə tutulan aylıq müavinətin verilməsi üçün müraciət etməmişdir. Həyat yoldaşı Azərbaycanın müdafiəsi zaman ağır güllə yarası almışdır. Uzun sürən müxtəlif xəstəliklərdən sonra, xx.xx.2017-ci ildə rəhmətə getdi. Qanunverciliyə uyğun olaraq, o, həyat yoldaşının ona sağlığında verilməli olan müavinətin verilməsini istəyir. Hesab edir ki, həyat yoldaşına veteran statusu verildiyi xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulan aylıq müavinət hesablanaraq birdəfəlik mənə ödənilməlidir. Həyat yoldaşının Veteranlar üçün nəzərdə tutulmuş aylıq müavinətin verilməsi üçün müraciət edilməməsinə səbəb kimi, onun döyüşlərdə yararlanması nəticəsində yataq xəstəsi olması olmuşdur. Müraciətin edilməməsi veteran statusunun itirilməsinə səbəb olmur. Sadəcə bu müavinətin vaxtında alınmaması ilə nəticələnə bilir. Hər kəsin öz hüquqlarından istifadə etməsi qanunvericilikdə təsbit edilmişdir. Bu səbəbdən o də qeyd edilən müavinətin verilməsini cavabdehdən tələb edir, çünki həyat yoldaşı veteran statusunu 1999-cu ildə qazanmış və həmin statusu vəfat etdiyi xx.xx.2017-ci il tarixədək saxlamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə xx.xx.2020-ci il tarixli, **********8 nömrəli etiraz ərizəsi ilə bildirmişdir ki, ”Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı–ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Qanunun 9.1 maddəsinin mətnindən də göründüyü kimi, müraciət edilmə vaxtından asılı olmayaraq əvvəlki 3 il üçün müavinət almaq hüququ iki müddətlə, bu Qanunun qəbul edildiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Yəni hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən əvvələ təsadüf edirsə, onda qanun qəbul edildiyi gündən, hüququn yarandığı gün bu Qanunun qəbul edildiyi gündən sonraya təsadüf edirsə, onda hüququn yarandığı gündən, lakin hər iki halda müraciətdən əvvəlki 3 ildən artıq olmayan müddət daxilində müavinət təyin edilir. X2 xx.xx.2017-ci il tarixədək qeydiyyatda olduğu müvafiq rayon üzrə rəsmi müraciəti qeydə alındığı təqdirdə həmin dövr üçün onun həyat yoldaşı İddiaçı müraciətinə qanunvericiliyə uyğun baxıla bilərdi. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin müavinəti” xx xxxxxx 2019-cu il tarixdən ləğv olunaraq ““Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis olunmuşdur. Qeyd olunanları nəzərə alaraq İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2017-ci il tarixədək sosial müavinətin ödənilməsi barədə iddiasının rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci ildə keçirilən şifahi baxışı iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mabahisəyə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: xx.xx.1999-cu il tarixli 030575 nömrəli müharibə veteranı vəsiqəsinin və iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nun Sumqayıt şəhər şöbəsinin imtina məktubu, ölüm haqqında şəhadətnamənin surəti, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti və Mülkiyyət hüququ haqqında şəhadətnamənin surəti daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, mahiyyət etibarı ilə əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasında və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli məlum Fərmanında nəzərdə tutulur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 manat məbləğində müavinət təyin edilmişdir. 3cü bəndində qeyd olunmuşdur ki, bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi xx.xx.1999-cu il tarixdə iddiaçının mərhum ərinə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Eyni zamanda iddiaçı tələb edir ki, mərhum ərinə müavinət iddiaçının müraciəti əsasında cavabdeh inzibati orqan tərəfindən xx xxxxxx 2019-cu il tarixli məktubla bundan imtina etmişdir. İddiaçı tələb edir ki, mərhum ərinin qanuni vərəsəsi olduğuna görə ona (ərinə) sağlığı dövründə çatacaq sosial yardımı almaq hüququna malikdir. Cavabdeh orqanın isə etirazında gətirdiyi arqumentlərdən biridə ondan ibarət olmuşdur ki, mərhuma çatacaq sosial müavinatin onun ailə üzvünə verilməsi yolverilməzdir. Belə ki, qeyd olunan müavinat müharibə veteranlarına onların kommunal, nəqliyyat və digər xərclərinin ödənilməsi ücün verilmiş sosial yardımdır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin qanunun bu müddəasına əsaslanmağı qanunidir. Çünki, iddiaçının mərhum əri X5 müharibə veteranı vəsiqəsini xx.xx.1999-cu il tarixində almasına baxmayaraq, sağlığı dövründə müharibə veteranlarına şamil olunan güzəştlərdən (sosial müavinat) istifadə etməsi ilə bağlı müvafiq icra hakimiyyətinə müraciət etməmişdir. Nəzərə alınmalıdır “Sosial müavinatlar haqqında” Azərbaycan Respublikası Qanunun 10.3-cü maddəsinə əsasən müavinatların təyin edilməsi üçün müavinat almaq istəyən şəxsin müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməsi zəruri şərtdir. İddiaçının mərhum həyat yoldaşının qanun üzrə vərəsəsi olması və buna görədə ona çatası miras aktivini qəbul etmək hüququna malik olmasına dair gətirdiyi arqumentlə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. İlk öncə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. “Sosial müavinatlar haqqında” Azərbaycan Respublikası Qanunun 11.1.5-ci və 11.2ci maddələrinə əsasən sosila müavinat almaq hüquq olan şəxs pensiya hüququq qazandıqda və müavinat alan şəxs öldükdə müavinatların verilməsi dayandırılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən müavinat ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinat alan şəxas və ya onun ailə üzvü bu barədə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından da məlum olur ki, X1 qüvvədə olub onun vəfatı ilə dayandırılan (Qanunun 11.2-ci maddəsi) və şəxsi xarakter daşıyan mərhuma mənsub əmlak hüququ mirasın tərkibinə daxil deyildir.(MM-nin 1153-cü maddəsi) Eyni zamanda məhkəmə onuda qeyd etməyi zəzuri bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə (maddə 1151 və 1152) iddiaçı Təranə Baxşəliyeva yalnız mərhum əri Vidadi Əzizovun öldüyü günədək mülkiyyətində olduğu əmlak üzrə qanun üzrə vərəsə hesab edilib. Hesab olunur ki, mərhum Vidadi Əzizov sağlığında müavinatın alınması ilə bağlı müvafiq icra hakimiyyətinə müraciət edərək qanuna uyğun sosial müavinat almaq hüqunu əldə etmiş olsa idi, onun vəfatından sonra qanun üzrə vərəsəsi hesab edilən Təranə Baxşəliyeva hesabına yatırılmış, lakin ödənilməmiş müavinatın ödənilməsini tələb etməkdə haqlı olmuş olardı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə “X2na müharibə veteranı vəsiqəsinin və adının verildiyi xx.xx.1999-cu il tarixdən vəfat etdiyi xx.xx.2017-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyi qoyulmasına” dair İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar