Məhkəmə qərarları › İş №2-1(118)-4302/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4302/2023

15.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4302/2023 15.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsə qarşı “Rayonlararası Sumqayıt-Xızı-Yeni yaşma 26A saylı marşrut xəttində fəailyyət göstərən Sumqayıt şəhərdaxili dislokasiya əsasında fəaliyyət göstərən Sumqayıt Nəqliyyat MMC-nin istifadəsində olan Sumqayıt-Xızı-Yeni yaşma 26A saylı marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsə qarşı “Rayonlararası Sumqayıt-Xızı-Yeni yaşma 26A saylı marşrut xəttində fəailyyət göstərən Sumqayıt şəhərdaxili dislokasiya əsasında fəaliyyət göstərən Sumqayıt Nəqliyyat MMC-nin istifadəsində olan Sumqayıt-Xızı-Yeni yaşma 26A saylı marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi Sanqam Məcidov eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.Bundan başqa məhkəmənin ötən iclasında iştirak edən nümayəndə pretenziya qaydasına riayət edilməsi ilə bağlı müraciət məktubunun təqdim edilməsi üçün qısa müddətə məhkəmə iclasını təxirə salınmasını istəmiş, lakin müəyyən olunmuş növbəti məhkəmə iclasına pretenziya məktubunu təqdim etməmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X2 eyniməzmunlu izahat verərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur.Hazırkı iddia da İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı iddia ərizəsində Rayonlararası Sumqayıt-Xızı-Yeni yaşma 26A saylı marşrut xəttində fəailyyət göstərən Sumqayıt şəhərdaxili dislokasiya əsasında fəaliyyət göstərən Sumqayıt Nəqliyyat MMC-nin istifadəsində olan Sumqayıt-Xızı-Yeni yaşma 26A saylı marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. O, cavabdeh qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxs qoyaraq tələbini ona yönəltsə də, həmin orqana eyni tələb ilə müraciətləri olduğu müəyyən olunmur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən imtina xx.xx.2023-cü il tarixli, 3-27-103/2- 1632/2023 nömrəli məktubundan görünür ki, iddiaçının müraciəti Sumqayıt-Xızı-Yeni yaşma 26A saylı marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsinə köməklik göstərilməsi barədə olmuşdur. Bu səbəbdən də iddia tələbi mümkün sayılmamlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırda cavabdeh qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsi göstərilməklə ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin səlahiyyətində olmuş marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması və ya həyata keçirilməsinin hüquqi nəticələrinin aradan qaldırılmasını tələb edir. Hazırkı iddianın mümkün sayılması üçün tələbin buna cavab verməli olan inzibati orqana yönəldilməsi və iddiaçının hüquqlarının pozulmasının əsaslandırılması şərtlərinə iş üzrə əməl olunmur. Belə ki, Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı X3+”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim- Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) publik hüquqi şəxs yaradılmışdır. Fərmanın 3.2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsində göstərilən qurumların əmlakı Agentliyin balansına keçir. Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1463 nömrəli Fərmanının 1-ci və 8-ci : bəndlərini rəhbər tutaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Ə-23/22 nömrəli 24 oktyabr 2022ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaradılması ilə əlaqədar zəruri işlərin görülməsi ilə bağlı komissiya yaradılmışdır. Dövlət Avtomobil Nəqliyyat Xidməti ilə X1 arasında Dövlət Avtomobil Nəqliyyat Xidmətinin balansında olan daşınmaz əmlakın, avtonəqliyyat vasitələrinin, avadanlıq, hesablama texnikası və ofis ləvazimatlarının təhvil-təslimi aparılmışdır. Göründüyü kimi Dövlət Avtomobil Nəqliyyat Xidmətinin yalnız əmlakı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansına keçirilmişdir. Hazırkı iddia cavabdeh olmayan orqana qarşı qaldırıldığına görə inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddia mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsə qarşı “Rayonlararası Sumqayıt-Xızı-Yeni yaşma 26A saylı marşrut xəttində fəailyyət göstərən Sumqayıt şəhərdaxili dislokasiya əsasında fəaliyyət göstərən Sumqayıt Nəqliyyat MMC-nin istifadəsində olan Sumqayıt-Xızı-Yeni yaşma 26A saylı marşrut xəttində sərnişindaşıma fəaliyyətinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar