Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4302/2025 15.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə iddiaçı “Xırt” Birgə Təsərrüfatının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışların ləğv edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı “Xırt” Birgə Təsərrüfatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Quba rayonu, Aydınkənd kəndində yerləşən 130,0 ha torpaq sahəsinə dair Quba rayonu Güləzi bələdiyyəsi adına mülkiyyət hüququnu təsdiq edən rövlət reyestrindən **********20 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın, Quba rayon Aydınkənd kəndində yerləşən 200,0 ha torpaq sahəsinə dair Quba rayonu Güləzi bələdiyyəsi adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********15 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın və Quba rayonu, Aydınkənd kəndində yerləşən 100,0 ha torpaq sahəsinə dair Quba rayonu Güləzi bələdiyyəsi adma mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Təngə sovxozunun AİK-nın Xırt kəndində “Xırt” birgə təsərrüfatının yaradılması ilə əlaqədar 14 oktyabr 1995-ci il tarixli 07 saylı qərarı ilə “Xırt” birgə təsərrüfatı yaradılmış və Quba rayon Aqrar İslahat Komissiyasının 8 aprel 1996-cı il tarixli qərarı ilə həmin qərar təsdiqlənmişdir. “Xırt” birgə təsərrüfatının başçısı iddiaçının mərhum atası X1 olmuşdur. O zaman “Xırt” birgə təsərrüfatının icarəsinə Aydınkənd kəndi ərazisindən faktiki 1980-ci ildən istifadələrində olan yaylaq sahəsindən 153,0 ha ərazi ayrılmışdır. Həmin vaxt “Xırt” birgə təsərrüfatına ayrılmış torpaq sahəsinə dair xx.xx.1996 tarixli 43№li akt və xəritə almışlar. Hal-hazırda 30 ilə yaxın istifadələrində olan torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisi Nəbi Nəbizadə tərəfindən iştirakları ilə xx.xx.2023-cü il tarixində həmin sözü gedən ərazinin ölçü və kordinatları GPS vasitəsilə yerdən naturadan götürülməsi barədə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-1245 saylı məktubunu cavablandırdığı vaxt həmin əraziyə cavabdeh tərəf və digər şəxslərin heç bir sənədi olmadığı və həmin ərazinin təsərrüfata aid olduğu təsdiqlənmişdir. Həmin vaxt Quba Rayon Məhkəməsinin iddiaçının ərizəsi əsasında həmin ərazidə müvəqqəti təminat tədbiri görülməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Rayon İcra və Probasiya Şöbəsi böyük icra məmuru 2-ci dərəcəli Ədliyyə qulluqçusu Nurəddin Əmrullayev tərəfindən xx.xx.2023cü il tarixli 163241/23-07 “5181” №li rəsmi məktub vasitəsilə bir neçə aidiyyəti orqana müraciət məktubu ünvanlayaraq iddiaçı bərabər həmin sözügedən yaylaq sahəsində məcburi icra tədbiri keçirmək istəsə də, ərazilərdən uzun illər qanunsuz istifadə edən kənar rayonlardan gəlmiş cavabdeh şəxsləri çıxarmaq mümkün olmamışdır. Bundan əlavə “Xırt” birgə təsərrüfatına aid 153 ha torpaq sahəsinə Çıxarış almaqdan ötrü ünvan 2qayıt İnzibati Məhkəməsinə iddia ərizəsi vermiş və hal-hazırda məhkəmənin icraatında olan 2 oktyabr 2023-cü il tarixli, 2-1(118)-4758/2023 saylı işi olduğu və məhkəmınin sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 Saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisinin verdiyi müayinə aktında həmin ərazinin sərhəd işarələrinin yerin vaxtilə yerquruluşu xəritəsindən iddiaçıya verilmiş çıxarışla sahənin yerləşmə mövqeyinin uyğunluq təşkil etdiyi bildirilmişdir. Və məhkəmənin növbəti sorğusu zamanı isə həmin təsərrüfata aid əraziyə Güləzi bələdiyyəsinin adına çıxarışların verildiyi məlum olmuşdur. xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 Saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Güləzi bələdiyyəsinin adına verilmiş çıxarışların ləğv edilməsini ərizə ilə xahiş etsə də, cavabdeh təşkilatın xx.xx.2025ci il tarixli, 3-21-3-34(2-364)2025 tarixli məktubu ilə Güləzi bələdiyyəsinin adına verilmiş çıxarışların ləğv edilməsindən imtina edərək həmin çıxarışların ləğvinə verilmiş göstərişin icrasının yalnız məhkəmənin qərarı ilə mümkün olduğu bildirilmişdir. Güləzi bələdiyyəsi “Xırt” birgə təsərrüfatına məxsus əraziyə saxtakarlıq yolu ilə Öz adına çıxarışlar rəsmiləşdirmişdir. Bu da iddiaçının hüququ çatan torpağa çıxarış almağına maneçilik yaratmışdır.
3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanunun 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba rayonu, Aydınkənd kəndində yerləşən 130,0 ha torpaq sahəsinə dair Quba rayonu Güləzi bələdiyyəsinin adına mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, Quba rayonu, Aydınkənd kəndində yerləşən 200,0 ha torpaq sahəsinə dair Quba rayonu Güləzi bələdiyyəsinin adına mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən **********15 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və Quba rayonu, Aydınkənd kəndində yerləşən 100,0 ha torpaq sahəsinə dair Quba rayonu Güləzi bələdiyyəsinin adına mülkiyyət hüququnu təstiq edən dövlət reyestrindən **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən, ərizənin icrasından xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2- 364/2025 nömrəli məktubla imtina edilmişdir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Kərimov iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir.
6. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
II. İddianın mümkünlüyü
7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
9. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
10. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
12. Hazırki işin hallarına görə, iddiaçının hüquqi marağı Quba bələdiyyəsinin adına verilmiş Quba rayonu, Aydınkənd kəndində yerləşən 130,0 ha torpaq sahəsinə dair Quba rayonu Güləzi bələdiyyəsi adına mülkiyyət hüququnu təsdiq edən rövlət reyestrindən **********20 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın, Quba rayon Aydınkənd kəndində yerləşən 200,0 ha torpaq sahəsinə dair Quba rayonu Güləzi bələdiyyəsi adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********15 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışın və Quba rayonu, Aydınkənd kəndində yerləşən 100,0 ha torpaq sahəsinə dair Quba rayonu Güləzi bələdiyyəsi adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən **********07 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi ilə bağlıdır.
13. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyata alınması tələb olunan torpaq sahələrinə dair digər şəxsin mülkiyyət hüquqları daşınmaz əmlakın reyestrində qeydiyyata alındığından və həmin qeydiyyat hazırda qüvvədə olduğundan və eyni daşınmaz əmlak üzərində hüquqlar haqqında qeydiyyat qüvvədə olduğu halda yenidən digər şəxsin hüquqlarının qeydiyyatının aparılması yolverilməz olduğundan iddia ərizəsi mümkün sayıla bilməz.
14. Məhkəmə iddiaçıya hüquqi yardım edərək bildirir ki, iddiaçı torpaq sahəsinə dair qeydin əsassız olduğunu iddia edirsə, iddiaçı hüquqi marağına çatmaq üçün ilk növbədə iddia etdiyi torpaq sahəsinə dair həmin şəxslərin adına aparılmış qeydi mübahisələndirməlidir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.
16. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.
17. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.
18. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-i il tarixli məktubdan görünür ki, **********20, **********15 və **********07 reyestr nömrəli çıxarışların verilməsinə əsas olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.
19. Məhkəmə qeyd edir ki, iddiaçı həmin qeydin aparılmasına əsas olmuş bələdiyyə qərarlarının qanuniliyini mübahisələndirməklə hüquqi marağına nail ola bilər.
20. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərini ödəmədiyi üçün mümkün sayılmamalıdır.
21. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
22. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X4-Abbaszadə