Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4316/2025 10.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X3rşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X6nin xx.xx.2023-cü il tarixli, 399 saylı əmrinin etibarsız hesab edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X3rşı “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X6nin xx.xx.2023-cü il tarixli, 399 saylı əmrinin etibarsız hesab edilməsi və İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, İddiaçı həqiqi hərbi xidmətə xx.xx.2017-ci il tarixdə başlamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək xüsusi döyüş əməliyyatlarında iştirak etmişdir (İİ Qarabağ müharibəsi). 44 günlük Müharibədə iştirakı ilə əlaqədar ona Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyev tərəfindən "Veteranlıq" verilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə İİİ dərəcəli medal"la təltif edilmiş, Azərbaycan Respublikası Baş X7 tərəfindən "Vətən müharibəsi iştirakçısı medalı" ilə, N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant Firdovsi Bəyov tərəfindən "Fəxri Fərman la təltif edilmişdir. xx.xx.2021-d il tarixdən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası DSX ÇHQ-də MAHHQX qismində xidmət etmişdir (Hazırda N saylı hərbi hissə). xx.xx.2023-çü il tarixdə 399 saylı əmrlə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-ct maddəsinə müvafiq olaraq, DSX-dən həqiqi hərbi xidmətdən SQ ehtiyatına buraxılmışdır. Lakin bugünədək həmin əmr rəsmi olaraq, iddiaçıya təqdim edilməmiş və iddiaçı həmin əmrlə tanış edilməmiş, əmr ona elan və izah edilməmişdir. Hərbi xidmətdən vəzifələ şəxslərin qərəzli hərəkətlərinə və təzyiqi ilə öz ərizəsi ilə ehtiyata buraxılmasını və onunla olan bağlaşmanın ləğv edilməsinə dair ərizəsinə məhəl qoyulmamış, hərbi bileti belə aylarla sonra özünə təqdim edilmişdir. Bundan sonra yuxarı rəhbərliyə mail və birbaşa (daxili) poçt vasitəsilə müraciət etmişdir, ona işinin araşdırıldığı və yekun cavab verilənədək gözləməli olduğu bildirilmişdir. 2024-cü ilin iyulundan vəkil sorğusuna belə Azərbaycan Respublikası DSX-nin X6 tərəfindən imtina verilərək, iddiaçının barəsində tərtbi edilmiş əmr və ona əsas olmuş sənədlər təqdim edilməmişdir. Yalnız 2024-cü ilin oktyabrında mail vasitəsilə DSX tərəfindən iddiaçıya məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək eyni əsaslarla iddiaçıya intizam cəzaları verildiyini, həm də eyni əsaslarla xidməti uyğunsuzluqda ittiham edilərək barəsində ehtiyata buraxılmaya dair inzibati akt qəbul edildiyini, bir əmələ görə iki məsuliyyətin verilməsinin özünün qanunvericiliyə zidd olmasını əsas tutaraq hazırki əmrin etibarsızlığına dair qərar qəbul edilməli olduğunu bildirmişdir. İddiaçının iddianın mümkünlüyünə dair yazılı izahatında qeyd etmişdir ki, İddiaçı həqiqi hərbi xidmətə xx.xx.2017-ci il tarixdə başlamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək xüsusi döyüş əməliyyatlarından iştirak etmişdir (İİ Qarabağ müharibəsi). 44 günlük Müharibədə iştirakı ilə əlaqədar ona Azərbaycan Respublikası şPrezidenti, cənab İlham Əliyev tərəfindən "Veteranlıq" verilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə İİİ dərəcəli medal"la təltif edilmiş, Azərbaycan Respublikası Baş X7 tərəfindən "Vətən müharibəsi iştirakçısı medalı" ilə, N nömrəli hərbi hissənin komandiri polkovnik-leytenant Firdovsi Bəyov tərəfindən "Fəxri Fərmanla təltif edilmişdir. xx.xx.2021ci il atrixdən xx.xx.2023-cü il tarixinədək Azərbaycan Respublikası DSX ÇHQ-də MAHHQX qismində xidmət etmişdir (Hazırda N saylı hərbi hissə). xx.xx.2023-cü il tarixdə 399 saylı əmrlə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq, DSX-dən həqiqi hərbi xidmətdən SQ-nın ehtiyatına buraxılmışdır. Cavabdeh inzibati orqanın təqdim etdiyi iddia etirazdan görünür ki, orqan hazırki iddianın mübahisələndirmə icraatı qaydasında verilmiş tələb hesab etməklə, iddia ərizəsinin zamanında verilmədiyinə istinad etmiş və bu səbəbdən iddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. Məhkəmənin diqqətini bu hissədə yol inzibati orqan tərəfindən yol verilmiş qanun pozuntularına və uyğunsuzluqlara çəkərək, hesab edirik ki, iddia tələbi mümkün hesab edilməli və məhkəmə iddia ərizəsi üzrə müvafiq araşdırma apararaq, yekun qərar qəbul etməlidir. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, cavabdeh İddiaçı şəxsi işini bütövlükdə və tikili formada, surəti təsdiq edilməklə təqdim etməli olduğu halda, bunu etməmiş, yalnız şəxsi işin müəyyən hissəni təqdim etmişdir. Bu hal daha öncə verilmiş vəkil sorğusuna da cavabın verilmədiyini nəzərə alsaq, düzgün müdafiənin qurulmasının və iş üzrə tam, obyektiv və hərtərəfli araşdırmanın qarşısını aldığı üçün kobud pozuntu hesab edilməlidir. Ələlxüsus qeyd edilməlidir ki, cavabdeh bugün belə, tələb olunduğu halda iddiaçının ehtiyata buraxılmasına dair əmrin surətini verməkdən imtina etmiş və məhkəməyə təqdim olunan əmrin surəti istənilsə də məxfi bəhanəsi ilə əmr təqdim edilməmişdir. Hesab edir ki, bu artıq şəxsin məhkəmə müdafiəsi hüququnun pozulmasıdır. Daha sonra iddiaçının "xidməti uyğunsuzluqla" ehtiyata buraxılmasına əsas kimi təqdim edilmiş xx.xx.2023-cü il tarixli "Maddi-texniki təminat bölüyünün nəqliyyat taqımının xüsusi maşınlar qrupunun sürücüsü çavuş İddiaçı, yol verdiyi nöqsanlarla əlaqədar hərbi hissənin rəhbərliyi tərəfindən keçirilmiş dinlənilmənin PROTOKOLU №3" adlı sənəddə briqada komandiri Əsəd Əsədzadə çıxışında qeyd edir ki, İddiaçı 3 halda 'Töhmət", 3 halda "Şiddətli töhmət" intizam cəzası ilə cəzalandırılmışdır. Lakin hazırda məhkəməyə təqdim edilmiş "ETİRAZ" ərizəsində cavabdeh qurum göstərir ki, İddiaçı 4 halda 'Töhmət", 5 halda "Şiddətli töhmət" intizam cəzası ilə cəzalandırılmışdır. Aydın görünür ki, xx.xx.2023-cü il tarixli, 399 saylı əmri sonradan "qanuniləşdirmək” üçün şəxsi işin içərisinə "töhmət" və "şiddətli töhmətlər əlavə edilmişdir. Bu hal şəxsi işi qanunsuz müdaxilənin göstəricisidir ki, işi araşdıran məhkəmə tərəfindən mütləq şəkildə nəzərə alınmalıdır. Bu hissədə həmçinin verilmiş 2 töhmət və 1 şiddətli töhmətin vaxtından əvvəl götürülməsi halı, həmçinin digər intizam cəzalarının ən sonuncudan əvvəlkinin xx.xx.2022ci il tarixli əmrlə verildiyini müəyyən edilir. Beləliklə ən sonuncudan əvvəl verilmiş "töhmətin verilməsindən 6 aydan çox zaman keçmişdir ki, bu hal xidməti uyğunsuzluğa dair əmrin verilməsi zamanı əsas kimi götürülə bilməzdi. “Tanışlıq vərəqəsi" adlanan hissədə göstərilən tarixlərlə "Cəzalar” adlanan bölmədə verilmiş əmrlərin tarixləri arasında uyğunluq müəyyən edilməmişdir. Müəyyən edilir ki, həmin intizam cəzaları ilə iddiaçı zamanında tanış edilməmiş və bununla da həmin əmrlərdən şikaye vermək hüququndan istifadədən məhrum olmuşdur. Bu da özlüyündə sözügedən əmrlərin şəxsi işə sonradan işlənilməsinə dair ciddi şübhələr yaradır ki, bu halda həmin intizam cəzalarına istinad edilməsi və bununla da iddiaçın hərbi qulluqçu kimi intizam qaydalarına əməl etməməsinə dair yanlış fikirin formalaşmasına gətirib çıxarır. İddiaçı özünün məhkəmədə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə növbəti məzuniyyətə buraxılardıqdan sonra, hərbi hissədə olarkən onun üzündə ləkə və yaralar yaranmış, o səhhətindən, həmin ləkə və yaraların sonradan silinməz hala gələcəyini güman edərək, ailə üzvləri ilə əlaqə saxlamış və onu mülki həkim-kosmetoloqa müraciət etməsini məsləhət görmüşlər, birbaşa həmin şəxsin qəbuluna getmişdir. Həkimin qəbulunda olan zaman kənar şəxs tərəfindən o videosu çəkilmiş və bu zaman İddiaçı hərbi geyimdə olmuşdur. Lakin iradəsi əleyhinə olaraq, kənardan çəkiliş aparmış şəxs həmin videonu sosial şəbəkəyə yerləşdirmiş, İddiaçı bundan sonra xx.xx.2023-cü il tarixdə məzuniyyətdən geri çağırılmış və izahatı alınmışdır. Həmin izahatında hadisəni təsvir etmişdir. Eyni zamanda həmin İddiaçı onunla bağlanılmış bağlaşmanın ləğv edilməsi və öz istəyi ilə "Hərbi vəzi hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununun 41.0.10-cu mat (41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma edildikdə) ilə ehtiyata buraxılması barədə ərizə təqdim etmişdir. Lakin buna baxmayaraq, şəxs özünün xəbəri olmadan və əmr İddiaçı edilmədən və sonuncu həmin əmrlə tanış olmadan, onu sözügedən Qanunun 41.0.6-cı maddəsi ilə (xidməti uyğunsuzluğa) görə Silahlı Qüvvələr sırasından ehtiyata buraxılmasına dair əmr verilmişdir. Şəxs özü tərəfindən verilmiş ərizə əsasında ehtiyata buraxıldığını zənn etdiyindən aylar sonra ona təqdim edilmiş hərbi biletdən hansı qeydin aparılmasına da diqqət etməmişdir. Lakin 2024-cü il fevral-mart aylarında DİN orqanları sırasına - "Mühafizə polisinə düzəlmək üçün sənədlərini bir şəxs təqdim etmiş və ona köməklik göstərilməsini xahiş etmişdir. Şəxs tərəfindən araşdırma aparılarkən onun xidməti uyğusuzluqla ehtiyata bildirirmiş və bundan sonra həmin əmrdə düzəliş edilməsinə dair müvafiq şikayətdə cavabdeh quruma müraciət etmişdir. Bu zaman Azərbaycan Respublikası DSX-nin şəxsi heyətlə işlər üzrə rəis müavini general-leytenant Rəsul Tağıyevin qəbulunda olan İddiaçı şikayəti üzrə araşdırma aparılacağı və dedikləri doğru olduğu təqdirdə müvafiq tədbir görüləcəyi bildirilmişdir. Lakin araşdırmanın uzun sürdüyü görən İddiaçı yenidən bir neçə dəfə cavabdeh quruma ərizələr ünvanlamışdır. Yalnız 2024-cü ilin oktyabrında cavabdeh qurumdan ona məhkəməyə müraciət etməsi bildirilmiş və eyni zamanda digər qurumlara müraciətlərinə də həmin tarix və ondan sonrakı tarixlərdə məhkəməyə müraciət etməsinə dair cavab almışdır. Bundan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədləri poçt (kuryer) vasitəsilə məhkəməyə təqdim etmişdir. Sadalananlardan göründüyü kimi iddiaçı son anadək cavabdeh qurumun onun ərizəsi ilə deyil, xidməti uyğusuzluqla ehtiyata buraxılması halının araşdırılacağına inanmış, nəticə əldə etmədiyi üçün məhkəməyə müraciət etmişdir. İddiaçının bu mövzuda ərizə təqdim etməsi cavabdeh qurumun məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 03 saylı Protokoldakı izahatının sonundakı cümləsindən də görünür. Belə ki, sonda iddiaçının adından qeyd edilir ki, "...bundan sonrakı fəaliyyətini mülki həyatda davam etdirməyi planlaşdırdığını bildirirərək, iştirakçılardan Silahlı Qüvvələrin ehtiyata buraxılmağında ona köməklik göstərilməsini xahiş etdi". Aydın görünür ki, iddiaçı ehtiyata buraxılmasına dair xahişi özü etmişdir. Eyni zamanda göstərilməlidir ki, ümumilikdə 3 saylı Protokolda göstərilən hallarda da ziddiyyətlə mövcuddur. Belə ki, orada İddiaçı adından qeyd edilir ki, "bədən nahiyyəsini lazer epilyasiya aparatı ilə təmizləmiş, qaşlarını aldırmışdır...". Əvvəla bu halı təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında və o cümlədən şəxsi işdən təqdim edilmiş sənədlərdə mövcud deyildir. Digər tərəfdən bu hallara hərbi qulluqçu tərəfindən yol verilməsini qadağan edər hər hansı əmr, əsasnamə və digər qeyri-normativ aktlarda göstərişin olmasına dair cavabdeh qurumun əsas gətirməmişdir. Eyni zamanda sözügedən Protokolda iddiaçının adından "geyim formasının kobuc şəkildə mütəmadi pozulması" halı qeyd edilmişdir. Cavabdeh qurum tərəfindən təqdim edilmiş "Şəxsi iş"dən çıxarış formasında "Cəzalar" bölməsində hərbi qulluqçuya bir dəfə də olsun hərb geyim formasını pozmasına dair istinad və buna görə intizam cəzası almasına dair qeyd mövcud deyildir. Bu hal da təsdiq edir ki, əgər "Cəzalar" bölməsində yazılan məlumatla həqiqəti əks etdirirsə o zaman şəxsə heç bir zaman geyim formasını pozmasına dair intizarr cəzası verilməmiş və busa belə halın həqiqətdə olmadığını göstərir. Qeyd edilməlidir ki, yuxarıda göstərilən nöqsanlar eyni zamanda xx.xx.2023-cü i tarixli, 03 saylı Prokotokolun da sonradan tərtib edildiyini və şəxsin həqiqətdə həmin Protokolk tanış olmadığını bildirir. Bununla yanaşı sözügedən Protokolun sonunda "Protokol mənimlə aparılmış hərtərəfli söhbətdən sonra tərtib edilmişdir, hər hansı əlavəm yoxdur" cümləsi çap hərfləri ik yazılmışdır. Həmçinin cavabdeh qurum tərəfindən iddiaçının ehtiyata buraxılmasından əvvə onunla qanunun tələbinə əsasən iki dəfə söhbət aparılması və buna dair sənədləşməyə dair hər hansı sübut təqdim edilmədiyindən hesab edir ki, sözügedən Protokol da sonradan tərtil edilmiş və orada göstərilən məlumatlar tam həqiqəti əks etdirmir. Qeyd edilməlidir ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 162-ci bəndində qeyd edilir ki, Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddət həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişindi buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiätərəfindən; Həqiqi hərbi xidmətdən buraxılası şəxslərlə söhbətə zərurət olduqda müvafiq qurumların nümayəndələri cəlb edilirlər. Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Göründüyü kimi hərbi qulluqçu ilə ehtiyata buraxılmazdan əvvəl azı iki dəfə söhbətin aparılması qanunla imperativ norma kimi nəzərdə tutulmuşdur. Sözügedən əmr məhz bu söhbətlərin yekunda tərtib edilmiş "Söhbət vərəqəsi”ndə olan məlumatlar əsasında və "Şərəf məhkəməsi”nin vəsatəti ilə verilə bilərdi. Belə ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 155-ci bəndinə əsasən ...Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. Üstəlik "Şərəf məhkəməsi”nə çıxarılan zaman verilən təqdimatın forması və ona əlavə edilməli sənədlərin də dəqiq siyahısı müəyyən edilmişdir. Belə ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə 6 saylı Əlavə "Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi" Qaydalarını müəyyən edir. Həmin Əlavənin 9-cu bəndinə görə Təqdimatla birlikdə aşağıdakı sənədlər göndərilir: vəzifəyə təyinetmə təqdim edildikdə: sonuncu attestasiya, müəyyənləşdirilmiş hallarda isə xidməti xasiyyətnamə; şəxsi iş, müəyyən edilmiş nümunədə arayış və digər sənədlər (onların təqdimolunma zərurəti yuxarı müvafiq qurum tərəfindən göstərilibsə); zabitlərin, gizirlərin, miçmanların yoldaşlıq şərəf məhkəməsi (şərəf məhkəməsinin vəsatəti ilə vəzifəsi aşağı salınmağa təqdim edilərkən) qərarının surəti; ali zabit heyətinə hərbi rütbə verilməyə təqdim edildikdə; parad formasında 9x12 ölçülü fotoşəkillə müəyyən edilmiş nümunədə arayış; hərbi rütbədən məhrum edilməyə təqdim edildikdə; hərbi qulluqçunun inzibati istintaq (əgər o keçirilibsə) materialları üzrə rəy əlavə edilmiş şəxsi işi; xidməti xasiyyətnamə; xidmət kartoçkası; həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə; söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin “v”, “q”, “e”, “ə” bəndləri, 158-ci maddəsinin “b” bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər; məhkəmənin hökmünün surəti (bu Əsasnamənin 158-ci maddəsi ilə buraxıldıqda) Göründüyü kimi xx.xx.2023-cü il tarixli, 399 saylı ƏMR - inzibati akt qanunvericiliyə əsasən müəyyən rəsmi sənəd formasında qəbul edilməli olduğu halda, bu tələbə cavab verməyən inzibati akt şəklində verilmişdir. Belə inzibati akt isə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 65.1.3-cü maddəsinə əsasən etibarsız hesab edilməlidir. Həmin Qanununun 65.2-ci maddəsinə görə etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Məhz qanunvericiliyin müəyyən etdiyi formada və ardıcıllıqlara riayət edilmədən qəbul edildiyi üçün xx.xx.2023-cü il tarixli, 399 saylı əmrin mübahisələndirilməsində müddət tətbiq edilə bilməz. Belə ki, yalnız qanunvericiliklə müəyyən edilmiş formada qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi zamanı müddətin tətbiqi mümkündür. Hazırki halda belə əmrin verilməsi üçün hər hansı hüquqi əsas olmamış və bu əmr qanunvericiliklə nəzərdə tutulmuş rəsmi sənəd formasında tərtib edilməmişdir. Bu baxımdan etibarsızdır. Bundan başqa qeyd edilməldir ki, "Şəxsi iş"dən çıxarışdan - "Cəzalar" bölməsində sonuncu qeyddən görünür ki, xx.xx.2023-cü il tarixdə "Tik-tok" sosial şəbəkəsində hərbi geyim formasında canlı yayım paylaşdığına görə İddiaçı xx.xx.2023-cü il tarixdə N saylı hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Mehdi Veyisov tərəfindən "Şiddətli töhmət" verilmişdir. "Azərbaycan Respublikası Silahlı X2”nin 44-cü bəndinə görə zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq xidmət xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsinə baxılmağa verilməsi, həm də intizam cəzası vermək qadağandır. İddiaçının barəsində verilmiş Təqdimat və xx.xx.2023-cü il tarixli, 03 saylı Protokolda briqada komandiri Əsəd Əsədzadənin çıxışından görünür ki, eyni əsaslarla yekunda İddiaçı "Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsi ilə hərbi xidmətdən ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. Beləliklə sadalanan nöqsanlar üzrə həm şəxsə intizam cəzaları verilmiş, həm də eyni əsaslarla şəxs xidməti uyğunsuzluqda ittiham edilərək, barəsində ehtiyata buraxılmaya dair inzibati akt qəbul edilmişdir. Hesab edir ki, bir əmələ görə iki məsuliyyətin verilməsinin özünün də qanunvericiliyə zidd olmasını əsas tutaraq, hazırki əmrin etibarsızlığına dair qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iddiaçı ehtiyatda olan çavuş Q.Ş.X5 Qüvvələri Komandanının xx.xx.2023-cü il tarixli, 399 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır, (əmr qoşmaya əlavə olunur) İddiaçı DSX rəisinin xx.xx.2021-ci il tarixli, 595 ş/h №-li əmri ilə "kiçik çavuş" hərbi rütbəsi verilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə müvafiq olaraq, DSX-də 3 (üç) il müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində həqiqi hərbi xidmətə qəbul edilmişdir. İddiaçı xidmətə qəbul olunmazdan əvvəl Dövlət Sərhəd Xidmətinin rəisinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində Azərbaycan Respublikasının istənilən bölgəsində xidmət etməyə hazır olduğunu bildirmişdir. (ərizə qoşmaya əlavə olunur) Belə ki, işə əlavə olunmuş materiallardan görünür, İddiaçı barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə N №-li hərbi hissədə keçirilmiş xx.xx.2023-cü il tarixli dinlənilmənin 03 №-li protokolu və həmin protokol əsasında N nömrəli hərbi hissənin komandiri polkovnik Əsəd Əsədzadənin xx.xx.2023-cü il tarixli təqdimat qəbul edilmişdir. Qoşmaya əlavə olunmuş xx.xx.2023-cü il tarixli dinlənilmənin 03 №-li protokolundan görünür ki, çavuş İddiaçı xidmətini davam etdirməsi üçün zenit-raket artilleriya briqadasına təyin olunduğu gündən intizamsızlıqları ilə daim diqqət mərkəzində olduğu, hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyi, hərbi geyim formasının dəsti olan qara rəngli qısa qol koftanın əvəzində daim ağ rəngli uzun qol kofta geyindiyi, sifətinə və qaşlarına daim lazer epilyasiya aparatı ilə qulluq görsətdiyi, dərisinin baxımlı qalması üçün müxtəlif cild maskalarından istifadə etdiyi bildirilərək hərbi kollektivə pis örnək olduğu vurğulanmış, Həmçinin hərbi qulluqçunun məzuniyyətdə olduğu müddətdə hərbi geyim formasında estetik klinikasında olarkən "Tik-Tok" sosial şəbəkəsində açılmış canlı yayımda edilən paylaşımların, mülki şəxslər tərəfindən canlı yayımın rəy bölməsində yazılmış fikirlərin, çavuş İddiaçı hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verməsini, yaşadığı Horadiz qəsəbəsində hərbi geyim formasını kobud şəkildə pozaraq ictimaiyyətdə Dövlət Sərhəd Xidmətinin nüfuzuna xələl gətirməsini və hərbi kollektivə pis nümunə olmağını qəbul edilməz hal kimi hərbi qulluqçunun nəzərinə çatdırılmışdır. Əlavə olaraq xidmət müddətində yol verdiyi nöqsanlara görə (Səhər yerbəyerinə hazırlıqsız gəldiyinə görə, divizion növbətçisi olduğu zaman gecə ərzində 2 (iki) dəfə yatdığına görə, sıra intizamını pozduğuna görə, səhər yerbəyerində iştirak etmədiyinə görə, səhər yerbəyerinə gecikdiyinə görə, həyəcan komandasına gec gəldiyinə görə, xidməti vəzifələrinə lageyd yanaşdığına görə və xx.xx.2023-cü il tarixdə "Tik-Tok" sosial şəbəkəsində hərbi geyim formasında canlı yayım paylaşdığına görə) 4 halda "Töhmət", 5 halda "Şiddətli töhmət" intizam cəzası ilə cəzalandırıldığı bildirilərək verilmiş intizam cəzalarının heç bir tərbiyəvi təsir bağışlamadığı bildirilmişdir. Çavuş İddiaçı hərbi hissəyə təyin olunduğu gündən xidmətə belə laqeyd münasibət bəsləməsi, hərbi qulluqçuya yaraşmayan neqativ əməllərlə məşğul olması qəbuledilməz hal kimi qiymətləndirilərək digər hərbi qulluqçulara və hərbi kollektivə pis örnək olduğu vurğulanmışdır. Tutulan iradları səmimi qəbul etdiyini, dərisinin günəş şüasına qarşı həssas olduğunu, daim baxıma ehtiyacı olduğunu, hərbi geyim formasının dəsti olan qara rəngli qısa qol koftanı geyinə bilmədiyini və əvəzində daim ağ rəngli uzun qol kofta geyindiyini, sifətinə və qaşlarına daim lazer epilyasiya aparatı ilə qulluq görsətdiyini, müxtəlif cild maskalarından istifadə etdiyini bildirmiş, dəfələrlə hərbihissə rəhbərliyi tərəfindən irad bildirildiyi bildirilsə də tutulan iradlardan nəticə-çıxarmamış, etdiyi hərəkətlərini davam etdirmişdir. Geyim formasını kobud şəkildə, mütəmadi pozması və bədən nahiyəsini lazer epilyasiya aparatı ilə təmizləməsi, qaşlarını alması hərbi kollektivdə və ictimaiyyətdə xoş qarşılanmadığı üçün hərbi kollektivdə nüfuza malik olmamasının ona pis təsir bağışladığını bildirdi. Qeyd olunan problemlərin xidməti fəaliyyətinə mənfi təsir etdiyini, bundan sonrakı fəaliyyətini mülki həyatda davam etdirməyi planlaşdırdığını bildirərək iclas iştirakçılarından Silahlı Qüvvələrin ehtiyatına buraxılmağında ona köməklik göstərilməsini xahiş etmişdir. Hərbi xidmətə könüllü qaydada daxil olması, hərbi xidmətin üstünlükləri, xidmətində buraxdığı nöqsanlar, xidmətdən kənar münasibətlərə meyilli olması, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin hərbi xidmətkeçmə qaydalarını tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hərbi qulluqçular üçün müəyyən edilmiş qaydalara əməl edilməsi üzrə qəbul etdiyi öhdəliklərin tələbləri onun nəzərinə çatdırılmış, hərbi qulluqçuların özlərinə xidmət yeri seçməməsi, eləcə də mövcud qanunvericilik və əsasnamənin müddəaları ona izah olunmuşdur. Xidmətə münasibətindən irəli gələrək müvafiq tədbirlərin görülməsi üçün əsas verən qanunvericilik və əsasnamənin müddəaları ona izah olunmuşdur. İclasın sonunda iclas iştirakçıları çavuş Q.Ş.X4 Xidmətində xidmətini davam etdirməsini məqsədəuyğun hesab etmədiklərini və xidməti uyğunsuzluğa görə Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etdilər. Dinlənilmə protokolunun onunla (çavuş İddiaçı) aparılmış hərtərəfli söhbətdən sonra tərtib edildiyini, hər hansı əlavəsinin olmadığını bildirmişdir. Qeyd olunan söhbətə dair protokolla tanış edilmiş və çavuş İddiaçı öz imzası ilə təsdiq etmişdir. Qoşmaya əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli təqdimatından da göründüyü kimi çavuş İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi dövrdə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmağa çalışsada buna tam nail ola bilməmişdir. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə {xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə müraciəti ilə əlaqədar çavuş İddiaçı ilə hərbi hissə rəhbərliyi tərəfindən söhbət aparılmışdır. Onun xidməti fəaliyyəti ətraflı təhlil edilərək tərxis olunmaq arzusunun səbəbləri soruşuldu, şikayət və təklifləri dinlənildi. Xidməti fəaliyyəti zamanı üzləşdiyi problemlər və xidmətinə təsir edə biləcək problemlərin olub-olmaması aydınlaşdırıldı. Çavuş İddiaçı xidmətə uyğunlaşa bilmədiyini, müasir dövrün tələblərinə uyğunlaşmaq istədiyini, daim baxımlı olmaq istədiyini, dərisinin günəş şüasına qarşı həssas olduğunu, daim baxıma ehtiyacı olduğunu, hərbi geyim formasının dəsti olan qara rəngli qısa qol koftanı geyə bilmədiyini və əvəzində daim ağ rəngli uzun qol kofta geyindiyini, sifətinə və qaşlarına daim lazer epilyasiya aparatı ilə qulluq görsətdiyini, dərisinin baxımlı qalması üçün müxtəlif cild maskalarından istifadə etdiyini bildirdi. Dəfələrlə hərbi hissə rəhbərliyi tərəfindən irad bildirildiyi bildirilsədə tutulan iradlardan nəticə çıxarmadığını, etdiyi hərəkətlərini davam etdirmişdir. Geyim formasını kobud şəkildə mütəmadi pozması, bədən nahiyəsini lazer epilyasiya aparatı ilə təmizləməsi, qaşlarının almasını -hərbi kollektivdə və ictimaiyyətdə xoş qarşılanmadığı üçün hərbi kollektivdə nüfuza malik olmamasının ona pis təsir bağışladığını bildirdi. Qeyd olunan problemlərin xiğməti fəaliyyətinə mənfi təsir etdiyini, bundan sonrakı fəaliyyətini mülki həyatda davam etdirməyi planlaşdırdığını bildirərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmağını xahiş etmişdir. Həmçinin hərbi hissə rəhbərliyi hərbi qulluqçunun məzuniyyətdə olduğu müddətdə hərbi geyim formasında estetik klinikasında olarkən "Tik-Tok" sosial şəbəkəsində açılmış canlı yayımda edilən paylaşımların, mülki şəxslər tərəfindən canlı yayımın rəy bölməsində yazılmış fikirlərin, çavuş İddiaçı hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verməsini, yaşadığı Horadiz qəsəbəsində hərbi geyim formasını kobud şəkildə pozaraq ictimaiyyətdə Dövlət Sərhəd Xidmətinin nüfuzuna xələl gətirməsini və hərbi kollektivə pis nümunə olmağını qəbul edilməz hal kimi hərbi qulluqçunun nəzərinə çatdırıldı. Etdiyi əməllərə görə dəfələrlə irad tutulmağına baxmayaraq, tutulan iradlardan nəticə çıxarmayaraq hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyi hərbi qulluqçunun nəzərinə çatdırıldıqda hərbi qulluqçu etdiyi əməlləri səmimi etiraf edərək hərbi hissə rəhbərliyindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmağına köməklik göstərilməsi üçün xahiş etmişdir. Eyni zamanda hərbi hissədə və Dövlət Sərhəd Xidmətində hər hansı bir şəxsə qarşı iddiasının olmadığını və ehtiyata buraxıldıqdan sonra Dövlət Sərhəd Xidmətində xidmətə qəbul edilməsi üçün müraciət etməyəcəyini bildirmişdir. Söhbətin sonunda çavuş İddiaçı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxıldıqdan sonra, gələcəkdə Dövlət Sərhəd Xidmətində, hüquq mühafizə orqanlarında və dövlət qurumlarında xidmətə (işə) qəbul edilməsinin mümkünsüzlüyü bir daha nəzərinə çatdırılmışdır. Silahlı Qüvvələrin ehtiyatına buraxılacağı barədə son qərar qəbul edilənədək xidməti fəaliyyətini günün nizam qaydalarına və qanunvericiliyin tələblərinə uyğun qurması tövsiyə olunmuşdur. Bundan əlavə, İddiaçı həqiqi hərbi xidmətə daxil olarkən “Hərbi qulluqçular üçün internet şəbəkəsindən qeyri-xidməti məqsədlərlə istifadəsi barədə öhdəlik”, “Hərbi and”, “Əcnəbilərlə xidmətdən kənar əlaqələr barədə məruzə etmək haqqında öhdəlik”, “Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hərbi qulluqçular üçün müəyyən edilmiş ümumi vəzifələrə əməl edilməsi barədə öhdəlik", "Elektron məlumat daşıyıcılarından istifadəyə (fləş-kart və hard-disk) dair öhdəlik", “Dövlət sirrini təşkil edən məlumatları yaymamaq barədə öhdəlik”; və digər öhdəlikləri öz imzası ilə təsdiq edərək həmin öhdəliklərdən irəli gələn tələblərə əməl etmək vəzifəsini daşımışdır (qoşmaya əlavə edilir). Qoşmaya əlavə edilmiş N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”ndan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və öz imzası ilə təsdiq etmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Dövlət Sərhəd Xidmətinin X6 Komandanının xx.xx.2023-cü il tarixli, 399 ş/h nömrəli əmrində dəyişiklik edilməsini xahiş edir. Hazırki işdə tələb "mübahisələndirmə haqqında" iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan əmr xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur, lakin hazırki iddiaçı bu sərəncamı xx.xx.2025-ci il tarixdə (məhkəməyə daxil olduğu vaxt), yəni əmrin qəbul olunduğu vaxtdan müvafiq olaraq 30 gündən çox müddət keçdikdən sonra mübahisələndirmişdir, Mübahisələndirilən sərəncamın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, işin hallarına əsasən İddiaçı xx.xx.2023-cü il tarixli, 399 ş/h nömrəli əmrini 19 fevral 2025ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia ilə mübahisələndirdiyi əmr Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Çevik X1 "Təyinatların qeydiyyatı kitabı"na İddiaçı xx.xx.2023-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş, müvafiq əmr elan edilmiş və İddiaçı əmrlə tanış olaraq öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2023- cü il tarixli, 399 ş/h nömrəli əmrdən ən geci 16 iyun 2023-cü il tarixdə xəbərdar olduğu halda, həmin əmrin mübahisələndirilməsi ilə bağlı 30 günlük müddəti ötürmüşdür. İddiaçı iddia müddətini buraxmışdır. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə təyinat vərəqəsini almış, yəni Silahlı Qüvvələrin ehtiyatına buraxılması ona elan olunmuş və şəxsi işinin SHXÇDX-nın Abşeron rayon şöbəsinə göndərilməsi barədə məlumatlı olsa da, məhkəmənin dəftərxanasına xx.xx.2025-ci il tarixində iddia ilə müraciət edərək iddia müddətini 1 il 8 ay (bir il səkkiz ay) aya yaxın olmaqla iddia müddətini üzrsüz səbəbdən ötürmüş və iddia ərizəsində prosessual müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən əsasları göstərməmişdir. Beləliklə, İddiaçı barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyqunsuzluqa görə) müvafiq olaraq təqdimat qəbul edilmiş, həmin təqdimat əsasında da əmr qəbul edilmişdir. Digər tərəfdən isə iddia müddətini 1 il 8 aya (bir il səkkiz ay) yaxın müddət olmaqla üzrsüz səbəbdən ötürmüşdür.. Ona görə də İddiaçı “Dövlət Sərhəd Xidmətinin X6 Komandanının 399 saylı əmrində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası əsassızdır və mümkün hesab edilməməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, izahatında iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X6nin xx.xx.2023-cü il tarixli, 399 saylı əmrinin etibarsız sayılmasını xahiş etsə də, məhkəmə aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir. İnzibati aktın etibarsızlığı İnzibati Prosessual Məcəllənin 36-cı maddəsində nəzərdə tutulmuş tanınma haqqında iddia vasitəsi ilə tanınır. Həmin normaya görə tanınma haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Bununla bağlı qeyd olunmalıdır ki, inzibati aktın etibarsız sayılması ilə bağlı hallar “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə tənzimlənir və inzibati aktın etibarsızlığına səbəb olan halların dairəsi həmin maddədə təsbit edilmişdir. İstinad olunan maddəyə görə, aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə mübahisələndirilən əmrin etibarsız hesab edilməsi və bununla bağlı iddianın əsaslı sayılması üçün həmin əmrin ən azından “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində təsbit olunmuş qüsurlardan hər hansı birinə malik olmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı faktiki olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti X6nin xx.xx.2023-cü il tarixli, 399 saylı əmrini mübahisələndirir ki, bu da mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. Məhkəmə iclasında izahatı zamanı iddiaçı öz ərizəsi ilə ehtiyata buraxıldığını zənn etdiyini, hərbi bileti ona təqdim edildikdən sonra işə düzəlmək üçün müraciət etdiyi zaman ona xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığının məlum olduğunu, bundan sonra dəfələrlə cavabdehə müraciət etdiyini, müraciətinə baxılacağını düşündüyü üçün məhkəməyə sonradan müraciət etdiyini bildirmişdir. Həmçinin, iddiaçı ona məhkəməyə müraciət etməli olduğu bildirildikdən sonra oktyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini qeyd etsə də, iş materiallarında olan 413085 saylı qaimədən görünür ki, zərf xx.xx.2025-ci il tarixində imza edilməklə qəbul edilmiş, işə dair xx.xx.2025-ci il tarixli daxilolma qeydiyyatı aparılmışdır. İddiaçının nümayəndəsi və vəkili izahatında iddia ərizəsinin sürətli poçt xidmətinə 14 oktyabr 2024-cü il tarixində verildiyini, məhkəmənin dəftərxanasına xx.xx.2025-ci il tarixdə təqdim edilməsinin səbəblərindən məlumatlı olmadığını bildirmişdir. Lakin, iş materialları ilə müəyyən edilir ki, iddia ərizəsinin xx.xx.2024-cü il tarixində verilmiş olması halında belə iddia müddəti ötürülmüş olacaqdır. Belə ki, cavabdehin nümayəndəsi mübahisələndirilən əmri və əlaqəli digər sənədləri məhkəməyə təqdim edərək iddiaçıya əmrin elan edildiyini, bu barədə xx.xx.2023-cü il tarixli tanışlıq vərəqəsinə imza etdiyini, xx.xx.2023-cü il tarixdə təyinat vərəqəsini aldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə 31 yanvar 2025-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Göründüyü kimi iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi ilə yanaşı, həmçinin iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4316/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4316/2025
10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver