Məhkəmə qərarları › İş №2-1(118)-433/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-433/2020

06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-433/2020 06.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Göyçə qızınıniştirakı ilə, Üçüncü şəxslər X1 və X3 iştirakları ilə, İddiaçı Göyçə qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X3 passport qeydiyyatından çıxarılmasının cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Göyçə qızıcavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinəX3 passport qeydiyyatından çıxarılması üçün müraciət etmişdir. Cavabdeh orqanın xx xxxxxx 2019-cu il tarixli, 123-34017H-3219 saylı məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon 2 saylı evin 114 saylı mənzili (yeni qaydalarla: AZ 5011, Sumqayıt şəhəri, Koroğlu prospekti 625, M8, m3) AR ƏMDRX yanında DƏDRX -nin RX seriyalı 644880 № li çıxarışına əsasən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs kimi qeyd etdiyi Kərəmova Leyla tanışıdır. Bəzi sənədləşmə işlərinə görə oğlu xx.xx.2003-cü il təvəllüdlü X3 mülkiyyətində olan mənzilə passport qeydiyyatına salınmasını iddiaçıdan xahiş etdi. İddiaçı da müvəqətti olaraq razılaşdı. Lakin sonra Leylaya dəfələrlə müraciət etməyinə baxmayaraq daimi yaşayış yeri olmadığını səbəb gətirirərək azyaşlı övladını hələ də qeydiyyatdan çıxarmayıb. Həmin uşağın passport qeydiyyatında olmasına baxmayaraq azyaşlı olduğundan həmin mənzildən istifadə hüququna malik deyildir. Qeydiyyatı formal xarakter daşıyır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. X4 və X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər X2 Məsələləri Bölməsinin heç bir etirazı olmadığını, iddia üzrə qərar qəbul edilərsə tərəflərindən icrasının təmin ediləcəyini bildirmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X4 və X5 iştirak etmiş, ərizə təqdim edərək X3 pasport qeydiyyatından çıxarılması və polis şöbəsinə qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişlər. . Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Həmin maddəyə görə, yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 9-cu maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Hazırki mübahisənin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs iddiaçınn mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır. Həmçinin üçüncü şəxslər X4 və X5 məhkəmə iclasında ərizə təqdim edərək X3 passport qeydiyyatından çıxarılması və polis şöbəsinə qeydiyyata alınmasına etiraz etmədiklərini bildirmişlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar