Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4332/2025 02.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayənəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “57 yaşın tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı 57 yaşın tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının “Əmək pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsi ilə ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. 1980-1983-cü illlərdə Bakı Dəmiryolu Nəqliyyatı Texnikumunda “dəmiryollarının elektrik dartma təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir. Hərbi xidməti bitirdikdən sonra yenidən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yük Daşımaları Departamentin X1 işə daxil olmuşdur. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2020-cil tarixli, 1034 saylı arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.1985-xx.xx.1997-ci illərdə elektrovoz maşinisti köməkçisi (Əmr №9, xx.xx.1985), xx.xx.1997- xx.xx.1997-ci illərdə elektrik qatarı maşinisti köməkçisi (dublyor) (Əmr№901, xx.xx.1997), xx.xx.1997xx.xx.2009-cu illərdə elektrik qatarı maşinisti (sərbəst) (Əmr № 931, xx.xx.1997), xx.xx.2009-xx.xx.2009-cu illərdə mator vaqon hərəkət heyətinin maşinisti (dublyor) (Əmr №138/k, xx.xx.2009) xx.xx.2009-xx.xx.2012- ci illərdə mator vaqon hərəkət heyətinin maşinisti (sərbəst) vəzifələrində işləmişdir. xx.xx.2012-ci ildə 33/k saylı əmrlə, öz xahişi ilə işdən azad olunmuşdur. Verilən arayışda həmçinin qeyd edilmişdir ki, “ümumi : dəmiryol nəqliyyatında iş stajı 27 il, 02 ay, 25 gün təşkil etmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriilərin siyahısı” qərarına uyğundur. Həmçinin "xxxx" QSC-nin verdiyi №37 Arayışda göstərilmişdir ki, Bakı lokomativ deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan NVS(motor vaqon seksiyası) tərcümə olunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriilərin siyahısının” təstiq edilməsi barədə Qərarın 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. Beləliklə məlum olur ki, İddiaçı xx.xx.2006- cı il tarixədək ümumi 25 ildən çox stajı olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri, elektrik qatarlarının (seksiyalarının) maşinistləri, teplovozlarda maşinist köməkçiləri, elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri peşələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 6 oktyabr 2.020-ci il tarixli 1034 nömrəli arayışında xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində motor vaqon elektrik seksiyalarının maşinist köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxanda göstərilən vəzifələrə aid deyil. Eyni zamanda, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinist köməkçisi və maşinisti vəzifələri nəzərdə tutulmayıb, həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor vaqon maşinisti vəzifəsi qeyd edilməyib. Bundan başqa xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdiyi və motor-vaqon maşinisti vəzifəsi sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə yalnız xx.xx.1993-cü il tarixədək işlədiyi motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Bu səbəbdən də, xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (12 il 3 ay 18 gün (xx.xx.1985-xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. İddiaçının pensiya işinə dair inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. ЖТ 014741 saylı diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1980-xx.xx.1983cü illlərdə Bakı Dəmiryolu Nəqliyyatı Texnikumunda “dəmiryollarının elektrik dartma təsərrüfatı” ixtisası üzrə tam kursu bitirmişdir. НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983xx.xx.1985-ci illərdə hərbi xidmətdə olmuşdur. Azərbaycan Dəmir Yolları QSC Yük Daşımaları Departamenti X2 verdiyi xx.xx.2020-ci il tarixli 1034 saylı arayışda qeyd edilmişdir ki, ADY “QSC” İ qrup Biləcəri lokomotiv deposu üzrə İddiaçı: İşə qəbul olunub; xx.xx.1985 - xx.xx.1997- cü illərdə elektrovoz maşinisti köməkçisi (Əmr № 799, xx.xx.1985) xx.xx.1997 - 10.11,1997-cı illərdə elektrik qatarı maşinisti köməkçisi (dublyor) (Əmr № 901, xx.xx.1997) xx.xx.1997-xx.xx.2009- cu illərdə elektrik qatarı maşinisti (sərbəst) (Əmr № 9.31, xx.xx.1997) xx.xx.2009 -xx.xx.2009-cu illərdə mator vaqon hərəkət heyətinin maşinisti (dublyor) (Əmr№ 138/k, xx.xx.2009) xx.xx.2009-xx.xx.2012-ci illərdə mator vaqon hərəkət heyətinin maşinisti (sərbəst) (Əmr № ,xx.xx.2009) xx.xx.2012-ci il 33/k saylı əmrlə (Az.Res.ƏM-nin 69-cu maddəsinin 3-cü bəndi ,öz xahişi ilə ) işdən azad olmuşdur. Ümumi: Dəmiryol nəqliyyatında iş stajı 27 il, 02 ay, 25 gün təşkil edir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007 ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” qərarına uyğundur. Azərbaycan Dəmir Yolları QSC Sərnişin Daşımaları Departamentinin Bakı Lokomotiv Deposunun 37 saylı arayışında qeyd edilmişdir ki, Bakı lokomativ deposunda işləyən maşinist və maşinist köməkçilərinin əmək kitabçasında Sovetlər dönəmində yazılan NVS(motor vaqon seksiyası) tərcümə Hunaraq MVHH (motor vaqon hərəkət heyəti) adlandırılmış və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Qərarın 21. Nəqliyyat bölməsində göstərilən elektrik qatarlarının (seksiyalarının) maşinistləri və maşinist köməkçiləri vəzifə adları ilə eynilik təşkil edir. Məhkəməyə təqdim edilmiş xidməti məktubda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, ümumi iş stajı 44 il 1 ay 22 gün (xx.xx.2006-cı il tarixinədək 25 il 1 ay 22 gün (xx.xx.1980-xx.xx.1983-cü il (təhsil dövrü), xx.xx.1983- xx.xx.1985-ci il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.2005ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 19 il) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya sığorta kapitalı 64080,79 manat təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “motor-vaqon seksiyası”, “motor-vaqon elektrik seksiyası” və “MVHH (motor-vaqon hərəkət heyəti)” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir. Bu baxımdan qeyd edilən İddiaçı ADY-də çalışdığı motor-vaqon seksiyasının maşinist köməkçisi, motor-vaqon elektrik seksiyasının maşinisti və MVHH maşinisti peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri hal-hazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarlarının maşinisti və maşinist köməkçisi peşələrinə aid işlərin xüsusiyyətləri ilə eynidir. Müxtəlif dövrlərdə sözügedən eyni peşələrin adları ADY-yə aid sənədlərdə fərqli olaraq göstərilmişdir. Qeyd edirik ki, İddiaçı ADY-nin Biləcəri və Bakı lokomotiv depolarında xx.xx.1997-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək işlədiyi motor-vaqon seksiyasının maşinist köməkçisi, xx.xx.2009-cu il tarixindən xx.xx.2012-ci il tarixinədək işlədiyi MVHH maşinisti və xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək işlədiyi motor-vaqon elektrik seksiyasının maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 8-ci və 15-ci (18-ci) abzaslarında göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” peşələrinə uyğundur. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşələr üzrə güzəştli iş stajı 17 il 7 ay 16 gün təşkil edir. İddiaçı işlədiyi müvafiq peşələr ilə əlaqədar ona tətbiq olunan güzəştlər barədə (əlavə məzuniyyət, əlavə əməkhaqqı və s.) ADY-nin arxivlərində hər-hansı sənəd aşkar edilmədi. İddiaçı işlədiyi elektrik qatarının (motor-vaqon seksiyası, motor-vaqon elektrik seksiyası və MVHH) maşinisti və maşinist köməkçisi peşələrinin vəzifə təlimatlarının və digər sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 57 yaşın tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının “Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" QSC-nin 6 oktyabr 2.020-ci il tarixli 1034 nömrəli arayışında xx.xx.1997-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində motor vaqon elektrik seksiyalarının maşinist köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxanda göstərilən vəzifələrə aid deyil. Eyni zamanda, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının nəqliyyat bölməsində (21) motor vaqon seksiyalarının maşinist köməkçisi və maşinisti vəzifələri nəzərdə tutulmayıb, həmçinin “Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın dəmiryolu nəqliyyatı sahəsinə aid fəhlə peşələrinin və işlərin hazırda fəaliyyətdə olan peşə adları ilə müqayisəli adları və dərəcələri diapazonunda motor vaqon maşinisti vəzifəsi qeyd edilməyib. Bundan başqa xx.xx.1993-cü il tarixədək güzəştli şərtlərlə pensiya təminatı keçmiş SSRİ Nazirlər Sovetinin 22 avqust 1956-cı il tarixli 1173 nömrəli və 26 yanvar 1991-ci il tarixli 10 nömrəli Qərarları ilə təsdiq edilmiş müvafiq siyahılar əsasında həyata keçirilirdiyi və motor-vaqon maşinisti vəzifəsi sözügedən siyahıların “Nəqliyyat bölməsi”ndə nəzərdə tutulmuşdur. Göründüyü kimi, qanunvericilikdə yalnız xx.xx.1993-cü il tarixədək işlədiyi motor-vaqon maşinisti vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab olunur. Bu səbəbdən də, xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (12 il 3 ay 18 gün (xx.xx.1985-xx.xx.1997-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. İddiaçının ümumi iş stajını toplaması cavabdeh tərəfindən qəbul edilərək işin mübahisələndirilməyən halı olmuşdur. Mübahisənin yaranması əsasını vəzifə uyğunsuzluğu təşkil edir. Bu səbəbdən də iddiaçıya münasibətdə güzəştli iş stajı 12 il 3 ay 18 gün (xx.xx.1985-xx.xx.1997-ci il tarixləri arasındakı dövr) hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “motor-vaqon seksiyası”, “motor-vaqon elektrik seksiyası” və “MVHH (motor-vaqon hərəkət heyəti)” elektrik qatarları qrupuna daxil olan dəmir yolu nəqliyyat vasitələrindən hesab edilir. Bu baxımdan qeyd edilən İddiaçı ADY-də çalışdığı motor-vaqon seksiyasının maşinist köməkçisi, motor-vaqon elektrik seksiyasının maşinisti və MVHH maşinisti peşələri üzrə yerinə yetirilən işlərin xüsusiyyətləri hal-hazırda ADY-nin Sərnişin daşımaları departamentinin İstismar xidmətinin Lokomotiv briqadalarında əmək fəaliyyəti göstərməkdə davam edən elektrik qatarlarının maşinisti və maşinist köməkçisi peşələrinə aid işlərin xüsusiyyətləri ilə eynidir. Müxtəlif dövrlərdə sözügedən eyni peşələrin adları ADY-yə aid sənədlərdə fərqli olaraq göstərilmişdir. Qeyd edirik ki, İddiaçı ADY-nin Biləcəri və Bakı lokomotiv depolarında xx.xx.1997-ci il tarixindən xx.xx.2009-cu il tarixinədək işlədiyi motor-vaqon seksiyasının maşinist köməkçisi, xx.xx.2009-cu il tarixindən xx.xx.2012-ci il tarixinədək işlədiyi MVHH maşinisti və xx.xx.2012-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək işlədiyi motor-vaqon elektrik seksiyasının maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin müvafiq olaraq 8-ci və 15-ci (18-ci) abzaslarında göstərilən “elektrik qatarlarının (seksiyalarının) maşinistləri” və “elektrik qatarlarının (seksiyalarının) maşinist köməkçiləri” peşələrinə uyğundur. Həmçinin İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq peşələr üzrə güzəştli iş stajı 17 il 7 ay 16 gün təşkil edir. İddiaçı işlədiyi müvafiq peşələr ilə əlaqədar ona tətbiq olunan güzəştlər barədə (əlavə məzuniyyət, əlavə əmək haqqı və s.) ADY-nin arxivlərində hər-hansı sənəd aşkar edilmədi. İddiaçı işlədiyi elektrik qatarının (motor-vaqon seksiyası, motor-vaqon elektrik seksiyası və MVHH) maşinisti və maşinist köməkçisi peşələrinin vəzifə təlimatlarının və digər sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 453) ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qanunvericiliyin tələbinə görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün şərtlər: yaş həddi 57; ümumi iş stajı 25 il, xüsusi iş stajı isə 12 il 6 ay tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin imtinasını əsaslandırdığı vəzifə uyğunsuzluğu mövcud deyildir. İddiaçının xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcuddur. (ümumi iş stajı xx.xx.1980-xx.xx.1983cü il tarixləri, xx.xx.1983-xx.xx.1985-ci il tarixləri, xx.xx.1985-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər, cəmi 25 il 1 ay 27 gün; güzəştli iş stajı xx.xx.1985-xx.xx.1997-ci il tarixləri, xx.xx.1997-xx.xx.2005-ci il tarxiləri arasındakı dövrlər, cəmi 20 il 5 ay 10 gün) Beləliklə, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşdan pensiya təyin edilməklə Qanunun 32.1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla pensiya ödənişi həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və əmək pensiyasının “Əmək Pensiyaları haqqında Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova