Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4334/2024 22.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi - vəkili Vəkil3, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçının hüquq və mənafeyini pozan dövlət reyestrinə daxil edilmiş dəqiq olmayan, (əsassız və qanunsuz) texniki məlumatların düzəldilərək “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasportun – İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv.m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən (ziddiyyət təşkil edən) və iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına tərtib edilmiş dekabr 1998-ci il tarixli texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının hüquq və mənafeyini pozan dövlət reyestrinə daxil edilmiş dəqiq olmayan, (əsassız və qanunsuz) texniki məlumatların düzəldilərək “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasportun – İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv.m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən (ziddiyyət təşkil edən) və iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-569/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin mümkünsüz sayılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-302/2024 saylı, 19 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-569/2023 saylı, 22 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, inzibati işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-2855/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 584 kv.metr qeyriyaşayış sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X1 mülkiyyətindədir. Həmin əmlakın yerləşdiyi 1,81222 ha torpaq sahəsi iddiaçının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağladığı xx.xx.2017-ci il tarixli, 336 saylı icarə müqaviləsinə əsasən Komitə tərəfindən onun icarəsinə verilmişdir. Onun icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı, ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Beləliklə, həmin torpaq sahəsi üzərində iddiaçının istifadə hüququ qanuni əsaslarla rəsmiləşdirilmişdir. Həmin əmlakın yerləşdiyi 1,81222 ha torpaq sahəsi, AR ƏMDK ilə bağladığı xx.xx.2017-ci il tarixli 336 saylı icarə müqaviləsinə əsasən Komitə tərəfindən iddiaçının icarəsinə verilmişdir. İcarə hüququ DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin ərazi keçmiş bazar olub və 1998-ci ildə onun anası tərəfindən özəlləşdirilib və bazarın müdiri də özü olub. Bazar 1958-ci ildə tikilib. Üçüncü şəxsin tikili altında olan cəmi 24 sot torpaq sahəsi var. Həmin tikilini cavabdehin atası “Azərittifaq”dan alıb, sonra isə oğluna bağışlayıb. 1998-ci ildən bu vaxta qədər həmin ərazinin adı “Azəri qardaşları” ÖTM kimi göstərilib. Həmin ərazi onlara məxsus bazarın orta hissəsində yerləşdiyindən iddiaçının anası qonşuluq xətrinə giriş- çıxış üçün qapı hissəni onlara vermişdir. Sonra üçüncü tərəf həmin əraziyə sənəd hazırlamaq istəyib ki, guya onların 84 sot əraziləri var. Cavabdehin təqdim etdiyi texniki pasport Mübarizin adınadır. Bu qətiyyən belə ola bilməz. Ona görə ki, 1998-ci ildə ərazi Mübarizə deyil, onun atasına məxsus olub. Atası isə oğluna həmin ərazini 2000-ci ildə bazar özəlləşəndən sonra verib. Cavabdeh həmin ərazidən 13 kv.m torpaq sahəsini qanunsuz olaraq Nəsib Mahmudov adlı bir nəfərə satıb. Hazırkı mübahisə də o səbəbdən yaranıb ki, üçüncü tərəf iddiaçı tərəfin ərazisini zəbt edib ona çıxarış almaq istəyir. Cavabdeh onlara işləməyə imkan vermir, öz sahələrinzdə usta işlədirlər, cavabdeh gəlib ustanı qovur. Onların ərazisini zəbt edərək, işlərinə mane olduğuna görə polisə müraciət edib və onun müraciəti əsasında cavabdeh Mübariz Həsənov barəsində Xaçmaz RPŞ-də Cinayət Məcəlləsinin 188-ci maddəsi ilə cinayət işi açılıb. İddiaçı tərəfindən 2019-cu ilin iyul ayında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş, məhkəmə tərəfindən iddiaçının qonşuluğunda, qanuni istifadəsində olan torpaq sahəsinə açılan giriş-çıxış qapılarını nəzərdə tutan texniki pasport tərtib edilməsi prosesinə iddiaçının iştirakı olmadan başlamaqdan çəkinmə vəzifəsi cavabdeh DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən “Azəri qardaşları” ÖTM üçün yeni texniki pasport hazırlanması prosesinə başlanması müəyyən şübhəli göstərişlər verilməsi ilə başlanıldı. İddiaçının guya texniki pasportun çəkilməsi prosesinədə iştirak etməkdən imtina etməsi, sonra iştirakının yalnız mübahisəli qapıların çəkilməsi ilə məhdudlaşdırılması, daha sonra isə ümumiyyətlə, iştikanın qarşısını almaq üçün etdiklərinin səbəbləri var. Əsas məsələ 24 sentyabr 2021-ci il tarixində vəkil ilə birlikdə cavabdeh orqanda olarkən “Azəri qardaşları” ÖTM-nin idarənin arxivində saxlanılan surətinin saxtalaşdırılması barədə iddiaçının məlumat verməsidir. İddiaçı cavabdehə müraciət edərək “Azəri qardaşları” ÖTM-nin texniki pasportununun ləğv edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı 23 noyabr 2021-ci il tarixli məktubda iddiaçının müraciətindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh qurumun müraciətindən imtina etməsi qanunsuzdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin texniki pasportun ləğv edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri X7 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2021-ci tarixli ərizə ilə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak, üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanununun 2.4-cü maddəsində isə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bildiririk ki, Sumqayıt inzibati Məhkəməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş məhkəmə bildirişinə və iddia ərizəsinə ,əsasən müəyyən olunmuşdur ki, ərizənizdə qeyd edilən daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsi mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası mümkün olmamışdır. ” Odur ki, iddia predmeti mübahisənin aradan qaldırılması ilə bağlı olduğundan qeyd olunan məsələnin həlli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 5 saylı Xaçmaz Ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini.məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Bildiririk ki, inzibati aktın (imtina məktubu) xx.xx.2021-ci il tarixində qəbul edildiyi nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır. İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X7 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azeri qardaglan" özəl Ticarət Mərkəzinin adına tertib edilmiş dekabr 1998-ci il tarixli texniki pasportun ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə edərək “Azəri qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “dekabr 1998-ci il vəziyyətə tərtib edilən” qeyd olan, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan Texniki Pasportun - iddiaçı X2 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv.m. olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən (ziddiyat təşkil edən) iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissəsində ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Texniki Pasportdakı müvafiq göstəricilərə istinad edilərək iddiaçının icarəsində olan 1.81222 ha torpaq sahəsinin ən azı 1040 kv.m. hissəsi zəbt edilərək istifadə edildiyindən üçüncü şəxs “Azəri qardaşları” özəl Ticarət Mərkəzi tərəfindən iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarıb. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərara əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd), iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2-ci bənd), mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd), ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd), mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd), işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd), məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulubpozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Bununla yanaşı, qeyd edir ki, hazırkı işdə iddiaçı Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1998-ci ildə tərtib edilən Texniki Pasportun bir hissəsinin ləğv edilməsini tələb etsə də, həmin Texniki Pasport onun hüquqlarına toxunmasını sübut edə bilmir. Belə ki, iddiaçıya torpaq sahəsi xx.xx.2017-ci il tarixli, 336 saylı icarə müqaviləsi ilə ayrılmışdır. Bu isə o deməkdir ki, iddiaçının xx.xx.2017-ci il tarixindən əvvəl (1998-ci ildə) həmin torpaq sahəsi üzərində hər hansı bir istifadə hüququ yox idi. Yəni, Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1998-ci ildə Texniki Pasport tərtib edilərkən həmin Texniki Pasportda üçüncü şəxsin istifadəsində olan torpaq sahəsinə dair iddiaçının hər hansı bir hüququ olmamışdır. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar onu deməyə əsas verir ki, Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən 1998-ci ildə Texniki Pasport tərtib edilərkən iddiaçının istifadə hüquqlarının pozulmasına səbəb olmamışdır, iddiaçı özü də istifadə hüququnun pozulmasını, yəni hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsi üçün subyektiv hüququnun mövcudluğunu sübut edə bilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmiş, məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysetrindən” verilmiş ******* RX Seriyalı, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarış; xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportun surəti; Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasportun surəti; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti tərəfindən verilmiş 25 oktyabr 2022-cil tarixli, **********42 nömrəli məktub; mübahisə predmeti olan torpaq sahəsinə dair mütəxəssis rəyi və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRXin 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 19 iyun 2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 336 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı icarəsinə verilmiş və buna dair iddiaçının adına ******* RX Seriyalı, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarış tərtib edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən əmlak kompleksinə dair texniki göstəriciləri özündə əks etdirən 9711 inventar nömrəli, xx.xx.2017-ci il tarixli texniki pasport da təqdim edilmişdir. İddiaçı Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportun, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv.m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən və iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissəsində ləğv edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 23 noyabr 2021ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyi və iddiaçının ərizəsində qeyd edilən daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsi mövcud olduğundan ərizənin icrasının mümkün olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə predmeti olan torpaq sahəsi X4 ilə Azərbyacna Respublikası Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanan 336 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi əsasında onun icarəsinə verilmişdir. Üçüncü şəxs “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin həmin icarə müqaviləsinin onun istifadəsində olan torpaq sahəsinə aid 4332 m2 hissədə etibarsız hesab edilməsinə dair iddia tələbi Bakı Kommersiya Məhkəməsinin 2-e-2(105)-3569/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Yəni, hazırda 336 saylı, xx.xx.2017-ci il tarixli icarə müqaviləsi və bilavasitə həmin icarə müqaviləsi əsasında torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinə dair ******* RX Seriyalı, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarış qüvvədədir. Məhkəməyə sorğu əsasında daxil olmuş mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyində qeyd edilmişdir ki, “müayinə zamanı aşkar olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlə Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən“Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına tərtib edilmiş dekabr 1998-ci il tarixli texniki pasportda göstərilən 5975.1 kvadrat metr torpaq sahəsi bütövlükdə RX seriyalı 1182608-saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysetrindən” Çıxarışa əsasən İddiaçı icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üstüstə düşür”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, texniki pasport və plan-ölçü əslində çıxarışın aid olduğu əmlakı fərdiləşdirməyə imkan verən texniki göstəriciləri özündə əks etdirir. Bu baxımdan da həmin sənədlər çıxarışın tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Hazırki mübahisə ilə bağlı məhkəmə araşdırması zamanı aydın olur ki, çıxarış əsasında X1 icarəsində olan ümumi sahəsi 584.1 kv.m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə, “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasportda qeyd edilən texniki göstəricilər üst-üstə düşür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 23-cü maddəsinə əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə eyni zamanda üçüncü şəxsin etirazda göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, iddiaçının hazırki iddia predmeti ilə bağlı subyektiv hüquqa malik olmaması və iddia tələbinin mümkünsüz hesab edilməsi ilə bağlı məsələyə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-302/2024 saylı,19 mart 2024-cü il tarixli qərardadı ilə qiymət verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasport – İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv.m olan qeyri-yaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən, iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissədə ləğv edilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. “Azəri Qardaşları” Özəl Ticarət Mərkəzinin adına Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilən, inventar nömrəsi 119, qeydiyyat nömrəsi 71a olan texniki pasport – İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 584.1 kv.m olan qeyriyaşayış sahəsi və icarəsində olan 1.81222 ha torpaq sahəsi ilə üst-üstə düşən, iddiaçının adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli inventar nömrəsi 9711 olan texniki pasportda qeyd edilən əmlak və torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirən hissədə ləğv edilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7in 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva