Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-435/2022 22.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 29, mənzil 42-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bakı şəhəri, Z.Xəlilov küçəsi ev 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində istifadəsində olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümümi sahəsi 83,0 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəm iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində istifadəsində olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümümi sahəsi 83,0 kv m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin və Memarlıq və Şəhərsalma İdarəsinin rəyləri nəzərə alınmaqla Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, H.Hacıbəyov küçəsi boyunca faktiki istifadə etdiyi iaşə obyektinin yerləşdiyi torpaq sahəsi Sumqayıt şəhər bələdiyyəsinin 21 iyul 2006-cı il tarixli qərarı ilə iddiaçıya ayrılmışdır. Həmin torpaq sahəsində yerləşən tikilinin ilkin eskiz layihəsi Memarİıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Həmin qeyri-yaşayış binası o vaxtdan istifadə olunur və iddiaçı öz vəsaiti hesabına genişləndirmişdir. Hal-hazırda ümumi sahəsi 83,0 kv metrdir. Hal-hazıradək obyektdən təyinatına uyğun istifadə edilərək ona dair istifadə və sahiblik hüququnu həyata keçirilir. Lakin, qeyri-vaşayış binası inşa edilsə və uzun müddətdir ki, etirazsız təyinatına görə istifadə edilməyə başlanılsa da, ona dair mülkiyyət hüququnun dövlət qeydiyyatının rəsmiləşdirilməsi mümkün olmur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək izah etdi ki, iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi X4 ərizə ilə cavabdeh idarəyə müraciət edərək sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin ərizəyə torpaq sahəsinin ayrılması barədə müqavilə, tikintiyə icazə verilməsi barədə sərəncam və tikinti obyektinin istismarına icazə sənədi əlavə edilmədiyi üçün imtina cavabı verlmişdir. İş materiallarında olan: - Sumqayıt bələdiyyəsinin 21 iyul 2006-cı il tarixli 26 nömrəli qərarndan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi boyunca faktiki istifadə etdiyi iaşə obyektinin yenidən tikinti-quraşdırması məqsədi ilə 9,18 kv m torpaq sahəsi ayrılmışdır. -Sumqayıt şəhər İcra Hakmiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən xx.xx.2006-cı ildə tərtib edilmiş inşaat pasportundan görünür ki, həmin sənəd İddiaçı ayrılmış 9,18 kv m torpaq sahəsi barəsindədir. - "xxxx" MMC tərəfindən 2015-ci ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi boyunca yerləşən X3 məxsus olan iaşə xidməti obyektinin yenidənqurulması barəsindədir. -cavabdehin xx.xx.2021- ci il tarixli imtina məktubundan görünür ki, iddiaçnını müraciətinə torpaq sahəsinin ayrılmasl barədə müqavilə, tikintiyə icazə verilməsi barədə sərəncam, tikinti obyektinin istismarına icazə sənədi əlavə edilmədiyindən müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26 saylı qərarı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsi boyunca faktiki istifadə etdiyi iaşə obyektinin yenidən tikinti-quraşdırılması məqsədi ilə 9.18 kv m torpaq sahəsi arılmışdır. İddiaçı hazırda 83.0 kv m-dən ibarət qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb edir. Cavabdeh iddiaçının həmin tikintinin aparılması və obyektin istimara qəbul edilməsi barədə sənədin və torpaq sahəsinin ayrılması barədə müqavilənin olmadığını bildirərək ona imtina cavabı vermişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 83.0 kv m tikilinin inşa edilməsi üçün torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquqmüəyyənedici sənəd əlavə edilməmişdir. Təqdim etdiyi bələdiyyə qərarı isə yalnız 9.8 kv m torpaq sahəsinə aid olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.9-cu maddələrinə əsasən daşınmaz əmlak üzərinə hüququların əməl gəlməsinin əsaslarından biri kimi ... Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1- dək) inşa edilmiş tikililərə dair:…8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 8.0.10-ci maddəsinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyaı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 saylı əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilmısi Qaydaları”na 2 nömrəli Əlavənin 43-cü bəndində isə göstərilir ki, dövlət torpaqlarında, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş (və ya qanuni yolla əldə edilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün ərizə, torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənəd (müvafiq icra hakimiyyəti orqanının sərəncamı, icarə müqaviləsi və s.), obyektin inşaat pasportu, obyektin layihə sənədləri, obyektin istismara qəbul aktı, obyektin texniki pasportu, dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edilməsi tələb olunur. Beləliklə, tikinti qanuni istifadədə olan torpaq sahəsində aparılmalı, 2013-cü il yanvarın 1dək inşa edilmiş tikililərə aid tikintinin aparılmasına dair sənəd və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin qeyri-yaşayış sahəsinin dövlət reyestrindən ilkin qeydiyyatının aparılması mümkün olsun. Lakin, hazırki iş üzrə mübahisəsi gedən qeyri-yaşayış sahəsinə dair göstərilən sənədlər mövcud deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqanın mülkiyyət hüququnun qeydə alınmasından imtinası mahiyyətcə qanuna zidd olmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-435/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-435/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver