Məhkəmə qərarları › İş №2-1(118)-435/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-435/2024

27.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-435/2024 27.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdeh ona “Usta” məharət dərəcəsinin xx.xx.2N2N-ci ildən etibarən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 7N ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qarşısında ona “Usta” məharət dərəcəsinin xx.xx.2N2N-ci ildən etibarən verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona “Usta” məharət dərəcəsinin xx.xx.2N2N-ci ildən etibarən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, istefada olan baş gizir İddiaçı xx.xx.1992-ci il tarixindən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, 1999-cu ilin may ayından isə Xüsusi Təyinatlı Qüvvələrin (N nömrəli h/h) Tədris taborunun tədris bölüyündə mühəndis hazırlığı üzrə təlimatçı vəzifəsində xidmət etmişdir. 1-ci Qarabağ və Vətən müharibəsinin iştirakçısıdır, iki dəfə yaralanmış, hal-hazırda sağ budunun 2/3 hissəsində qəlpə var. Xüsusi Təyinatlı Qüvvələrə gəldiyi ilk gündən etibarən komandanlıq tərəfindən qoyulan tələb və tapşırıqların vicdanla yerinə yetirilməsinə bütün qüvvə və bacarığımla çalışmışdır. Hərbi hissəyə ilk gələnlərin qəbulundan tutmuş bütün hazırlıq mərhələlərində yaxından iştirak etmiş, seçilmiş ilk namizədlərlə hazırlıq dövründə döyüş hazırlığı planına uyğun olaraq dərslərin keçirilməsində fasiləsiz iştirak etmişdir. Mühəndis hazırlığı üzrə maddi bazanın, eləcə də Azərbaycan dilində dərs vəsaitlərinin olmaması mühəndis hazırlığı üzrə məşğələlərin keçirilməsində çətinliklər yaratdığından gecəni gündüzə qataraq tərəfindən iki tədris kitabı (Partlayış işi üzrə təlimnamə, Mühəndis döyüş sursatları) tərcümə edilərək komandanlığa təqdim olunmuş və hər iki vəsait müəyyən tirajla çap olunaraq şəxsi heyətin istifadəsinə buraxılmışdır. Paralel olaraq ixtisas hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Mühəndis hazırlığı üzrə sinifin hazırlanması işlərini icra etmişdir. Bununla yanaşı kurs heyəti ilə plana uyğun çətin relyef şəraitində keçirilən təlimlərdə yaxından iştirak etmişdir. Xüsusi Təyinatlı Qüvvələr mənsublarının dövlətin qarşıya qoyduğu istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarında olması üçün ümumi və fərdi hazırlığa, dözüm və iradəyə, fiziki hazırlığa, eləcə də hərbi bilik və bacarıqlara, dəmir nizam-intizama malik olmaları barədə komandanlığın əmr və tələblərini ciddi şəkildə yerinə yetirilmişdir. Qeyd edir ki, xidmət dövründə tədris mərkəzində maneələr zolağını, idman şəhərciyini, mühəndis şəhərciyini inşa etmişdir. Mühəndis hazırlığı üzrə sinfin müasir üslubda yenidən qurulmasında, maddi bazanın zənginləşdirilməsində xidmətinin son gününə qədər var qüvvə ilə çalışmışdır. Komandanlıq tərəfindən bir neçə dəfə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. 2N2N-ci ilin dekabrında məharət dərəcələrinin verilməsi ilə bağlı müvafiq sənədləşmələr aparılaraq iddiaçının də adı olan siyahı yuxarı qərargaha (xx.xx.2N2Nci il tarixli xaricolma N186) təqdim olunmuşdur. Sonradan məlumat daxil olmuşdur ki, müharibədən yeni çıxıldığını nəzərə alaraq sınaq imtahanları keçirilməyəcək, lakin hamıya məharət dərəcəsi veriləcək. İddiaçının adı da “usta” məharət dərəcəsinin verilməsi üçün təqdim olunmuşdur. Müvafiq məharət dərəcələrinin verilməsi əmrləri gələndə həmin əmrlərdə adının olmadığını biləndə çox məyus olmuş, dərhal komandirinə məruzə etmiş, bildirilmişdir ki, araşdırılacaqdır. İddiaçı da aidiyyəti üzrə maraqlansa da, qane edəcək cavab ala bilməmişdir. İddiaçı ömrünün tam 31 ilini hərbiyə, 22 ildən çoxunu Xüsusi Təyinatlıların yetişdirilməsinə sərf edən hərbi qulluqçu olaraq "Usta” məharət dərəcəsi olmadan istefaya buraxılmasını hesab edir ki, ona qarşı ədalətsiz davranışdır, istefaya buraxılandan sonra bu məsələ onu daha çox narahat etməyə başlamış və Müdafiə Nazirliyinə, Müdafiə Nazirliyinin Hüquq İdarəsinə rəsmi müraciət ünvanlamışdır. Aldığı cavablardan sonra sözügedən məsələnin ədalətli həlli üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanldığı etiraz ərizəsində bildirmişdir ki, 2N18-ci tədris ilində Azərbaycan Ordusunun heyətinin öz vəzifə borclarının yerinə yetirmələrinin nəticələsini, döyüş hazırlığı və ixtisasına yiyələnməyin səviyyəsini, həmçinin məharət (ixtisas) dərəcələrinin verilməsi (təqdim edilməsi) üçün təqdim edilmiş hərbi qulluqçulara keçirilən sınaq imtahanlarının nəticələrinə görə, Müdafiə nazirinin birinci müavini- Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 31 yanvar 2N19-cu il tarixli əmri ilə İddiaçı 1-ci məharət dərəcəsi verilmişdir. İddiaçı 1N may 2N21-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b” bəndinə (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 21 may 2N16-cı il tarixli müvafiq nömrəli əmri ilə qüvvəyə minmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) məharət dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hər bir qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdırlar: -2-ci məharət dərəcəsi-1 il; -1-ci məharət dərəcəsi- 2 il ; - usta məharət dərəcəsi-3 il. Həmin Əsasnamənin 16-cı bəndi hərbi qulluqçu (o cümlədən 15-ci bənddə qeyd olunan və sərəncamda olan hərbi qulluqçular) məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla (1 nömrəli əlavə) müraciət etməlidir. Məharət dərəcəsinin artırılması üçün müraciət etmiş hərbi qulluqçuların namizədliyi hərbi hissənin attestasiya komissiyası tərəfindən araşdırılaraq layiqliləri müəyyənləşdirilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 21 may 2N16-ci il tarixli müvafiq nömrəli əmri ilə qüvvəyə minmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə"nin 35-ci bəndinə əsasən yaşa görə ehtiyata buraxılmış və təkrar hərbi xidmətə çağırılmış hərbi qulluqçuların əvvəlki xidmət dövründə aldıqları məharət dərəcələri saxlanılmaqla təkrar hərbi xidmət dövründə malik olduqları məharət dərəcəsini artırmaq üçün sınaqlarda iştirak etdikdən sonra verilir. Göründüyü kimi Əsasnamə ehtiyata buraxılmış və təkrar hərbi xidmətə çağırılmış hərbi qulluqçuların malik olduqları məharət dərəcəsini artırmaq üçün sınaqlarda iştirakını müəyyən etmiş, lakin istefada olan hərbi qulluqçuların malik olduqları məharət dərəcəsinin artırılmasına dair xüsusi qayda müəyyən edilməmişdir. Bu səbəbdən də iddiaçının “Usta” məharət dərəcəsinin verilməsinə dair müraciətinə N nömrəli hərbi hissə tərəfindən baxılmış və N7 dekabr 2N22-ci il tarixli məktubla iddiaçının malik olduğu məharət dərəcəsinin artırılmasının qanunvericiliyin tələblərinə uyğun olmadığından mümkün olmadığı bildirilmişdir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Müdafiə Nazirinin birinvi müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 31 yanvar 2N19-cu il tarixli əmri ilə 1-ci məharət dərəcəsi verilmişdir. - xx.xx.2N21-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndində (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Məhkəmənin sorğusuna əsasən İddiaçı şəxsi işi məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 21 may 2N16-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə görə məharət dərəcələri şəxsi heyətin yüksək təlim və tərbiyəsini, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığayiyələnmiş və bunu mövqelərdə (atəş və start), idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına verilir. "Hərbi qulluqçuların statusu haqqında” Qanununun 3-cü maddəsinə əsasən Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikasının N3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 15-ci bəndində əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 5 il xidmət etmiş zabitlər; 2N-ci bəndinə əsasən hərbi xidmətin sonu aşağıdakı günlər sayılır: bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün — onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün; 155-ci bəndinsə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada "Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; 156-cı bəndinsə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 1N il xidmət etmiş zabitlər. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2N16-cı il tarixli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) Qaydaları haqqında Əsasnamə” (Müdafiə nazirinin 26 aprel 2N22-ci i tarixli, N2 saylı Qərarı ilə edilmiş dəyişikliyə qədər olan redaksiyada) : Bu Əsasnamə, hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara - ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Müdafiə nazirinin 21 may 2N16-cı il tarixli müvafiq nömrəli əmri ilə qüvvəyə minmiş "Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən, hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) məharət dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hər bir qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdırlar: -2-ci məharət dərəcəsi-1 il; -1-ci məharət dərəcəsi- 2 il; - usta məharət dərəcəsi-3 il. Həmin Əsasnamənin 16-cı bəndi hərbi qulluqçu (o cümlədən 15-ci bənddə qeyd olunan və sərəncamda olan hərbi qulluqçular) məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla (1 nömrəli əlavə) müraciət etməlidir. Məharət dərəcəsinin artırılması üçün müraciət etmiş hərbi qulluqçuların namizədliyi hərbi hissənin attestasiya komissiyası tərəfindən araşdırılaraq layiqi iləri müəyyənləşdirilir. Məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların başlanmasına iki həftədən gec olmayaraq hərbi hissədə (müəssisədə və təşkilatda) ixtisaslar və məharət dərəcələri üzrə müvafiq siyahılar (2 nömrəli əlavə), aviasiyanın uçuş heyəti üçün isə əlavə olaraq məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə təqdimat (3,4,5 nömrəli əlavə) tərtib edilərək (zabit və gizirlər üçün kadr orqanları tərəfindən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün-təşkilat-səfərbərlik orqanları tərəfindən) müvafiq komissiyalara təqdim olunur. Azərbaycan Respublikası Müdafiə nazirinin 21 may 2N16-ci il tarixli müvafiq nömrəli əmri ilə qüvvəyə minmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə"nin 35-ci bəndinə əsasən yaşa görə ehtiyata buraxılmış və təkrar hərbi xidmətə çağırılmış hərbi qulluqçuların əvvəlki xidmət dövründə aldıqları məharət dərəcələri saxlanılmaqla təkrar hərbi xidmət dövründə malik olduqları məharət dərəcəsini artırmaq üçün sınaqlarda iştirak etdikdən sonra verilir. Göründüyü kimi Əsasnamə ehtiyata buraxılmış və təkrar hərbi xidmətə çağırılmış hərbi qulluqçuların malik olduqları məharət dərəcəsini artırmaq üçün sınaqlarda iştirakını müəyyən etmiş, lakin istefada olan hərbi qulluqçuların malik olduqları məharət dərəcəsinin artırılmasına dair xüsusi qayda müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinun qanuni əsası müəyyən edilmədiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilən Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh propekti, 7N ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar