Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-436/2020 06.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““müharibə veteranı” adı və vəsiqəsi ilə təmin edilmə öhdəliyininAzərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması”barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, iddiaçı narazı qalaraq, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmişdir. İddiaçı iddiasını onunla əsaslandırır ki, o könüllü olaraq müharibəyə getmiş, Şamaxı batalyonun tərkibində Seyfəlidə yerləşən N saylı hərbi hissədə, (komandir Ceyhun adlı şəxs idi) sonra isə Güllücə döyüşündə batalyon dağılmış, cəmi bir neçə əsgər sağ qalmışdır və iddiaçını N saylı hərbi hissəyə göndərmişdirlər. Həmin h/h-də iddiaçıya serjant hərbi rütbəsi verilərək bölmə komadiri təyin etmişlər və iddiaçı orada xidmətini davam etdirmişdir. Rütbəni iddiaçıya Tacəddin Mehdiyev vermişdir. Bütün bunlar, iddiaçının hərbi hissəyə daxil olmağı və tərxis olmağı barədə hərbi biletində qeydlər vardır. Eyni zamanda nəzərə alınmalıdır ki, iddiaçı hərbi xidmətə vətənini müdafiə etmək üçün könüllü getmişdir, "fərari" adlanmağı məntiqsizdir, könüllü getdiyi halda iddiaçı niyə fərarilik etməli-qaçmalı idi, bu iftiradır. Hərbi biletində tərxis olunmağı barədə də qeyd vardır. Birinci iddiaçıya bunu sübut edən heç bir fakt təqdim olunmayıb, fərari kimi cinayət işi açılmayıb, təhqiqat, istintaq aparılmayıb, nəhayət məhkəmə tərəfindən sübut olunmayıb. Əgər onu fərarilikdə ittiham edirlərsə sübut edilsin, sübut etmə öhdəliyi ittihamçının üzərinə düşür. Digər tərəfdən əgər, bu barədə lazımı orqanlara məlumat verilməyibsə bunu bilib etməyən şəxs və ya şəxslər barəsində cinayət işi açılmalıdır. İkinci iddiaçının şahidləri vardır, onunla xidmət etmişlər və dediklərini təsdiq etməyə hazırdırlar. Eyni zamanda Tərtər Hərbi Prokurorluğuna verilmiş sorğuya Tərtər Hərbi Hərbi prokurorunun cavab məktubunda qeyd olunur ki, İddiaçı barəsində Tərtər Hərbi Prokurorliğunda təqsirləndirici material və cinayət işi olmamışdır. Hazırda ölkəmizdə, o cümlədən məhkəm sistemində ciddi islahatlar gedir. Hər bir şeyə, hər bir hərəkətə qanuna müvafiq yanaşılmalı, ədalətli qərar veriməlidir. Bu halda Müdafiə Nazirliyi iddiaçının "fərari" olduğunu sübut edə bilmirsə və bu barədə heç bir dəlili yoxdursa deməli onu fərari adlandırmağa da haqqı yoxdur. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar- xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlə' dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasını'' Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxs işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsd c etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başaa sənədlər əsasında “Müharibə veteram" adı verilir. Həmin Qərara dəyişiklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən” hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteram”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarinda olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən İddiaçı xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə hərbi xidmət barədə məlumat aşkar olunmamışdır. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxxx 2019-cu il tarixli, ***-**** saylı Arxiv Arayışında göstərilmişdir ki, verilir, X1 ondan ötrü ki, Şamaxı RHK-dam çağırılmış sıravi X5 N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 0220 №-li əmrilə (əsas: § 5, sıra 255, əmrdə adı Qədir, atasının adı Xudyar yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-lı hərbi hissə komandirinin 01.02 1994-cü il tarixli 19 №-li əmrində (əsas: səh 88, § 10) hərbi hissəm özbaşına tərk etmiş bır qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Əmrə əlavə edilmiş adlı siyahıda (əsas: sıra 1418) Şamaxı RHK-dan çağırılmış, 1971-ci il təvəllüdlü İddiaçı 25.01,1994-cü il tarixdə hərbi hissəni tərk etməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 27 N -cü ıl tarixli 116 №-li nizami hissə üzrə əmrində (əsas: səh 55. § 2. sıra 30, əmrdə soyadı Əliyev yazılmışdır) Nizami təlim mərkəzindən gəlmiş, Şamaxı RHK-dan çağırılmış. 1971-cı il təvəllüdlü kiçik çavuş X2 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Uzun müddət fərarilik etdiyi üçun Şamaxı RHK-dan çağırılmış sıravi X4 N №-li hərbi hissə komandirinin N .-cü ıl tarixli 272 №- nizami hissə üzrə əmrilə (əsas səh 82, § 4. sıra 41, əmrdə adı Qədir yazılmışdır) ştatdan kənar edilmişdir Qeyd edilmişdir ki, 2017, 2018, 2019-cu il tarixlərində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə İddiaçı barədə müraciət daxıl olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsasızdır və təmin edilməməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N saylı hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı bu halların təkzibi, qanuni əsaslarla təxris olunması ilə bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının qanuni əsaslarla ordu sıralarından təxris olunmasının müəyyən olunması ilə bağlı müvafiq orqanlara sorğular göndərmiş, məhkəməyə iddiaçının qanuni əsaslarla təxris olunmasını müəyyən edən sübut daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-436/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-436/2020
06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver