Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-436/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X25 Kamal qızının katibliyi, İddiaçı1 və nümayəndəsi Nümayəndə, Üçüncü şəxslər X20 və X21 iştirakı ilə, İddiaçılar İddiaçı1, X22 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Quba rayonu, 1ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun X23 adına aparılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydin və müvafiq çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1, X36, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinin saxta qətnamələr əsasında X23 və digər şəxslərin adına mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilərək əvvəlki vəziyyəti bərpa edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun X23 adına aparılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydin və müvafiq çıxarışların ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X37, X30, X52, X9, xx.xx.2023cü il tarixli qərardadı ilə X38, X42 üçüncü şəxs qismində minzibati məhkəmə icraatında cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 1999cu il tarixli 07 nömrəli qərarı ilə iddiaçıların mülkiyyətinə Quba rayonu, Nügədi kəndi ərazisindən 0,42 ha kənd təsərrüfatı təyinatlı pay torpağı verilmişdir və iddiaçıların həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları JN-1319 kod 30319018 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Eyni qaydada Quba rayon Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli, 07 nömrəli qərarı ilə X22 ailə üzvləri ilə birlikdə mülkiyyətinə Quba rayonu, Nügədi kəndi ərazisindən 1,06 ha kənd təsərrüfatı təyinatlı pay torpağı verilmişdir və iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ JN-1320 kod 303 190 18 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçıların həmin torpaqlar sahələrinin pay torpaqları kimi verilməsi barədə məlumatları olmamışdır, bu barədə 2002-ci ildə məlumatları olmuşdur. İddiaçılar bu barədə məlumat əldə etdikdən sonra Nügədi kənd bələdiyyəsinin sədri işləyən X37 onların yanına gələrək onlara verilmiş torpaq sahələrinin sahiblik və istifadəsində olduğunu, həmin torpaqlardan istifadə edərək onların əldə etdiyi gəlirin bir hissəsini verəcəyini bildirmişdir və onlar razılaşmışlar. Bundan sonra X37 uzun müddət ərzində müxtəlif bəhanələrlə iddiaçıları aldadaraq cüzi miqdarda buğda vermişdir və torpaqlarını qaytarmamışdır. İddiaçılar 2017-ci ildə torpaqlarını və torpağa aid sənədləri qaytarmasını X14 qəti şəkildə tələb etmişlər, lakin X37 torpaq sahəsini və sənədləri qaytarmaqdan imtina etmişdir, həmin torpaq sahələrinin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra iddiaçılar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsi 5 saylı Ərazi İdarəsinə mülkiyyətlərində olan həmin toraq sahələrinə dair sənədlərin dublikalının verilməsi barədə müraciət etmişlər və bu zaman məlum olmuşdur ki, Qusar rayon Məhkəməsinin 2-490a/2006 saylı, 2006-cı il tarixli qətnaməsi ilə X23 cavabdehlər X26 və İddiaçı3 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair iddiası təmin edilərək X26 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha torpaq sahəsi və İddiaçı3 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,25 ha torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilmişdir və həmin qətnamə əsasında X23 qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2007-ci il tarixli MH seriyalı, ******* saylı çıxarış verilmişdir. X37 qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüququnu qeydiyyata aldırdıqdan sonra, bu qeydiyyatın ləğv edilərək torpağın əlindən alınması riskindən sığortalamaq üçün yaxın adamı olan X30 ilə xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi bağlamışdır və həmin alqı-satqı müqaviləsi əsasında həmin 0,88 ha torpaq sahəsini DƏDRX-də ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə X15 adına qeydiyyata alınmışdır. Bundan əlavə Qusar rayon Məhkəməsinin 2-345a/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsi ilə X23 cavabdehlər X26 və İddiaçı3 qarşı əqdlərin etibarlı hesab edilməsinə dair iddiası təmin edilərək X26 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,42 ha torpaq sahəsi və İddiaçı3 mülkiyyət hüququ ilə məxsus olan Quba rayonu 1-ci Nügədi kəndində yerləşən 0,17 ha torpaq sahəsinə dair iddiaçı ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri etibarlı hesab edilmişdir.X23 qeyd edilən qətnamə əsasında əldə etdiyi 0,59 ha toıpaq sahəsinin əlindən alınması riskindən sığortalanması üçün həmin 0,59 ha torpaq sahəsinə dair mülkiyyət hüququ X23 yaxın adamı olan X39 adma DƏDR-də ********* qeydiyyat nömrəsi ilə xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır və ona xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarış verilmişdir.Həmin torpaq sahələri hal-hazırda X39 vərəsələri X52 və X1. Həmin torpaq sahələrində meyvə bağları olmuşdur və həmin torpaq sahələrinin digər şəxslərin əlinə keçməsi nəticəsində iddiaçılar bu müddətə kimi əldə edə biləcəkləri 200,000 manatdan artıq gəlirdən məhrum olmuşlar. İddiaçılar mülkiyyətlərində olan torpaq sahələrinin başqa şəxslərin adına DƏDKR-də mülkiyyət kimi qeydə alınması barədə məlumatları əldə etdikdən sonra həmin şəxslərin adına verilmiş çıxarışların və bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə dair məhkəməyə iddialar vermişlər, lakin iddiaları təmin edilməmişdir. Bildirirlər ki, onların məhkəməyə verdikləri iddialarda cavabdehlərin həmin torpaq sahələri üzərində hüquqlarının məhkəmə qətnaməsi əsasında yaranaraq qeydiyyata alındığı, bu səbəbdən həmin çıxarış və müqavilələrin etibarsız hesab edilməsinin mümkün olmadığı, eləcə də çıxarışın etibarsızlığı tələbinin predmet olmadığı üçün iddialarınızın təmin edilməsinin mümkün olmadığı məlum olmuşdur. Bundan sonra iddiaçılar vəkillə məsləhətləşmişlər, vəkil mübahisə tərəflərinin və mübahisə predmetinin Quba rayonuna aid olduğu üçün həmin mübahisə ilə bağlı Qusar rayon Məhkəməsində qətnamə qəbul edilməsinin şübhəli olduğunu və bu səbəbdən Qusar rayon Məhkəməsinin qeyd edilən qətnamələrinin həqiqi olubolmadığının müəyyən edilməsinin zəruri olduğunu bildirmişdir. Bundan sonra Qusar rayon Məhkəməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinə Qusar rayon Məhkəməsinin 2-345a/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinin və 2- 490a/2006 saylı, 2006-cı il tarixli qətnaməsinin mövcud olub-olmaması barədə müraciət edilmişdir, Qusar Rayon Məhkəməsinin 2(029)-358/2022 saylı, 21 iyul 2022-ci il tarixli və 2(029)-665/2022 saylı, 22 dekabr 2022-ci il tarixli məktubları və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxivinin 10/283 saylı, xx.xx.2022-ci il tarixli məktubları ilə iddiaçıların mülkiyyəti olan qeyd edilən torpaq sahələrinin X23 və yaxın adamlarının adına mülkiyyət hüququ kimi qeydiyyata alınmasına əsas olan qətnamələrin mövcud olmadığı, yəni saxta olduğu məlum olmuşdur. Bu məlumat əldə edildikdən sonra mülkiyyət hüququ ilə iddiaçılara məxsus olan Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 042 ha və 0,17 ha torpaq sahələrinin X23 adına və digər şəxslərin adına mülkiyyət kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilib əvvəlki vəziyyətin bərpa edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət edilmişdir və reyestrdəki qeydiyyata əsas olan qətnamələrin saxta olmasına dair sənədlər ərizəyə əlavə edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda müraciətin icra edilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Üçüncü şəxs X40 iddia tələbini qəbul etmədi və izah etdi ki, həmkəndlisi olan X11, İddiaçı1 və X31 məxsus olan pay torpaq sahələrini o, onların öz razılığı ilə taxıl əkmiş, əkdiyi torpaqlara görə də onların hər il taxıl normalarını da vermişdir. 2004-cü ilin iyun ayında iddiaçılar ona özlərinə məxsus torpaqlarını satmaq istədiklərini bildirmişlər. O, onlarla razılaşaraq, onlara məxsus olan JN-1319 saylı Akta əsasən 0,42 ha və JN-1312 saylı akta əsasən 0,21 ha, cəmi 0,63 ha 4 hissədən ibarət boş torpaq sahələrini öz razılaşdıqları qiymətə alaraq öz aralarında iltizam tərtib etmişlər. Sonradan həmin torpaq sahələrində olan ağacların da dəyərini ödəmişdir. O, torpaqların dəyərini ödədikdən sonra aktların əslini onlardan almışdır. Razılaşmışlar ki, sonradan notariat qaydada alqı-satqı müqaviləsi təsdiq edərlər. Sonradan dəfələrlə onlardan notariat jontiruyna getməyi xahiş etsə də, onalr müxtəlif bəhanələrlə notariusa getməkdən imtina etmişlər . O, iddiaçılardan aldığı torpaqların yanında İddiaçı1 qardaşı Qırxlar Əliyevin özünə və ailə üzvlərinə məxsus JN-1320 saylı Akta əsasən iki hissədən ibarət olan 1,06 ha boş torpaq sahəsi də vardır. Həmin torpaq sahəsini həmkəndliləri X32 ilə öz aralarında bağlanmış qəbz-akta əsasən xx.xx.2022-ci ildə satmışlar. 2005-ci ildə həmin torpağı alan Şirinov Sərdar ona təklif etmiş ki, Əliyev Qırxlardan aldığı 2 hissədən ibarət olan torpağı onun öz adına digər yerdə olan 0,76 ha torpaqla dəyişmək istəyir. X40 ilə həmin torpaqlara çıxarış alıb dəyişməyi qərara almışlar. Bir müddətdən sonra Sərdar ilə X37 razılığa gələrək etibarnamə əsasında torpaq sahəsini rəsmiləşdirməyi qərara almışlar. X65 rayon Məhkəməsi ilə əlaqəsi olduğundan ona inanıb etibarnamə verərək, Əliyeva Gülbahar və İddiaçı1 adına olan 1319 saylı Aktını da X40 adına rəsmiləşdirməyi xahiş etmişdir. Bir müddətdən sonra Şirinov Sərdar onun adına Qusar rayon Məhkəməsinin qətnamələrini təqdim etmişdir. O, Sərdar Şirinovdan onda olan etibarnamə olduğuna görə çıxarışlarını da istəmişdir və razılaşmışlar. X8 Sərdara öz adına olan 0,76 ha boş torpaq sahəsini onun nəvəsi olan X16 10 illik etibarnamə verərək, sonradan həmin torpaq sahəsini Şirinov Təbəssümün adına notarial qaydada rəsmiləşdirmişlər. 2007-ci ildə X40 həmin torpaqları həmkəndlisi X3. Cəbrayılov İntiqam da həmin torpaqları 2019-cu ildə digər adama satıb. Beləliklə, X6 həmin torpaqlar 3 adama satılıb. Qusar rayon Məhkəməsinin qətnamələri ilə X20 adına rəsmiləşdirilən torpaqlar tam qanunidir. Belə ki, Qusar rayon Məhkəməsinin qətnamələrinin qanuni olması Qusar Rayon Prokurorluğunda araşdırma predmeti olmuşdur və həmin qətnamələrin qanuni olması sübut olunmuşdur. Əliyevlərin nümayəndəsi İddiaçı1 Qəzənfər oğlu şəxsən özü və ailə üzvləri torpaqları X27 və digərlərinə satıblar. Sadəcə olaraq torpaqların qiyməti qalxdığı üçün İddiaçı1 və qardaşı həmin torpaqların qaytarılması üçün hər cür vasitələrə əl atırlar. Bununla bağlı üçüncü şəxs iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X38 iddia tələbini qəbul etmədi və izah etdi ki, o, qanunvericiliklə müəyyən edilmiş qaydada, yəmni notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə səasən torpaq sahəsini əldə etmişdir. Torpaq sahəinni ilkin sahiblərindən hansı şəkildı alınması onu mülkiyyət hüququndan məhrum edə bilməz. Cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinə dair X23 adına hazırlanmış **********01 və **********97 reyestr nömrəli çıxarışların ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. İş materiallarında olan : - Qusar rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində 2-490a/2006 saylı, 24 avqust 2006-cı il tarixli qətnaməsinin mövcud olmadığından hər hansı bir sənədin təqdim edilməsi qeyrimümkündür. - Qusar rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Qusar rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, qeydiyyat kitablarının, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-345a/2006 saylı iş mövcud deyildir. Bu səbəbdən də hər hansı sənədin verilməsi qeyri-mümkündürr. - Qusar rayon Məhkəməsinin 2-490a/2006-cı il tarixli xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, X40 tərəfindən cavabdehlər X26 və X18 məxsus 0,25 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələr etibarlı hesab edilmişdir. İş üzrə cavabdeh X26 məxsus JN-1320 və X19 məxsus JN-1319 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktları satılmış hissələr üzrə ləğv edilmiş və cavabdehlərə öz Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun X23 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması 0gəninkiləşdirdikləri torpaq sahələri azaldılmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahələrinin cizgiləri daxilində çıxarışlar verilməyi qərara alınmışdır. - Qusar rayon Məhkəməsinin 2-345a/2006-cı il tarixli qətnaməsindən görünür ki, X53 tərəfindən cavabdehlər X58 məxsus 0,34 ha, X26 məxsus 0,42 ha və əliyeva Gülbaha Seyfəddin qızına məxsus 0,17 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələr etibarlı hesab edilmişdir. İş üzrə cavabdehlər X58 məxsus JN- 1311, X26 məxsus JN-1320 və X19 məxsus JN-1319 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları satılmış hissəsi üzrə ləğv edilmişdir. Cavabdehlərə özgəninkiləşdirdikləri torpaq sahəsi çıxmaqla faktiki mülkiyyətlərində qalan torpaq sahəsinin cizgiləri daxilində torpağa mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışların verilməsi qət edilmişdir. - JN 1320 nömrəli KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarına əsasən 1,06 ha torpaq sahəsi X22 və ailə üzvləri X54, X43, X44, X41 mülkiyyətinə verilmişdir. - JN 1319 nömrəli KOD 30319018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 mart 1999-cu il tarixli, 07 saylı qərarına əsasən 0,42 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı3 qızının mülkiyyətinə verilmişdir. - Quba RİHB-ın İ Nügədi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Quba rayon Birinci Nügədi kənd sakini İddiaçı3 hesabında 15 nömrəli təsərrüfatbaşına kitabın 42-ci səhifəsinə əsasən 0,42 ha pay torpaq sahəsi vardır. - Quba RİHB-ın İ Nügədi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Quba rayon Birinci nügədi kənd sakini X22 hesabında 17 nömrəli təsərrüfatbaşına kitabın 42-ci səhifəsinə əsasən 1,06 ha pay torpaq sahəsi vardır. - 4Ə/292 reyestr nömrəli işin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş üzrə xx.xx.2007-ci il tarixli alqı-satqı müqavilələlərindən görünür ki, X10 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,630063 ha və 0,887089 ha torpaq sahələrini X3. - 4Ə 1397 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X30 oğlu Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,887089 ha torpaq sahəsini X5. - xx.xx.2020-ci il tarixli 4Ə 1055 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X13 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,8871 ha torpaq sahəsini X4. - 2004-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı3 və İddiaçı1 0,70 ha boş torpaq sahəsini 350000 (üç yüz əlli min) manat dəyərində satmışlar. - 2002-ci il tarixli qəbzdən görünür ki, JN 1320, 1319 və 1312 nömrəli dövlət aktları ilə verilmiş 1,0 ha torpaq ******* manata satmışlar. - Az-İ № ******* nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X34 xx.xx.2012-c il tarixdə vəfat etmişdir. - AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X10 rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,759219 ha torpaq sahəsini X2. Məhkəmənin sorğusuna əsasən Qusar Rayon Məhkəməsi tərəfindən verilmiş 29 may 2023-cü il tarixli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivinin, həmçinin statistik kartoçkalarının qeydiyyatında 2-345a/2006 və 2- 480a/2006 saylı mülki işlər mövcud deyildir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 13(102)- 7/2023 saylı qərardadına əsasən X23 qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair ərizəsi təmin edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,598372 ha torpaq sahəsinə dair X39 adına verilmiş xx.xx.2007-ci il tarixli, **********97 reyestr nömrəli çıxarışın verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Quba rayonu, Birinci Nügədi kəndində yerləşən 0,8871 ha torpaq sahəsinə dair X21 adına verilmiş **********01 reyestr nömrəli çıxarışın və 0,598372 ha torpaq sahəsinə dair X39 oğlunun adına verilmiş **********97 nömrəli çıxarışın verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qeyd olunan Qanunun 16.3-cü maddəsinə əsasən əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, işin hallarından müəyyən edildiyi kimi mübahisələndirilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi üçün əsas kimi Qusar rayon Məhkəməsinin mövcud olmayan mülki işlər üzrə qətnamələrinə istinad edilir. Belə ki, Qusar rayon Məhkəməsinin 10 iyul 2006-cı il tarixli 2-345a/2006 saylı qətnaməsi ilə iddiaçı X39 cavabdehlər X26 və qeyrilərinə əqdlərin etibarlı hesab edilməsinə dair iddia tələbi təmin edilmiş və X58 məxsus 0.34 ha, X26 məxsus 0.42 ha və X12 məxsus 0.17 ha torpaq sahələrinin alqı-satqısına dair cavabdehlərlə bağladığı müqavilələr etibarlı hesab edilmiş və bu qətnamənin göstərilən 0.93 ha torpaq sahəsinə dair X39 adına çıxarışın verilməsi üçün əsas olduğu qeyd edilmişdir. Bundan başqa Qusar rayon Məhkəməsinin 24 avqust 2006-cı il tarixli qətnaməsi ilə X23 cavabdehlər X26 və X12 qarşı 0.63 ha və 0.25 ha torpaq sahələrinə dair əqdlərin etibarlı hesab edilməsinə dair iddiası təmin edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qusar rayon Məhkəməsinin icraatında ümumiyyətlə yuxarıda göstərilən tərəflər və predmet üzrə mülki işlərin olması və həmin qətnamələrin çıxarılması öz təsdiqini tapmadı və beləliklə, iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrindən qanunsuz olaraq məhrum edilməsi sübuta yetirildi. Məhkəmə qeyd edir ki, üçüncü şəxs R.Salahovun təqdim etdiyi torpağın dəyəri kimi pulun alınması barədə qəbzlər vətəndaşın mülkiyyət hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa R.Salahovun təqdim etdiyi Qusar rayon Prokurorluğunun cinayət işinin başlanılmasının rədd edilməsi barədə 11 fevral 2021-ci il tarixli qərarında göstərilən araşdırmanın predmeti Qusar rayon Məhkəməsinin başqa qətnaməsi (2-459a/2006) olmuşdur ki, hazırki mübahisəyə hər hansı aidiyyəti yoxdur. Məhkəmə hesab edir ki, R.Salahovun mülkiyyət hüququnun yaranması üçün əsas kimi göstərilmiş məhkəmə qətnamələrinin mövcud olması sübuta yetmədiyindən iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun X23 adına aparılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydin və müvafiq çıxarışların ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayonu, 1-ci Nügədi kəndində yerləşən 0,63 ha, 0,25 ha, 0,42 ha və 0,17 ha torpaq sahələrinə dair mülkiyyət hüququnun X23 adına aparılması barədə daşınmaz əmlakın dövlət reyestrində qeydin və müvafiq çıxarışların ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyestri Publik Hüqüqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-436/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-436/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver