Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4367/2023 28.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X2, Cavabdeh Həsənov Anar Hüseyn oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Sumqayıt şəhər Prokurorluğunun mütəxəssisi (İnspektor) Həsənov Anar Hüseyn oğluna qarşı “Sumqayıt şəhər Prokurorluğunun mütəxəssisi (İnspektor) Həsənov Anar Hüseyn oğlunun qanunsuz hərəkətləri barədə qəbul olunan töhmət haqqında qərarın dəyişdirilməsi və Həsənov Anar Hüseyn oğlunun hüquq mühafizə orqanlarından xaric edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2-1(112)-9936/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci il tarixdə Sumqayıt şəhər Prokurorluğunun böyük mütəxəssisi Həsənov Anar Hüseyn oğlu Sumqayıt şəhər 2 saylı Poliklinikasında tibb bacısı işləyən ailə üzvü X4 qarşı etdiyi qanuna zidd hərəkətləri barədə müraciətinin nəticəsi ilə maraqlandığı zaman ona məlum olmuşdur ki, Həsənov Anar Hüseyn oğlu barəsində intizam tənbehi tətbiq edilmişdir. Həsənov Anar Hüseyn oğlunun özünü Prokurorluq əməkdaşı kimi təqdim edən Nəcəfov Anar Hüseyn oğlu prokurorluq orqanlarının fəaliyyət prinsiplərindən heç xəbəri yoxdur. Cənab prezidentinin yürütdüyü siyasətə və dövlətçiliyə qarşı ləkə yaxma kampaniyası ilə məşğuldur. Belə ki, Həsənov Anar heç bir əsas göstərmədən Poliklinikaya gəlir, özünü müstəntiq kimi təqdim edir, orda işləyən əməkdaşa hədə gələrək ona heç kimin heçnə edə bilməyəcəyini deyir, bu azmış kimi müxtəlif maşınlarla ard-arada günlərlə poliknikanın əməkdaşını təqib edərək göz dağı vermişdir və açıq açıq hədələr gələrək ailə üzlərinə qarşı təzyiqlər göstərəcəyini bildirmişdir, (bu faktlar prokurorluğun araşdırmasında təsdiqin tapmışdır, təsdiq barədə ərizə işə əlavə olunub). Həsənov Anar Hüseyn oğlunun cinayət xarakterli hərəkətlərinin töhmət intizam tənbehi ilə nəticələnəcəyini gözləmirdi. Həsənov Anar Hüseyn oğlu cinayət prosesual qanunvericiliyə ilə müstəntiqə həvalə edilmiş səlahiyyətlərdən qanunsuz olaraq istifadə etmişdir. Belə ki, cəmiyyətdə qəbul edilən əxlaq normalarına zidd olaraq münasibətdə olduğu şəxsə əlavə imtiyazların verilməsi məqsədi ilə yuxarı vəzifəli şəxslərə təsir etmiş, özünü prokurorluğun müstəntiqi kimi təqdim edərək səhiyyə orqanında şöbə müdirinin xidməti otaqdan çıxarmış və bacısı Məcidova Mehriyyədən “İFADƏ” almağa çalışmış və prokurorluq əməkdaşına yaraşmayan, qadına qarşı hədə-qorxu gəlmişdir. Bundan əlavə Həsənov Anar Hüseyn oğlu üzürxahlıq etmək əvəzinə yuxarı vəzifəli şəxs olduğunu, şikayətin xeyri olmayacağını çatdırmağa çalışmış, bahalı avtomobilini nümayiş etdirməklə 3 dəfə fərqli avtomobillərlə bacısı Məcidova Mehriyyəni təqib etmişdir. İddiaçı 2010-cu ildə ordu sıralarında xidmətdə olarkən Azərbaycan Milli Qəhramanı Mübariz İbrahimovun nəşinin düşməndən geri götülüməsində iştirak etmişdir (baş leytinant), eləcə də 44 günlük Vətən müharibəsində sağlamlığı itirib ordu sıralarından təxris olunmuş və İİ qrup müharibə əlilidir, ixtisasca hüquqşünasdır. Xidmətdən təxris olunmağına baxmayaraq xidməti intizamı, intizam cəzasının, həmçinin töhmətin hüquqi qüvvəsini bilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafıyəsi zamanı, döyüş əməliyyatlarında həyatını qurban verməyə hazır olduğu zaman bilməzdi ki, nə vaxtsa fiziki məhdudiyyətli olasa və qanunlara riayət edilməsini təmin edən prokurorluq orqanının əməkdaşına, ailə üzvünə belə hərəkət edər və prokurorluq orqanı həmin əməkdaşa töhmət intizam cəzası verməklə araşdırmanı yekunlaşdırar. Belə ki, Həsənov Anar Hüseyn oğlu nəinki qanunları saya saymır, hətta Azərbaycan Respublikası Prezidentinin şəhid və qazi ailələrinə lazımı diqqət və qayğı göstərilməsi göstərişini qulaq ardına alır. Dəfələrlə baş prokurorluğla əlaqə saxlasalar da Həsənov Anar Hüseyn oğlu barədə töhmət elan etmə barədə qərarı verməmişdirlər və ancaq məhkəmə sorğusu əsasında qərarı verə biləcəklərini əsas göstərmişdirlər. Onlara sadəcə 2-2-10/4/3-558/2023 saylı məktubla Anar Həsənov barədə məktub ünvanlanmışdır (işə əlavə olunmuşdur) İPM 13. Məhkəmənin yardım etmək vəzifəsi Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM. 10. Hakimlərin müstəqilliyi prinsipi 10.1. İnzibati məhkəmə icraatını həyata keçirərkən hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər. İPM. 10.2. İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə əlaqədar hakimə hər hansı təsir göstərilməsi qadağandır. İPM 10.3. İnzibati mübahisəyə baxılması və ona dair qərarın qəbul edilməsi ilə əlaqədar hakimin birbaşa və ya dolayı göstərişlər gözləməsi və ya belə göstərişləri qəbul etməsi yolverilməzdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, izahatında bildirmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 25-ci maddəsinə əsasən dövlət qulluğundan azad edilmə intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həsənov Anar Hüseyn oğlu barəsində xidməti yoxlama aparılmış, izahatı alınmış, Azərbaycan Respublikası Baş Prokurorunun 30 mart 2023-cü il tarixli əmri ilə töhmət verilmişdir. İddiaçı belə bir iddia qaldıra bilməz. X1 ilə əlaqədar yaranmışdır. Məhkəmə iclasında cavabdeh Həsənov Anar Hüseyn oğlu iştirak etmiş, iddia ilə razılaşmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Belə ki, işin hallarından görünür ki, hazırki mübahisənin yaranma əsasını və iddia ərizəsinin əsaslandırılmasını Həsənov Anar Hüseyn oğlunun X4 qarşı etdiyi hərəkətlər təşkil edir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi X7 tərəfindən qaldırıla bilər. İddiaçının belə bir iddianı qaldırmaqda subyektiv hüququ yoxdur. İddiaçı isə etibarnamə əsasında nümayəndə qismində bacısı X5 məhkəmədə təmsil edə bilər. Habelə iddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğunu cavabdeh qismində qeyd etmişdir. Buna münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı cinayət təqibi ilə əlaqəli işlərə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3cü maddəsinin tələblərinə uyğun gəlmədiyinə görə inzibati icraat qaydasında baxıla bilməz. Digər hallarda da Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı inzibati məhkəmə icraatı qaydasında tələb irəli sürmək üçün subyektiv hüququn olması şərti tələb edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh qismində Həsənov Anar Hüseyn oğlunu qeyd etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı cavabdeh kimi fiziki şəxsi göstərmişdir ki, bu da mümkünsüzlük əsası kimi qəbul edilməlidir. Lakin işdən görünür ki, X1nın Həsənov Anar Hüseyn oğlu arasında yaranmışdır və şikayət əsasında Həsənov Anar Hüseyn oğlu barəsində xidməti yoxlama aparılmış, izahatı alınmış, Azərbaycan Respublikası Baş Prokurorunun 30 mart 2023-cü il tarixli əmri ilə ona töhmət verilmişdir. Məhkəmə hesab edir ki, X3 inzibati məhkəmə icraatı qaydasında yox, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə imkanı istina edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(118)-4367/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4367/2023
28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver