Məhkəmə qərarları › İş №2-1(118)-4379/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4379/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4379/2023 11.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçıya məxsus Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 2, ev 3 ünvanında qeydiyyatda olan şəxslərin qeydiyyatlarına xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. X2, X4, X7 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, qeydiyyat tarixi xx.xx.2014-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 2, ev 3 iddiaçının mülkiyyətindədir. X2, X4, X7 mənzildə qeydiyyatdadır. İddiaçı üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını istəyir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, evi satmaq istəmişdir. özündən başqa heç kim qeydiyyata salmamışdır. Forma 2 arayışı alanda xəbəri olmuşdur ki, 4 nəfər qeydiyyatdadır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında üçüncü şəxs X2 iştirak etmiş, izahatında bildirmişdir ki, özünə məxsus evdə uşaqları ilə yaşayır. Asan Xidmətdən arayış almışdır. Ona məxsus mənzildə başqa şəxs qeydiyyatda görünmür. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iş üzrə iddiaçı ona məxsus Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 2, ev 3 ünvanında qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasını istəyir. Məhkəmə araşdrırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, dalan 2 , ev 3 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. İddiaçının mənzildən qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslər həmin ünvanda qeydiyyatda görünsə də faktiki olaraq özlərinə məxsus mənzildə qeydiyyatdadırlar. İddiaçı onun mülkiyyətində olan mənzildən üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını istəyir. Lakin işin hallarından görünür ki, iddiaçı ilə üçüncü şəxslər fərqli mənzillərdə yaşasalar da qeydiyyat ünvanları eyni görsənir. Bu isə mənzillərə ünvan verilən zaman və ya qeydiyyat aparılan zaman qeyri- müəyyənliyə yol verildiyini göstərir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı digər hüquq müdafiə vasitələri seçməli, fərqli mənzillərə eyni ünvan verilməsi ilə bağlı məsələsinin dəqiqləşdirilməsi, texniki səhvlik olduğu halda müvafiq düzəliş edilməsi və ya yeni fərqli ünvan verilməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət etməlidir. Oxşar tələblərlə üçüncü şəxlərdə çıxış edə bilər. Bu hallarda iddiaçı və üçüncü şəxslərin hüquqi marağı üst-üstə düşmüş olacaq. Həmin şəxslərin birgə tələblər irəli sürməsi də istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar