Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-439/2020 27.07.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi, İddiaçı , Cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Abşeron rayon Şöbəsinin nümayəndəsi X4, Üçüncü şəxs “Ümid Yeri” Xeyriyyə cəmiyyətinin sədri X1, İddiaçı Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Abşeron rayon Şöbəsinə qarşı “xx xxx 2019-cu il tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən bərpa olunmasının cavabdehə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. Ona cavabdeh inzibati orqan tərəfindən xx xxx 2019-cu il tarixdən pensiaya təyin edilsədə, sonradan onun pensiyası dayandırılmışdır. İddiaçı pensiyasının bərpası üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqanın **********3 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə onu müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçı, bu günə kimi müxtəlif işlərdə işləmiş və bütün işlədiyi idarələr əmək kitabçasında qeyd edilmişdir. İddiaçı yaşa görə təqaüdə çıxmaq üçün DSMf-nun Abşeron Rayon Şöbəsinə müraciət etmişdir. Onun pensiya kapitalı hesablanaraq, 25 ilik iş stajı müəyyən edilmiş və ona təqaüd ayrılmışdır. İddiaçıya 4 ay təqaüd verildikdən sonra DSMF-nun Abşeron Rayon şöbəsindən bildirmişdirlər ki, səhv hesablama aparılmış və iddiaçının pensiya kapitalının 25 il olmadığını və 4 ay içərisində ödənilmiş ümumilikdə 1000 manat pul ondan geri alınmışdır. DSMF-nun Abşeron rayon şöbəsinin xx.xx.2019-cu ıl tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından Qanunun 22-1.2.1-ci maddəsi iddiaçıya şamil edilməmişdir. Qeyd edilənlərə əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-xx.xx.2006-cı illərə aid “Ümid Yeri” Xeyriyyə Cəmiyyətindəki əmək stajı yerində yoxlanılarkən qeyd olunan dövlərə aid əmrlər kitabının saxlanılmadığı məlum olmuşdur. Lakin müəssisədə saxlaınlan əmək haqqı ödəniş cədvəllərində xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək iddiaçının adına rast gəlindiyi göstərilmişdir. Bu göstərilən səbəblərdən 25 il ümumi iş stajı toplanmağı üçün Qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan dövrdə iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyası düzgün hesablanmadığı üçün aldığı vəsait şöbənin hesabına geri ödənilmişdir. xx.xx.1997-xx.xx.2006-cı illərə aid “Ümid Yeri” Xeyriyyə Cəmiyyətində işləməsini sübut edən şahidləri də vardır. Əmrlər kitabının saxlanılmaması iddiaçının təqsiri deyil. O qeyd edilən işlərdə işləmiş və iş yoldaşları da onun şahididirlər. DSMF-nun Abşeron rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubu ərizəsinə əlavə edilmişdir. İddiaçının bütün işlədiyi dövlər hesablanan zaman iş stajı 25 ildir və hələ artıqdır. Lakin pensiya kapitalı cəmiyyət tərəfindən ödənilmədiyi üçün hazırki problemlərlə üzləşmişdir. Ona görə də iddiaçı hüquqlarının məhkəmə qaydasında bərpa edilməsini tələb etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, o işlədiyi müddətdə kimsəsiz uşqalara qulluq etmiş, onların paltarlarını yumuşdur. Orda böyüyən uşaqların hamnısı onu tanıyır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etirazında qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda 2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci ilin iyul ayının 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il 6 ay artırılır. Həmçinin, 2019-cu ilin yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.1 -ci maddəsinə əsasən bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun xx.xx.2006-cı ilədək olan sığorta stajı 25 il hesablanır. İddiaçı təqdim etdiyi sənədlərə əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından bu Qanunun 22-1.2.1 -ci maddəsi ona şamil edilə bilməz. İddiaçı əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-xx.xx.2006-cı illərə aid “Ümid Yeri” Xeyriyyə Cəmiyyətindəki əmək stajı yerində yoxlanılarkən qeyd olunan dövrlərə aid əmrlər kitabının və əmək haqqı cədvəllərinin saxlanılmadığı məlum olmuşdur. Lakin müəssisədə saxlanılan əmək haqqı ödəniş cədvəllərində xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək İddiaçı adına rast gəlinmişdir. Bu dövr də tərəflərindən əmək stajı hesablanarkən nəzərə alınmışdır. Nəticədə iddiaçının cəmi 20 il 10 ay 13 gün əmək stajı mövcudluğu öz təsdiqini tapmışdır. Bu səbəbdən də vətəndaşın 25 il ümumi iş stajını toplanmadığı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək olan dövrdə İddiaçı yanlışlıqla təyin olunmuş yaşa görə əmək pensiyası düzgün hesablanmadığı üçün onun artıq aldığı vəsaiti şöbənin hesabına geri qaytarılmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. “Ümid Yeri” Xeyriyyə cəmiyyəti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında “Ümid Yeri” Xeyriyyə cəmiyyətinin sədri X2 iştirak etmiş, izahatında bildirmişdir ki, “Ümid Yeri” Xeyriyyə cəmiyyəti qeyri-hökümət təşkilatıdır. Cəmiyyət Azərbaycanda kimsəsiz uşaqlara yardım edən ilk təşkilat olub. Hazırdada dövlət rəhbərliyinin yardımı ilə fəaliyyət göstərirlər. Cəmiyyət yaranandan İddiaçı orada işləmişdir. Əvvəllər 15-ə qədər işçi olmuşdur, hazırda 20 nəfər işçiləri vardır. Əvvəl Yasamal rayonunda yerləşmişlər. Sonra binaları sökülmüş, seyfləri oğurlandığı üçün müəyyən sənədlər itmişdir. İşçilərin sosial müdafiyəsi ilə bağlı ödənişləri etmişdirlər. Ona görədə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında X3 şahid qismində dindirilmiş, ifadəsində bildirmişdir ki, o xeyriyyə cəmiyyətində 1997-ci ildən 2009-cu ilədək sürücü işləmişdir. Onunla bərabər İddiaçı da orada işləmişdir. Təxminən 10-12 nəfər işçi olmuşdurlar. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Əmək pensiyaları haqqında Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il yanvarın birinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Göründüyü kimi Əmək pensiyaları haqqında Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının İT-İ seriyalı, ******* saylı əmək kitabçasında xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək “Ümid Yeri” Xeyriyyə cəmiyyətində xadimə işləməsi öz əksini tapmışdır. İddiaçının qeyd edilən dövrlərə aid əmrlər kitabının və əmək haqqı cədvəllərinin tam şəkildə saxlanılmaması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Bundan başqa X6 Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2006-cı ilədək “Ümid Yeri” Xeyriyyə cəmiyyətində iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Eyni zamanda məhkəmə iclasında “Ümid Yeri” Xeyriyyə cəmiyyətinin sədri X2 iştirak etmişdir. “Ümid Yeri” Xeyriyyə cəmiyyətinin xx.xx.1997-ci ildən hal-hazıradək fəalyyətinin olması, dövlət sosial müdafiyə fonduna müvafiq ödənişlərin edilməsi, əmək haqqı cədvəllərinin müəyyən hissəsinin olması iddiaçının əmək kitabçasında göstərilən dövrlərin onun sosial sığorta stajı kimi nəzərə alınmasına əsas verir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2020-ci illərdə bu Qanunun 7ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya xx xxx 2019-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin təkar yoxlama nəticəsində iddiaçının xx.xx.1997-xx.xx.2006-cı illərə aid “Ümid Yeri” Xeyriyyə Cəmiyyətindəki sosial sığorta stajının nəzərə alınmaması nəticəsində onun pensiyası dayandırılmışdır. Yuxarıdada qeyd olunduğu kimi iddiaçının mübahisə edilən dövrlərdə işləməsi öz təsdiqini tapmışdır. Bu isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyasının dayandırılmasının əsassız olduğunu göstərir və iddiaçının təkrar müraciəti zamanı onun pensiya hüququ təmin edilməli idi. “X6” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx xxx 2019-cu il tarixdən təyin edilmiş pensiyanın həmin tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 Abşeron rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-439/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-439/2020
27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver