Məhkəmə qərarları › İş №2-1(118)-4397/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4397/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4397/2025 19.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “2022-ci ilin avqust ayında Elm və Təhsil Nazirliyinin ümumi təhsil məktəblərində ibtidai sinif müəllimlərinə keçirilən sertifikasiya imtahanında uğurlu nəticəsinə dair Sertifikatın təqdim edilməsi və cavabdehdən qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ilkin olaraq məhkəməyə müraciət edib cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı 2022-ci ilin avqust ayında Elm və Təhsil Nazirliyinin ümumi təhsil məktəblərində ibtidai sinif müəllimlərinə keçirilən sertifikasiya imtahanında uğurlu nəticəsinə dair Sertifikatın təqdim edilməsi və cavabdehdən qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi ziyana görə 1000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2335/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümükün sayılmamışdır. Tələbin mümükün sayılmamasının əsası kimi iddiaçı tərəfindən düzgün cavabdehə qarşı iddia qaldırılmaması olmuşdur. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti etmiş, apellyasiya məhkəməsi icraatı ərəfəsində iddia tələbinə dəqiqləşmə verərək cavabdeh qismində Cavabdeh qoymuşdur. Bundan sonra Suqmayıt Apellyasiya Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 2335/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edərək hazırkı tələbə birinci instansiya məhkəməsində yenidən baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-cü ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmiş, 1983-cü ildən pedaqoji fəaliyyətə başlamış, 40 il fasiləsiz olaraq pedaqoji fəaliyyət göstərmiş, Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətimi davam etdirmişdir. İşlədiyi müddətdə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən təlimlərdə və imtahanlarda müvəfəqiyyətlə iştirak etmiş, 2015-ci ilin dekabr ayında keçirilən Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik imtahanında iştirak etmiş və uğur qazanmış, nəticədə əmək haqqı müvafiq olaraq artırılmışdır. Bundan başqa, 2017-ci il ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarında işləmək üçün Elm və Təhsil Nazirliyinin keçirdiyi imtahanda iştirak etmiş və uğur qazanmışdır. 2022-ci ilin avqust ayında Elm və Təhsil Nazirliyinin ümumi təhsil məktəblərində ibtidai sinif müəllimlərinə keçirilən sertifikasiya imtahanında iştirak edərək uğur əldə etmiş və əmək haqqı da müvafiq olaraq imtahan nəticələrindən asılı olaraq artırılmış, lakin cəmi 2 ay artımla əmək haqqı almış, sonrakı aylarda müxtəlif məbləğlərdə əmək haqqı almışdır. Səbəbini öyrənmək üçün Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etmiş və ona məlum olmayan səbəblərə görə təhsil haqqı düzgün hesablanmamışdır. 2023-cü ilin iyun ayında Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbin direktoru müəllimlərin sertifikatlarını məktəbdə paylamış, lakin onun sertifikatı ona verilməmişdir. Səbəbini soruşduqda isə ona – “sənin sertifikatın yoxdur” cavabını verilmişdir. Məsələ ilə bağlı Sumqayıt şəhəri Təhsil İdarəsinə, həmçinin, 146 çağırı mərkəzinə müraciəet etmiş, 146 çağırı mərkəzi müvafiq insan resursları şöbəsi ilə əlaqə yaratmşı və bildirilmişdir ki, məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət etsin. Həmçinin, bildirilmiş ki, müvafiq sertifikatlar həmin sözügedən quruma göndərilib. O, yenə də müvafiq olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsinə müraciət edərək 20 iyul 2023-cü il tarixdə idarədə ona bildirilmiş ki, Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbin direktoru Bəxşeyiş Ələmşahovla danışıb bir həftə ərzində sertifikatını təqdim edəcəklər. Lakin, o gündən bu günədək, hələ də, heç bir əsas və səbəb gətirilmədən sertifikatı ona təqdim edilməmişdir. Beləliklə, heç bir qanuni əsas olmadan bugünədək sertifikatı hələ də ona təqdim olunmamışdır və dövlət sənədi olan sertifikatımın itirilməsi və ya məhv edilməsində əsaslı şüphələri yaranmışdır. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə ilkin cavabdeh olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə, saat 15:08-də İdarədə keçirilmiş vətəndaş qəbuluna yazılmışdır.O qəbul üzrə şifahi müraciətində çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinin uzadılmasını istəmişdir. Lakin, İddiaçı ona ayrılan saatda qəbulda iştirak etməmişdir. Onun müraciəti qəbul vaxtı yerində araşdırılmışdır. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində çalışmanın yaş həddinə çatmışdır. Diaqnostik qiymətləndirmə nəticəsi ümumi 17 (ixtisas 14, metodika 3) baldır. Sertifikasiya balı ümumi 31 (ixtisas 27, metodika 4) bal olmuşdur. Çalışma müddəti ona görə uzadılmamışdır ki, Elm və Təhsi! Nazirliyinin 2022-ci il 28 iyul tarixli F-467 nömrəli əmrinin 3.1.2-ci bəndinə əsasən müəllimin qiymətləndirmə nəticəsi minimum 70% olmalıdır ki, çalışma müddəti uzadılsın. O həmin şərti ödəmir. Məktəb üzrə 18 müəllim, 394 saat dərs yükü var. Daha sonra, İddiaçı 20,07.2023-cü İl tarixdə, saat 16;40-da İdarədə keçirilmiş vətəndaş qəbuluna yazılmış və həmin qəbulda iştirak etmişdir. O, həmin müraciətində də çalışmanın yaş həddinə çatdığı üçün əmək müqaviləsinin uzadılmasını istəmişdir. Onun müraciəti yerində cavablandırılmışdır. Ona həmin vaxt izah edilmişdir ki, təkrar müraciət edir. Rəsmi müraciətinə baxılmış və cavablandırılmışdır. Məktəbin xx.xx.2023-cü il tarixli 13 nömrəli əmri ilə çalışmanın yaş həddinə çatdığı (65 yaşı tamam olduğu) üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən işdən azad edilmişdir.İddiaçı müraciəti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Çalışmanın yaş həddinə çatmış dövlət ümumi təhsil müəssisələrinin müəllimləri ilə əmək münasibətlərinin tənzimlənməsi barədə” xx.xx.2022- ci il tarixli, T-467 nömrəli əmri nəzərə alınaraq, çalışmanın yaş həddinə çatdıqdan sonra, yəni xx.xx.2023-cü il tarixdə onunla məktəb arasında müddətli əmək müqaviləsi bağlanılaraq, o, məktəbə xx.xx.2023-cü ii tarixinədək ibtidai sinif müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Məktəbin xx.xx.2023-cü il tarixli, 32/3 nömrəli əmri ilə İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müddəti bitdiyi üçün xx.xx.2023-cü i! tarixdən xitam verilmişdir. İddiaçı 2022-ci ilin avqust ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ümumtəhsil məktəblərində İbtidai sinif müəllimlərinə keçirilən sertifikasiya imtahanında iştirak etmiş və imtahan nəticəsi test mərhələsi üzrə 31 bal, müsahibə mərhələsi üzrə isə 20 bal olmuşdur. Bu barədə məlumat İdarəyə Cavabdeh tərəfindən cədvəl siyahı ilə göndərilmişdir. Qeyd edilənləri nəzrə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan olan Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubu, cavabdehin elektron bildirişinin surəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin etiraz ərizəsi, Elm və Təhsil nazirinin F-560 nömrəli, xx.xx.2022ci il tarixli əmrinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan sertifikatın alınması üçün müvafiq keçid balının toplanması vaxtından yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq nazirlik hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, müvafiq sertifikatın respublika ərazisində təhsilverənlərə təqdim edilməsi nazirliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, nazirlik hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Cavabdeh müraciət etmiş və inzibati orqan onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Sumqayıt ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən tehsilverənlərin sertifikatlaşdırma Qaydası” (bundan sonra mətndə Qayda) təsdiq edilmişdir. Qaydanın 2.1 -ci bəndinə əsasən sertifikatlaşdırma Cavabdeh (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir. Qaydanın 4.1-ci bəndinə əsasən sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifıkatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən tehsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və regional təhsil idarələrinə və təhsil müəssisələrinə göndərir. Qaydaya əsasən sertifikatlaşdırmadan keçən və keçməyən təhsil verənlərin siyahısı Nazirlik tərəfindən göndərilir. Sertifikat təhsilverənlərə Nazirlik tərəfindən təqdim edilir. Belə ki, Qaydanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 421 nömrəli Qərarı ilə dəyişiklik edilənədək qüvvədə olan 4.2-ci bəndinin əvvəlki redaksiyasına əsasən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə bu Qaydanın əlavəsində nəzərdə tutulmuş formaya uyğun sertifikat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2023-cü il tarixli 421 nömrəli Qərarı ilə Qaydanın 4.2-ci bəndinə dəyişiklik edilmişdir. Həmin 4.2-ci bəndə əsasən sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron; sənəd formasında yaradılan sertifikat verilir. Sertifikat sertifıkatiaşdirmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır. Qaydanın 4.2-4-cü bəndinə əsasən sertifikat təhsilverən üçün açılmış “Şəxsi kabinetdə yerləşdirilir. İddiaçı ilə Nazirlik arasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverenlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndan irəli gələn hüquq münasibəti yaranmış, mübahisəli hüquq münasibətinin yarandığı zaman (2022-ci ilin avqust ayı) qüvvədə olan maddi hüquq normasında (Qaydanın 4,2-ci bəndinin əvvəlki redaksiyası) sertifikatlaşdırmadan keçmiş təhsilverenlərə bu Qaydanın əlavəsində nəzərdə tutulmuş formaya uyğun sertifikat verildiyi qeyd edilsə də, sertifikatın hansı müddətə verilməsinə dair müddəa öz əksini tapmamışdır. Lakin, sonradan Qaydaya dəyişiklik və yeni 4.2-4-cü bənd əlavə edilərək, sertifikatın sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanmalı və təhsilverən üçün açılmış “Şəxsi kabinefdə yerləşdirilməli olduğu qeyd edilmişdir. İşin araşdırılan hallarına əsasən müəyyən olu nur ki, 2022-ci ilin avqust ayında Nazirlik tərəfindən həyata keçirilmiş sertifikatlaşdırma üzrə İddiaçı sertifikatlaşdırmasının nəticələrini özündə əks etdirən siyahı səlahiyyətli idarə tərəfindən Nazirliyə göndərilsə də, müvafiq sertifikat iddiaçıya təqdim edilməmişdir. Göründüyü kimi, Nazirlik tərəfindən İddiaçı hüquqları pozularaq müvafiq sertifikat ona təqdim edilməmişdir.Bu səbəbdən də iddiaçının birinci tələbi əsaslıdır. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun.İddiaçı tərəfindən fiziki və mənəvi sarsıntı keçirtməsi ilə bağlı əsaslı dəlil məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. 2022-ci ilin avqust ayında ümumi təhsil məktəblərində ibtidai sinif müəllimlərinə keçirilən sertifikasiya imtahanında İddiaçı uğurlu nəticəsinə dair Sertifikatın təqdim edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar