Məhkəmə qərarları › İş №2-1(118)-44/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-44/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-44/2021 17.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “X5 tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən evin lahiyyəsinin Dövlət Şəhərsalma Norma və Qaydalarına, Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə uyğunlaşdırılması barədə qərar qəbul edilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “X5 tərəfindən inşa edilmiş ünvan 1 ünvanda yerləşən evin lahiyyəsinin Dövlət Şəhərsalma Norma və Qaydalarına, Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə uyğunlaşdırılması barədə qərar qəbul edilməsi vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 02 iyun 2021-ci il tarixli məhkəmə iclasında tərəflər mübahisənin məkhəmədənkənar həlli məqsədilə məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmiş, 17 iyun 2021-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının Sumqayıt şəhər İcra Hakimiyyətinə və X3 qarşı sonuncu tərəfindən ünvan 2 ünvanda Dövlət Şəhərsalma Norma və Qaydalarının, habelə Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinin pozulması ilə ev tikdiyi üçün həmin tikilinin qeyd edilən normalara uyğunlaşdırılması barədə qərar qəbul edilməsi vəzifəsinin Sumqayıt şəhər icra Hakimiyyətinin üzərinə qoyulması barədə iddia tələbi ilə bağlı 2-1(118)-44/2021 saylı inzibati işə baxılır. İddiaçı bildirir ki, sonuncu keçirilən məhkəmə iclasları zamanı G. İmanov ünvan 3 ünvanda tikilmiş evin Dövlət Şəhərsalma Norma və Qaydalarının və Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmayaraq ara məsafəsi qoyulmadan onun evinə, qarajına, sanitar qovşağına və hasarına bitişik tikildiyindən evin fasad hissəsində qoyulmuş 8 pəncərənin 4-nün, balkonunun və yan tərəfdən qoyulmuş 60x60 ölçüdə 2 ədəd pəncərələrin iddiaçının həyətinə baxması əxlaqi-mənəvi nöqteyi nəzərdən narahatlıq yaratmasının qarşısının alınması üçün ona aid olan torpaq sahəsindən 3 (üç) metr enində 7 (yeddi) metr hündürlükdə yüngül konstruksiyalı hasarın çəkilməsini və yan tərəfdən qoyulmuş 60x60 ölçüdə 2 ədəd pəncərəni öz şəxsi vəsaiti hesabına bağlanmasını və bağlanmış pəncərələrin, çəkilmiş hasarın dayanıqlığı üçün öhdəçilik götürmüşdür. Bununla əlaqədar olaraq onlar 04.06.2021-ci ildə razılaşma müqaviləsi bağlamışdırlar və həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Həmin müqaviləni iddiaçı 07.06.2021-ci ildə məhkəmə qaydasında təsdiq edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə təqdim etmişdir. Ona görə də həmin “Razılaşma müqaviləsi”-ində X5 tərəfindən öhdəliklər götürməsi məhkəmə qərarında öz əksini tapmaqla G.imanov tərəfindən götürülmüş öhdəliklərə gələcəkdə əməl olunmazsa, onun və ailə üzvləri tərəfindən narahatlıq yaranarsa məhkəməyə eyni iddia tələbi ilə müraciət etmək hüququnu özündə saxlamaqla iddia ərizəsini və ona əlavə olunmuş sənədlərinin geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X5 və cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən daxil olmuş ərizələrə əsasən, tərəflər iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiklərini bildirmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsində qeyd etdiyi hallar həqiqətəndə məhkəmə prosesi gedişində araşdırılmış, uçüncü şəxs iddiaçı qarşısında müvafiq öhdəlik götürərək, iddiaçının həyətinin görsənməməsi üçün öz torpaq sahəsində yüngül konstruksiyalı qurğu inşa etdirmiş, müvafiq fotoşəkillər məhkəməyə təqdim edilmiş, iş materiallarına əlavə edilmişdir. İddiaçı həmin yüngül konstruksiyalı tikilinin onu qane etdiyini bildirmiş, lakin gələcəkdə bu tikilinin sökülə bilcəyindən narahat olduğunu bildirmiş, müvafiq öhdəliklərin natorial qaydada təsdiq edilməsini istəmiş, iddiaçı ilə üçüncü şəxs öz aralarında müqavilə bağlamış və həmin müqavilə notarial qaydada təsdiq edilərək məhkəməyə təqdim edilmişdir. Həmin müqavilə İddiaçı ilə X5 arasında bağlanmış, Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərfindən təsdiq edilmişdir. Müqavilədə tərəflər razılaşmışlar ki, 1.1. Bu müqavilənin predmetini birinci tərəf İddiaçı, ikinci tərəf- X3 qarşı sonuncu tərəfindən inşa edilmiş ünvan 4 ünvanda yerləşən evin Dövlət Şəhərsalma Norma və Qaydalarının tələblərinə, Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə uyğunlaşdırılınası barədə qərar qəbul edilməsi vəzifəsinin Sumqayıt şəhər icra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair uzun müddət Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan 2-1(118)- 44/2021 №li inzibati iş üzrə birinci tərəflə ikinci tərəf arasında razılıq əldə olunduğundan iddia tələbinin dayandırılması barədə rəsmi öhdəliklər və vəzifələr təşkil edir. 1.2. Bu müqavilə imzalananda tərəflər aşkar şəkildə bəyan edir ki. bu müqavilə işi sülh yolu ilə həll etmək niyyəti ilə tərtib olunmuş və hər iki tərəf Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan həmin mübahisəyə xitam verilməsi üçün bu müqaviləni məhkəməyə təqdim etməkdə sərbəstdir və həqiqi niyyətləri müqavilədə öz əksini tapmışdır.

2. Tərəflərin öhdəlikləri: 2.1. Bu müqavilənin ikinci tərəfi-ünvan 3 ünvanda tikilmiş evin Dövlət Şəhərsalma Norma ve Qaydalarının və Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmayaraq ara məsafəsi qoyulmadan birinci tərəfin evinə, qarajına, sanitar qovşağına və hasarına bitişik tikildiyindən evin fasad hissəsində qoyulmuş 8 pəncərənin 4-nün,balkonunun və yan tərəfdən qoyulmuş 60x60 ölçüdə 2 ədəd pəncəratərin birinci tərəfin həyətinə baxması əxlaqi-mənəvi nöqteyi nəzərdən narahatlıq yaratmasının qarşısının alınması üçün, ikinci tərəf ona aid olan torpaq sahəsindən yüngül konstruksiyalı hasarın çəkilməsini və yan tərəfdən qoyulmuş 60x60 ölçüdə 2 ədəd pəncərəni öz şəxsi vəsaiti hesabına bağlanmasını öhdəsinə götürür və bu müqavilənin birinci tərəfinə təklif edir ki, müqaviləyə uyğun olaraq iddia tələbini dayandırsın. 2.2. Bu müqavilənin birinci tərəfi müqavilənin ikinci tərəfinin təklifini qəbul edir, çəkiləcək yüngül konstruksiyalı hasarın ikinci tərəfə aid olan torpaq sahəsindən 3 (üç) metr enində 7 (yeddi) metr hündürlükdə olmasını təklif edir. 2.3. İkinci tərəf yan tərəfdə bağlanmış pəncərələrin və çəkilmiş hasarın dayanıqlılığı üçün öhdəlik götürür və buna cavabdehdir. 2.4. Təsdiq edilən saziş barədə tərəflər Sumqayıt şəhər icra Hakimiyyətinə məlumat verir və müqavilənin bir surəti Sumqayıt şəhər icra Hakimiyyətinə göndərilir. 2.5. Əgər hər hansı tərəf razılaşma müqaviləsi ilə üzərinə götürdüyü öhdəiikləri üzürsüz səbəblərdən yerinə yetirməzsə və yaxud götürdüyü öhdəlikləri sonradan pozması səbəbindən qarşı tərəf öhdəliklərin yerinə yetirilməməsində təqsiri müəyyən olunmuş tərəfə Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 21.2-ci maddəsi ilə nəzərdə tutulan zərərin tam əvəzini və ya zərərin vurulub-vurulmamasından asılı olmayaraq hesablanacaq cəriməni ödəməlidir. 2.6. Bu müqavilənin şərtləri hər iki tərəf üçün məcburi qüvvəyə malik oian öhdəlik dir.Əgər hər hansı tərəf müqavilənin şərtlərinə əmə! etməzsə hüquqları pozulan şəxs məhkəməyə müraciət edərək müqavilədə nəzərdə tutulan öhdəliklərin tam icrasını tələb edə bilər. 2.7. Gələcəkdə ikinci şəxs tərəfindən götürülmüş öhdəliklərə əməl olunmazsa və ya onun və ailə üzvləri tərəfindən narahatlıq yaranarsa birinci tərəf məhkəməyə eyni iddia tələbi ilə müraciət etmək hüq qunu özündə saxlayır.

3. Müqavilənin qüvvədə olma müddəti və ləğv edilməsi qaydası: 3.1. Bu müqavilə imzalandığı və məhkəmə qaydasında təsdiq edildikdən dərhal sonra qüvvəyə minir, miiddətsizdir və müddəaları tərəflər üçün məcburidir. 3.2. Bu müqavilənin ləğv edilməsi tərəflərin yazıtı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Bu müqavilə onun predmetini təşkil edən fərdi ev və torpaq sahəsinin satılması, bağışlanması və ya başqa qaydada özgəninkiləşdirilməsindən asılı olmayaraq ikinci tərəf yeni mülkiyyətçini təsdiq edilmiş saziş barədə məlumatlandırmağı və xəbərdar etməyi öhdəsinə götürür. .

4. Müqaviləyə əlavə və dəyişikliklər edilməsi 4.1. Bu müqaviləyə əlavə və dəyişikliklər edilməsi tərəflərin yazılı razılığı əsasında həyata keçirilir.

Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi hazırkı şərtlərdə onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, eyni iddia ilə yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,

QƏRARA ALDİ:

İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, eyni iddia ilə yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar