Məhkəmə qərarları › İş №2-1(118)-440/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-440/2022

05.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-440/2022 05.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Abşeron-Xızı regional filialına qarşı “ona hüququnun yarandığı 2008-ci il tarixdən 4 uşaq anası kimi 50 yaşından 25 il stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Abşeron-Xızı regional filialına qarşı iddia qaldıraraq “ona hüququnun yarandığı 2008-ci il tarixdən 4 uşaq anası kimi 50 yaşından 25 il stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunun Düdəngi kəndində anadan olmuşdur. 1975-ci il tarixdə M.F.Axundov adına Azərbaycan Pedaqogi Rus Dili və Ədəbiyyatı inistitutuna daxil olmuşdur. 1981-ci il tarixdə həmin institututu bitirib Naxçıvan MR, Şərur rayonunun, Düdəngi kənd məktəbinə müəllimə təyin olunmuşdur. 01.09.2006-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. 06.11.2007-ci il tarixdən 22.07.2008-ci il tarixədək Azərbaycan Dövlət Pedaqoji Univeristetində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə yenidən hazırlanma kursunu bitirmişdir. 08.11.2018-ci il taxidə Nizami rayon Mənzil Komunal Təsərrüfat Birliyinə işə qəbul edilmiş, 03.01.2019-cu il tarixdə 60 yaşda təqaüdə çıxmışdır. Ailəlidir, 4 övladı var. 24.08.1983-cü il taixdə X4, 28.01.1986-cı il tarixdə X7, 23.11.1991-ci il tarixdə isə əkiz övladları Cəfərov Sarvan və X5 dünyaya gəlmişlər. Övladları 18 yaşlarına qədər himayəsində olmuşlar. Son dövrdə ona məlum olmuşdur ki, onun 2008-ci il tarixdə, 4 uşaq anası kimi, 50 yaşında (həmin dövrdə) qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyası almaq hüququ olmuşdur. Lakin o, 2008-ci il tarixdə əmək pensiyası almaq üçün müraciət etməmişdir. Qeyd olunan hüququndan istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeçiliyində Dövlət Sosial Müdafə Fondunun Sumqayıt şəhər Şöbəsinə 12.03.2021-ci il tarixdə əmək pensiyasının yenidən hesablanmasına dair müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeçiliyində X12 Fondunun Sumqayıt şəhər Şöbəsi tərəfindən 04.10.2021-ci il tarixdə müraciətinə cavab olaraq bildirilmişdir ki, ‘‘Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış hər bir vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olamayan pensiya təminatına imkan vedikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sğorta stajı olduqda (2017-ci il iyulun 1-nədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan Qanunun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Onun ərizəsinə əlavə etdiyi sənədlərdə 4 uşaq göstərildiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq yəni tətbiq edilməli olmayan “Əmək pensiyası haqqında" Qanunun normaları tətbiq edilməklə tam əsassız imtina verilmişdir. Bununla da onun Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təsbit olunmuş hüquqları pozulmuşdur. Müraciətinə 2010-cu ilədək qüvvədə olmuş “X1” haqqında Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilməli olduğu halda buna əməl olunmamışdır. 4 uşaq anası kimi, 50 yaşında, 25 illik iş stajı ilə 2008-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasına çıxmalı idi. Qeyd olunanlara əsasən 4 uşaq anası kimi, 50 yaşında, 25 illik iş stajı ilə 2008-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasının (tələbəlik illəri və əlavə kurslar da daxil olmaqla) yenidən hesablanaraq ona verilməsi tələbi tam qanuni və əsaslıdır. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, hesab edir ki, Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının vəzifəli şəxslərinin 4 uşaq anası kimi, 50 yaşında, 25 illik iş stajı ilə 2008-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasının (tələbəlik illəri və əlavə kurslarda daxil olmaqla) yenidən hesablanaraq ona verilməsi tələbi ilə bağlı hərəkətsizliklərinin və bununla bağlı imtinalarının qanunsuz hesab edilməsinə, 4 uşaq anası kimi, 50 yaşında, 25 illik iş stajı ilə 2008-ci il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq əmək pensiyasının (tələbəlik illəri və əlavə kurslarda daxil olmaqla) yenidən hesablanaraq ona verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının üzərinə qoyulmasına dair müvafiq qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Vəkil iddia ərizəsinə uyğun izahatlar verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, 2-1(118)-2211/2021 saylı iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. İddiaçıya hüququ yarandığı tarixdən, yəni 07.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı daha sonra yenidən cavabdehə müraciət edərək 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etdiyini və pensiya almaq hüququnun 2008-ci il tarixində yarandığını və bu səbəbdən ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmalı olduğunu bildirmişdir. Fondun 1 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 04.10.2021-ci il tarixli, **********3 nömrəli məktubunda iddiaçının 4 övladı olduğundan mövcud qanunvericiliyə əsasən ona çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd olunmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların həmin Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. - İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, iddiaçının övladları X7 28 yanvar 1986-cı ildə, X3 23 noyabr 1991-ci ildə, X4 24 avqust 1983-cü ildə, X6 23 noyabr 1991-ci ildə anadan olmuşlar. - İddiaçıya məxsus ИТ-2294966 saylı əmək kitabçasından görünür ki, o, 28 avqust 1981-ci ildən 01 sentyabr 2006-cı ilədək kənd məktəbində, 08 noyabr 2018-ci ildən 03 yanvar 2019-cu ilədək Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyində işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 04 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya çoxuşaqlı ana kimi pensiya təyin edilməsindən imtina olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 07.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçı 2008-ci il tarixdən ona çoxuşaqlı ana kimi pensiya hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 04 oktyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanunun hazırda qüvvədə olan 8.1—ci maddəsinə istinad olunaraq beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaş həddinin hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququnun olduğunu, əlavə etdiyi sənədlərdə 4 uşaq göstərildiyindən ona yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunazidd olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, idiaçı ona 2008-ci il tarixdən çoxuşaqlı ana kimi əmək pensiya təyin edilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və onun 4 uşaqlı ana kimi 07.07.2008-ci ildə “Əmək pensiyaları haqqında Qanunun” 8.1-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasına uyğun olaraq pensiya almaq hüququ olmuşdur. Həmin normaya əsasən dörd uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların 50 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququ vardır. Hazırki işdə də iddiaçı həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq ona çoxuşaqlı ana kimi pensiya təyin edilməsi üçün zəruri olan yaş həddinə malik olmaqla yanaşı, 4 uşağı 8 yaşınadək tərbiyə etmiş və tələb olunan 5 il iş stajına malik olmuşdur. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı inzibati orqana ona çoxuşaqlı ana kimi pensiya hesablanması üçün 2021-ci il tarixdə müraciət etmişdir. Belə olan halda iddiaçıya çoxuşaqlı ana kimi əmək pensiyasının hesablanmasına hansı dövrdə qüvvədə olan qanunvericiliyin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə Əmək pensiyaları haqqında Qanunun əvəllər, yəni iddiaçının pensiya hüququnun yarandığı 2008-ci il tarixdə qüvvədə olan normalarının və ya 01 iyul 2017-ci ildən sonra qüvvədə olan normalarının tətbiqinə münasibət bildirilməsini vacib sayır. Əmək pensiyaları haqqında Qanunun 32.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri ilə çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir. Qeyd olunan normanın 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə tətbiqinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Hazırki işdə iddiaçı 01.01.2017-ci ildən əvvəl inzibati orqana müraciət etməsi ilə bağlı və ya müraciət etməməsinin səbəbinin üzrlü olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməsə də, məhkəmə iclasında izahatında cavabdeh inzibati orqana müraciət edərkən çoxuşaqlı ana kimi pensiya təyin edilməsi üçün deyil, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etdiyini, sonradan çoxuşaqlı ana kimi pensiya hüququnun olmasından məlumatı olduğunu və yenidən hesablama ilə bağlı cavabdeh inzibati orqana 12.03.2021-ci il tarixdə müraciət etdiyini bildirmişdir. Beləliklə iddiaçının ona pensiya təyin edilməmişdən əvvəl çoxuşaqlı ana kimi pensiya təyin edilməsi üçün inzibati orqana müraciət etməsi və ya müraciət etməsinin səbəbinin üzrlü olması müəyyən olunmur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyasının yenidən hesablanması zamanı Əmək pensiyaları haqqında Qanunun 01 iyul 2017-ci ildən qüvvədə olan 32.1-1-ci maddəsi tətbiq olunmalıdır. Məhkəmə qeyd edir ki, həmin norma tətbiq edildiyi təqdirdə iddiaçıya əmək pensiyası ona çoxuşaqlı ana kimi pensiya təyin edilməsi üçün inzibati orqana müraciət edildiyi tarixdən hesablanmalıdır. İş materiallarından da görünür ki, iddiaçı inzibati orqana 12 mart 2021-ci ildə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya çoxuşaqlı ana kimi əmək pensiyasının yenidən hesablanması müraciət etdiyi tarixdən 3 (üç) il əvvəl üçü, yəni 12 mart 2018-ci il tarixdən həyata keçirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 12 mart 2018-ci il tarixdən çoxuşaqlı ana kimi əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Abşeron-Xızı regional filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 12 mart 2018-ci il tarixdən çoxuşaqlı ana kimi əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsin Abşeron-Xızı regional filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar