Məhkəmə qərarları › İş №2-1(118)-442/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-442/2021

17.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-442/2021 17.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 (Quba şəhəri, M.Əcəmi küçəsi ev 54-də yaşayan) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X8 X4 Komissiyasının 13.01.2001-ci il tarixli aktı üzrə 0,10 ha torpaq sahəsinin İddiaçı təhkim olunmasına dair aktın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair üzərinə qoyulması tələbinə dairiddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X8 X4 Komissiyasının 13.01.2001-ci il tarixli aktı üzrə 0,10 ha torpaq sahəsinin İddiaçı təhkim olunmasına dair aktın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 05 noyabr 2020-ci il tarixli sərəncamı ilə iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək cavabdehlərin sırasını dəqiqləşdirmək təklif edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, həmin tələb üzrə cavabdeh qismində DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi Darəsini saxlamışdır. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izah etdi ki, X8 X4 Komissiyasının 13.01.2001-ci tarixli aktına əsasən təsərrüfatda aparılan torpaq islahatı ilə əlaqədar torpaqlar ölçülərkən faktiki artıq qalmış 0,10 ha torpaq sahəsi İddiaçı ğluna təhkim olunmuş, həmin sahənin qanuna müvafiq şəkildə dövlət eydiyyatdan keçirilməsi də Komissiya tərəfindən ona tapşırılmışdır. Belə ki, həmin 0.10 ha torpaq sahəsi iddiaçıya pay torpağı kimi ayrılmış 1.20 ha torpaq sahəsinin qarşısında yerləşir. Həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının istifadəsində olmuş, onun yararlı vəziyyətə gətirmiş, torpaq sahəsi üzərində sahiblik hüquqlarını həyata keçirmişdir. Lakin həmin sahəni öz adına qeyd olunan sənədin əsli naməlum şəraitdə itdiyindən sənədləşdirə bilməmişdir. Həmin sənədin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına Azərbaycan Respublikası Dövlət Arxivinin Quba rayon filialına, Cavabdeh2nə, sənədin itkisi ilə bağlı rayon polis idarəsinə rəsmi ərizə ilə müraciət etsə də, sənədin əsli tapılmamış, bununla əlaqədar məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 27.03.2019-cu il tarixli arxiv arayışına əsasən X8 X4 komissiyasının heç bir il üçün arxiv sənədlərii Arxivin Quba filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası ƏMDK DƏDRX yanında 5 saylı Xaçmaz ərazi idarəsinə müraciət etsə də, 29.03.2019-cu il tarixli məktubunda da idarənin arxiv mədlərində İddiaçı təhkim olunmuş 0,10 ha torpaq sahəsi barədə heç bir məlumatın əldə olunmadığı qeyd olunur. Quba Regional «Asan Xidmət» Mərkəzində notarial ofisinin 21.04.2019-cu il tarixli məktubunda X7 rayon Notariat ofisinin arxivinə təhvil verilmədiyindən 13.01.2011-ci il tarixli təhkim aktının həmin Reyestr kitabında notariat qaydasında təsdiq olunmuş, lakin təsdiq olunmuş surəti də əsli ilə birlikdə itmişdir. Lakin aktdakı imzaların həqiqiliyi notariat qaydasında da müəyyən olunmuşdur. Sənədin axtarışı ilə əlaqədar dövlət orqanlarına da müraciət etmiş, nə Arxiv İdarəsi, nə də DƏDRX-nin Xaçmaz ərazi idarəsindən həmin sənədin əsli tapılıb İddiaçı verməmişdir. Həmin sənədin dövlət orqanlarının arxivlərində saxlanılmaması vətəndaşın üzərinə düşən məsuliyyət və ya vəzifə deyildir bununla bağlı iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barıdı qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, vətəndaş İddiaçı ərizəsinə 29.03.2019-cu il tarixli **********98 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərində X8 X4 Komissiyasının ona təhkim edilmiş 0.10 ha torpaq sahəsinə dair heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan : - X8 Təsərrüfatı Aqrar İslahat Komissiyasının 13.01.2001-ci il tarixli aktın kserosurətindən görünür ki, təsərrüfatda aparılan torpaq islahatları ilə əlaqədar torpaqlar ölçülərkən faktiki artıq qalmış 0.10. ha torpaq sahəsi Quba şəhər sakini İddiaçı təhkim edilmişdir. -Quba filialının 514 saylı 27 mart 2019-cu il tarixli arxiv arayışından görünür ki, X8 Təsərrüfatı Aqrar İslahat Komissiyasının heç bir il üçün sənədləri filiala təhvil verilməmişdir. -Cavabdeh2 başçısı aparatının 546/3 saylı 02.04.2019-cu il tarixli iddiaçıya ünvanlanmış məktubundan görünür ki, Aqrar islahat komissiyası 2005-ci il tarixdə ləğv edilmişdir. Torpaq sahəsinə dair itirilmiş sənədlərlə bağlı onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - X9 xidmət mərkəzində Notariat ofisinin 524 nömrəli 21.04.2019-cu il tarixli məktubundna görünür ki, 2008-ci ilə məxsus sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün edilməsinə dair reyestr kitabı(lS) Quba rayon notariat ofisinin arxivinə təhvil verildiyindən ərizədə qeyd edilən aktını həmin reyestr kitabında qeydiyyatdan keçib-keçməməsi, surətinin düzgünlüyünün təsdiq edilib-edilməməsi barədə heç bir məlumat aşkar edilməmişdir. - Quba polis şöbəsinin 09.10.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı adına olan X8 təsərrüfatı Aqrar İslahat Komissiyasının 13.01.2001-ci il tarixli. 0,10 hektar maq sahəsi üçün verilmiş Təhkim Aktı naməlum şəraitdə itirmişdir. Qeyd olunan aktın tapılması üçün axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamış və təhkim aktı tapılmış sənəd kimi Quba RPŞ-nə daxil olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sənəd aşkar edilməmişdir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının sübut kimi təqdim etdiyi akt kserosurət olduğundan və üzərində olan mökür və imzalar fakitiki oxunmadığından onun mötəbərliyinə şübhə yaranır. Bundan başqa qeyd olunmalıdır ki, aktın əsli və ya notariat qaydasında təsdiq edilmişsurəti təqdim edilsə belə, həmin sənədin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir və bununla bağlı cavabdeh idarə həmin sənədin iddiaçıya verilməsi öhdəliyini daşımır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar