Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-442/2022 08.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı X1 Sumqayıt şəhəri,18-ci mikrorayon, 38 saylı evdə yerləşən 3 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X1 Sumqayıt şəhəri, 18-ci mikrorayon, 38 saylı evdə yerləşən 3 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03 noyabr 2021-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 18-ci mikrorayon, 38 saylı evdə yerləşən 3 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17.11.2015-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən tam mülkiyyətçisidir və həmin mənzildə yaşayır. Həmin mənzildə ondan başqa 21.12.1990-cı il təvəllüdlü keçmiş arvadı X4 da qeydiyyatdadır. X4 ilə nikahları Sumqayıt şəhər Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı 01 may 2015-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsindən Nikahın pozulması haqqında şəhadətnamə almışdır. X4 2015-ci ildən qeyd edilən mənzildən çıxıb Rusiya Federasiyasına getmiş və həmin vaxtdan da daimi orada yaşayır. Mənzildən çıxıb gedərkən iddiaçıya qeydiyyatdan çıxacağını bildirsə də, ancaq əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. İddiaçı 22.10.2021-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinə rəsmi müraciət edərək, X1 ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin Sumqayıt şəhər Polis İdarəsi iddiaçıya 29.10.2021-ci il tarixli 123-40215D-3221 nömrəli məktubla imtina cavabı vermişdir. Məhkəmə iclasdında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun uzahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və cavabdehin məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən cababdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -**********0-05101-093014 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri,18-ci mikrorayon, ev 38, mənzil 3 İddiaçı xüsusi mülkiyyətindədir. -Nikahın pozulması haqqında AZ-İ № 376513 seriyalı şəhadətnamədən görünür ki. İddiaçı və X4 arasındakı nikaha Sumqayıt şəhər Məhkəməsinin 10 mart 2015-ci il tarixli qətnaməsinə əsasən 01.05.2015-ci il tarixdə xitam verilmşdir. - Sumqayıt şəhər Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(060)-3703/2021 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı mənzildən iştifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 13.10.2021-ci il tarixli 2(105)-2734/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Sumqayıt şəhər Məhkəməsinin 17.06.2021-ci il tarixli 2(060)-3703/2021 nömrəli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdeh X2 qarşı mənzildən iştifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. - Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 20.12.2021-ci il tarixli cavab məktubundan görünür ki, X4 12.11.2015-ci il tarixdən hazıradək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən verilmiş 21.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına olan Sumqayıt şəhəri,18-ci mikrorayon, 38 saylı evdə yerləşən 3 saylı mənzil “Qanun üzrə vərəsəlik hüququ haqqında” 16.11.2015-ci il tarixli şəhadətnaməyə əsasən 31 mart 2015-ci ildə vəfat etmiş X5 vərəsəsi olaraq miras əmlakı almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Sumqayıt şəhər Məhkəməsi iddiaçının üçüncü şəxs A.Dərvişovanın yaşayış sahəsindən istifadə hüququnun xitam verilməsinə dair iddia tələbini rədd edərkən ona əsaslanmışdır ki, cavabdehin hıəmin ünvanda nə vaxtdan yaşamamasını müəyyən etmək mümkün deyildir. Sumqayıt Apellyasiya Məhkəməsi isə 13.10.2021-ci il tarixli qərardadında qeyd etmişdir ki, İddiaçı cavabdeh Aygün Dəvrişovanın qeydiyyatdan çıxarılmsı üçün inzibati orqana müraciət etməli, inzibati orqan imtina cavabı verdiyi təqdirdə inzibati orqanın hərəkəti və ya hərəkətsizliyindən şikayətlə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X1 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 38 saylı evdə yerləşən 3 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1 İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon, 38 saylı evdə yerləşən 3 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-442/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-442/2022
08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver