Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4427/2023 14.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh «Azərbaycan Respublikasının X11» X9rşı “imtahandan keçirilmiş hesab edilməklə, növbəti mərhələyə buraxılması” tələbinə dair iddia ərizəsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh «Azərbaycan Respublikasının X11» X9rşı “iddiaçının doktoranturaya qəbul üzrə ingilis dilində esse (yazı) işinin və speaking (danışıq) blokunun yenidən qiymətləndirilərək balının artırılıb, imtahan nəticəsinin 26 bal üzərindən hesablanması öhdəliyinin cavabdeh X8 üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirərək, onun imtahandan keçirilmiş hesab edilməklə, növbəti mərhələyə buraxılmasına dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat Fakültəsinin İqtisadiyyat ixtisası üzrə təhsil almış və 2021-ci il tarixdə həmin universiteti fərqlənmə, qırmızı diplom ilə bitirmişdir. Həmin ali peşə təhsilli təhsil müəssisəsində təhsil alaraq, bu barədə diplom əldə etmişdir. Ona həmin təhsil müəssisəsindən C № 094891 nömrəli, xx.xx.2021-ci il tarixli diplom təqdim edilmişdir. Həmçinin diploma əlavədən də görünür ki, o, təhsil aldığı müddətdə qarşısına qoyulan təhsil öhdəliklərini lazımi səviyyədə yerinə yetirmiş və qanuni əsaslarla təhsilini başa vurmuşdur. Bundan sonra o, həmin ildə Azərbaycan Texniki Univeristetin İqtisadiyyat və X1 təşkili və idarəedilməsi ixtisası üzrə magistratura pilləsinə daxil olmuş və cari ildə həmin pilləni fərqlənmə, qırmızı diplom ilə bitirmişdir. Magistr təhsili aldığı müddətdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Quba rayonu üzrə Maliyyə şöbəsində Gəlirlərin və Xərclərin Proqnozlaşdırılması sektorunda apancı məsləhətçi-xərclər üzrə vəzifəsində işləmişdir. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2 saylı Regional Bölməsinin məsləhətçi vəzifəsində işləyir. Magistr təhsilini başa vurduqdan sonra doktorantura pilləsinə daxil olmaq üçün X11 tərəfindən həyata keçirilən xarici dil- ingilis dilindən qəbul imtahanından 22 bal ilə kəsilmişdir. O, imtahan nəticələrindən narazı olduğu üçün mərkəzin apellyasiya şurasına müraciət etmişdir. Yazı işinə və şifahi imtahan nəticələrinə yenidən baxılaraq iddiası təmin edilməmişdir. Belə ki, esse tapşırığında öz fikirlərini səliqəli və ətraflı şəkildə yazıb, danışıq blokunun hər mərhələsində fikirlərini danışaraq ətraflı şəkildə səsləndirdiyi halda imtahan nəticəsi dəyişməmiş və nəticə etibarilə imtahan mərhələsindən kəsilmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Dövlət İqtisad Univeristetinin dossenti, i.e.n, Emin Qəribliyə müraciət edib, esse işinə rəy veməsini xahiş etmiş və o da öz növbəsində rəy verərək, esse işinin düzgün qiymətləndirilmədiyini, esse işinin olduqca vacib və aktual mövzuya toxunduğunu, strukturdan düzgün istifadə edildiyini, ümumiyyətcə esse işinin qarşıya qoyulan tələblərə cavab verdiyini əsasə tutub, yazısını 8 bal ilə qiymətləndirdiyi halda, mərkəz tərəfindən 4 bal ilə qiymətləndirilmişdir. Halbuki, imtahandan keçməyi üçün 2,5 balı kifayət edirdi. X8 Apellyasiya Şurası iddia ərizəsində qeyd etdiyi halları araşdırmadan, iştirakı olmadan, tez-tələsik qərar vermiş və haqsız olaraq onun doktorantura təhsili almaq hüququnu pozmuşdur. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, doktoranturaya vahid qəbul qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 3.10-1-ci bəndinə əsasən xarici dil üzrə imtahan Azərbaycan Respublikasının X11 (bundan sonra - Mərkəz) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, Mərkəz tərəfindən müəyyənləşdirilir. AMEA və Nazirlikə razılaşdırılmaqla xarici dil üzrə keçid balı 25 bal müəyyənləşdirilmişdir. Doktoranturaya xarici dil üzrə qəbul imtahanının proqramları, imtahanın məzmunu və strukturu haqqında məlumat, yazıya verilən tələblər Mərkəzin internet saytında əvvəlcədən yerləşdirilmiş və namizədlərin nəzərinə çatdırılmışdır. Belə ki, xarici dillər üzrə qəbul imtahanının məzmunu və strukturu haqqında məlumat xx.xx.2020-ci il tarixində doktoranturaya və dissertanturaya hazırlaşanlar üçün qəbul imtahanı proqramları isə xx.xx.2021- ci il tarixində Azərbaycan və rus dillərində Mərkəzin internet saytında yerləşdirilmişdir. Proqramlarda və imtahanın məzmununda heç bir dəyişiklik edilməsə də, yazı bloku haqqında ətraflı məlumat xx.xx.2021-ci il tarixində təkrarən namizədlərə təqdim olunmuşdur. Doktoranturaya xarici dil üzrə qəbul imtahanı üçün materialların hazırlanması, imtahanın təşkili və keçirilməsi, imtahan nəticələrinin qiymətləndirilməsi X2 sədri M.M.Abbaszadə tərəfindən təsdiq olunmuş “2023/2024-cü tədris ili üçün doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanının keçirilməsinə dair texniki tapşırıq”la tənzimlənir və “Doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanında namizədlərin yazdıqları esselərin qiymətləndirilmə meyarları” bu tapşırığa əlavə olunur. Doktoranturaya qəbul imtahanında namizədlərin yazdıqları esse yazıları şifrlənərək, ən azı 2 ekspert tərəfindən qiymət meyarlarına əsasən yoxlanılıb qiymətləndirilir. Yazıların şifrlənməsi ekspertlərin kimin yazısını yoxladıqlarını bilməmələri və qiymətləndirmədə tam obyektivliyə nail olmaq məqsədilə həyata keçirilir. Yazılar qiymətləndirilərkən essenin məzmunu, əhatəliliyi və həcmi, yazının məntiqi strukturu, nitqin rabitəliliyi və tamlığı, qrammatik minimumdan düzgün istifadə, lüğət ehtiyatının zənginliyi, səlisliyi və yazı savadı diqqətlə yoxlanılır. İş nömrəsi 405747 olan İddiaçı ingilis dili üzrə akademik söz ehtiyatı və qrammatik bilikləri tələb olunan səviyyədə olmadığına görə o, xarici dil imtahanında təqdim olunan 30 test tapşırığından cəmi 12-nə düzgün cavab vermiş, həmçinin esseni tələb olunan səviyyədə yaza və danışıq bloku üzrə təqdim edilən vizual məlumatları tələb olunan səviyyədə təsvir edə bilməmişdir. Yazı işinin yerinə yetirilməsinə və viziual məlumatın təsvir edilməsinə dair tələblər dəfələrlə, o cümlədən imtahandan əvvəl namizədlərin nəzərinə çatdırılmışdır. Bütün yazılar kimi, İddiaçı yazısı da 2 ekspert - X6 və X15-ağa qızı tərəfindən yoxlanılmış və yazı işi müvafiq olaraq 3.5 və 4.5 balla qiymətləndirilmişdir. İddiaçının yazı işinə verilmiş balların cəmi onların sayına bölünərək yekun bal (4 bal) müəyyən edilmişdir. İddiaçının danışıq bloku üzrə cavabı 5.8 balla qiymətləndirilmişdir. İmtahan nəticələri xx.xx.2023-cü il tarixində Mərkəzin internet saytında elan edilmişdir. Həmin elanda imtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyən namizədlərdən 2023-cü il 6 iyul saat 12:00-dan 8 iyul saat 17:00-dək Mərkəzin internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmələri tələb olunmuşdur. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən 11 iyul 2023-cü il tarixindən etibarən onlayn (telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil olunmuşdur. İddiaçı imtahan nəticəsindən narazı qalaraq 07 iyul 2023-cü il tarixində Mərkəzin Apellyasiya Komissiyasına müraciət etmiş və onun apellyasiya müraciəti əsasında doktoranturaya xarici dil üzrə qəbul imtahanında yazdığı esse və danışıq bloku üzrə cavabları Mərkəzin eksperti X7 tərəfindən təkrarən yoxlanılmışdır. Yazı işindəki və danışıq bloku üzrə cavablarındakı nöqsanları nəzərə alaraq Mərkəzin Apellyasiya Komissiyası iddiaçının yazı işinə və danışıq bloku üzrə cavablarına düzgün qiymət verildiyi qərarına gəlmiş və verilmiş balı artırmağı mümkün hesab etməmişdir. Bu barədə apellyasiya zamanı şikayətçiyə məlumat verilmiş və imtahan balı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - «Azərbaycan Respublikasının X11» X12 “Doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanının nəticələri və yazı işlərinin qrafik təsvirləri”ndən görünür ki, 405747 İddiaçı nəticəsi qeyri-məqbul hesab edilmişdir. - İddiaçı «Azərbaycan Respublikasının X11» X13 ünvanladığı apellyasiya ərizəsindən görünür ki, iddiaçının fəlsəfə doktoru üçün xarici dil imtahanında yazı işinə yenidən baxılmış, iddiası təmin edilməmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın onun təmin edilməsindən imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının tələbi cavabdehin üzərinə onun imtahandan keçirilmiş hesab edilməklə, doktoranturaya qəbul üzrə növbəti mərhələyə buraxılması öhdəliyinin qoyulmasından ibarətdir. “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əlavə edilmiş – “Doktoranturaların yaradılması və doktoranturaya qəbul” Qaydalarının 1.1-ci bəndinə görə bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır və “Təhsil haqqında” və ”Elm haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq doktoranturaların yaradılmasına qoyulan tələbləri və doktoranturaya vahid qəbul qaydalarını müəyyən edir. Qaydaların 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə və ya hərbi təhsil müəssisələrinə münasibətdə adyunkturada həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır. Qaydaların 1.8-ci bəndinə əsasən doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının (bundan sonra – AMEA) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilir. Qaydaların 3.1-ci bəndinə görə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar. Qaydaların 3.5-ci bəndinə görə doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilir. Qaydaların 3.6-cı bəndinə görə sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin, elmi müəssisə və təşkilatın rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qəbul komissiyası yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən, aparıcı əməkdaşlardan və doktorantların nəzərdə tutulan elmi rəhbərlərindən təşkil olunmalıdır. Qaydaların 3.7-ci bəndinə görə doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir. Qaydaların 3.8-ci və 3.9-cu bəndinin tələblərinə görə doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir. Qəbul komissiyası nəzərdə tutulan elmi rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ verir. Qaydaların 3.10-cu və 3.10-11-ci bəndlərində qeyd edilmişdir ki, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dildən imtahanda iştirak etməyənlər fəlsəfə üzrə imtahana, fəlsəfə üzrə imtahanda iştirak etməyənlər isə ixtisas fənnindən imtahana buraxılmırlar. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının X11 (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı AMEA və Naziriklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (İELTS, TOEFL, X3, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Nazirliklə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir. Qaydaların 3.16-cı bəndinə görə doktoranturaya qəbul tələbə qəbulu əsasında ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların fəaliyyətini tənzimləyən nizamnaməyə (əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilməklə, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər və xarici dil üzrə imtahan Azərbaycan Respublikasının X11 (bundan sonra – DİM) tərəfindən keçirilir. Azərbaycan Respublikasının X11 tərəfindən keçirilən xarici dil üzrə imtahandan “qeyri-məqbul” qiymətləndirilən şəxs növbəti fəlsəfə fənni üzrə imtahana buraxılmırlar. Göründüyü kimi, doktoranturaya qəbul olmaq istəyən namizədlərin xarici dil üzrə biliklərinin yoxlanılması və qiymətləndirilməsi Azərbaycan Respublikasının X8 ekpertləri tərəfindən həyata keçirilən müstəsna, diskresion səlahiyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 2.0.7-ci maddəsinə əsasən, diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1 inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2 inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Beləliklə doktorantura ilə bağlı imtahanın keçirilməsi, namizədlərin biliyinin qiymətləndirilməsi müvafiq orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla həmin orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin qəbul etdiyi qərar qeyd edilmiş maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh «Azərbaycan Respublikasının X11» X9rşı “imtahandan keçirilmiş hesab edilməklə, növbəti mərhələyə buraxılması”na dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh «Azərbaycan Respublikasının X11» X9rşı “imtahandan keçirilmiş hesab edilməklə, növbəti mərhələyə buraxılması”na dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva