Məhkəmə qərarları › İş №2-1(118)-445/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-445/2021

08.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-445/2021 08.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Quba şəhəri, Fətəli xan küçəsi ev 35-də yaşayan), Cavabdehin nümayəndəsi X1 (ƏƏSMN tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri, R.Behbudov küçəsi,ev 1A-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin 2 saylı Regional Ərazi filialına qarşı iyul 1985-ci il tarixdən may 1990-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssissində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyə görə iddiaçıya əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ona ödənilməmiş əmək pensiyasının birdəfəlik iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 2 saylı Regional Ərazi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh prosessual hüquq varisi kimi cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iyul 1985-ci il tarixdən may 1990-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssissində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən hazırki iddia tələbi ilə bağlı məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və bildirdi ki, o, 01.06 2011-ci il tarixdən ikinci qrup əlil olmağına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 38 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 01. 06 2011-ci il tarixli, SER TSE-01 seriyalı, №135353 nömrəli müayinə aktını, şəxsiyyət vəsiqəsinin notariat kontorunda təsdiq edilmiş surətini, 15 yanvar 1975-ci il tarixli əmək kitabçasının notariat kontorunda təsdiq edilmiş surətini, 08 may 1976-cı il tarixli, H3 № ******* nömrəli hərbi biletin və azadlıqdan məhrum edilmə yerindən azad olmağı ilə bağlı 05 aprel 1993-cü il tarixli, № 038396 nömrəli arayışın notarial qaydada təsdiq edilmiş surətlərini cavabdeh Azərbaycan Respublikası Cavabdehnə təqdim edərək əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan ona əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Hazırki iddia tələbi ilə əlaqəli qanuni qüvvəyə minmiş Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 11 may 2018-ci il tarixli, № 2-1(85)- 1002/2018 saylı qərarı ilə m\hk\m\nin hüquqi mövqeyi nəzərə alınmaqla onun oensiya təyinatına yenidən baxılması məsələsi DSMF-nin Quba rayon şöbəsinin üzərinə qoyulmuşdur. məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkumların azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu dövrlərdə ödənişli əməyə cəlb edilib-edilməməsi halını araşdırmadan əsasız imtina etmişdir. Lakin hazırki mübahisədə inzibati orqan iddiaçının cəzaçəkmə müəssisəsində olduğu dövrlərdə ödənişli əməyə cəlb edilib-edilməməsi halını araşdırmadan əsassız imtina etmişdir. Hazırda iddiaçı həmin sənədləri əldə edərək cavabdeh inzibati orqana yenidən müraciət etmişdir. Buna baxmayaraq cavabdeh yenidən ona imtina cavabı vermişdir. Bununla bağlı iddiaçı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filialı (Quba rayon şöbəsi) tərəfindən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən tələb oiunan əmək stajı və fərdi hesabında toplanan pensiya kapitalı minumum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən müraciəti müsbət həll etmək mümkün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta pensiya təminatına imkan vermədiyindən müraciəti müsbət həll etmək mümkün olmamışdır. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 6-1-ci maddəsinə əsasən bu “Əmək pensiyaları haqqında” qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Hazırki işdə İddiaçıı oğlunun xx.xx.1957-ci il təvəllüdlü olması və ona 09.11.2011-ci il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 13 il sığorta stajı ((2011- 1957-15) x 4/12=12) və fərdi hesabın sığorta hissəsində 23400 manat pensiya kapitalı (((2011-1957-15)x4/192)x144=117x200=23400) tələb olunur. İddiaçı aid iş materiallarından görünür ki, iddiaçının 11 il 07 ay 03 gün sosial sığorta stajı vardır. Sosial sığorta stajını təsdiq edən sənədlərə arayışlar aid edilməmişdir. Bu səbəbdən 28.05.2020-ci il tarixli, 17/181317 nömrəli arayışda əks olunan illərin iddiaçının sosial sığorta stajına əlavə olunması qanuna uyğun hesab edilmir. Araşdırma zamanı İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün tələb olunan sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı aşkar edilməmiş, bu səbəbdən haqlı olaraq əlilliyə görə pensiyanın təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan : - iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1957-ci ildə anadan olmuşdur. -iddiaçının adına açılmış 15.01.1975-ci il tarixli əmək kitabşasından görünür ki, İddiaçı 1975-ci ildən əmək fəaliyyətinə başlamış 23.06.2003-cü il tarixədək müxtəlif işlərəd və vəzifələrdə işləmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssissəsi tərəfindən verilmiş 29.05.2020-ci il tarixli arayışdan və əmək haqqı cədvəlindən görünür ki,İddiaçı 1985-ci ilin iyul ayından 1990-cı ilin may ayınadək həmin cəzaçəkmə müəssisəsində işləmiş və əmək haqqı almışdır. -НЗ №3351729 seriyalı hərbi biletdən görünür ki, İddiaçı 25.05.1976-30.06.1978-ci tarixlərdə hərbi xidmətdə olmuşdur. - Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1002/2018-ci il tarixli qərarından görünür ki, məhkəmənin hüquqi mövqeyi nəzərə alınaraq İddiaçı cəzaçəkmə müəssisəsində işləyib-işləməməsi halı araşdıırlmaqla həmin müəssisədə işlədiyi dövrlər sosial sığorta stajı kimi nəzərə alınaraq onun pensiya təyinatına yenidən baılması öhdəliyi cavabdehin DSMFnin Quba rayon Şöbəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh 29 iyun 2020-ci il tarixli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12 - ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə təyin edilir.Əliliyə görə əmək pensiyası təyin edilməsi üçün 15 il 8 ay sığorta stajı və 28200 manat pensiya kapitalı tələb olunur. Şöbəyə təqdim etdiyi iş stajını təsdiq edən sənədlərə əsasən iddiaçının tələb olunan sığorta stajı və pensiya kapitalı olmadığı üçün əlilliyə görə əmək pensiyası hüququnuz yaranmır. -2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəmənin sprğusuna əsasən verilmiş 26 aprel 2021 cavab məktubundan görünür ki, hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, "Orbita-Servis texniki mərkəzi” 31.07.1997-c il tarixdə ********* saylı şəhadətnamə ilə vergi uçotuna alınmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 30 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni vergi ödəyicilərinin eyniləşdirmə nömrələrinin verilməsi işinin yekunlaşdırılması haqqında” 17.05.2005-ci il tarixli 91 nömrəli qərarına əsasən 9 rəqəmli VÖEN şəhadətnaməsi ilə aparılan bütün əməliyyatlar 01.07.2005-ci il tarixdən dayandırılmışdır. - 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 16 aprel 2021-ci tarixli cavab məktubundan görünür ki, Xaçmaz “Orbita-servis” texniki mərkəzi (VÖEN: **********) haqqında Xaçmaz “Orbita-servis” texniki mərkəzi 09.12.1999-cu il tarixində vergi uçotuna alınmış və vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 27.05.2014cü il tarixli “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin dayandırılması haqqında arayış”a əsasən onun sahibkarlıq fəaliyyəti 27.05.2014-cü il tarixdən 27.05.2019-cu il tarixədək dayandırılmışdır. Bundan əlavə Xaçmaz “Orbita-servis” texniki mərkəzi tərəfindən vergi orqanına təqdim edilmiş 14.07.2014-cü il tarixli bəyannaməyə əsasən onun sahibkarlıq fəaliyyəti 01.06.2014cü il tarixdən aktivləşmişdir. - TSEK–nin 20.03.2021-ci il tarixli məlumatından görünür ki, İddiaçı 01.06.2011-ci il tarixdən 3-cü dərəcə əlillik verilmiş, 21.09.2016-cı il tarixdə növbəti dəfə əlillik verilmiş və əlilliyin müddəti 21.09.2021-ci il tarixə qədərdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə iddiaçıya əlilliyin 01.07.2017-ci il tarixədək təyin edildiyini nəzərə alaraq hesab edir ki, ona əmək pensiyası həmin dövrdə qüvcvədə olan normalara uyğun aparılmalıdır. 01.07.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsinə görə 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qeyd edilən sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİ bəndinin B yarımbəndində də nəzərdə nəzərdə tutulmuşdur. Həmin yarımbəndə əsasən İddiaçı əlillik təyin olunan tarixə tələb olunan sığorta stajı 13 il (54 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=39 yaş x 4 ay =156 ay : 12 ay = 13 il təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 05 mart 1985-ci ildən 24 noyabr 1992-ci ilə qədər cəzaçəkmə müəssisəsində olmuşdur. Həmin dövrdə qüvvədə olan İslah-Əmək Məcəlləsinin 50-ci maddəsi ilə müəyyən edilmişdir ki, qanunda xüsusi olaraq nəzərdə tutulmuş hallar istisna olmaqla məhkumların azadlıqdan məhrumetmə növündə cəza çəkdikləri dövrdə işlədikləri vaxt əmək stajına daxil edilmir. Sonradan həmin Məcəlləyə dəyişiklik edilmiş və həmin norma yeni redaksiyada verilmişdir. Həmin normaya görə məhkumların azadlıqdan məhrumetmə növündə cəza çəkdikləri dövrdə işlədikləri vaxt ümumi əms stajına daxil edilir. Əmək vaxtının hesablanması təqvim ilinin yekununa əsasən, islah əmək müəssisəsinin müdriyyəti tərəfindən aparılır. Azərbaycan Respublikası Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İslah- Əmək Məcəlləsinin 50-ci maddəsində məhkumların islah-əmək müəssisəsim cəzaçəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzər tutan müddəanın azadlıqdan məhrumetmə yerlərindən 1997-ci ilin fevralın 7-nə qədər azad edilmiş şəxslərə də şamil olunmasının mümkünlüyünün şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu göndərilmiş və həmin Məhkəmənin “Azərbaycan Respublikası Konstitusiyasının 25, 35, 38 və 71-ci maddə ilə əlaqədar Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin şərh edilməsi haqqında 20 aprel 2000-ci il tarixli qərarı ilə qərara alınmışdır ki, məhkumlar cəzaçəkmə dövründə işlədikləri vaxtın onların ümumi iş stajına hesablanmasını nəzərdə tutan Azərbaycan Respublikası İslah-Əmək Məcəlləsinin 50-ci maddəsinin beşinci hissəsinin müddəası 1997-ci ilin fevralın 7nə qədər azadlıqdan məhrumetmə yerlərindən azad edilmiş şəxslərə də şamil edilməlidir. Eyni hal, yəni azadlıqdan məhrumetmə cəzası növündə çəzaçəkən şəxsi işlədiyi dövrlərin onların iş stajına hesablanmalı olması, hal-hazırda qüvvədə olan Cəzaların İcrası Məcəlləsində də nəzərdə tutulmuşdur. Belə ki, həmin Məcəllənin 96.4-cü maddəsinə əsasən məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt, ümumi əmək stajına daxil edilir. Əmək stajının hesablanması təqvim ilinin yekununa əsasən cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən aparılır. Ardıcıl olaraq əmək vəzifəl yerinə yetirməyən, yaxud digər hallarda işdən boyun qaçıran məhkumların müvafiq dövrdəki iş vaxtları cəzaçəkmə müəssisəsinin müdiriyyətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə onların ümumi əmək stajından çıxarıla bilər. Göründüyü kimi məhkumların azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu dövrlərdə işlədikləri müddətlərin iş stajı kimi nəzərə alınması həm əvvəlki, həm də halhazırda qüvvədə olan qanunvericiliklə nəzərdə tutulmuşdur, qanunvericilik şəxsin cəzaçəkmə müəssisəsində olduğu deyil, işlədiyi dövrlərin iş kimi nəzərə alınmalı olmasını təsbit etmişdir. Lakin, hazırkı mübahisədə inzibati orqan iddiaçının cəzaçəkmə müəssisə olduğu dövrlərdə ödənişli əməyə cəlb edilib-edilməməsi halını araşdırmadan ona əlilliyə görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cəzaşəkmə müəssisəsində işlədiyi dövr də nəzərə alındıqda onun sosial sığorta stajı tələb olunan 13 ilkdən artıq təşkil eidr ki, bu hal cavabdehin ona əmək pensiyasının təyin edilməsindən imtinasının əsassızlığına dəlalət edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iyul 1985-ci il tarixdən may 1990-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssissində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyi cavabeh DSMF-nin 2 saylı Regional Ərazi Filialının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı iyul 1985-ci il tarixdən may 1990-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə müəssissində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əlilliyə görə əmək pensiyasının 01.06.2011-ci il tarixdən təyin edilməsi və 01.06.2011-ci il tarixdən məhkəmənin qərarı icra edildiyi ana qədər ödənilməmiş əmək pensiyasının ona birdəfəlik ödənilməsi öhdəliyi cavabeh DSMF-nin 2 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar