Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-445/2022 16.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X11 Ramiz qızının katibliyi, İddiaçı (Xaçmaz rayonu Müşkür kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun mərhum atası X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu, Müşkür kəndində yerləşən mərhum atası X2 miras qalmış yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2021-ci il tarixli müraciətin əsasında hüququn qeydiyyata alınmasından cavabdehin imtinasını əsassız hesab etməklə qeyd olunan yaşayış evinə və torpaq sahəsinə mülkiyyət sənədlərinin hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsinin 1/ 2 hissəsi üzərində mülkiyyət hüququnun mərhum atası X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabbdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Müşkür kəndində yerləşən 0.33 ha torpaq sahəsi və üzərində yerləşən yaşayış evi iddiaçının mərhum atası X8 məxsus olmuşdur. Həmin evə hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh xx.xx.2021 -ci il tarixli **********78 saylı məktubla imtina cavabı vermişdir. Cavabdeh ona istinad etmişdir ki, JN 335 F nömrəli KOD 30219018 seriyalı “Torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.33 ha göstərilsə də, elektron məlumat bazasında olan xəritə üzərində və ləgv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsindən təhvil alınmış şahadətnamələrin qeydiyyat kitablarında torpaq sahəsinin ölçüsü 0,14 ha kimi göstərilmişdir. Torpaqın mülkiyyətə verilməsinə dair JN 335 F saylı,30219018 saylı şəhadətnamədən görünür ki, torpaq sahəsinin ölçüsü 0,33 ha-dır. Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Müşkür kənd İƏD-də nümayəndəsinin 22 oktyabr 2021-ci il tarixli 2205 saylı arayışından görünür ki, mərhum X6 adına olan Müşkür kəndi üçün nəzərdə tutulmuş 1 saylı təsərrüfatbaşına kitabın 156-cı səhifəsində 76 saylı təsərüffatda onun və ailəsinin adına 0,33 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Torpaq sahəsi 0,33 ha olmaqla, naturada mövcuddur və iddiaçının istifadəsindədir. Elektron məlumat bazasında və ləgv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinin qeydiyyat kitablarında torpaq sahəsinin ölçüsünün düzgün göstərilməməsinə görə şəhadətnamədə əksini tapmış və naturada mövcud olan 0,33 ha həyətyanı torpaq sahəsi üzərində qeydiyyata alınmasından imtina əsassız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı müraciətdə qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsündə uyğunsuzluğun olması aşkar edilmişdir. Belə ki, ərizəyə əlavə olunmuş JN-335F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.33 ha göstərilsə də, elektron məlumat bazasında olan xəritə üzərində və ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında torpaq sahəsinin cizgisi 0.14 ha kimi göstərilmişdir. Bununla da sənəd üzrə olan torpaq sənədindən əlavə 0.19 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri dəqiq məlum deyildir və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. İş materiallarında olan : - -Xaçmaz rayon Müşkür kənd İƏD nümayəndəsi tərəfindən verilmiş 2205 saylı 22 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, X7 Müşkür kəndi üçün nəzərdə tutulmuş 1 saylı təsərrüfatbaşına kitabın 156-cı səhifəsində 76 saylı təsərrüfatla onun və ailəsinin adına 0.33 ha torpaq sahəsi qeydə alınmışdır. -JN-335F KOD 30219018 seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 saylı xx.xx.1998-ci il tarixli qərarı ilə X9 və X3 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir. - -Xaçmaz rayon Müşkür bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 065 saylı arayışından görünür ki,mərhum X13 0.33 ha torpaq sahəsinə görə hər il torpaq vergisi ödəmişdir. - -AZ-İİ № 125680 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. - X21 Xidmət Mərkəzində Notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı, X1 və X4 xx.xx.2020-ci il tarixli V-574 nömrəli vərəsəlik işinə əsasən İddiaçı, X10 və X12 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəsi sırasına daxildir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş imtina bildirişindən görünür ki, N-335 F nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də torpaq sahəsinin ölçüsü 0.33 ha göstərilsədə, elektron məlumat bazasında olan xəritə üzərində və ləğv edilmiş DT və XK-nin Xaçmaz rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında torpaq sahəsinin ölçüsü 0.14 ha kimi göstərilmişdir.Bununla da fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsündə uyğunsuzluq mövcudd olmuşdur. - Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022ci il tarixli 489 nömrəli cavab məktubundan görünür ki, Xaçmaz rayon AİK-nın Müşkür sovxozu Aqrar İslahatı Komissiyası üzrə pay almaq hüququ olan vətəndaşların siyahısında 171-ci X7 adında qaytanlanmış kitab üzrə 0,12 ha, faktiki 0,33 ha torpaq sahəsi qeyd olunmuşdur. Siyahıda 172-ci X1 adı göstərilmişdir. Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022ci il tarixli 05 nömrəli cavab məktubundan görünür ki, Xaçmaz rayon Müşkür İƏV nümayəndəliyinin 1991-ci ildən sonrakı təsərrüfat kitabları mühafizə olunması üçün arxivə təhvil verilməmişdir. - İş üzrə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********4 saylı mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ilə X8 və X3 ayrılmış 0.33 ha torpaq sahəsi sənədində göstərilmiş sxem ilə naturada qismən mövcuddur. Həmin torpaq sahəsi hazırda İddiaçı faktiki istifadəsinə olan torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil edir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 12 saylı qərarı ilə ilə X8 və X3 ayrılmış 0.33 ha torpaq sahəsinin sənədinin cizgiləri ilə ƏMDX-nin elektron baza və arxiv məlumatlarındakı JN-335F saylı şəhadətnamənin elektron cizgiləri uyğunluq təşkil edir. Lakin həmin torpaq sahəsi elektron baza və arxiv məlumatlarında 0.14 ha kimi göstərilmişdir. ƏMDX-nin elektron baza və arxiv məlumatlarında 0.14 ha kimi qeydə alınmış torpaq sahəsi JN-335 saylı şəhadətnaməyə əsasən X8 və X5 ayrılmış 0.33 ha torpaq sahəsinin sxemim cizgiləri daxilindədir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözügedən 0.33 ha torpaq sahəsi torpaq ishataları aparılmazadan da əvvəl təsərrüfatbaşına kitabında mərhum X6 və ailə üzvlərinin adına qeydə alınmışdır. Həmin vaxtdan torpaq sahəsi onların istifadəsindədir. Torpaq islahatı keçirilən vaxt iddiaçının valideynlərinə verilən Torpağın mülkiyyətə dair şəhadətnamədə 0.33 ha torpaq sahəsinin verildiyi qeyd edilsə də, elektron baza məlumatlarında 0.14 ha kimi göstərilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.3-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış əsas hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının adına qeydə alınmış 0.33 ha torpaq sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ vardır. Elektron baza məlumatlarında torpaq sahəsinin 0.14 ha kimi göstərilsə də, təsərrüfatbaşına kitabdan çıxarışda və iddiaçının fakitiki istifadəsində 0.33 ha olması təsdiq edilir, bu isə yuxarıda sadalanan normalara əsasən iddiaçının mərhum atasına torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsas vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Daşınmaz əmlakın dövlət reyestrində haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı X6 qanun üzrə vərəsəsidir. Yuxarıda qeyd olunan hüquq normasının tələbinə görə iddiaçıya hüququn ölmüş şəxsə məxsus olması haqqında cavabdeh tərəfindən arayış verilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun mərhum X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayonu Müşkür kəndində yerləşən yaşayış evinin və evin yerləşdiyi 0.33 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X8 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-445/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-445/2022
16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver