Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4456/2025 20.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər:daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların mərhum şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi ünvanında yerləşən 2b saylı fərdi yaşayış evi və yerləşdiyi 2700 kv.m torpaq sahəsi üzərində hüquqların X10 məxsus olması haqqında arayışın İddiaçı verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı tərəfindən cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı ünvan 1 ünvanında yerləşən mərhum X15ma məxsus 2b saylı fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə mərhumun tək vərəsəsi olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmişdir. Cavabdeh inzibati orqan xx.xx.2025-ci il tarixli 3-21-3-32/2-0867/2025 saylı məktubu ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edərək ərizənin icrasından imtina etmişdir. İmtinanın əsası kimi cavabdeh inzibati orqan bildirmişdir ki, "...Aparılan araşdırma sözügedən fardi yaşayış evininə dair təydim olunmuş texniki pasport sənədinin arxiv əsaslarının aşkarlanmadığı müəyyən edilmişdir. Bundan başqa sözügedən fərdi yaşayış evinə dair təqdini olunmuş texniki pasportda göstərilən fərdi yaşayış evinin daxili ölçüləri və otaqlarının sahəsinə münasibətdə uyğunsuzluq olduğu aşkar edilmişdir. Əlavə olaraq bildiririk ki, müraciət üzrə əlavə edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin sənəd iizre konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, həmçinin texniki pasportda torpaq sahesinin ümumi sahəsi 1360 kv.nı göstərilsə də, baş planda 1700 kv.m olduğu müəyyən edilmişdir. Həmçinin müraciət üzrə əlavə edilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin ölçüsünün 2700 kv.nı olduğu və fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin 4.9 kv.nı hissəsinin sözügedən sənəddə göstərilən torpaq sahəsindən kənarda aşkar edilmişdir." Aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir: Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzrərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı" təsdiq edilmişdir, yəni həmin Fərmanla daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin siyahısı müəyyən edilmişdir. Sözügedən Fərmanın 1-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər siyahısı müəyyən edilmişdir ki, onlardan birinə də Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar aid edilir. Cavabdeh inzibati orqana tərəfindən müraciət edilən zaman yuxarıda qeyd olunan sənədin, yəni "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair" 1982-ci ilin sentyabr ayında verilmiş pasportun əsli təqdim edilmişdir. Lakin, cavabdeh həmin sənədi nəzərə almamış və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununu ilə nəzərdə tutulmuş mötəbərlik prezumpsiyasının pozuntusuna yol vermişdir. Belə ki, istinad olunan Qanunun 19.1-ci maddəsinə əsasən "İnzibati icraat zamanı işiıı faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır." Yuxarıda da qeyd olunduğu kimi, tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlərin əsli cavabdeh inzibati orqana təqdim edilmiş, inzibati orqan həmin orijinal sənədin həqiqətə uyğun olmadığını heç bir şəkildə sübuta yetirməmişdir. Bu səbəbdən də istinad olunan maddi hüquq normasına əsasən həmin orijinal sənədlər mötəbər hesab edilməli və cavabdeh inzibati orqan iddiaçıdan əlavə sənəd tələb etməməli idi. Əlavə olaraq, imtinanın digər əsası kimi faktiki göstəricilərlə sənəddə olan göstəricilər arasında fərqin olduğu bildirilmişdir. Cavabdeh inzibati orqanının həmin hissədə də imtinası qanunsuz olmuşdur. Belə ki, bu hissəyə qanunun analoqiyası tətbiq edilərək yuxarıda istinad olunan Fərmanın 5-ci bəndi əsas götürülməli idi. Belə ki, həmin bəndə əsasən ''Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə milqaviblərindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin". 2700 kv.m. torpaq sahəsinin digər şəxsə məxsus olmasına dair cavabdeh inzibati orqanda heç bir sübut və əsas olmamış, qeyd olunan halın hansı mənfi nəticələrə səbəb olduğu və əhəmiyyəti barədə hər hansı izah verməmişdir. Odur ki, sözügedən Fərman əsas götürülərək faktiki sahəyə iddiaçının hüquqları qeydiyyata alınmalı idi. Bununla yanaşı, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən, "Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz." Əlavə olaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, "Müqavilə və ı/a digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir." Abşeron RİHB-nin Qobu qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ- №148140 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X14 xx.xx.2005-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən verilmiş 3834 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.2005-ci il tarixdə vəfat etmiş X5 qanuni vərəsəsidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinə dair təqdim edilmiş texniki pasportun arxiv əsaslarının aşkar edilmədiyi, texniki pasportda gösterilən fərdi yaşayış evinin daxili ölçüləri və otaqlarının sahəsinə münasibətdə uyğunsuzluq olduğu; texniki pasportda göstərilən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, həmçinin texniki pasportda torpaq sahəsinin ümumi sahəsi 1360 kv.m göstərilsə də, baş planda 1700 kv.m olduğu; müraciət üzrə əlavə edilmiş yerquruluşu planından çıxarışda torpağ sahəsinin ölçüsünün 2700 kv.m olduğu və fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin 4.9 kv.m hissəsinin sözügedən sənəddə göstərilən torpaq sahəsindən kənarda aşkar edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 1982-ci il tarixdə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun surəti, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1976-cı il tarixli 284/8 saylı qərarından çıxarış iş materiallarına əlavə edilmişdir. X6 adına verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ №148140 saylı ölüm haqqında şəhadətnamənin surəti iş materiallarına əlavə edilmişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli, 3834 saylı məktubunda xx.xx.2005-ci ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsinə dair İddiaçı müraciəti əsasında vərəsəlik işinin açıldığı qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, fərdi yaşayış evinin texniki pasportunun arxivi aşkar edilməmişdir. Texniki pasportdakı A fərdi ev köhnə tikili olub konfiqurasiya və ümumi sahəsi uyğun gəlsə də ölçülərində və otaqların sahəsində uyğunsuzluq var. A fərdi evin St.a=4.9 kv.m hissəsi yerquruluşu planı üzrə torpaq sahəsindən kənara çıxır. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müayinə olunan torpaq sahəsi TEKUİS (X2 X13) məlumatlarında bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri kateqoriyalı torpaqlara aid olduğu aşkar edilmişdir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları aşkar edilməmişdir. Əlavə olaraq sözügedən fərdi yaşayış evinə dair təqdim olunmuş texniki pasport sənədinin arxiv əsaslarının aşkarlanmadığı müəyyən edilmişdir. Abşeron rayon ZDS İcraiyyə Komitəsinin 15 oktyabr 1976-cı il tarixli 21 №-li protokolundan arxiv çıxarışına əsasən Qobu qəsəbə sakini, təqaüdçü X11 məxsus Can evin yaşayış sahəsinin 36 kvm və ailəsinin 4 nəfərdən ibarət olmasını nəzərə alaraq ona öz evinə bitişik əlavə olaraq yaşayış sahəsi 22 kvm-lik bır otaq tikdirilməsi barədə Qobu qəsəbə ZDS İK-nin 27 07.1976-ci il tarixlu 43/3-№li qərarı təsdiq edilmişdir. Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mərhumə X16ma məxsus olmuş 0,27 ha torpaq sahəsindən 0.14 ha hissəsinin Sovet dövründən qalma sənədləri mövcuddur. Lakin. 0,13 ha torpaq sahəsi uzun müddətdir sənədləşmə işləri aparılmadan istifadə olunmuşdur. xx.xx.2025-ci il tarixdə qonşular tərəfindən tərtib edilmiş, Abşeron rayon İHB-nın Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş Aktda qeyd edilmişdir ki, Biz aşağıda imza edənlər: Qobu qəsəbə sakinləri X7, X8, X9 təsdiq edirik ki, qonşuluğumuzda yaşayan X1 yaşadığı ev və həyətyanı torpaq sahəsi özünə məxsusdur. Həmin evdə və həyətyanı sahədə heç kimin iddiası yoxdur. Əsaslandırma hissəsi: İddianın mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. İddiaçı Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi ünvanında yerləşən 2b saylı fərdi yaşayış evi və yerləşdiyi 2700 kv.m torpaq sahəsi üzərində hüquqların X10 məxsus olması haqqında arayışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, aparılan araşdırma zamanı fərdi yaşayış evinə dair təqdim edilmiş texniki pasportun arxiv əsaslarının aşkar edilmədiyi, texniki pasportda gösterilən fərdi yaşayış evinin daxili ölçüləri və otaqlarının sahəsinə münasibətdə uyğunsuzluq olduğu; texniki pasportda göstərilən torpaq sahəsinin sənəd üzrə konfiqurasiyası ilə faktiki konfiqurasiya arasında uyğunsuzluq olduğu, həmçinin texniki pasportda torpaq sahəsinin ümumi sahəsi 1360 kv.m göstərilsə də, baş planda 1700 kv.m olduğu; müraciət üzrə əlavə edilmiş yerquruluşu planından çıxarışda torpağ sahəsinin ölçüsünün 2700 kv.m olduğu və fərdi yaşayış evinin ümumi tikintialtı sahəsinin 4.9 kv.m hissəsinin sözügedən sənəddə göstərilən torpaq sahəsindən kənarda aşkar edildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qismən əsaslı olmamışdır. 1982-ci il tarixdə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportun surəti iş materiallarına əlavə edilmişdir. Təqdim edilmiş sənəddə torpaq sahəsinin ölçüsü 1360 kv.m göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanında qeyd edilmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına aid edilmişdir. Həmin Siyahının 2.4-cü bəndinin tələblərinə görə torpaq sahəsi üzərində hüquqların əldə edilməsini təsdiq edən texniki pasportlar aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar: - həyətyanı torpaq sahəsinin ölçüsü göstərilməlidir; - texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının adına 2001-ci il tarixədək tərtib edilmiş 1982-ci il tarixli texniki pasport olduğuna görə həmin sənəd iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas təşkil edir. Lakin iddiaçının tələbi 2700 kv.m torpaq sahəsi ilə bağlı olsa da məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 1982-ci il tarixdə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasportda torpaq sahəsinin ölçüsü 1360 kv.m olaraq göstərilmişdir. Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən verilmiş yerquruluşu planından çıxarışda torpaq sahəsinin 0,27 ha göstərilməsinin aydınlaşdırılması ilə bağlı bələdiyyəyə sorğu göndərilmiş, sorğuya cavab olaraq Abşeron rayon Qobu bələdiyyəsinin xx.xx.2025-ci il tarixli məktubunda mərhumə X16ma məxsus olmuş 0,27 ha torpaq sahəsindən 0.14 ha hissəsinin Sovet dövründən qalma sənədləri mövcud olduğu, lakin 0,13 ha torpaq sahəsinin uzun müddət sənədləşmə işləri aparılmadan istifadə olunduğu qeyd edilmişdir. Beləliklə, iş üzrə əldə edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan, texniki pasportda göstərilən sahədən artıq torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədi mövcud deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Abşeron rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi ünvanında yerləşən 2b saylı fərdi yaşayış evi və yerləşdiyi 1360 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum X12 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4456/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4456/2025
20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver