Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-446/2022 31.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi Nümayəndə (DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, H.Zərdabi prospekti, ev 71a, mənzil 15də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1994-xx.xx.1996-cı illərdə “Azərkimya” Təmir Trestinin 9 nömrəli Təmirtikini Quraşdırma idarəsində (sonradan 6 saylı Təmirtikinti Quraşdırma idarəsində), xx.xx.1996-xx.xx.1997-ci illərdə Sumqayıt Etilen Politilen zavodunda, xx.xx.1997xx.xx.2005-ci il tarixlərdə Sumqayıt Sənaye Kommunal Tikinti Birliyinin 03 nömrəli Təsərrüfat Sahəsində (Azərsənayetikinti Səhmdar Cıəmiyyətinin 2 nömrəli müəssisəsi) işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1994-xx.xx.1996-cı illərdə “Azərkimya” Təmir Trestinin 9 nömrəli Təmirtikini Quraşdırma idarəsində (sonradan 6 saylı Təmirtikinti Quraşdırma idarəsində), xx.xx.1996-xx.xx.1997-ci illərdə Sumqayıt Etilen Politilen zavodunda, xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə Sumqayıt Sənaye Kommunal Tikinti Birliyinin 03 nömrəli Təsərrüfat Sahəsində (“Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi) işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edirəm. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək 27 №-li Tikinti İdarəsi, TREST №2-də işləmişdir. 1977- 1979-cu illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci ildən xx.xx.1994-cü ilədək həmin müəssisədə, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək «Azərkimyatəmir» Trestinin 9 №-li TTQİ-də, xx.xx.1996-cı ildən xx.xx.1997- ci ilədək Sumqayıt Etilen-Polietilen zavodu 75 saylı dəmiryolu təmiri və quraşdırma sexində, xx.xx.1997-ci ildən xx.xx.2005-ci ilədək «Azərsənayetinkti» SC-nin 2 saylı müəssisəsində işləmişdir. İddiaçının ümumi əmək stajı 31 ilə yaxın olmuşdur. Onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququ vardır. O, müvafiq sənədləri toplamaqla 2021-ci ilin iyul ayında cavabdeh təşkilata müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli məktubu ilə cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izah etdi ki, inzibati orqanda şübhə yaradan hal İddiaçı 09 avqust 1974-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1986-xx.xx.1994-cü il tarixlərdə 2 №-1.Trestin 27 №-li Tikinti idarəsində, xx.xx.1994cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Azərkimyatəmir" Trestinin 9Ns-li TTQİ-də, xx.xx.1996-ci il tarixdən 01,04.1997-ci il tarixədək Sumqayıt “Etilen-Polietilen" zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində (fəhlə, sonradan rəis müavini) işləməsinə baxmayaraq, İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli 09/11 nömrəli arayışda xx.xx.1987- xx.xx.1991; xx.xx.1993-xx.xx.1997; xx.xx.1997-xx.xx.2005-cİ il tarixlərdə “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində usta-iş icraçısı vəzifəsində işləməsinin qeyd olunmasıdır. Belə ki, Filial tərəfindən xx.xx.2021-ci il tarixdə aparılmış qarşılıqlı yoxlama zamanı istehsalat zərurəti ilə əlaqədar 1994-cü il tarixdən müəssisənin fəaliyyətini dayandırdığı müəyyən olunmuşdur. Bununla bağlı xx.xx.2021-ci il tarixli akt tərtib olunmuş və müvafiq akt “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmişdir.Belə olan halda İddiaçı ümumi iş stajı 25 ildən az, güzəştli is stajı 12 il 06 aydan az olması, o cümlədən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən asaqı olmayan pensiya təminatına imkan verməməsi səbəbindən imtina edilmişdir. İddiaçı məhkəməyə xx.xx.1994-cü il tarixdən xx.xx.1996- cı il tarixədək "Azərkimyatəmir” Trestinin 9№-li TTQİ-də işlədiyini iddia etdiyi dövrlər üzrə Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli 160 nömrəli arayışını təqdim etmişdir. Müvafiq arayışa əsasən, həmin tarixlərdə İddiaçı sözügedən idarədə işlədiyi və əmək haqqı aldığı qeyd olunmuşdur. Lakin Dövlət Arxivinin Sumqayıt filialına ünvanlanmış sorğuya cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli 06 nömrəli arayışda 2 №-li Trestin 27 N°-li Tikinti idarəsinin “Azərkimyatəmir” Trestinin 9 №-li TTQİ-nin, Sumqayıt Etilen-Polietilen zavodu 75 saylı dəmiryolu təmiri və quraşdırma sexinin, ‘‘Azərsənayetikinti’’ SC-nin 2 saylı müəssisəsinin arxiv sənədlərinin Dövlət Arxivinin Sumqayıt filialının dövlət mühafizəsinə təhvil verilmədiyi müəyyən olunmuşdur. Bu da iddiaçı tərəfindən təqdim olunmuş arayışın əsassız olduğuna dəlalət edir. Həmçinin İddiaçı tərəfindən təpdim olunmuş “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsinin xx.xx.2022-ci il tarixli arayışına münasibətdə qeyd edilməlidir ki, sözügedən müəssisəyə sorğu ünvanlanmasına baxmayaraq məktub geri qayıtmışdır. Həmçinin müvafiq müəssisədə qarşılıqlı yoxlama zamanı həmin sənədlər təqdim edilməmiş, hətta istehsalat zərurəti ilə əlaqədar 1994-cü il tarixdən müəssisənin fəaliyyətini dayandırıldığı bildirilmişdir İddiaçı tərəfindən “Azərkimyatəmir” Trestinin 9№-li TTQİ-də, Sumqayıt “Etilen-Polietilen’’ zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə işlədiyini iddia etdiyi dövrlər üzrə arayış təqdim edilməmişdir. Belə ki “Azərkimyatəmir” Trestinin 9№-li TTQİ-də, Sumqayıt “Etilen-Polietilen” zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində işlədiyi dövrlər üzrə “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsi tərəfindən güzəştli arayış verilə bilməz. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli 09/11 nömrəli arayışa əsasən, xx.xx.1987-xx.xx.1991; xx.xx.1997; xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində usta-is icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin 09 avqust 1974-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə 2 №-li Trestin 27 №-li Tikinti idarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək ‘‘Azərkimyatəmir’’ Trestinin 9№-li TTQİ-də, xx.xx.1996-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Sumqayıt “Etilen- Polietilen” zavodunun 75 saylı dəmiryolu təmir və quraşdırma sexində (fəhlə, sonradan rəis müavini) işlədiyi müəyyən olunmuşdur.Belə olan halda iddiaçı tərəfindən təqdim olunmuş güzəştli arayışın əsassız olduğu qənaətinə gəlinir.İddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işlədiyini iddia etdiyi dövrlər üzrə arayışı mövcud deyildir.Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, o, 1976-1990-cı illərdə Sumqayıt Sənaye Kommunal Tikinti Birliyinin 03 nömrəli Təsərrüfat Sahəsinin (sonradan ““Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 2 nömrəli müəssisəsi adlanan) direktoru olmuşdur. Müəssisə hazıradək işləyir, fəaliyyətini dyaandırmamışdır. Həta məhkəmələrdə həmin müəssisəyə qarşı iddialara baxılır. Əmlak Məsələləri Dövlət Xidməti binanı satdıqdan sonra sənədləri tapmaq mümkün olmamışdır. 1998-ci ildə müəssisə özəlləşdirilmişdir. İş materiallarında olan : - - İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1958-cü il təvəllüddür. - -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1977- 1979-cu illərdə hərbi xidmətdə olmuşdur. - - İddiaçının adına xx.xx.1974-cü il tarixdə açılmış əmək kitabçasından görünür ki, o, - xx.xx.1974-xx.xx.1974, xx.xx.1975-xx.xx.1977 və xx.xx.1980-xx.xx.1983-cü illərdə SU-27 idarəsində, xx.xx.1983-xx.xx.1986-cı illərdə SUM -23 2 nömrəli Trestində, xx.xx.1986xx.xx.1994-cü illərdə 24 nömrəli tikinti idarəsində, xx.xx.1994-xx.xx.1996-cı illərdə “Azərkimyatəmir” Trestinin 9 nömrəli TTQİ-də, xx.xx.1996-xx.xx.1997-ci illərdə” Etilen Polietilen” zavodunda,xx.xx.1997-xx.xx.2005-ci illərdə “Sumqayıt Sənayekommunaltikinti” birliyinin 3 nömrəli TH sahəsində (sonradan “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi adlandırılmışdır) işləmişdir. - “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 09/11 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1987-ci il (Əmr № 79K), xx.xx.1987- xx.xx.1991-ci illərdə (Əmr №103K), xx.xx.1993-xx.xx.1997-ci illərdə (Əmr №63K), xx.xx.1997-xx.xx.2005-ci illərdə (Əmr №43K) «Azərsənayetikinti» Səhmdar Cəmiyyətinin 2 saylı müəssisəsində utsa-iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 2 №-li Siyahısının 2290000b-24441 şifrə (kodu) üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. - - “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1987-xx.xx.2005-ci illərdə həmin müəssisədə usta, iş icraçısı işləmiş, ümumi iş stajı 12 il 07 ay təşkil edir. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-da tikintiquraşdırma işləri bölməsində 2290000b24441 yarımbəndində göstərilən vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. - - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində qeyd edilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Məhkəmə araşdırmazı zamanı müəyyən edildi ki, İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınını təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçının cəmi 18 il 4 ay və 4 il 5 ay 12 gün (xx.xx.1987-xx.xx.1991-ci il və xx.xx.1993-xx.xx.1994-cü il arasındakı dövrlər) xüsusi stajı vardır. Halbuki, əmək kitabçasına görə iddiaçı xx.xx.1974-cü ildən iş fəaliyyətniə başlamış və müxtəlif müəssisələrdə və peşələrdə işləmişdir. İddiaçının cavabdeh tərəfindən mübahiəsləndirilən stajı daxil edildikdə onun güzəştli şərtlərlə yaşa göprə əmək pensiyası hüququnu qazanması üçün həm ümumi, həm də xüsusi stajı tamamlanmış olur. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 12 il 06 ay xüsusi və 25 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 57 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Həmin Siyahıya görə usta – iş icraçısı peşəsi 2290000b-24441 şifrə altında güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ verən peşələrə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadından görünür ki, “Əmək pensiyaları haqqında”Azərvaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasınnı təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə ənək pensiyası təyin edilməsi və pensiyanın ödənilməsi onun müraciət etdiyi 8 iyul 2021-ci il tarixdən əvvəlki 3 il, yəni 8 iyul 2018-ci il tarixdən başlanması öhdəliyi cavabdehin üzrinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə 57 yaşdan yaşa görə əəmək pensiyasının təyin edilməsi və pensiyanın ödənilməsinin əvvəli 8 iyul 2018-ci il tarixdən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-446/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-446/2022
31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver