Məhkəmə qərarları › İş №2-1(118)-446/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-446/2024

25.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-446/2024 25.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şəbəsi tərəfindən 101 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinə əsasən ona - xx.xx.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş İddiaçı - doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 24 yanvar 2023-cü il tarixli, 05/Q-296/15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının şəxsiyyət vəsiqəsinin olmaması qeyd edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq Cavabdehnə qarşı iddia qaldırmış, “ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona-xx.xx.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş İddiaçı-doğum faktının Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə sorğu göndərilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Həmin ildə də Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X16 X9 Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur (anasının hansı tarixdə doğulduğunu bilmir). Münaqişələr başlayandan sonra - 1989-cu ildə anası Naxçıvanda yaşadığı evi satıb Türkiyəyə getmişdir. Həmin vaxt o, Sumqayıt şəhərində analığı X2 yanında yaşayırdı. Sonradan əldə etdiyi məlumata görə anası Türkiyədən Rusiya Federasiyasına getmişdir. Hazırda anasının harada yaşaması və hansı ölkənin vətəndaşı olması barədə məlumatı yoxdur. X19 Mirzə-Ağa (Mirzə) oğlu Bakı şəhərində anadan olmuşdur (atasının hansı tarixdə doğulması barədə məlumatı yoxdur). Atası xx.xx.1984-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölümü Cavabdeh tərəfindən xx.xx.1984-cü il tarixdə 590 nömrəli aktla qeydə alınmışdır. 1987-ci ilə qədər Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə oxumuşdur. Sonra təhsilini Naxçıvan şəhər 2 nömrəli tam orla məktəbdə davam etdirmişdir. xx.xx.1988-ci il tarixdə 2 nömrəli tam orla məktəbin 8-ci sinfini bitirmişdir. Daha sonra təhsilini davam etdirməmişdir. 1988-ci ildə Naxçıvan şəhər İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən SSRİ nümunəli pasportla təmin edilmişdir. Həmin vaxt ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. 1988-ci ildə orta məktəbi bitirdikdən sonra Sumqayıt şəhərinə gəlmiş və orada yaşamağa davam etmişdir. xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhər Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi) tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti Almaniyada keçmişdir. 1992-ci ilin may ayında hərbi xidmətdən təxris olunmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta geri dönmüşdür və hərbi qeydiyyata alınmaq üçün Sumqayıt şəhər Hərbi Komissarlığına müraciət etmişdir. Lakin Sumqayıt şəhər Hərbi Komissarlığı onu hərbi qeydiyyata almaqdan imtina etmiş və bildirmişdir ki, Naxçıvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu üçün orada hərbi qeydiyyata alınmalıdır. Lakin həmin vaxt o, Naxçıvana gedə bilməmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra təxminən bir il Sumqayıtda maşın rəngsazı kimi çalışmışdır. Daha sonra təxminən iki ilə yaxın kiçik bisneslə (ticarət) məşğul olmuşdur. Həmin vaxt mal gətirmək üçün Gürcüstana gedirdi. Gürcüstanda Gürcüstan Respublikasının vətəndaşı X5 ilə tanış olmuşdur. Təxminən 1994-cü ildə evlənmiş, iki il sonra isə nikaha daxil olmuşdur. Birgə nikahdan bir qızı (X3) doğulmuşdur. Gürcüstanda yaşadığı zaman qaynanası onun Azərbaycana geri dönməməsi üçün sənədlərini (o cümlədən doğum haqqında şəhadətnaməni) məhv etmişdir. 2017-ci ilin aprel ayında Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin edilmişdir və həmin sənədlə Azərbaycana gəlmişdir. Həmin vaxtdan etibarən Sumqayıt şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayır. Hazırda ünvan 3 ünvanında yaşayır. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün Azərbaycana gəldikdən sonra şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Hazırda, 51 yaşı var. Lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də vətəndaşsızlıq halında olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Hazırda onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün doğum haqqında şəhadətnamə lazımdır. Bu səbəbdən də doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən sənədi yoxdur, bu səbəbdən də, Naxçıvana gedə bilmir. Bu səbəbdən də xx.xx.2023-cü İl tarixdə yaşadığı yer üzrə Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığı təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona xx.xx.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş X8 - doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə sorğu göndərilməsini təmin etmələrini xahiş etmişdir. Cavabdeh müraciətinə özünün xx.xx.2023-cü il tarixli, 05/Q- 296/15 nömrəli cavab məktubu ilə aşağıdakı məzmunda cavab vermişdir: “müraciətinizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.1-ci bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat orqanının və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında (ərizəçinin şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır) arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə vətəndaşlara yalnız onların ərizəsi əsasında verilə bilər və ya arayış verilir. Şəxsiyyət vəsiqənizin olmamasını nəzərə alaraq, Sizin xahişiniz təmin edilmir ". İİ. Tələbin hüquqi əsasları: Hesab edir ki, Cavabdeh bu cavabı tamamilə əsassızdır. Cavabdeh Sunıqaxıt şəhər Qevdiyyat Şöbəsi mənim ərizəmi təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı İlə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 9.1ci bəndinə istinad edərək qeyd etmişdir ki, ərizənin təmin edilməsi üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidir. Əslində isə cavabdeh “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’nın təkrar şəhadətnamələrin hansı sənədlər əsasında verilməsini tənzimləyən 9.7-ci bəndinə istinad etməli idi. Həmin Qaydanın 9.7-ci bəndinə əsasən, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Lakin hesab edir ki, həmin müddəa ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin müddəa yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsiylə təmin olunmuş şəxslərə aiddir. Onun işinin hallarından görünür ki, şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu müstəsna haldır, lakin bu vəziyyət onun hüquqlarının pozulmasına səbəb olmamalıdır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu halda onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi üçün Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə sorğunun göndərilməsindən imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu onun şəxsi və əmlak hüquqlarının pozuntusu ilə nəticələnir. Bu səbəbdən də şəxsiyyət vəsiqəsinin olmaması Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi üçün sorğunun göndərilməsindən imtina üçün legitim səbəb təşkil edə bilməz. İşin yuxarıda qeyd edilən hallarından bəllidir ki, əslində doğum haqqında təkrar şəhadətnamə ona elə şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməsi üçün lazımdır. Belə ki, yuxarıda da qeyd etdiyi kimi Gürcüstanda yaşadığı zaman qaynanası o, Azərbaycana geri dönməsin deyə sənədlərini (o cümlədən doğum haqqında şəhadətnaməni) məhv etmişdir. 2007-ci ilin aprel ayında Azərbaycan Respublikasının Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Konsulluğu tərəfindən qayıdış şəhadətnaməsi ilə təmin edilmişdir və həmin sənədlə Azərbaycana gəlmişdir. Həmin vaxtdan da Azərbaycada şəxsiyyəti təsdiq edən sənəd olmadan və qeydiyyatsız yaşayır. Hazırda şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı vacibdir. Lakin şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün Naxçıvana gedib doğum haqqında təkrar şəhadətnamə ala bilmir. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün BMT QAK tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdürr və BMT QAK tərəfindən himayə sənədi İlə təmin edilmişdir. Həmin himayə sənədi əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də cavabdehə müraciət edərkən ərizəsinə şəxsiyyətini təsdiq etmək üçün himayə sənədini və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayışı əlavə etmişdir. Onun şəxsiyyəti, yəni kim olmağı artıq dövlət qurumları tərəfindən tanınmışdır. Belə ki, BMT QAK-ın verdiyi himayə sənədi əsasında DMX tərəfindən ünvan 3 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışam. Göründüyü kimi, şəxsiyyəti BMT QAK-ın verdiyi himayə sənədindən müəyyən edilir. Belə ki, DMX onun şəxsiyyətini BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında müəyyən etmişdir, əks təqdirdə onu həmin sənəd əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almazdı. Bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Nümayəndəliyin məlumatları (himayə sənədi) əsasında aparılır. Qeyd edir ki, BMT QAK-ın verdiyi məlumatlar əsasında olduğu yer üzrə qeydiyyatın aparılması şəxsiyyətin müəyyən edilməsinin dolayı üsullarından biridir. Müvafiq səlahiyyətli dövlət qurumu olmaqla DMX həmin məlumatlar əsasında şəxsin olduğu yer üzrə qeydiyyatını aparmaqla onun şəxsiyyətini müəyyən etmiş olur. Belə ki, yalnız şəxsiyyəti, yəni kim olması müəyyən edilmiş şəxsin olduğu yer üzrə qeydiyyatı aparıla bilər. Bununla da, DMX onu olduğu yer üzrə qeydiyyata almaqla şəxsiyyətini müəyyən etmişdir. Yuxarıda göstərilənlərdən də görünür ki, onun şəxsiyyəti artıq bir rəsmi dövlət qurumu tərəfindən müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq digər dövlət qurumunun onun müəyyən edilmiş şəxsiyyətini mübahisələndirməyə əsası yoxdur. Cavabdeh himayə sənədi əsasında Naxçıvan Muxtar Respublikasından onun üçün doğum haqqında təkrar şəhadətnamə alınması məqsədilə sorğunun göndərilməsindən imtina etməsi dövlət hakimiyyət orqanlarının hərəkətlərində ziddiyyət təşkil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilən etimad hüququnun qorunması prinsipini pozur. Bundan başqa, BMT QAK tərəfindən verilən himayə sənədi artıq bir çox dövlət orqanları tərəfindən şəxsiyyəti təsdiq edən sənədə bərabər sənəd kimi qəbul edilir. Mİsal üçün, “Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 15-2.1ci maddəsinə əsasən, ВМT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş vətəndaşlığı olmayan şəxslər də sığortaolunan hesab edilirlər. Onlar BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında (İndividual İD nömrəsi əsasında) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən sığortaolunan kimi qeydə alınırlar. Göründüyü kimi, heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyən və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmiş vətəndaşsızlıq vəziyyətində olan şəxslərin şəxsiyyəti İTSDA tərəfindən tanınmışdır, əks halda şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərin sığortaolunan kimi qeydiyyata alınması da mümkün olmazdı. Həmçinin, X13 (DİM (keçmiş Tələb Qəbulu üzrə Dövlət Komissiyası)) imtahan vermək üçün müraciət edən şəxslər şəxsiyyəti təsdiq edən başqa sənədləri olmadığı halda himayə sənədini təqdim etmişlər və həmin sənəd DİM tərəfindən qəbul edilmiş, həmin şəxslər imtahanlarda iştirak etmişlər. Eyni zamanda, şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxslər Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunduqları təqdirdə, həmin təhsil müəssisələrində himayə sənədi əsasında təhsil alırlar. Həmçinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxsləri orta məktəblərə həmin sənəd əsasında qəbul edir. Bundan başqa, yetkinlik yaşına çatmış, lakin heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmayan, vaxud bu cür sənədlə təmin olunması mümkün olmayan şəxslərin şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BM'İ QAK tərəfindən verilmiş himayə sənədi və olduğu yer üzrə qeydiyyata alındıqlarını təsdiq edən DMX tərəfindən verilmiş arayış əsasında doğum akt qeydlərinin bərpa edilməsi, doğum faktlarının qeydiyyatı və onların doğum haqqında (ilkin, yeni və təkrar) şəhadətnamə ilə təmin edilmələri ilə əlaqədar aşağıdakı məhkəmə aktlarını qeyd etmək istəyir. ....... 29) Azərbaycan Respublikası Ali Məhkəməsi özünün xx.xx.2019-cu il tarixli, 2- 1(102)- 1006/2019 saylı qərarı ilə X4 “ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən ona himayə sənədi əsasında doğum haqqında təkrar şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri Nəsimi ravon Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbinə dair” kassasiya şikayətini təmin edərkən BMT Q.AK-ın verdiyi himayə sənədinə istinad etmişdir. Belə ki, Ali Məhkəmə öz qərarında qcvd etmişdir ki: "Qaydaların 9.7-ci bəndində /mçə/y/ə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur ra ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Ru mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş 786-! 1C07050 saylı himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı otduğu yer üzrə qeydiyyata alınmışdır". Göründüyü kimi, müxtəlif dövlət orqanları BMT QAK-ın himayəsində olan şəxslərə verdiyi himayə sənədini onların şəxsiyyətini təsdiq edən sənədə bərabər tutur. DMX himayə sənədi əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almaqla həmin sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul etmişdir. Odur ki, hesab edir ki, onun şəxsiyyəti bəlli olduğu üçün və doğum haqqında təkrar şəhadətnamə ona şəxsiyyəti təsdiq edən sənəd ilə təmin edilməyi üçün lazım olduğundan cavabdeh BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayış əsasında mənə xx.xx.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş İddiaçı - doğum faktımın Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə sorğunun göndərilməsini təmin etməli idi. Hazırda onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi mümkün deyil. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun (xüsusən “fin kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. O, doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi üçün Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə sorğunun göndərilməməsi onun şəxsiyyəti təsdiq edən sənədi olmayan apatrid (vətəndaşlığı olmayan şəxs) vəziyyətində yaşamağına səbəb olur ki, bu da onun “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 8-ci maddəsilə nəzərdə tutulan şəxsi və ailə həyatına hörmət hüququnu pozur və bu məsələdə ayrı-seçkiliyin qurbam olur. Belə ki, o, şəxsiyyəti təsdiq edən sənədi olmayan apatrid vəziyyətində olan şəxs kimi sosial müdafiədən, əmlaka sahib olmaq, başqa yerə getmək imkanından, dövlət xidmətlərinə çıxışdan və hər hansı bir dövlətin himayəsindən məhrum olmuşdur. İddiaçı daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şəbəsi tərəfindən 101 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinə əsasən ona xx.xx.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş İddiaçı - doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə icraatın getdiyi ərəfədə Cavabdeh onu qeydiyyat şöbəsinə dəvət edərək doğumu haqqında arayış təqdim etmişdir. Cavabdeh tərəfindən ona təqdim edilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayış onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyən edilməsi üçün yetərli sənəd olsa da, onun Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün yetərli deyil. Belə ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nm 3.4.5-ci bəndinə əsasən, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün digər sənədlərlə yanaşı doğum haqqında şəhadətnamənin surəti, bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənədin surətinin təqdim edilməsi tələb olunur. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" əsasnamənin 2.2-ci bəndinə əsasən, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün tələb olunan sənədlərdən biri də, vətəndaşın doğum haqqında şəhadətnaməsidir. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi üçün ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən orqanlarına doğum haqqında şəhadətnaməni təqdim etməlidir. Bu səbəbdən də ona yenə də doğum haqqında şəhadətnamə lazım olacaq. Göründüyü kimi, onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi zərurəti hələ də mövcuddur. Lakin Cavabdeh ona təqdim etdiyi doğum haqqında arayışdan görünür ki, doğumu Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən deyil, xx.xx.1972-ci İl tarixdə Cavabdeh tərəfindən 101 nömrəli aktla qeydə alınmışdır. Onun doğumunun qeydiyyatı Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər VVAQ Şöbəsi tərəfindən qeydə alınmadığından iddiası "'Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə sorğunun göndərilməsi"’ hissəsində əhəmiyyətini itirmiş olur, bu səbəbdən də iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İddiaçının həddi buluğa çatmasına baxmayaraq hal-hazırda şəxsiyyət vəsiqəsi ilə təmin olunmamışdır. Bunun nəticəsində vətəndaş özünə şəxsiyyət vəsiqəsi ədə etməkdə maneələrlə üzləşmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat Şəbəsi tərəfindən 101 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinə əsasən ona - xx.xx.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş İddiaçı - doğum haqqında təkrar şəhadətnamənin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İddiaçının həddi buluğa çatmasına baxmayaraq hal-hazırda şəxsiyyət vəsiqəsi ilə təmin olunmamışdır. Bunun nəticəsində vətəndaş özünə şəxsiyyət vəsiqəsi ədə etməkdə maneələrlə üzləşmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 26 dekabr 1971-ci il tarixində Naxçıvan şəhərində anadan olmuşdur. X1, atası X11r. Bu barədə xx.xx.1972-ci il tarixdə Cavabdehndə 101 №li doğum haqqında akt qeydi tərtib edilmişdir. İddiaçı BMT QAK-ın himayəsində olan şəxsdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı ***-*******9 saylı, 31 avqust 2023-cü il tarixədək qüvvədə olmuş himayə sənədi əsasında 24 avqust 2022-ci il tarixdən 31 avqust 2023-cü il tarixədək ünvan 3 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. İddiaçıya növbəti Himayə sənədi 10 avqust 2023-cü il tarixdə verilmiş, 31 avqust 2024-cü il tarixədək qüvvədədir. İş materiallarına natamam orta təhsil haqqında şəhadətnamənin, hərbi biletin, iddiaçının atasının ölümü haqqında şəhadətnamənin, Azərbaycan Respublikasına qayıtmaq haqqında şəhadətnamənin surəti və s. əlavə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları İ. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİ. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən: 3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs; 21.1. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). 21.1. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). 21.2. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. 21.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər. 21.4. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları X15 Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. 21.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar: 21.5.1. viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə; 21.5.2. viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə. 21.6. BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. 74.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. 74.2. Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. 74.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən və xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 7. Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verilərkən, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsində, qaçqın vəsiqəsində, habelə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda öz əksini tapır. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarım və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsiriəndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlerin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması təminat altına alınmış, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş himayə sənədi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç birr ayrı-seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında şəxsin müraciəti təmin edilməlidir. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında xx.xx.1972-ci il tarixdə Cavabdeh tərəfindən 101 nömrə ilə qeydə alınmış doğum haqqında akt qeydinə əsasən ona - xx.xx.1971-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş İddiaçı - doğum haqqında təkrar şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar