Məhkəmə qərarları › İş №2-1(118)-447/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-447/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-447/2021 01.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2020-ci il tarixli 234 saylı sərəncamının ləğv edilməsi və əri X4 üzərində qəyyum təyin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzrinə qoyulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 234 saylı xx.xx.2020-ci il tarixli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqim edərək Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2020-ci il tarixli 234 saylı sərəncamının ləğv edilməsi və iddiaçının fəaliyyət qabiliyyətsiz hesab edilmiş həyat yoldaşı xx.xx.1981-ci il təvəllüdlü X1 üzrəində qəyyum təyin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahdan iki övladları vardır. İddiaçı ailə həyatı qurduqda onun həyat yoldaşı X4 ll qrup əlil olmuşdur. Lakin İlkinin valideynləri bu faktı iddiaçıdan gizlətmişlər. Ail həyatı qurduqdan sonra İlkinin səhhəti, psixoloji durumu pisləşmiş və ona l qrup əlillik təyin edilmişdir. Bundan sonra iddiaçının ərizəsnə əsasən Bəşirov İlkin məhkəmə qətnaməinə əsasən fəaliyyət qabiliyyətsiz hesab edilmişdir. Bundan sonra iddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək ərinin üzərində qəyyum təyin edilmsəini xahiş etmişdir. Lakin ona mənfi cavab verilmişdir, daha sonra ona məlum olmuşdur ki, həyat yoldaşının anası qəyyum təyin edilmişdir. Bununla bağlı o həmin sərəncamı qanunsuz hesb edərək ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti nümayəndəsinin iştirakını təmin etməmişdir.Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X5 iddianı qəbul etməyərək izah etdi ki, oğlu onun himayəsindədir, daimi qulluğa ehtiyacı vardır. Oğlu ilə İddiaçı arasında münasibətlər kəskin şəkildə pisləşdiyindən sonuncu qəyyim təyin edilə bilməz. Bununla bağlı S.Lətifova iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Azərbaycan Respublikası İPM-nin məqsədi isə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən etməkdə ibarətdir (İPM-nin 1.1-ci maddəsi). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyəttədbiri olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabeh qismində inzibati orqan olan Sumqayıt şəhər İcra Hakimiyyətini göstərsə də, iddiaçının irəli sürdüyü tələb xüsusi hüquqa – mülki hüquq münasibətlərinə aiddir. Belə ki, hazırda mübahisələndirilən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 2020-ci il tarixli 234 nömrəli sərəncamı inzibati aktın əlamətlərinə malik deyildir. Həmin sərəncamla fəaliyyət qabiliyyətsiz hesab edilmiş xx.xx.1981-ci il təvəllüdlü X4 üzərində anası X5 qəyyum təyin edilmişdir. Göründüyü kimi sərəncam özlüyündə ümumi (publik) hüquq sahəsinə aid olan hər hansı məsələni həll etməmiş və hakimiyyət tədbiri deyildir. Mübahiəsləndirilən sərəncam fəaliyyət qabiliyyətsiz hesab olunan oğlunun üzərində anasının qəyyum təyin edilməsi barədədir ki, qəyyum təyin edilməsi, ləğv edilməsi və ya qəyyumluqla bağlı digər məsələlərin həllinə dair hüquqi tənzimləmə məsələləri Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri il tənzimlənir. Həmin məcəllələr isə ümumi hüququn deyil, xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Buna görə də məhkəmə hesab edir ki, hazırki iddia İPM-nin 35.1-ci maddəsinə cavab vermədyindən mümkün sayılmamalıdır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2020-ci il tarixli 234 saylı sərəncamının ləğv edilməsi və əri X4 üzərində qəyyum təyin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzrinə qoyulması tələbinə dair iddiası inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən mümkün sayılmamalı və iddiaçıya müvafiq iddia ilə cavabdehin yerləşdiyi yer üzrə ümumi məhkəmətyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı Sumqayıt şəhər İcra Hakimiyyətinin xx xxxxxxx 2020-ci il tarixli 234 saylı sərəncamının ləğv edilməsi və əri X4 üzərində qəyyum təyin edilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehin üzrinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar