Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-447/2023 18.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı Bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən 18 iyun 2021-ci il tarixdə qəbul edilmiş şəhərin 10A saylı məhəlləsində yerləşən 500 m2 torpaq sahəsinin X8 verilməsi barədə 10 nömrəli protokolundan çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 sentyabr 2006-cı il tarixdə Şamaxı rayon Şamaxı Bələdiyyəsinin ehtiyat fondundan alqı-satqı predmeti olan torpaq sahəsindən Şamaxı şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün şəhərin 10 a saylı məhəlləsində 500 kv.metr torpaq sahəsinin satılması barədə 233 saylı qərar qəbul edilmişdir.Şamaxı Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən verilmiş rəyə əsasən, o, Şamaxı rayon Şamaxı Bələdiyyəsi tərəfndən vətəndaş İddiaçı 500 kv.metr torpaq sahəsi ayrılmasına etiraz etməmişdir. Eyni zamanda Şamaxı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən də Şamaxı rayon Şamaxı Bələdiyyəsi tərəfindən vətəndaş İddiaçı 500 kv.metr torpaq sahəsi ayrılmasına etiraz etməməsi barədə müvafiq rəy alınmışdır. Bunun müqabilində isə, iddiaçı tərəfindən isə 06 sentyabr 2006-cı ildə 337335AZM3308-01 hesabına əvvəlcədən 550 manat pul ödənilmişdir. İddiaçı həmin torpaq sahəsindən istifadə etmək qərarına gəldikdə isə məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxs tərəfindən istifadə olunur və hal-hazırda Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin şəxsin adına qeydiyyata alınmışdır. Bununla bağlı iddiaçı Şamaxı rayon Şamaxı Bələdiyyəsinə sözügüdən torpaq sahəsinin başqa şəxsə verilməsi barədə bələdiyyə qərarının, həmin torpaq sahəsinin ayrılmasına əsas olmuş digər sənədlərinin surətlərinin və nəticə etibarilə həmin torpaq sahəsinin ayrıldığı fiziki şəxs barəsindəki məlumatların ona təqdim olunmasını xahiş etmişdir. Müraciətə Şamaxı rayon Şamaxı Bələdiyyəsi tərəfindən 83 nömrəli xx.xx.2022-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, şəhərin 10 “A” saxlı məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsi Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli protokolundan çıxarışına əsasən, ünvan 1 ünvanda 500 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikilmək məqsədilə 5 ildən artıq Şamaxı şəhərində yaşayan X8 hərrac və müsabiqədən kənar satılması qərara alınmışdır. Lakin yuxarıda da qeyd edildiyi kimi, sözügedən Şamaxı rayon Şamaxı Bələdiyyəsinin ehtiyat fondundan alqı-satqı predmeti olan şəhərin 10 a saylı məhəlləsində 500 kv.metr torpaq sahəsi 4 sentyabr 2006-cı il tarixli Şamaxı rayon Şamaxı Bələdiyyəsinin qərarına əsasən, Şamaxı şəhər sakini İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün verilmişdir. Buna görə də, Şamaxı rayon Şamaxı Bələdiyyəsi tərəfindən qəbul edilmiş 18 iyıın 2021-ci il tarixli 10 nömrəli protokolundan çıxarış ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin ötən proseslərində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Lakin, iddiaçının nümayəndəsi və vəkili Vəkil məkəməyə vəsatətlə müraciət edərək, iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi və bu səbəbdən də məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin vəsatətlərini əsaslı hesab etmir. Belə ki, məhkəmə ekspertiza mərkəzinin eksperti rəy verərəkən müvafiq mütəxəssis rəyinə əsaslanır, hazırkı, iş üzrə torpaqların koordinatlarının mövcud olmaması səbəbindən rəyin verilməsi mümkün hesab edilməmişdir. Ona görə də məhkəmə hazırkı iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etdi. Cavabdeh inzibati orqanın iddia tələbinə etiraz edərək bildirmişdir ki, Şamaxı şəhər sakini Əsgərova (İsayeva) Həbibə Xanmusa qızı 13 dekabr 2013-cü il tarixdə ərizə ilə Şamaxı Bələdiyyəsinə müraciət edərək 500 m2 həyətyanı torpaq sahəsinin ayrılmasını xahiş etmişdir.Şamaxı Bələdiyyəsi öz növbəsində satılması nəzərdə tutulan və sahənin 10 “A” saylı məntəqəsində yerləşən 500 m2 torpaq sahəsində müvafiq nişanlama işləri həyata keçirmişdir.Lakin sonradan Əsgərova (İsayeva) Həbibə Xanmusa qızı maddi cəhətdən sıxıntı keçirdiyi üçün qeyd olunan torpaq sahəsinin alqı-satqısını müvəqqəti olaraq dayandırmışdır. Müəyyən vaxtdan sonra Əsgərova (İsayeva) Həbibə Xanmusa qızı həmin torpaq sahəsinin alqı-satqısını həyata keçirmək imkanına malik olduğunu bildirmişdir. Bununla əlaqədar Şamaxı Bələdiyyəsi yerquruluşu planlarının hazırlanması üçün 17 iyun 2020-ci il tarixli 106 saylı məktubda Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-yə müraciət edilmiş və 22 sentyabr 2020-ci il tarixdə ayrılan torpaq sahəsinin kadastr göstəriciləri və yerquruluşu planı alındıqdan sonra “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları” haqqında 15 mart 2002-ci il tarixli əsasnamənin tələblərinə uyğun olaraq müvafiq -sənədlər hazırlanarkən bələdiyyə, RlH-nin memarlıq şöbəsinin, ƏMDX yanında DƏKÜRX 14 saylı Ağsu LTİ-nin, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin, ƏMDX-nın Şamaxı Ərazi Şöbəsinin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsi üzərində hər-hansı bir mübashisənin müəyyən edilmədiyini və bələdiyyə mülkiyyətinə aid olduğunu nəzərə alaraq bələdiyyənin mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınmasına dair müsbət rəylər verilmişdir. Şamaxı Bələdiyyəsinin 18 iyul 2021-ci il tarixli qərarı ilə 500 m2 həyətyanı torpaq sahəsi hərrac və müsabiqədən kənar Əsgərova (İsayeva) Həbibə Xanmusa qızına notarial qaydada satılmışdır. İddiaçı X5 mübahisəli torpaq sahəsini 2006cı ildə bələdiyyədən aldığını bildirsə də, qeyd olunan torpaq sahəsinin vergisinin bu günə qədər ödəməmiş və eləcə də, vergi ödəyicisi kimi, qeydiyyatda yoxdur. X6 mövcud olan sənədlərdə qeyd olunan torpaq sahəsinin iddiaçı X1 barədə məlumat yoxdur. Şamaxı rayon Torpaq və Xəritəçəkmə şöbəsi tərəfindən iddiaçı X3 ayrılmış torpaq sahəsinə dair planda torpaq sahəsi T.Zahidov və M.Bayramov küçəsləri arasında olduğu qeyd edilmiş lakin, kəsişən küçələrin adları gösərilməmişdir. Məlumat üçün bildirilir ki, bu vəziyyət həmin ərazidə 13 yerdə təkrarlanır. Ona görə də, iddiaçı X2 mübahisəli torpaq sahəsi ona aid olması öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən üçüncü şəxsin nümayəndəsi X10 iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsi bələdiyyə tərəfindən onun təmsil etdiyi şəxsə qanuni əsaslarla ayrılmışdır. İddiaçı uzun müddət Rusiya Federasiyasında yaşamış və torpaq ayrılan vaxtı Şamaxı rayonunda olmayıb.İddiaçıya torpaq sahəsinin ayrılması barədə qərar qanunauyğun deyil. Belə ki, həmin torpaq sahəsinin kordinatları və bələdiyyənin iclasa dair protokolu mövcud deyil. Bu isə kollegial qaydada qəbul edilməli olan qərarın bələdiyyə sədri tərəfindən təkbaşına qəbul edilməsinə dəlalət edir. Lakin onun təmsil etdiyi şəxsə torpaq sahəsi ayrılarkən qanunun tələblərinə ciddi şəkildə əməl edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 83 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli protokolundan çıxarışın surəti, Şamaxı Bələdiyyəsinin 04 sentyabr 2006-cı il tarixli, 233 nömrəli qərarın təsdiqlənmiş surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsi tərəfindən verilmiş **********38 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, Şamaxı rayon Arxivi tərəfindən verilmiş 442/175 nömrəli, xx.xx.2022-ci il tarixli məktub, DƏDRX tərəfindən verilmiş **********66 reyestr nömrəli çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində Şamaxı Bələdiyyəsinin 04 sentyabr 2006-cı il tarixli, 233 nömrəli qərarın qəbul edildiyi vaxtdan yaranmışdır. Şamaxı Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Şamaxı Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Şamaxı Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Şamaxı Bələdiyyəsi tərəfindən qəbul edilmiş 18 iyun 2021-ci il tarixli 10 nömrəli protokolundan çıxarış barəsində iddiaçı cavabdehə müraciətindən sonra məlumatlı olmuşdur. İddiaçı həmin qərarı cavabdeh inzibati orqanın 83 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunu qəbul etdindən sonra bilmiş və xx.xx.2022-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətə riayət olunmuşdur. Həmçinin oda nəzərə alınmalıdır ki, müvafiq iclas protokolu olmasada torpaq sahəsinin ayrılması haqqında qərar mövcuddur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Şamaxı Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin təşkilatın yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 04 sentyabr 2006-cı il tarixdə Şamaxı rayon Şamaxı Bələdiyyəsinin 233 qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsindən istifadə etmək qərarına gəldikdə ona məlum olmuşdur ki, həmin torpaq sahəsi başqa şəxs tərəfindən istifadə olunur və hal-hazırda Daşınmaz Əmlakın Dövlət Reyestrində həmin şəxsin adına qeydiyyata alınmışdır. İddiaçıya məlum olmuşdur ki, şəhərin 10 “A” saylı məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsi Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli protokolundan çıxarışına əsasən, ünvan 1 ünvanda 500 kv.metr torpaq sahəsi fərdi yaşayış evi tikilmək məqsədilə X8 hərrac və müsabiqədən kənar satılmışdır. İddiaçı həmin qərarın qanunsuz olduğu qənaətinə gələrək, ləğv edilməsini məhkəmədən xahiş edir. Mübahisə predmeti olan Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli qərarın əsassız olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Belə ki, Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli qərarının iddiaçıya ayrılmış torpaq sahəsinə aid olub-olmamasının müəyyən edilməsi məqsədilə mütəxəsiss rəyi alınmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Ximdəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsi tərəfindən verilmiş **********38 nömrəli, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə bu fakt öz təsdiqini tapmamışdır. Yəni iddiaçı özünə ayrıldığını iddia edilən torpaq sahəsinin faktiki istifadəçisi olmamış və torpağın harada yerləşməsi barədə əsaslı dəlillərə sahib olmamışdır. Belə olan halda Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli qərarının ləğvini qanuni hesab etmək olmaz. Beləliklə, mübahisələndirilən bələdiyyə qərarı bir neçə təşkilat tərəfindən tədqiq edilib qəbul edildiyindən məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi arqumentlər mübahisə predmeti olan Şamaxı Bələdiyyəsinin 18 iyun 2021-ci il tarixli 10 nömrəli qərarın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən bələdiyyələr inzibati orqan hesab edilir. Həmin Qanunun 81.1 -ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 81.5-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 82.1 ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “icra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı Bələdiyyəsinə qarşı “cavabdeh tərəfindən 18 iyun 2021-ci il tarixdə qəbul edilmiş şəhərin 10A saylı məhəlləsində yerləşən 500 m2 torpaq sahəsinin X8 verilməsi barədə 10 nömrəli protokolundan çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-447/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-447/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver