Məhkəmə qərarları › İş №2-1(118)-4474/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4474/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4474/2025 08.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional “Asan Xidmət” X2rşı iş üzrə (Açar sözlər: doğum haqqında akt qeydinin ləğv edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional “Asan Xidmət” X2rşı “doğum haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası AA seriyalı, ******* nömrəli “Şəxsiyyət vəsiqəsi”ndən görünür ki, həmin vəsiqə xx xxxxxx 1984-cü il təvəllüdlü İddiaçı verilmişdir.

2. Azərbaycan Respublikası AA seriyalı, ******* nömrəli “Şəxsiyyət vəsiqəsi”ndən görünür ki, həmin vəsiqə 25 iyun 1989-cu il təvəllüdlü X12 verilmişdir.

3. Azərbaycan Respublikası AA seriyalı, ******* nömrəli “Şəxsiyyət vəsiqəsi”ndən görünür ki, həmin vəsiqə 24 oktyabr 2007-ci il təvəllüdlü X14 verilmişdir.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, 6 fevral 2025-ci il tarixli arayışdan görünür ki, Şamaxı rayonu, Quşçu kəndində doğulmuş, xx xxxxxx 1984-cü il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında 11 oktyabr 2021-ci il tarixindən qeydiyyatdadır.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional “Asan Xidmət” X4 6 yanvar 2025-ci il tarixli, 3-16-5/8-6-256/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş " Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaların: müəyyən edən əsas müddəalarının 23-cü bəndinə əsasən ‘Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbəiəri və konsulluq idarələri tərəfindən icra edilir. Göstərilənlərə əsasən bildiririk ki, 28 sentyabr 2009-cu ildə anadan olmuş X5 Şamaxı rayon Quşçu KİN tərəfindən 13 dekabr 2009-cu ildə tərtib edilmiş 101 nömrəli doğum, haqqında akt qeydi ilkin qeyd olduğu üçün aktın ləğv edilməsi Şamaxı regional “ASAN xidmət mərkəzində Ədiiyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən mümkün deyil. Şamaxı rayon Qeydiyyat şöbəsi aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə edir.

6. 619705 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, 25 iyun 1989-cu il təvəllüdlü X17 ilə xx xxxxxx 1984-cü il təvəllüdlü X15 1 avqust 2010-cu ildə nikahlarını bağlamışdırlar. Ərə Alpaşayev, arvada Alpaşayeva soyadı verilmişdir.

7. 841820 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X19 24 oktyabr 2007-ci ildə doğulmuşdur. Doğulduğu yer Qobustan rayonu, Nabur kəndidir. X1, anası İddiaçıdır. 5 may 2012-ci ildə verilmişdir.

8. Şamaxı Regional “Asan Xidmət” X4 16 noyabr 2023-cü il tarixli, 3-16-5/8-69- 1021/2023 nömrəli arayışından görünür ki, X18 28 sentyabr 2009-cu ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuşdur. Bu barədə 18 dekabr 2009-cu il tarixdə Şamaxı rayon Quşçu icra nümayəndəliyi tərəfindən 101 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası məlum deyil, anası X6r.

9. Şamaxı Regional “Asan Xidmət” X4 6 fevral 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli arayışından görünür ki, X18 28 sentyabr 2009-cu ildə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuşdur. Bu barədə 18 dekabr 2009-cu il tarixdə Şamaxı rayon Quşçu icra nümayəndəliyi tərəfindən 101 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası məlum deyil, anası X6r. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 20 iyun 2025-ci il tarixli, 02/10275/di nömrəli məktubundan görünür ki, 28 sentyabr 2009-cu il təvəllüdlü X7 və 24 oktyabr 2007-ci il təvəllüdlü X8 hər hansı xarici dövlətin ərazisinə girişinə qadağanın olub-olmaması ilə bağlı Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir.

11. Azərbaycan Respublikası Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 30 may 2025-ci il tarixli, 18/2-14895/25 nömrəli məktubundan görünür ki, 24 oktyabr 2007-ci il təvəllüdlü X19 5 mart 2016-cı il tarixdən 18 oktyabr 2021-ci il tarixədək Qobustan rayonunun Nabur kəndində, 18 oktyabr 2021-ci il tarixdən hazıradək Şamaxı şəhəri, Ə.Əlizadə küçəsi, ev 99 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. 28 sentyabr 2009-cu il təvəllüdlü X9 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatı, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportu ilə sənədləşdirilməsi barədə məlumat aşkar edilməmişdir

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şamaxı Regional “Asan Xidmət” X11 (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Quşçu İcra nümayəndəliyi tərəfindən 18 dekabr 2009-cu il tarixdə verilmiş 101 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi işin hallarına (§1-8) onunla əsaslandırılmışdır ki, 2006-ci ilin noyabr ayının 5-də qeyri rəsmi nikahla X17 ilə ailə həyatı qurmuş, uşaq doğulmağına bir neçə gün qalmış həyat yoldaşı Elnur onu atıb getmiş, 24 oktyabr 2007-ci il tarixdə xəstəxana şəraitində bir oğlan uşağı dünyaya gəlmiş, nikahları olmadığından və Elnur da onlarla olmadığı üçün uzun müddət uşağın adını yazdıra bilməmiş, atasının soyadı ilə yazılmasın istəmişdir. Elnur olmadığı üçün ərizə verilməsi mümkün olmamış, sonra da yaddan çıxmışdır. Uşaq iki yaşı tamam olandan sonra 2009-cu ilin dekabr ayında valideynləri ondan xəbərsiz qeydiyyat şöbəsinə gedib doğum qeydiyyatını aparmışlar, orada da qeydiyyat şöbəsi bildirmişdir ki, yalnız 3 ay müddətinə doğum şəhadətnaməsi yaza bilər. Valideynləri də razılaşıb doğum tarixini 28 sentyabr 2009-cu il tarixə qeyd etdirmişlər, biriki ay sonra Elnurla barışdıqdan sonra, sonuncu həmin doğum şəhadətnaməsini və uşağın doğum barədə tibbi şəhadətnaməsini götürüb qeydiyyat şöbəsinə getmiş, müəyyən vaxtdan sonra əlində yeni doğum şəhadətnaməsi ilə geri qayıtmış, köhnə doğum şəhadətnaməsini ləğv etdirib düzgün olanını aldığını bildirmiş, həmin şəhadətnamədə doğum tarixi tibbi şəhadətnamədə göstərildiyi kimi 24 oktyabr 2007-ci il tarixi, adı soyadı isə X3 yazılmışdır. Bu yaxınlarda sonuncuya şəxsiyyət vəsiqəsi alınarkən köhnə düzgün olmayan qeydiyyatın ləğv olunmadığı məlum olmuşdur.

14. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2, 297.1, 297.1.2-ci maddələrinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.1, 2.2.2-ci maddələrinə istinad olunmuşdur.

15. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri:

17. Cavabdeh məhkəməyə etiraz təqdim edərək, Şamaxı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 28 sentyabr 2009-cu ildə anadan olmuş X9 Şamaxı rayon Quşçu kənd icra nümayəndəliyi tərəfindən 18 dekabr 2009-cu ildə tərtib edilmiş 101 nömrəli doğum haqqında akt qeydi ilkin qeyd olduğu üçün aktın ləğv edilməsi Şamaxı regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərərfindən mümkün olmamışdır.

18. Etiraza qoşma olaraq, 10 nömrəli, 18 dekabr 2009-cu il tarixli doğum haqqında akt qeydi göndərilmişdir. Həmin akt qeydindən görünür ki, X7 cinsi kişidir, 28 sentyabr 2009cu il tarixdə Quşçu kəndində doğulmuşdur, anası X10r, atası haqqında məlumatlar yoxdur.

Tərəflərin iştirakı və izahatları:

19. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir.

20. Cavabdeh orqan məhkəməyə müraciət edərək. məhkəmə proseslərində onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

23. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

24. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. 20 may 2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

27. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

28. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə tərəflərin mövqelərini, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təmin edilməməlidir.

32. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Şamaxı rayon Quşçu İcra nümayəndəliyi tərəfindən 18 dekabr 2009-cu il tarixdə verilmiş 101 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Cavabdeh isə imtina cavabı verərək, Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən mümkün olmadığını bildirərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

34. İş materiallarına əlavə edilmiş Şamaxı rayon Quşçu İcra Nümayəndəliyi tərəfindən verilmiş 18 dekabr 2009-cu il tarixli, 101 saylı doğum haqqında akt qeydindən görünür ki, həmin doğum haqqında qeyd X13 verilmişdir. X18 28 sentyabr 2009-cu il tarixində Şamaxı rayonu, Quşçu kəndində doğulmuşdur.

35. X14 məxsus “Doğum haqqında şəhadətnamə”dən görünür ki, F.Alpaşayev 24 oktyabr 2007-ci il tarixində Qobustan rayonu, Nabur kəndində doğulmuşdur.

36. Elektron məhkəmə informasiya sistemində olan məlumatlara əsasən iddiaçının X26 adlı uşağı yoxdur.

37. Belə ki, iddiaçı iddia ərizəsində qyed etdiyi faktları təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir.

38. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Ölənlər barəsində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr qanunvericiliyə uyğun olaraq varislərin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndələri tərəfindən verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

40. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər.

41. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.

42. Qanunvericiliyin tələbindən də göründüyü kimi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.

43. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia tələbinin əsasları öz təsdiqini tapmadığından, dövlət aktlarındakı məlumatları birbirindən kəskin fərləndiyindən tələb təmin edilməməlidir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

44. Şərh olunanlara və İPM-in 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar