Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-449/2021 30.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxs X12 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “22.06.2013-cü il tarixli, RX saylı ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus 0,11 ha torpaq sahəsinin şərq hissəsinin 0,03 hektarının üzərinə Abşeron rayonu, Novxanı kəndində yerləşən 01.07.2019-cu il tarixli çıxarışa əsasən X10 məxsus olan torpaq sahəsinin sənədi işləndiyindən, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X13 adına keçmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş 09.07.2013-cü il tarixli, 21429 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, Abşeron rayonu, Novxanı kəndində, 0,05 torpaq sahəsinə dair X12 (AZE 17544129, 03/02/2018-Asan-Sumqayıt) adına qeydiyyatdan keçmiş **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışı üzrə verilmiş plan-ölçünün, habelə onun əsasında X8 adına qeydiyyatdan keçmiş 01.07.2019cu il tarixli çıxarış üzrə verilmiş plan-ölçünün etibarsız hesab edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. X21, X22 və X17 iş üzrə icraata üçünçü şəxs kimi cəlb edilmişdirlər. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 22.06.2013-cü il tarixli, RX saylı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.11 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır. İddiaçının qanuni sahibliyində və onun faktiki istifadəsində olmuşdur. Torpaq sahəsinə iddiaçı tərəfindən vaxtaşırı baxış keçirilmiş və sonuncu baxış zamanı iddiaçıya məxsus torpaq sahəsində başqa şəxs tərəfindən fərdi yaşayış evinin inşa olunduğu aşkar olunmuşdur. Dərhal tikintinin dayandırılması tələb edilsə də, buna məhəl qoyulmamışdır. Bununla bağlı, 05.08.2019-cu il tarixdə Abşeron Rayon Polis İdarəsinə müraciət edilmişdir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, tikinti işləri cavabdeh X17 tərəfindən aparılmaqdadır və mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qanunsuz tikilinin sökülməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edilmiş, məhkəmə araşdırmaları gedişində "xxxx" MMC-dən mütəxəssis rəyi alınmış və Abşeron rayonu, Novxanı kəndində yerləşən 22.06.2013-cü il tarixli, RX saylı ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus 0,11 ha torpaq sahəsinin şərq hissəsinin 0,03 hektarının üzərinə Abşeron rayonu, Novxanı kəndində yerləşən 01.07.2019-cu il tarixli çıxarışa əsasən X10 məxsus olan torpaq sahəsinin sənədi işləndiyindən üst-üstə düşməsi müəyyən edilmişdir. Qeyd olunan mütəxəssis rəyi alındıqdan sonra müvafiq plan-ölçünün etbarsız hesab edilməsi ilə məhkəməyə müraciət etmək zərurəti yayandığından Abşeron Rayon Məhkəməsində baxılan işin baxılmamış saxlanılması və iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə müraciət olunmuş, məhkəmənin 22.09.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Eyni zamanda, 09.09.2020-ci il tarixdə cavabdeh inzibati orqana vəkil sorğusu göndərilərək X10 daşınmaz əmlakın dövlət reyestrindən 01.09.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas onunla X22 arasında bağlanmış 22 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi olması bildirilmiş, buna görə də hazırda X18 verilmiş **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin əldə edilməsinə zərurət yaranması bildirilərək, Abşeron rayonu, Novxanı kəndində, 0,05 torpaq sahəsinə dair X12 (AZE 17544129, 03/02/2018-Asan-Sumqayıt) adına qeydiyyatdan keçmiş **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlər barədə məlumatın (sənədlərin surətinin) vəkilə təqdim edilməsini təmin edilməsi xahiş olunmuşdur. Vəkil sorğusuna verilmiş 21.09.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20.11.2013-cü il tarixdə **********72 (qeydiyyat nömrəsi:**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. (Abşeron Rayon Novxanı Kənd XDS İcraiyyə Komitəsinin 28.06.1991 -ci il tarixli, 20.2 nömrəli qərarından çıxarışa Keçmiş DTXK-nm Abşeron rayon şöbəsinin 09.07.2013-cü il tarixli, 21429 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18.06.2012-ci il tarixli, 2(85)-365/2012 saylı qərarına əsasən). X6 həmin torpaq sahəsinin 0,09 hissəsini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş 17.12.2013-cü il tarixli, 4Ə/5730 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3. Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0,09 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X12 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23.12.2013-cü il tarixdə **********90 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Lakin, X22 həmin torpaq sahəsinin 0,03 ha hissəsini 1 saylı Sumqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş 18.08.2014-cü il tarixli, 4Ə-3449 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X1. Yerdə qalan 0,06 ha torpaq sahəsinə **********94 (0.05 ha) və **********93 (0.01 ha) reyestr nömrəli çıxarışlar verilmişdir. Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərinə X12 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 30.08.2014-cü il tarixdə **********94 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X7 həmin torpaq sahəsini 1 saylı Sumqayıt “Asan xidmət” mərkəzinin notariat kontorunda təsdiq edilmiş 22.06.2019-cu il tarixli, 4Ə-1769 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2. Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X8 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 01.07.2019-cu il tarixdə **********9 (qeydiyyat nömrəsi: **********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, hazırda X8 adına olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin plan-ölçüsü düzgün tərtib olunmamışdır. Həmin plan-ölçünün verilməsinə əsas isə X13 adına tərtib edilmiş DTXK-nm Abşeron rayon şöbəsinin 09.07.2013-cü il tarixli, 21429 nömrəli Torpaq sahəsinin planı və ölçüsü olmuşdur. Ona görə də həmin planölçü iddiaçının hüquqlarına toxunan hissədə etibarsız hesab edilmişdir. Bundan əlavə, iddiaçının adına həmin yerə verilmiş çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı göstərilmişdir. Həmin ərazidə bütün torpaq sahələri kənd təsərrüfatı təyinatlıdır və əkin üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hazırda ləğv edilmiş X16 Komitəsinin hüquqi varisidir. Belə ki, DTXK-nın Abşeron rayon şöbəsinin 09.07.2013-cü il tarixli, 21429 nömrəli Torpaq sahəsinin planı və ölçüsü iddiaçının hüquqlarının pozulmaqla tərtib edildiyi üçün etibarsız hesab edilməlidir. Vəkil sorğusuna verilmiş 21.09.2020-ci il tarixli cavab məktubdan da göründüyü kimi, bildirilmişdir ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 20.11.2013-cü il tarixdə qeydiyyata aılnmasına əsas olmuş sənəd Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18.06.2012-ci il tarixli, 2(85)- 365/2012 saylı qərarı olmuşdur Keçmiş DTXK-nm Abşeron rayon şöbəsi tərəfindən həmin qərar əsasında 09.07.2013-cü il tarixli, 21429 nömrəli Torpaq sahəsinin planı və ölçüsünü tərtib edilməsi tamamilə qanunsuz və əsassız olmuşdur. Buna görə də həmin hərəkətlərə hüquqi qiymət verilməsinə zərurət yaranmışdır. İddiaçı tərəfindən cavabdeh inzibati orqana 14 sentyabr 2020-ci il tarixdə 412 saylı ərizə ünvanlanaraq Abşeron rayonu, Novxanı kəndində yerləşən 22.06.2013-cü il tarixli, RX saylı ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus 0,11 ha torpaq sahəsinin şərq hissəsinin 0,03 hektarının üzərinə Abşeron rayonu, Novxanı kəndində yerləşən 01.07.2019-cu il tarixli çıxarışa əsasən X10 məxsus olan torpaq sahəsinin sənədi işləndiyindən, Abşeron rayonu, Novxanı kəndində, 0,05 torpaq sahəsinə dair X12 (AZE 17544129, 03/02/2018-Asan-Sumqayıt) adına qeydiyyatdan keçmiş **********94 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışı üzrə verilmiş plan-ölçünün, habelə onun əsasında X8 adma qeydiyyatdan keçmiş 01.07.2019-cu il tarixli çıxarış üzrə verilmiş planölçünün etibarsız hesab edilməsi xahiş edilmiş, lakin cavabdeh inzibati orqan tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə məsələyə münasibət bildirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi nüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə hərəkətlərinə) də şamil olunur. Normanın məzmunundan görünür ki, inzibati orqanlar təkcə inzibati aktlar qəbul etmirlər, onlar fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli fəaliyyəti hərəkətləri) də icra edirlər. İnzibati orqanın faktiki xarakterli hərəkəti maraqlı şəxsin hüquqlarına müdaxilə etdikdə və bunun üçün hüquqi əsas olmadıqda da həmin hərəkət qüsurlu olur. Bu qənaət "İnzibati icraat haqqında” Qanunun inzibati orqanların faktiki xarakterli fəaliyyətinə də şamil olunan və təkcə formal-hüquqi deyil, həmçinin maddi-hüquqi tələbləri də əks etdirən 10- 19-cu maddələrindən irəli gəlir. Nəzərə alınsa ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur, deməli maraqlı şəxs "İnzibati icraat haqqında” Qanunun 65.3-cü maddəsinə əsasən, həmin qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati orqan tərəfindən verilmiş sənədlərin etibarsız olduğunu təsdiq etməyi həmin orqandan tələb edə bilər. Onun tələbi təmin olunmadıqda isə, həmin inzibati orqana qarşı müəyyənetmə, yaxud öhdəliyin icrası inzibati fəaliyyətin nəticəsini əks etdirən, lakin inzibati akt hesab edilməyən sənədin etibarsız olduğunu təsdiq etmək öhdəliyi) haqqında iddia qaldıra bilər. “İnzibati icraat haqqında” Qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaya etiraz edərək qeyd etmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində 0.11 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilməsi barədə 19.11.2020-ci il tarixdə iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirirlər ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində iddiaçının mülkiyyətində olan 0.11 ha torpaq sahəsinin 22.06.2013-cü il tarixli, **********79 reyestr nömrəli “torpaq sahəsinin planı və ölçüsü”ndəki döngə nöqtələrinin koordinatları GPS mövqetəvinetmə cihazı vasitəsilə naturada təyin olunmuşdur. Eyni zamanda bildirirlər ki, ərazidə ümumi DWG uyqunsuzluqu mövcuddur. Belə ki. **********79 reyestr nömrəli çıxarışa əsasən X5 xüsusi mülkiyyətində olan 0.11 ha torpaq sahəsinin 0.0590 ha hissəsi üzərində faktiki olaraq X17 tərəfindən mişar daşla hasara alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsi sənəd üzrə 0.0310 kv.m hissədə **********94 reyestr nörməli çıxarışa əsasən X8 xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. X10 daşınmaz əmlakın dövlət reyestrindən **********94 reyestr nömrəli çıxarışın verilməsinə əsas onunla X22 arasında bağlanmış 22.06.2019-cu il tarixli alğı-satqı müqaviləsi olmuşdur. Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən 0,12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X13 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **********72 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məlumat üçün bildirirlər ki, Abşeron rayon Novxanı Kənd XDS İcraiyyə Komitəsinin 28.06.1991-ci il tarixli qərarına və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-365/2012 saylı, 18.06.2012-ci il tarixli qərarına əsasən X13 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2(85)-365/2012 saylı, 18.06.2012-ci il tarixli Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin qərarına (hakim-Zaur Pirverdiyev) əsasən X20 Sovetinin İcraiyyə Komitəsinin 28.06.1991-ci il tarixli, 202 saylı qərarı ilə X13 adına Novxanı kəndi ərazisində kənd təsərrüfatına yararsız sahədən ev tikmək məqsədilə ayrılmış 0,12 ha torpaq sahəsinin yerində X19 tanıdılması öhdəliyi AR DTXK-nin Abşeron rayon şöbəsinin və Abşeron Rayon İcra Hakimiyyətinin Novxanı kəndi üzrə İcra nümayəndəliyinin üzərinə qoyulması qət olunmuşdur. Hesab edirlər ki, iddiaçı tərəflərindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması iddia olunan torpaq sahələri artıq başqa fiziki şəxsin xüsusi mülkiyyətində olduğundan, iddiaçının faktiki istifadəsində olan torpaq sahələrinə dair sənədlərlə olan ölçülərlə, GPS mövqetəyinetmə cihazı vasitəsi ilə müəyyən edilmiş ölçülər arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçı tərəfindən hərhansı mötəbər sübut işə əlavə edilməmiş və iddia ərizəsinə əsasən tərəflərindən iddiaçının qanunla qorunan hüquqlarını pozulması hər-hansı formada əsaslandırılmamışdır. İddiaçının hazırki tələbinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə müvafiq olaraq, Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu -addəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ənzəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111 -ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyəned məsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi :arədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət :eydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1 -ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Qeyd edilənlərə əsasən iddianın rəd edilməsini xahiş edirlər. Cavabdehin nümayəndəsi hazırlıq iclaslarında iştirak etsədə şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X22 (eyni zamanda üçüncü şəxs X14 nümayəndəsi) iştirak etmiş və bildirmişdir ki, məhkəmə qərarı əsasında torpağın yeri müəyyən olunub. Topraq sahəsi 4 yerə bölünüb satılıb. İddiaçının öz qohumu torpaq sahəsinin şimal hissəsində ev tikib. Cavid Salahov torpağı alanda DƏDRX əməkdaşı gəlib, koordinatları göstərib. İddianı əsassız hesab edir və rədd olunmasını məhkəmədən xahiş edir. Üçüncü şəxs X17 məhkəmə iclasında iştirak etməmiş, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir ki, Elektron kadastr məlumat bazasında 22.06.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının 01.07.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış X8 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, çıxarışda göstərilən yaşayışməntəqələrini torpaqları daxilində 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə 0,0313 ha hissəsi üst-üstə düşür. Elektron kadastr məlumat bazasında 22.06.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə 01.07.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış X8 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, çıxarışda göstərilən yaşayış məntəqələrini torpaqları daxilində 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları şərq istiqamətində üst-üstə düşür. Qeyd: Dövlət Aktına əsasən İddiaçı adına 22.06.2013-cü il tarixdə **********79 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.11 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı topraqlarda tikililər tikilmiş bu səbəbdən naturada uyğunsuzluqlar mövcuddur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iradəsi onun mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən digər plan-ölçü sənədlərinin qanunsuz olduğunun müəyyən olunmasına və ləğv edilməsinə yönəlmişdir, hansıkı bütün bunlar cavabdeh inzibati orqanın (eyni zamanda cavabdeh inzibati orqanın hüquqi varisi olduğu ləğv edilmiş səlahiyyətli orqanın) faktiki xarakterli hərəkətləri nəticəsində yaranmışdır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə əsaslıdır. Beləki iddiaçının Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, müvafiq sənədlər verilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırda iddiaçı ilə üçüncü şəxslər arasında istifadə olunan torpaq sahələrinin yerləşməsi ilə bağlı mülki mübahisə vardır. Həmin mübahisələrin nəticəsində iddiaçı inzibati orqanların qanunsuz hərəkətləri ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslı olmasının səbəbi isə cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsinə təkrar digər şəxslərə mülkiyyət sənədinin verilməsi ilə bağlıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 22.06.2013-cü il tarixli dövlət reyestrindən çıxarışa və bu çıxarış əsasında işlənmiş plan-ölçü sənədinə əsasən Abşeron rayon, Novxanı kəndi ərazisində yerləşən 0.11 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Həmin sənədlər qüvvədə olduğu halda, cavabdeh inzibati orqan və həmin orqanın hüququi varisi olduğu DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən iddiaçının dövlət qeydiyyatına alınmış torpaq sahəsinin 0,0313 ha hissəsinə dair digər şəxslərin adına mülkiyyət sənədləri verilmişdir. Bu cavabdeh inzibati orqanın iddiaya münasibətindəndə görsənir, eyni zamanda bununla bağlı səlahiyyətli orqandan mütəxəssis rəyi alınaraq, qeyd edilən hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Beləki Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Elektron kadastr məlumat bazasında 22.06.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, çıxarışda göstərilən kənd təsərrüfatı təyinatlı 0,11 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının 01.07.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış X8 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndində yerləşən, çıxarışda göstərilən yaşayışməntəqələrini torpaqları daxilində 0,05 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə 0,0313 ha hissəsi üst-üstə düşür. Göründüyü kimi mübahisəli torpaq sahəsinin 0,0313 ha hissəsinə iddiaçı və üçüncü şəxsə mülkiyyət sənədləri verilmişdir. İş materiallarından görsənir ki, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.12 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi üzərində X13 adına keçmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş 09.07.2013-cü il tarixli, 21429 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmiş, bunun əsasında X13 mülkiyyət hüququ qeydə alınmış, həmin sənəd üzrə torpaq sahəsi müxtəlif şəxslərin adına özgəninkiləşdirilmiş, o cümlədən Abşeron rayonu, Novxanı kəndində, 0,05 torpaq sahəsi X12 adına qeydiyyatdan keçmiş və hazırda həmin torpaq sahəsi X8 mülkiyyəti kimi qeydə alınmışdır, hansıkı həmin torpaq sahəsinin 0,0313 ha hissəsinə iddiaçının mülkiyyət hüququnu müəyyən edən sənədlər qüvvədədir. Bu isə qanunvericiliyin tələblərinə ziddir və cavabdeh orqanın qanunsuz hərəkəti nəticəsində yaranmışdır və cavabdeh inzibati orqan daşınmaz əmlakın dövlət qeydiyyatının həqiqiliyinə və düzgünlüyünə cavabdeh olduğu halda, eyni torpaq sahəsinə iki mülkiyyət sənədi verərək hazırkı mübahisənin yaranmasına səbəb olmuşdur. Eyni torpaq sahəsinə bir şəxsin mülkyyət hüququları ləğv edilməmiş həmin torpaq sahəsinə digər şəxsin mülkyyət hüquqlarının qeydə alınması isə yolverilməzdir. İddiaçı üçüncü şəxslərə aid mülkiyyət sənədlərini yox, torpaq sahəsinin harda yerləşməsini müəyyən edən plan-ölçü sənədlərini mübahisələndirir. Məhkəmə araşdırması zamanıda müəyyən olundu ki, yaramış mübahisələrin əsasını əlverişli torpaq sahəsindən istifadə edilməsi təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının digər şəxslərlə yaranmış mübahisəsinin bir hissəsi olaraq, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququ qüvvədə olduğu halda, onun müəyyən hissəsinə digər şəxsində mülkiyyət hüququnun qeydə alınması qanunvericiliyin tələblərinə ziddir və iddiaçının mülkiyyət sənədinin üçüncü şəxslərlə ust-üstə düşən hissəsində iddia tələbi əsaslıdır. Cavabdeh inzibati orqanın iddiaçının adına mülkiyyət sənədi olduğu halda, digər şəxsində eyni torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatını aparması ilə bağlı əsas dəlili müvafiq məhkəmə qərarına istinad etməsidir. Cavabdeh Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2(85)-365/2012 saylı, 18 iyun 2012-ci il tarixli Qərarına istinad edir. Qeyd edilən məhkəmə qərarı ilə X20 Sovetinin İcraiyyə Komitəsinin 28 iyun 1991-ci il tarixli, 202 saylı qərarı ilə X13 adına Novxanı kəndi ərazisində kənd təsərrüfatına yararsız sahədən ev tikmək məqsədilə ayrılmış 0.12 ha torpaq sahəsinin yerində X19 tanıdılması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin və Abşeron rayon İcra Hakimiyyətinin Novxanı kəndi üzrə İcra Nümayəndəliyinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə qərarında qeyd edilmişdir ki, Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Novxanı xalq deputatlar Sovetinin İcraiyyə Komitəsinin 28 iyun 1991-ci il tarixli, 202 saylı qərarı ilə Novxan kəndində ev tikmək məqsədilə iddiaçıya 0,12 ha torpaq sahəsi ayrılmışdır. Eyni zamanda X20 Sovetinin İcraiyyə Komitəsinin 15 iyun 1993-cü il tarixli, 03 saylı qərarı ilə də X15 Novxanı kəndi ərazisindən fərdi mənzi tikdirmək üçün 0,12 ha torpaq sahəsi ayrılmış və X11 adına Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli, 28 nömrəli qərar ilə verilmiş Kod 30800118, JN-1165A, 13 yanvar 2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə həmin torpaq sahəsi üzərində mülkiyyə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı X4 Rafiq Qulam oğluna qarşı torpaq və ev üzərində mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin ləğvi, torpaq sahəsi və ev üzərində mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş və Abşeron rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli, 2(012)-114/2010 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi rədd edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qətnamələri ilə Abşeron rayon məhkəməsinin 22 fevral 2010-cu il tarixli, 2(012)-114/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələrinə əsasən iddiaçıya məxsus torpaq sahəsinin olmaması müəyyən olunmamış, həmin torpaq sahəsinin sərhədlərinin, naturada dəqiq yerini müəyyən etmək mümkün olmadığı və iddiaçıya ayrılmış torpaq sahəsinin X15 məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi və ayrı torpaq sahəsi olduğu müəyyən edilmişdir. Bundan başqa, qeyd edilən qətnamələrdə iddiaçıya torpaq sahəsinin ayrılması barədə sənədlərə münasibət bildirilməmiş və həmin sənədlərin həqiqətə uyğun olmaması müəyyən olunmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə X20 Sovetinin İcraiyyə Komitəsinin 28 iyun 1991-ci il tarixli, 202 saylı qərarının həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən həmin akt mötəbər hesab olunur. Göründüyü kimi həmin məhkəmə qərarı ilə X20 Sovetinin İcraiyyə Komitəsinin 28 iyun 1991-ci il tarixli, 202 saylı qərarı ilə X13 adına Novxanı kəndi ərazisində kənd təsərrüfatına yararsız sahədən ev tikmək məqsədilə ayrılmış 0.12 ha torpaq sahəsinin qanuni olması müəyyən edilmiş, lakin həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi və iddiaçının sənədinin əsassız olması müəyyən olunmamışdır. Bu halda iddiaçıya aid qeydiyyat sənədləri ləğv edilmədiyi halda, müvafiq məhkəmə qərarına istinad edilərək inzibati orqan tərəfindən qanunsuz hərəkətlər edilmiş, iddiaçının mülkiyyət sənədində qeyd edilmiş koordinatların müəyyən hissəsi ilə üst-üstə düşən ikinci qeydiyyat aparılmışdır. Məhkəmə bir məqamada münasibət bildirməyi vacib sayır. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinin qeyd hissəsində qeyd edilmişdir ki, Dövlət Aktına əsasən İddiaçı adına 22.06.2013-cü il tarixdə **********79 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndində yerləşən xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0.11 ha torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu Novxanı kəndi “Novxanı” üzümçülük təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı topraqlarda tikililər tikilmiş bu səbəbdən naturada uyğunsuzluqlar mövcuddur. Məhkəmə bununla bağlı qeyd edir ki, məhkəmə iddia tələbi həcmində işə baxır və istənilən halda eyni torpaq sahəsinə iki mülkiyyət sənədinin verilməsi yolverilməzdir. İlkin verilən sənəd qanunsuz olsa belə, həmin sənəd ləğv edilməmiş, torpaq sahəsinə ikinci sənədin verilməsi qanunsuz hesab olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Cavabdeh inzibati orqan qanunvericiliyə uyğun olmayan qeydiyyat apararaq iddiaçının yuxarıda qeyd olunan hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X13 adına keçmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş 09.07.2013-cü il tarixli, 21429 nömrəli torpaq sahəsinin planı və ölçü sənədi, onun əsasında Abşeron rayonu, Novxanı kəndində, 0,05 torpaq sahəsinə dair X12 adına qeydiyyata alınmış çıxarışı üzrə verilmiş plan-ölçü sənədi, habelə onun əsasında X8 adına qeydiyyata alınmış 01.07.2019cu il tarixli çıxarış üzrə verilmiş plan-ölçü sənədləri, 22.06.2013-cü il tarixdə, ********** nömrə ilə dövlət reyestrində qeydiyyata alınmış İddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,11 ha torpaq sahəsinin plan və ölçüsü ilə üst-üstə düşən 0,0313 ha hissədə etibarsız hesab edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi üzərində X13 adına keçmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş 09.07.2013-cü il tarixli, 21429 nömrəli torpaq sahəsinin planı və ölçü sənədi, onun əsasında Abşeron rayonu, Novxanı kəndində, 0,05 torpaq sahəsinə dair X12 adına qeydiyyata alınmış çıxarışı üzrə verilmiş plan-ölçü sənədi, habelə onun əsasında X8 adına qeydiyyata alınmış 01.07.2019-cu il tarixli çıxarış üzrə verilmiş plan-ölçü sənədləri, 22.06.2013-cü il tarixdə, ********** nömrə ilə dövlət reyestrində qeydiyyata alınmış İddiaçı Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,11 ha torpaq sahəsinin plan və ölçüsü ilə üst-üstə düşən 0,0313 ha hissədə etibarsız hesab edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-449/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-449/2021
30.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver