Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-45/2021 31.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X26 Ramiz qızının katibliyi, İddiaçı X15 (Sayber Net şirkətində inzibatçı işləyən, Bakı şəhəri, Əliyar Əliyev küçəsi, ev 25, mənzil 36-da yaşayan) Cavabdehin nümayəndəsi X16 (Siyəzən rayon Həmyə bələdiyyəsinin sədri işləyən, Siyəzən rayonu Böyük Həmyə kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən rayon Həmyə bələdiyyəsinə qarşı torpaq sahəsinin əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Siyəzən rayon Həmyə bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Siyəzən rayon Həmyə bələdiyyəsi üzərinə həmin bələdiyyənin Siyəzən rayon Sədan bələdiyyəsinə məxsus torpaq sahələri ilə sərhəd ərazidə yerləşən, həmçinin Siyəzən-Məşrif (Qala-Altı) yoluna bitişik olan “Bəyliyin düzü “adlanan bələdiyyənin ehtiyat fondu torpaqlarından, yuxarıdakı alqı-satqı müqavilələrində göstərilən miqdarda torpaq sahəsinin əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 avqust 2017-ci il tarixdə 4Ə-2937 reyestr nömrəli notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Siyəzən rayonu Kiçik Həmyə kənd sakini X23 və onun ailə üzvlərinə torpaq islahatı zamanı pay torpağı kimi verilmiş 2,1058 ha torpaq sahəsini; 07 sentyabr 2017-ci il tarixli AN-1 N ******* reyestr nömrəli notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Siyəzən rayonu Kiçik Həmyə kənd sakini X1 və onun ailə üzvlərinə torpaq islahatı zamanı pay torpağı kimi verilmiş 0,0767 ha torpaq sahəsini; 13 sentyabr 2017-ci il tarixli 4Ə-186 reyestr nömrəli notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Siyəzən rayonu Kiçik Həmyə kənd sakini X24 və onun ailə üzvlərinə torpaq islahatı zamanı pay torpağı kimi verilmiş 0,7019 ha torpaq sahəsini; 16 oktyabr 2017-ci il tarixli 4Ə-268 reyestr nömrəli notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi əsasında Siyəzən rayonu Kiçik Həmyə kənd sakini X29 və onun ailə üzvlərinə torpaq islahatı zamanı pay torpağı kimi verilmiş 3,8606 ha torpaq sahəsini; 31 may 2019-cu il tarixli AN-1 N ******* reyestr nömrəli notariat qaydasında təsdiq olunmuş alqısatqı müqaviləsi əsasında Siyəzən rayonu Kiçik Həmyə kənd sakini X30 və onun ailə üzvlərinə torpaq islahatı zamanı pay torpağı kimi verilmiş 0,3986 ha torpaq sahəsini almışdır. Bundan sonra iddiaçı əldə etdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması və plan və ölçü sənədinin verilməsi məqsədi ilə DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin ona cavab olaraq bildirilmişdir ki, elektron baza məlumatlarına görə iddiaçının əldə etdiyi torpaq sahələri digər torpaq sahələri ilə üst-üstə düşür. Həmin ərazidə torpaq islahatı aparılarkən 5.0 hektara qədər torpaq sahəsi həm Sədan kəndinə, həm də Kiçik Həmyə kəndinə eid edilmiş yerquruluşu layihəsində qeyd edilmiş və həmin ərazi iki kəndin vətəndaşlarına pay torpaq sahəsi kimi verilmişdir. Bununla bağlı iddiaçı cavabdeh Siyəzən rayon Həmyə bələdiyyəsinə müraciət edərək həmin torpaq sahələrinin əvəzində ona əvəzsiz olaraq başqa ərazidən torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Lakin cavabdeh cavabında bildirmişdir ki, torpaq sahələri bələdiyyə tərəfindən yalnız açıq hərrac və ya müsabiqələr vasitəsilə satıla bildiyini və bu səbəbdən hər hansı qərar qıbul edə bilmədiyini bildirmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X31 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Siyəzən rayon Həmyə bələdiyyəsinin sədri X32 iddianı qəbul etdi və bildirdi ki, 1996-cı ildə ölkədə aparılan torpaq islahatı aparılarkən Qalaaltıya gedərkən Məşrif-Qalaaltı yolunun sağ tərəfində yerləşən eyni torpaq sahəsi iki kəndin, yəni sadan və Kiçik Həmyə kənd sakinlərinə pay torpağı kimi verilmişdir. Həmin ləndlər ayrı-ayrı bələdiyyələrin ərazilərin inzibati ərazilərinə aiddir. Hər iki kənd sakinlərinə mülkiyyət hüququnu tədiq edən müvafiq sənədlər, yəni dövlət aktları verildiyi üçün həmin ərazi uzun illər ərzində mübahisə predmetinə çevrilmişdir. Vətəndaşların şikayətləri müxtəlif orqanlar, o cümlədən Siyəzən rayon İcra Hakimiyyəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və s.) tərəfindən araşdırılmışdır. Məsələnin həlli yolu kimi razılığa gəlinmişdir ki, mübahiəsli ərazi şikayətçi olan tərəflərdən birinə, digər şikayətçi tərəfə isə yaxınlıqda yerləşən bələdiyyənin ehtiyat fondu torpaqlarından verilsin. Mübahisənin həlli naminə bələdiyyə üzvləri bələdiyyənin istifadəsiz qalmış ehtiyat fondu torpaqlarından İddiaçı verilməsinə razılıq verirlər. İş materiallarına əlavə edilmiş : - MH ******* seriyalı reyestrdən çıxarışdan görünür ki, Siyəzən rayon Həmyə kəndində 2.1058 ha torpaq sahəsi X17, X4, X7 X39 oğlunun,X8, X14 mülkiyyətindədir. - -0637685 seriyalı 13.09.2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin predmeti satıcılar X33 və X18 ilə alıcı İddiaçı arasında 1.64 ha torpaq sahəsinin satılması barədədir. - -JN-0041 KOD 30502028 seriyalı torpağa mülkiyyət hüquna dair dövlət aktından görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının 28 iyul 200-ci il tarixli 12 saylı qərarı ilə X34 və X11 1.64 ha torpaq sahəsi ayrılmışdır. - - AN-İ -№ ******* seriyalı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə predmeti satıcılar X2, X6, Tarıverdiyev Eltac Pirverdi oğlunun, X3 və X19 alıcı İddiaçı ümüumi sahəsi 0,767 ha torpaq sahəsinin satılması barədədir. -Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 14 may 2019-cu il tarixli 01/23-08- 1302 nömrəli məktubundan görünür ki, Siyəzən rayonunda torpaq islahatı aparılan zaman bölgü xəritəsində texniki səhv olaraq eyni torpaq sahəsinin həm Balaca Həmyə, həm də Sədan kəndlərinin inzibati ərazisinə aid edilməsi, hazırda həmin torpaq sahəsindən Sədan kənd sakinlərinin istifadə etməsi və Balaca Həmyə kəndinin sakinlərinə bunun qarşılığında bələdiyyənin ehtiyat fondundan müvafiq torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə, bəzi direktiv orqanlara, o cümlədən Kənd Təsərrüfatı Nazirliyinə ünvanladığınız kollektiv ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 2-ci hissəsinə əsasən “Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır”. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatı Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları tərəfindən aparılmışdır.Torpaq islahatının aparılması üçün kompleks yerquruluşu layihələri (Baş sxem) və bölgü layihələri keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə nstitutu tərəfindən hazırlanmış və müvafiq rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilmişdir. Bu qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə həmin vaxtlar Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "ormativ-hüquqi aktlara əsasən torpaq paylarının sərhədlərinin yerə köçürülməsi və islahatla slaqədar problemlərin həyata keçirilməsinə dövlət nəzarəti də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutunun səlahiyyətlərinə aid edilmişdir.Azərbaycan Respublikası Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanı ə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildikdən sonra analoji məsələlərin yerinə yetirilməsi “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiqlənən “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.6-cı yarımbəndinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə köməklik göstərmək” yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aiddir. -AN-İ № ******* seriyalı alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilənin premdeti satıcılar X25, X20 və digərlırinin mülkiyyətində olan ümumi sahəsi 3.8606 ha olan torpaq sahəsinin alıcı İddiaçı satılması barədədir. - - DƏDRX 2 saylı Sumqayıt Ərazi İdarəsinin məktubundan görünür ki, xidməti istifadəsində olan elektron kadastr baza məlumatları araşdırılarkən sözügedən torpaq sahəsinin üzərində hüquqlar qeydiyyata alınmış digər torpaq sahəsi ilə üst-üstə düşdüyü aşkar olunmuşdur. Həmin ərazilərdə torpaq islahatı aparılarkən 5,0 hektara qədər torpaq sahəsi həm Sədan kəndinə, həm də Kiçik Həmyə kəndinə aid tərtib edilmiş yerquruluşu layihəsində (Baş sxemdə) qeyd edilmiş və həmin ərazi hər iki kəndin vətəndaşlarına pay torpaq sahəsi kimi verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli barədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilərlər. İş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin iştirakı ilə verilmiş məhkəmə-tikinti-texniki ekspertizasının 10/1144 saylı 01.04.2021-ci il tarixli rəyindən görünür ki, mübahisə predmeti olan torpaq sahələri Sədan və Kiçik Həmyə kəndlərinin vətəndaşlarına aqrar islahat komissiyasının qərarı ilə torpaq payı olaraq mülkiyyətə verilmişdir. Vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən mübahisə predmeti olan JN-40 saylı dövlət aktının 40 C, JN-41 saylı dövlət aktının 41 C, JN-42 saylı dövlət aknının 42 V və JN-4 saylı dövlət aktının 4D hissələrinə əsasən verilmiş torpaq sahələri Siyəzən rayonunun Kiçik Həmyə kənd ərazi vahidinin torpaqlarına aiddir. JN-40 saylı Dövlət aktının 40C hissəsinə əsasən verilmiş 2.11 ha torpaq sahəsi bütövlükdə, JN-41 saylı dövlət aktının 41C hissəsinə əsasən verilmiş 0.70 ha torpaq sahəsi bütövlükdə, JN-42 saylı dövlət aktının 42C hissəsinə əsasən verilmiş 0.40 ha torpaq saəhsi bütövlükdə və JN-4 saylı dövlət aktının 4D hissəsinə əsasən verilmiş 0.08 ha torpaq sahəsinin isə 0.0067 ha hissəsi Sədan kəmdinin paylı mülkiyyətçilərinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 59-cu maddəsinin 1-ci bəndində göstərilir ki, yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər «Torpaq islahatı haqqında» Qanunun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Göstərilən Qanunun 11-ci maddəsinə görə sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Qeyd olunan normaların məzmunundan aydın olduğu kimi aqrar islahatı zamanı vətəndaşlara dövlət mülkiyyətində olan torpaqların pay torpaqları kimi ayrılması nəzərdə tutulmuşdur. Həmin Qanunla bələdiyyənin üzərinə hər hansı vəzifə, o cümlədən bələdiyyə torpaqlarından vətəndaşlara pay torpaq ayrılması kimi vəzifə qoyulmamışdır. Məhkəmə qeyd edir ki, bələdiyyə tərəfindən torpaqların özgəninkiləşdirilməsi müqavilə (bələdiyyənin qərarı) əsasında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə qeyd edir ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istfiadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Məhkəmə hesab edir ki, hazırki iş bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya əvəzsiz vermək öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilməsi və vətəndaşa bələdiyyənin mülkiyyətində olan torpağın ayrılmasına dair tələbin təmin olunması üçün hüquqi əsas mövcud deyildir. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Siyəzən rayon Həmyə bələdiyyəsinə qarşı torpaq sahəsinin əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, iş üzrə mütəxəssisi rəyinin verilməsi üşün tələb olunan 79,44 manat “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin “xxxx” ASC-nin Xətai filialındakı VÖEN**********, müxbir hesab AZ37NABZ******************** SWİFT kod AllBAZ2X AZ23AllB**********3701778 saylı hesaba və ekspertizanın keçirilməsinə sərf edilmiş 50 (əlli) manat pul vəsaiti iddiaçıdan tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X13, KOD 210005,VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Siyəzən rayon Həmyə bələdiyyəsinə qarşı torpaq sahəsinin əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı 79,44 manat tutularaq “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi”nin “xxxx” ASC-nin Xətai filialındakı VÖEN**********, müxbir hesab AZ37NABZ******************** SWİFT kod AllBAZ2X AZ23AllB**********3701778 saylı hesaba və ekspertizanın keçirilməsinə sərf edilmiş 50 (əlli) manat pul vəsaiti iddiaçıdan tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X13, KOD 210005,VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba və 50 manat ekspertiza xərcləri tutularaq Az.MEM, VÖEN**********, X13, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-45/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-45/2021
31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver