Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-450/2020 18.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçıCavabdehnə qarşı “Cavabdeh 12.11.2019-cu il tarixli, 32 nömrəli İİ qərarının ləğv edilməsi” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Xaçmaz rayon Müqtədir Bələdiyyəsinin 14 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ilə fərdi istirahət düşərgəsinin tikintisi məqsədi ilə ona Müqtədir kəndi ərazisindən 5,0 ha torpaq sahəsinin satılması qərara alınmış, həmin qərar əsasında onun, Müqtədir Bələdiyyəsinin sədri M.Şixkərimovun və DT və XK Xaçmaz rayon Şöbəsinin müdiri A.Tağıyevin iştirakı ilə 22 sentyabr 2004-cü il tarixli torpaqların alqı-satqısına dair akt tərtib olunaraq, onun tərəfindən imzalanmaqla, bələdiyyənin , həm də Xaçmaz rayon Torpaq Şöbəsinin möhürləri ilə təsdiq edilmişdir. Həmin alqı-satqı aktı DT və XK Xaçmaz rayon Şöbəsində 22.09.2004-cü il tarixdə 171 saylı qeydə alınmışdır. Bələdiyyə tərəfindən ona satılmış 5,0 ha torpaq sahəsinə görə onuntərəfindən X1 hesabına 22 sentyabr 2004-cü il tarixdə 17 nömrəli mədaxil qəbzə əsasən 13873321 ( on üç milyon səkkiz yüz yetmiş üç min üç yüz iyirmi bir ) manat pul köçürülmüşdür. Bələdiyyədən satın aldığı 5,0 ha torpaq sahəsinə 04 oktyabr 2004–cü il tarixdə DT və XK Xaçmaz rayon Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitu tərəfindən mülkiyyət hüququnu təsdiq edən JN: 0010 Kod 30203018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmiş, həmin sənəd Xaçmaz rayon X2 Aktı qeydiyyat kitabında 20 oktyabr 2004–cü il tarixdə 204 nömrə ilə qeydiyyata alınmışdır. 29 noyabr 2019–cu il tarixdə onun ünvanına Xaçmaz rayonu İstisu Bələdiyyəsinin 12 noyabr 2019-cu il tarixli 32 nömrəli İİ qərarı daxil olmuşdur. Həmin qərarda göstərilmişdir ki, Xaçmaz rayonu Müqtədir Bələdiyyəsinin 14 sentyabr 2004–cü il tarixli 10 saylı qərarı ilə fərdi istirahət düşərəgəsinin tikintisi məqsədi ilə Müqtədir kəndi ərazisindən Xaçmaz şəhər sakini Balabəyova Südabə Mövlud qızının mülkiyyətinə 5 ha torpaq sahəsi satılmış və həmin torpağın mülkiyyət hüququna dair 20.10.2004-cü il tarixli, JN: 0010 Kod 30203018 Dövlət Aktı verilmişdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən inzibati nəzarət icraatı qaydasında bələdiyyənin həmin qərarın öyrənilməsi zamanı qeyd olunan torpaq sahəsi vətəndaşın mülkiyyətinə satılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmadığı, qərarın 14.09.2004–cü il tarixdə verilməsinə bamayaraq torpağın dəyərinin 22.09.2004-cü il tarixdə ödənildiyi, o cümlədən keçmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinin rəyində sözügedən torpaq sahəsinin əkin torpaqlarına aid olduğu, təyinatı üzrə istifadə edilmədiyi, 15 il ərzində həmin torpaq sahəsinin istifadəsiz qaldığı müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən İddiaçı həmin torpaq sahəsinin satılması ilə bağlı Müqtədir bələdiyyəsinin 14 sentyabr 2004-cü il tarixli 10 saylı qərarının ləğv edilməsi barədə təklif məktubu göndərilmişdir. İddiaçı qanunsuz satılmış 5 ha torpaq sahəsi geri alınaraq bələdiyyə mülkiyyətinə qaytarılmalı, həmçinin həmin qərar əsasında verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının etibarsız sayılaraq daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması məqsədi ilə DƏDRX -nm 5 saylı Xaçmaz ərazi İdarəsinə müraciət olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3–cü, 73–cü, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanununun 48.4–cü və “inzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67–ci maddələrinin rəhbər tutaraq İstisu bələdiyyəsi qərara alır: 1. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin təklif məktubu təmin edilsin; 2. Xaçmaz şəhər sakini İddiaçı 5,0 ha torpaq sahəsinin satılması barədə Müqtədir Bələdiyyəsinin 14.09.2004-cü il tarixli qərarı ləğv edilsin. Hesab edir ki, Cavabdeh həmin qərarı qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, cavabdehin qərarından göründüyü kimi Müqtədir Bələdiyyəsinin 04 sentyabr 2004–cü il tarixli 10 saylı qərarın ləğvi üçün əsas kimi torpaq sahəsinin mülkiyyətinə satılarkən rayon İcra Hakimiyyəti orqanının Memarlıq Xidmətinin rəyinin güya alınmadığı, qərarın 14.09.2004-cü il tarixdə verilməsinə baxmayaraq torpağın dəyərinin 22.09.20104-cü il tarixdə ödənildiyi , o cümlədən keçmiş DT və XK-nın Xaçmaz rayon Şöbəsinin rəyində sözügedən torpaq sahəsinin əkin torpaqlarına aid olduğu, təyinatı üzrə istifadə edilmədiyi, 15 il ərzində həmin torpaq sahəsinin istifadəsiz qaldığı göstərilmişdir(?!). Bu zaman Bələdiyyənin sözügedən qərarında əvvəlki qərarının ləğv edilməsi üçün heç bir maddi hüquq normasına istinad edilməmişdir. Əslində həmin 5,0 ha torpaq sahəsi ona satılarkən DT və XK – nın Xaçmaz rayon Şöbəsinin 13.09.2004-cü il tarixli 929 saylı rəy alınmışdır ki, həmin rəy də Xaçmaz şəhər sakini İddiaçı qızına fərdi istirahət düşərgəsinin tikintisi məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsinin 5,0 ha olmaqla Müqtədir Bələdiyyəsinin mülkiyyətinə aid olması və alqı-satqının predmeti olması, satılması nəzərdə tutulan torpaq sahəsinin Bələdiyyənin ehtiyyat fondunun az yararlı torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Alınan torpağa görə onun tərəfindən pulun 22 sentyabr 2004-cü il tarixdə ödənilməsi barədə qərarda göstərilən iradın da heç bir əsası yoxdur, çünki yuxarıda qeyd etdiyi kimi 5,0 ha torpaq sahəsinə dair alqı-satqı aktı məhz 22 sentyabr 2004-cü il tarixdə bağlanmışdır. Qanunvericilikdə nəzərdə tutulmamışdır ki, alınan torpaq sahəsinə görə onun dəyəri Bələdiyyənin hesabına məhz Bələdiyyənin qərarı qəbul edildiyi gün ödənilsin. Cavabdehin qərarında qeyd olunur ki, DT və XK-nin Xaçmaz rayon Şöbəsinin rəyində sözügedən torpaq sahəsinin güya əkin torpaqlarına aid olduğu göstərilir, halbuki həmin rəydə sözügedən torpaq sahəsinin az yararlı əkin torpaqlarına aid olması əks olunmuşdur. Bələdiyyə torpaqların idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; ona satılmış 5.0 ha torpaq sahəsi də rayon torpaq Şöbəsinin rəyinə əsasən kənd təsərrüfatına az yararlı kateqoriyaya aid torpaq sahəsidir. Ona satılmış 5,0 ha torpaq sahəsi onun tərəfindən hasara alınmışdır, lakin maddi imkansızlıqdan orada fərdi istirahət düşərgəsini hələ də tikə bilməmişdir. Beləliklə, cavabdehin 12 noyabr 2019cu il tarixli 32 nömrəli ll qərarı tamamilə qanunsuz və əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etirazında bildirmişdir ki, Xaçmaz rayonu İstisu bələdiyyəsinin ehtiyat fondunda saxlanılmış torpaqların pay torpağı kimi verilməsi barədə müraciəti Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzi tərəfindən araşdırılarkən məlum olmuşdur ki, Xaçmaz rayonu keçmiş Müqtədir (indiki İstisu) bələdiyyəsinin 14 sentyabr 2004–cü il tarixli 10 saylı qərarı ilə istirahət düşərgəsinin tikintisi məqsədi ilə Müqtədir kəndi ərazisindən Xaçmaz şəhər sakini İddiaçı mülkiyyətinə 5 ha torpaq sahəsi satılmış və həmin torpağın mülkiyyət hüququna dair 20.10.2004–cü il tarixlı, JN-0010 KOD30203018 nömrəli Dövlət Aktı verilmişdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən inzibati nəzarət icraatı qaydasında bələdiyyənin həmin qərarının öyrənilməsi zamanı qeyd olunan torpaq sahəsi vətəndaşın mülkiyyətinə satılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmadığı, qərarın 14.09.2004-cü il taixdə verilməsinə baxmayaraq, torpağın dəyərinin 22.09.2004-cü il tarixdə ödənildiyi, o cümlədən keçmiş DT və XK-nin Xaçmaz rayon şöbəsinin rəyində sözügedən torpaq sahəsinin əkin torpaqlarına aid olduğu, 15 il ərzində həmin torpaq sahəsindən təyinatı üzrə istıfadə edilmədiyi müəyyən edilmişdir. Qeyd olunan səbəblərdən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş məıkəzi tərəfindən İddiaçı həmin torpaq sahəsinin satılması ilə bağlı Müqtədir bələdiyyəsinin 14 sentyabr 2004-cü il tarixli 10 saylı qərarının ləğv edilməsi barədə təklif məktubu göndərilmişdir. Həmin təklif məktubu əsasında Xaçmaz rayonu İstisu bələdiyyəsinin 12.11.2019-cu il tarxli 32 saylı iclasının 2-ci qərarı ilə Xaçmaz şəhər sakini İddiaçı 5 ha torpaq sahəsinin satılması barədə Müqtədir bələdiyyəsinin 14 sentyabr 2004-cü il tarixli 10 saylı qərarı ləğv edilmişdir. Bundan sonra İddiaçı 5 ha torpaq sahəsinin satılması barədə Müqtədir bələdiyyəsinin 14.09.2004-cü i tarixli 10 saylı qərarı əsasında verilmiş həmin torpağa mülkiyyət hüququna dair 20.10.2004-cü il tarixli, JN-0010 KOD- 30203018 nömrəli Dövlət Aktını etibarsız sayaraq daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması məqsədi ilə müvafıq tədbirlərin görülməsi üçün İstisu bələdiyyəsi tərəfindən Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müracət olunmuşdur. Lakin Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi qeyd olunan Dövlət Aktının etbarsız sayılması və mübahisəli torpaq sahəsinin İstisu bələdiyyəsinin mülkiyyəti kimi qeydiyyata almasından imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10.01.2019-cu il tarxli Sərəncamı ilə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik olunaraq “Müqtədir'” bələdiyyəsinin adı “İstisu” bələdiyyəsinin adı ilə əvəz edilmişdir. Bu səbəbdən İstisu (keçmiş Müqtədir) bələdiyyəsinin Nizamnaməsi 06.07.2000-ci il tarixdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq təsdiq edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respubiikası Qanununun 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. Həmin Qanunun 22.1–ci maddəsinə əsasən bələdiyyə torpaqlarından səmərəli istifadə olunması və iqtisadi cəhətdən stimullaşdırılması torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icraçılarının torpağın münbitliyinin saxlanması və yüksəldilməsində marağın artırılması, təsərrüfat fəaliyyətinin zəruri təsirindən torpaqların qorunması məqsədilə həyata keçirilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası qanununun 48.4-cü maddəsinə əsasən bələdiyyə qəraları onları qəbul etmiş orqanlar tərıfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verlmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2 və 67 3-cü maddələrinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibatı orqan və ya subordinasıya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmçinin Mülki Məcəllənin 204.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina edildiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən ”Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.1-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublıkası Qanununun 16.1ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun 4.1-ci maddəsinə əsasən, 2006–cı il iyulun 6–dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Bundan başqa Mülki Məcəllənin 139–1.1, 139–1.1.5-ci maddələrinə və buna müvafiq olaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.3, 8.0.5-ci maddələrınə əsasən, 2006-cı il iyulun 6– dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak, o cümlədən torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 27.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. İddiaçı yuxarıda qeyd olunan hərəkətləri qanunsuz hesab edilməli və İddiaçı 5 ha torpaq sahəsinin satılması barədə Müqtədir bələdiyyəsinin 14.09.2004–cü il tarixli, 10 saylı qərarı əsasında verilmiş torpağa mülkiyyət hüququna dair 20.10.2004-cü il tarixli, JN-0010 KOD-30203018 nömrəli Dövlət Aktını etibarsız sayaraq daşınmaz əmlakın dövlət reyestrində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyəti kimi qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Belə olan halda, İddiaçı Xaçmaz rayonu İstisu (keçmiş Müqtədir) bələdiyyəsinə qarşı “İddiaçı 5 ha torpaq sahəsinin satılması barədə Müqtədır bələdiyyəsinin 14.09.2004-cü il tarixli 10 saylı qərarının ləğv edilməsi barədə İstisu bələdiyyəsinin 12 noyabr 2019-cu il tarixli 32 nömrəli iclasının 2-ci qərarının ləğv edilməsi tələbinə dair iddiası” əsassız olduğu üçün təmin edilməməlidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara, Cavabdeh 12.11.2019-cu il tarixli, 32 nömrəli İİ qərarının surəti, Kassa mədaxil orderi, Xaçmaz rayon Müqtədir bələdiyyəsinin 14.09.2004-cu il tarixli qərarın surəti, DK və XK-nın 13.09.2004-cü il tarixli, 929 nömrəli rəyinin surəti, Torpağın alqı-satqısına dair akt, 20.10.2004-cü il tarixli, JN-0010 KOD-30203018 nömrəli Dövlət Aktının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyət baxımından uğurludur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia - bələdiyyə qərarının ləğv edilməsinə yönələn tələb mümkündür. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon Müqtədir Bələdiyyəsinin 14 sentyabr 2004-cü il tarixli 10 nömrəli protokol qərarı ilə iddiaçıya 5 ha fərdi istirahət düşərgəsinin tikintisi məqsədilə torpaq sahəsi satılmışdır. Həmin qərarın qəbul edilməsindən 15 ilə yaxın vaxt keçməsinə baxmayaraq Cavabdeh 12.11.2019-cu il tarixli, 32 nömrəli İİ qərarla Müqtədir bələdiyyəsinin 14 sentyabr 2004-cü il tarixli 10 nömrəli qərarını ləğv etmişdir ki, bunda da haqlı olmamışdır. Belə ki, Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 4-cü bəndində bələdiyyələrə öz qərarlarını ləğv etmək səlahiyyəti verilsə də hazırki iş üzrə iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qərarı qəbul etməkdə haqlı olmamış və qanunsuz inzibati akt qəbul etmişdir. Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndinə əsasən, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. 4-cü bəndinə əsasən, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 15 yanvar 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, bələdiyyənin ərizəçiyə torpaq sahəsinin satılması barədə öz qərarını ləğv etmək səlahiyyətinin olmasının mülki işə baxan yuxarı məhkəmələr tərəfindən “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Göründüyü kimi bələdiyyələr başqa şəxslərin hüquqlarına toxunan qərarlarını ləğv etmək səlahiyyətinə malik deyillər. İstisu bələdiyyəsi qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, İstisu bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. Belə ki, İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu səbəbdən də şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İstisu bələdiyyəsinin 12.11.2019-cu il tarixli, 32 nömrəli İİ protokol qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. İddiaçı ödədiyi 10 (on) manat dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 5 ha torpaq sahəsinin satılması barədə Xaçmaz rayon Müqtədir bələdiyyəsinin 14.09.2004-cü il tarixli 10 qərarının ləğv edilməsi barədə Cavabdeh 12.11.2019-cu il tarixli, 32 nömrəli İİ qərarı ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-450/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-450/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver