Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-450/2021 11.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Abşeron rayonu X4 12 nömrəli, xx xxxx 2007-ci tarixli qərarına əsasən Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0.0250 ha torpaq sahəsinin plan sxeminin hazırlanmasının və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası Abşeron rayonu X4 12 nömrəli, xx xxxx 2007-ci tarixli qərarına əsasən Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0.0250 ha torpaq sahəsinin plan sxeminin hazırlanmasının və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına” dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında iştirak etməmiş, xx xxxxxx 2021-ci il tarixdə daxil olmuş ərizəsində isə səhhəti ilə əlaqədar yaranmış ciddi problemlə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş, işin dayandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, bu qənaətə qəlir ki, iddiaçının hazırkı şərtlərdə iddia üzrə mübahisənin davam etdirilməsinədə marağı qalmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə müvafiq xəbərdarlıq edilsə də, iddiaçının məhkəmə iclasına gəlməməsini, işin dayandırılmasını xahiş etməsini, hazırlı şərtlərdə iddiaya baxılmasında marağının qalmamasını nəzərə alaraq, iddianın geri götürüldüyü qənaətinə gəlir. İddiaçıya izah olunsun ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəfə qarşı, eyni əsaslarla və eyni predmet barədə təkrarən məhkəməyə müraciət etməsini istisna etmir. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququnun təmin olunması qərara alınmışdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Abşeron rayonu X4 12 nömrəli, xx xxxx 2007-ci tarixli qərarına əsasən Abşeron rayonu Qobu Bələdiyyəsinin ərazisində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0.0250 ha torpaq sahəsinin plan sxeminin hazırlanmasının və torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasına” dair iddiası geri götürülmüş hesab edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-450/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-450/2021
11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver