Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4506/2024 10.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı Piverdi oğlunun iştirakı ilə İddiaçı Piverdi oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinə qarşı “xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.1964-cü il təvəllüdlü X3, xx.xx.1958ci il tarixli X11 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı Piverdi oğlu cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinə qarşı “xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.1964-cü il təvəllüdlü X3, xx.xx.1958ci il tarixli X11 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4506/2024 saylı Qərardadı ilə X10, X3 və X11 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 0.06 ha ölçüdə torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur (əsas: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış (qeydiyyat № **********, tarix: xx.xx.2022-ci il)). İddiaçı fərdi yaşayış evini evin keçmiş sahibi X1 natoriat qaydasında bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Evin sahibi ilə aralarında olan razılaşmaya əsasən ev satıldıqdan sonra bir ay müddətində evin keçmiş sakinləri, qeydiyyatda olanlar evdən pasport qeydiyyatından çıxmalı idilər. Bu məqsədlə evin keçmiş mülkiyyətçisi X14 rayon Məhkəməsində X9, X6, X4 və X2 qarşı ona məxsus evdən istifadə hüquqlarına xitam verilməsinə dair iddia qaldırılmış və qəbul edilmiş qərara əsasən X12 qeydiyyatdan çıxarılmış, lakin sonuncunun övladları xx.xx.2007-ci il təvəllüdlü X8; xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X5, Yetkinlik yaşına çatmadığına əsasən məhkəmə qərarı onlar aid edilmədiyindən onlar qeydiyyatdan çıxarılmamışlar(əsas-AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı və Siyəzən rayon Polis şöbəsinin 21,04.2022-ci il tarixli məktubu). İddiaçı bu barədə məlumatı Siyəzən rayon Polis Şöbəsindən “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışı alarkən öyrənmişdir. Belə ki, ki, fərdi yaşayış evinin yerləşdiyi ünvandan, Siyəzən rayon Məhkəməsinin qətnaməsinə əsasən Eyvaz Kərimov,Xalidə Kərimova və Həsrət Kərimov pasport qeydiyyatında çıxarılsalar da, onların (Həsrətin) azyaşlı övladları və evin keçmiş sahibləri, o, cümlədən X8; X10; X5, evin keçmiş sahibləri- X3 və X11 qeydiyyatda qalmışlar. Beləliklə yuxarıda qeyd edilənlərlə müəyyən olunur ki,adları göstərilənlər heç bir əsas olmadan formal qeydiyyatda olduğları fərdi yaşayış evindən müxtəlif bəhanələr gətirərək qeydiyyatdan çıxmaqdan qəsdən boyun qaçırırlar. Yuxarıda adları qeyd edilən mənzilin keçmiş sakinlərinin mənzildə qeydiyyatda qalmaları faktı qeyd edildiyi kimi Siyəzən RPŞ QvŞV qrupunun “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışı ilə təsdiq edilir (arayış əlavə edilir). Odur ki, yuxarıda qeyd olunanları əsas tutaraq, X8; X10, X5, X3, X7 formal qeydiyyatda olduğları ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılmaları ilə əlaqədar Siyəzən rayon Polis şöbəsinə yazlı qaydada müraciət etsə də, tərəflərindən iddiaçıya rəsmi imtina cavabı verərək, bildirirlər ki, adları qeyd edilən vətəndaşların qeydiyyatdan çıxarılmaları könüllülük prinsipinə əsasən icra edilir və buna görə də məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsi tərəfindən iddiaya münasibət bildirilməmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-949/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı; ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış; “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli arayış; Siyəzən rayon Polis Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktub və digər sənədlər daxildirlər.
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin mənzildə xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.1964-cü il təvəllüdlü X3, xx.xx.1958ci il tarixli X11 qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. Həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslər xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.1964-cü il təvəllüdlü X3, xx.xx.1958-ci il tarixli X7 mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2007ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.1964-cü il təvəllüdlü X3, xx.xx.1958-ci il tarixli X11 iddiaçıya məxsus ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2006-cı il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.1964-cü il təvəllüdlü X3, xx.xx.1958-ci il tarixli X11 iddiaçıya məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva