Məhkəmə qərarları › İş №2-1(118)-452/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-452/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-452/2022 14.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil (Ədalət” Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-001H nömrəli, 30803028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-001H nömrəli, 30803028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə çıxarışın, plan və ölçülərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 saylı sərəncamına əsasən İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır. Ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən JN-001H nömrəli, 30803028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli, 521-T saylı məktubuna əsasən həmin torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. Fərdi yaşayış evinin tikintisi başa çatdırıldıqdan sonra xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə müraciət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********26 nömrəli cavab məktubunda aşağıdakılar qeyd olunmuşdur: “baxış keçirilmiş ərazidə yerləşən fərdi yaşayış evinin yerləşdiyi, ləğv edilmiş DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən 0,06 ha torpaq sahəsinə tərtib edilmiş JN-001H nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, torpaq sahəsinin natura quruluşunun və yerinin dəyişdirildiyi aşkar edilmişdir. Bu səbəbdən Abşeron rayon Göradil Bələdiyyəsinə 11 mart 2020-ci il tarixdə **********22 nömrəli sorğu göndərilərək ərizənin icrası 1 ay müddətinə dayandırılmışdır. Lakin sorğu məktubuna Abşeron rayon Göradil Bələdiyyəsi tərərfındən qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərdə olan məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılması məqsədi ilə əlavə araşdırma aparılması üçün Abşeron rayon İcra Hakimiyyətinədə 16 mart 2020-ci il tarixdə **********23 nömrəli sorğu göndərilmiş, lakin sorğu məktubuna Abşeron rayon İcra Hakimiyyəti tərəfindən qanunla müəyyən edilmiş nüddət ərzində cavab verilməmişdir.” Həmin cavab məktubundan 2 ilə yaxın müddət keçməsinə və qeyd edilən idarəyə dəfələrlə şifahi nüraciət edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə müraciətin icrası yubadılmış və fərdi yaşayış evi və onun yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı veri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə clasında nümayəndisinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı, baxış keçirilmiş ərazidə yerləşən fərdi yaşayış evinin yerləşdiyi, ləğv edilmiş DTXKnın Abşeron rayon şöbəsi tərəfindən 0,06 ha torpaq sahəsinə tərtib edilmiş JN-001H nömrəli torpaqın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi ver ilə faktiki müraciət edilən ver arasında uyğunsuzluq olduğu, torpaq sahəsininin natura quruluşunun və yerinin dəyişdirildiyi aşkar edilmişdir. Yuxarıda göstərilən səbəblərdən, Abşeron rayon Göradil Bələdiyyəsinə 11 mart 2020-ci il tarixdə **********22 nömrəli sorğu göndərilərək ərizənizin icrası 1 (bir) ay müddətinə dayandırılmışdır. Lakin, sorqu məktubuna Abşeron rayon Göradil Bələdiyyəsi tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməmişdir. Əlavə olaraq bildiririk ki, ərizənizə əlavə edilmiş sənədlərdə olan məlumatların dövlət reyestrində saxlanılan məlumatlara uyğunluğunun yoxlanılması məqsədi ilə əlavə araşdırma aparılması üçün Abşeron rayon İcra Hakimiyyətinə də 16 mart 2020-ci il tarixdə **********23 nömrəli sorqu qöndərililmis, lakin sorğu məktubuna Abşeron rayon İcra Hakimiyyəti tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində cavab verilməmişdir. İş materiallarında olan : - Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 saylı sərəncamından görünür ki, Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 saylı sərəncamına əsasən İddiaçı 0.06 torpaq sahəsi ayırlmışdır. - 21 saylı, noyabr 2001-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 600.000 manat bələdiyyənin hesabına ödənilmişdir. - JN-001H seriyalı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron rayon Goradil bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 10 saylı sərəncamına əsasən İddiaçı 0.06 torpaq sahəsi ayırlmışdır. - Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 521-T saylı məktubundan görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə Goradil kəndində iddiaçının mülkiyyətində olan 0.06 ha torpaq sahəsində fərdi yaşayış evinin (124 kv m) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi aşağıdakı şərtlər daxilində razışlaşdırılır: - tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış layihə əsasənda aparılsın; - tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplrinə riayət olunsun; - tikinti müddətində razılaşdırılmış layihədən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişiliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilsin. -"xxxx" MMC tərəfindən 2016-ci ildə tərtib edilmiş eskiz layihədən görünür ki, həmin eskiz layihə Abşeron rayon Goradil ərazisində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evi barəsindədir. -əhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********5 saylı cavab məktubundan görünür ki, Abşeron rayonu, Goradil kəndində yerləşən torpaq sahəsinin və yeni layihələndirilmiş fərdi yaşayış evinin mövcud istifadə vəziyyətinə uyğun yerquruluşu planından çıxarışı (koordinatlarla) təsdiqlənməklə 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına münasibət bildirilməsi barədə Abşeron rayonu Görədil Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinə tərəfimizdən ünvanlanmış sorğununun və sorğuya verilmiş cavab məktubu məhkəməyə göndərilmişdir. Goradil bələdiyyəsinə ünvanlanmış sorğuya cavab daxil olmamışdır. İmtina məktubunda və iddiaya etiraz ərizəsində Abşeron rayon İcra Hakimiyyətinə sorğu göndərilməsi yanlışlıq nəticəsində göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-001H nömrəli 30803028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə döngə nöqtələrinin koordinatları göstərilmədiyindən və elektron kadastr məlumat bazasında JN-001H nömrəli 30803028 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin yerləşməsi ilə torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqların olması səbəbindən sualın cavablandırılması mümkün olmamışdır. Uyğunsuzluq müəyyən edilərək sxemdə göstərilmişdir. Şəhadətnamədə göstərilən və iddiaçının faktiki istifadəsində olan 0,0834 torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aiddir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi torpaq sahəsinə aid hissədə əsaslı hesab edilərək təmin edilməlidir. Cavabdeh inzibati orqan torpaq sahəsinin sənədlə faktiki yeri arasında uyğunsuzluğa istinad edərək imtina cavabı vermişdir, eyni zamanda buna münasibət bildirilməsi üçün Goradil bələdiyyəsinə və Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsi üçün əsas olmuş torpaqayırma sənədlərini və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisinin təqdim edilməsi üçün "xxxx" MMC-yə sorğularla müraciət etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh orqanın sorğusuna bələiyyə tərəfindən cavab verilməmişdir. "xxxx" MMC isə verilmiş sorğuya cavab olaraq Torpaqların alqı-satqısına dair aktı, bələdiyyə qərarını və torpağın yerində nişangahlar qoyularaq təhvil verilməsinə dair bələdiyyənin sədri və DTXK-nin Abşeron rayon şöbəsinin nümayəndəsi tərəfindən təsdiq edilmiş aktı təqdim etmişdir. Məhkəmə qeyd edir ki, mütəxəssis tərəfindən təqdim edilən rəydən görünür ki, iddiaçının hazırda faktiki istifadəsində 0.0834 ha torpaq sahəsi vardır. Mütəxəssis rəyin nəticə hissəsinin 1-ci bəndində iddiaçının hazırda istifadəsində olan və şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatlarınını uyğunluq təşkil edib-etməməsi barədə suala uyğunsuzluq olması səbəbindən cavablandırılmasının mümkün olduğunu bildirmişdir. Rəyin 2-ci bəndindı uyğunsuzluğun müəyyən edildiyini və sxemdə göstərildiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə torpaq sahəsinin 2001-ci ildən iddiaçının istifadəsində və sahibliyində olmasını, torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarının hazıradək qüvvədə olmasını və ləğv edilmədiyini və ya etibarsız hesab edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia torpaq sahəsinə münasibətdə təmin edilməli, yaşayış evinə dair hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən yaşayış evinə dair məlumatlandırma icraatı barədə yerli icra hakimiyyəti orqanının məktubu təqdim edilsə də, tikinti layihəsini memarlıq-planlaşdırma bölməsi, tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (yerli icra hakimiyyəti orqanına) məlumat verilməsini təsdiq edən sənədl təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10 və 8.0.10.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İstinad edilən normanı hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən yaşayış evi üzərində iddiaçının müllkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; - tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; - tikinti başa çatdıqdan sonra məlumatlandırılan orqana məlumat verilməsini təsdiq edən sənəd. Hazırki işin hallarından isə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin tikinti işləri başa çatdıqdan sonra məlumatın verilməsini təsdiq edən sənədin olmadığı görünür. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: M a d d ə 83. Tikinti layihələrinin tərkibi 83.0. Tikinti layihələri aşağıdakı bölmələrdən ibarətdir: 83.0.1. mühəndis-axtarış işləri; 83.0.2. tikinti ərazisinin baş planı; 83.0.3. memarlıq-planlaşdırma və konstruksiya bölməsi; 83.0.4. mühəndis-kommunikasiya təminatı bölməsi; 83.0.5. texnologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda); 83.0.6. ekologiya bölməsi (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda); 83.0.7. tikinti işlərinin təşkili bölməsi; 83.0.8. smeta bölməsi (tikintisi dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlər üçün). Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulan sənədləri (tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti başa çatıqdan sonra yerli icra hakimiyyəti orqanına məlumat verilməsi) cavabdehə tam təqdim etmədiyindən iddia bu hissədə əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-001H nömrəli kod 30803028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı məxsdus 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Ləğv edilmiş DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-001H nömrəli 30803028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı məxsus 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar