Məhkəmə qərarları › İş №2-1(118)-453/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-453/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-453/2025 13.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuya “Şəhid” statusunun verilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “Şəhid statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 mart N25-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan iddiaçı tərəfindən, həmçinin məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

1. N nömrəli hərbi hissənin komandirinin N may N22-ci il tarixli təşəkkür məktubu.

2. N sentyabr N22-ci il tarixli, AZ-İİ seriyalı, 288156 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 N avqust N22-ci il tarixdə “travmatik hemotoraks” səbəbindən ölmüşdür.

3. N nömrəli hərbi hissə komandirinin N sentyabr N22-ci il tarixli, 259 nömrəli əmrindən görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X8 qərargah bölüyün komendant taqımının 1-ci komendant manqasının atıcı-nizamlayıcısı qeyri-döyüş şəraitində qərargah bölüyünün komendant taqımının 2-ci komendant manqasının atıcınizamlayıcısı əsgər X12 tərəfindən odlu silahdan açılan atəş nəticəsində həlak olmuşdur, N sentyabr N22-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış hesab edilmişdir. Ölüm hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar deyil. 27 iyun N03cü il tarixdə Xaçmaz rayonun Yergüc kəndində anadan olub, azərbaycanlı həqiqi hərbi xidmətə 6 iyul N21-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsi tərəfindən çağırılmışdır. N avqust N22-ci il tarixdə Xaçmaz rayon, Yergüc kəndində dəfn edilmişdir. Atası: İddiaçı, Xaçmaz rayonun Yergüc kəndində yaşayır.

4. Gəncə Hərbi Məhkəməsinin 22 may N23-cü il tarixli, 1-1(095)-33/N23 saylı hökmü ilə X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1N.1 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 1N.1-ci maddəsi ilə 12 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalarını cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq ona 12 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin əvvəli N avqust N22-ci il tarixdən hesablanması, X9 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin 13 iyul N23-cü il tarixli, 3-43-90/2-A1xx/xx/N23 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N avqust N22-ci il tarixli, 50 nömrəli bildirişinə əsasən, P.S. Ağamirov qeyri-döyüş şəraitində odlu silahdan açılan atəş nəticəsində həlak olmuşdur. Mərhum P.İddiaçı ölümü döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmadığından, Xidmətin Xaçmaz rayon şöbəsi tərəfindən ona şəhid statusunun verilməsi mövcud qanunvericiliyinin tələblərinə uyğun edilmir.

6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 5 iyun N24-cü il tarixli, 3-xxxx/2829/N24 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Qaytarılmaz itkilərin elektron məlumat sistemi”ndə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X4 N avqust N22-ci il tarixdə saat 01:N radələrində Tovuz rayonu Ağdağ yüksəkliyində əsas Komando Məntəqəsində səhra çadırında əsgər yoldaşı X12 ilə qarşılıqlı münasibət qaydalarının kobud şəkildə pozulması “əl odlu silahdan atəş açma qəsd, travmatık hemotoraks, döş qəfəsinin açıq yarası və qarın divarının açıq yaraları” nəticəsində vəfat etməsi barədə məlumat var.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N iyun N24-cü il tarixli, 894 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissənin bəzi bölmələri düşmənlə təmas xəttində yerləşsə də, mərhum əsgər X4 həmin vaxt xidmət etdiyi qərargah bölüyü düşmənlə təmas xəttində yerləşməmişdir. Həmçinin bildirilmişdir ki, qərargah bölüyünün şəxsi heyəti ilə birlikdə mərhum əsgər X8 4 avqust N22-ci il tarixdə həyacan siqanlı ilə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən “Ağdağ” adlandırılan əsas komanda məntəqəsinə çıxarılsa da, N avqust N22-ci il tarixdə heç bir döyüş tapşırığını icra etməmişlər.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

8. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tək varisi X4 Azərbaycan Respublikasına, dövlətin nümunəvi xidmətini, xidməti vəzifəsini icra edərkən, düşməndən daha qorxunc, daxili düşman tərəfindən odlu silahdan açılan atəş nəticəsində həlak olmasını nəzərə alıb, X5 şəhid adı verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailənin tək oğlu, tək varisi mərhum X8 N21ci ilin iyun ayından həqiqi hərbi xidmətə göndərilmişdir. Mərhum oğlu X8 N saylı hərbi hissədə ön cəbhədə xidmət edirdi. Oğlu nümunəvi xidmət etdiyinə görə, komandanlıq tərəfindən bir neçə dəfə təşəkkürlər almışdır. Tək varisi avtomat silahdan atəş açaraq öldürən N saylı hərbi hissənin əsgəri X12 N saylı hərbi hissə komandalığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə mənfi xarakterizə edilmiş bir əsgər olub. Həmin əsgər qəsdən xidməti vəzifəsini nümunəvi icra edən iddiaçının oğlu Pünhana avtomat silahından atəş açaraq, onu həyatdan məhrum etmişdilər. Təhlil edib analiz edəndə məlum olur ki, tək varisi Pünhan düşmənlə üz-üzə mövqeydə olan N saylı hərbi hissədə Azərbaycan Respublikasına, dövlətinə qulluq edərkən həyatından məhrum edilib, yəni şəhid olub.

10. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mərhum oğlu X5 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 14 dekabr N23-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə dair cavabdehin münasibəti:

13. Cavabdeh tərəfindən etiraz daxil olmamışdır.

c) Tərəflərin iştirakı və izahatları:

14. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunan hallara istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İzahat verərək həmçinin bildirmişdir ki, iş materiallarına əlavə edilmiş Gəncə Rayon Məhkəməsinin hökmü apellyasiya qaydasında mübahisələndirilməmişdir. Hesab edir ki, iddiaçının mərhum oğlu hərbi xidmət zamanı həlak olduğu üçün, ona şəhid statusu verilməlidir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsi ilə təmsil olunmamışdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may N21-ci il tarixli, 2-1(102)-895/N21 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

21. Nəzərə alınmalıdır ki, İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

22. Məhkəmə qeyd edir ki, iddiaçının Şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı etdiyi müraciətini məhkəmə Şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyinin qoyulması kimi qəbul edir. Çünki, şəhid statusu ilə bağlı arayışın verilməsi cavabdeh orqanın səlahiyyətlərinə aiddir. Bu səbəbdən məhkəmə hesab edir ki, onun əsas məqsədi cavabdeh tərəfindən Şəhid statusu ilə bağlı arayışın əldə edilməsi olmuşdur.

23. Həmçinin, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq

27. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: (-)

3. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. (-)

M a d d ə 2. Hərbi qulluqçu statusuna malik şəxslər

1. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər.

M a d d ə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

M a d d ə 4. Hərbi qulluqçular tərəfindən hərbi xidmət vəzifələrinin icrası

1. Hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır.

2. Hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır.

3. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlar barəsində hakimiyyət səlahiyyəti alaraq hərbi xidmət vəzifələrini icra edərkən hakimiyyət nümayəndələri sayılırlar. Bu şəraitdə onlara tabe olmamaq və qəsd etmək Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

28. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

M a d d ə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. (-)

M a d d ə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1.1. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: (-) 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; (-)

4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X3 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X3 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Bu bənddə göstərilən sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X7 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir.

30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

31. Məhkəmə iddiaçının izahatını və iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

32. Belə ki, şəhid Azərbaycan Respublikasının: - azadlığı; - suverenliyi; - ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

33. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsi tərəfindən göndərilmiş məktubundan müəyyən edilir ki, N nömrəli hərbi hissənin bəzi bölmələri düşmənlə təmas xəttində yerləşsə də, mərhum əsgər X4 həmin vaxt xidmət etdiyi qərargah bölüyü düşmənlə təmas xəttində yerləşməmişdir. Həmçinin, qərargah bölüyünün şəxsi heyəti ilə birlikdə mərhum əsgər X8 4 avqust N22-ci il tarixdə həyacan siqanlı ilə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən “Ağdağ” adlandırılan əsas komanda məntəqəsinə çıxarılsa da, N avqust N22-ci il tarixdə heç bir döyüş tapşırığını icra etməmişdir.

34. İş materialında olan Gəncə Hərbi Məhkəməsinin 22 may N23-cü il tarixli, 1-1(095)- 33/N23 nömrəli hökmündən görünür ki, “...X2 Nazirliyinin Tovuz rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin qərargah bölüyünün komendant taqımının 2-ci komendant manqasının atıcı-nizamlayıcısı vəzifəsində, əsgər rütbəsində xidmətdə olarkən, 25 iyul N22ci il tarixdə həmin bölüyə yeni gəldiyi gün, özünü ona və digər yeni gələn əsgərlərə qeyrirəsmi “böyük” kimi təqdim edərək bütün tapşırıqlarının yerinə yetirilməli olduğunu və icazəsi olmadan heç bir hərəkət edilməməli olduğunu tələb edib, əks halda həmin hərbi qulluqçunu şəxsi heyət arasında nüfuzdan salacağını bildirən, bölüyün daha çox xidmət edən hərbi qulluqçusu, əsgər X4 onun üzərində öz üstünlüyünü nümayiş etdirməsini qəbul edə bilmədiyindən aralarında bir neçə dəfə bu zəmində mübahisə baş vermiş, növbəti dəfə 4 avqust N22-ci il tarixdə səhər saatlarında “həyəcan” komandası verildiyi üçün bölüyün şəxsi heyəti ilə birlikdə Tovuz rayonunun Yuxarı Öysüzlü kəndi ərazisində yerləşən “Ağdağ” adlandırılan əsas komanda məntəqəsinə aparılmış, orada olarkən əsgər Pünhan Ağamirov xidmət yoldaşlarının yanında şərəf və ləyaqətini alçaldacağı hədəsi ilə ondan 50 manat məbləğində pul verməsini və pulu axşam saat 24:00-dək çatdırmasını, saat 22 radələrində “yat” komandasından sonra yatanda isə onu patrul xidmətinə daxil olması üçün saat 01:00da yuxudan oyatmasını və 50 manat pulu da həmin vaxtadək çatdırılmasını tələb etmiş, həmin məbləğdə pulu əldə edib Pünhan Ağamirova verə bilməyəcəyini, nəticədə sonuncunun onu şəxsi heyətin yanında biyabır edəcəyini düşünərək, bunun qarşısını almaq məqsədilə saat 01:00-dək gözləməyi, həmin vaxt yuxudan oyadanda Pünhan Ağəmirovun fikrindən daşınıb-daşınmadığını aydınlaşdırmağı, pulu tələb edəcəyi və onun pulu verməyəcəyini görüb şəxsiyyətini alçaltmaq barədə niyyətini bildirməsi halında onu öldürməyi qərara almış, bu məqsədlə N avqust N22-ci il tarixdə saat 00:50 radələrində içəridəki şəxsi heyətin yatmasından istifadə edib səyyar yataqxanada olan səhra tipli silah piramidasından digər hərbi qulluqçunun adına təhkim olunmuş istifadayə yararlı 7.62 mm çaplı “AKMS” modelli “TF 7588” nömrəli avtomat silahı, yerdə olan hücum jiletinin cibindən isə içərisində 30 ədəd doyuş patronu olan bir ədəd avtomat darağını gizli şəkildə götürüb yataqxananın yanında yerləşən hava hücumundan müdafiə sığınacağına aparmış, orada bir neçə dəfə patronlardan bir neçəsini çıxarıb yerinə taxaraq qərarı barədə düşünmüş, artıq N avqust N22-ci il tarixdə saat 01:00 olduqda Pünhan Ağamirovu yuxudan oyatmalı olduğundan sonuncu dəfə daraqdan çıxardığı üç ədəd döyüş patronunu şalvarının cibinə qoyub, içərisində 27 ədəd döyüş patronu olan darağı avtomat silahın üzərinə taxdıqdan sonra silahı atəşə hazır vəziyyətə qəfirmək üçün silahın qoruyucusunu açıb “avtomatik’’ atəş rejiminə qoyaraq sürgü qolunu çəkib buraxmaqla patronu patron yuvasına yeritmək istəyərkən patron yuvada ilişmiş, növbəti cəhdində ilişmiş patronu yuvadan xaric edib yeni patronu yuvaya daxil etməklə silahı atəşə hazır vəziyyətə gətirdikdən sonra silahı sığınacağın divarına söykəyərək əsgər Pünhan Ağamirovu oyatmaq üçün səyyar yataqxanaya getmiş, ... qabaqcadan atəş üçün hazır etdiyi avtomat silahı götürüb bayıra çıxaraq avtomat silahın lüləsini sığınacağın qarşısında üzü ona tərəf dayanmış Pünhan Ağamirova tərəf tuşlamış, təxminən 1 metr məsafədən “avtomatik rejimdə tətiyə basıb saxlayaraq və atəş aça-aça üzərinə gedərək yuva və daraqdakı 26 patronun hamısından atəş açmış, güllələrdən 13-nün Pünhan Ağamirova dəyməsi nəticəsində ona həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid “giriş dəliyi-döş qəfəsinin ön səthinin sol yarısında, çıxış-sağ kürək nahiyəsində, yara kanalı boyunca İV, V, Vl döş fəqərələrin və sağ İİ, İİİ, V, Vİ, Vİİ qabırğaların sınıqları və hər iki ağciyərin hədələnməsi ilə müşayiət olunan, döş qəfəsinin 1 ədəd dəlib keçən yarası, giriş dəliyi-qarının ön divarında nisbətən solda, çıxış-sağ kürəyin bayır səthində, yara kanalı boyunca qaraciyərin zədələnməsi və qarın boşluğuna qanın toplanması ilə müşayiət olunan qarın və döş boşluğunun 1 ədəd dəlib keçən yarası, giriş dəliyi-bel nahiyəsində solda çıxış-sağ qasıq nahiyəsində, yara kanalı boyunca qarın boşluğu üzvlərinin zədələnməsi ilə müşayiət olunan, qarının 1 ədəd dəlib keçən yarası, giriş dəliyi-sağ bazunun yuxan 1/3-nin bayır, çıxış-sağ bazunun orta 1/3-nin on-içən səthində, yara kanalı boyunca yumşaq toxumaların zədələnməsi və bazu sümüyünün açıq sınığı ilə müşayiət olunan sağ bazunun 1 ədəd dəlib-keçən yarası, giriş dəliyi-sağ saidin yuxarı 1/3-nın ön çıxış-sağ saldın yuxarı 1/3-nin arxa səthində, yara kanalı boyunca yumşaq toxumaların zədələnməsi, dirsək və said sümüklərinin açıq sınıqları ilə müşayiət olunan, sağ satdın 1 ədəd dəlib-keçən yarası, giriş dəliyi-sağ budun yuxarı 1/3-nin arxa səthində bir-birindən 6,0 sm məsafədə, çıxış dəliyi-sağ sağrı nahiyəsinin aşağı bayır kvadratında, bir-birindən 1,0 sm məsafədə yerləşməklə, yara kanalı boyunca yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan, sağ budun 2 ədəd dəlib-keçən yarası, giriş dəliyi-kürək nahiyəsində cüzi solda, çıxış dəliyi-kürək nahiyəsində ortada və sağ kürəküstü nahiyədə yara kanalı boyunca dərialtı yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan, kürəyin 1 ədəd dəlib-keçən yarası, sol sağrı nahiyəsinin 2 (iki) ədəd, sol budun orta 1/3-nin ön-bayır səthinin 1 (bir) ədəd, sol diz oynağının ön səthinin 1 (bir) ədəd kor yaraları, qarının sağ yan divarının, sağ baldırın orta 1/3-nin arxa səthinin toxunub keçən səthi yaraları” xəsarətlərini yetirmiş, əsgər Pünhan Ağamirov aldığı xəsarətlə əlaqədar kəskin daxili və xarici qanitirmədən hadisə yerində ölmüş, bununla da Amil Kazımov qanunsuz olaraq odlu silahı və döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmiş, həmin odlu silahdan istifadə etməklə digər şəxsi qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən adam öldürmüşdür.

35. Həmçinin, qeyd edilən cinayət işi üzrə X12 təqsirli bilinmişdir. Tərəflərin izahatına və iş materiallarında mövcud olan sənədlərə əsasən məhkəmə müəyyən etmişdir ki, iş üzrə apellyasiya şikayəti və ya protest verilməmiş, hökm qanuni qüvvəyə minmişdir.

36. İPM-in 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müddəaları tətbiq oluna bilər.

37. MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr N05-ci il tarixli, 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar N19-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral NN-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” N16-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə N03-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”

40. Eyni zamanda, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 yanvar N25-ci il tarixli, 2-1(102)-488/N25 saylı qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” N23-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır. ... Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir. ...Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1096/N23 nömrəli, xx.xx.N23-cü il tarixli, 2-1(102)-548/N24 nömrəli, xx.xx.N24-cü il tarixli, 2-1(102)-680/N24 nömrəli, xx.xx.N24-cü il tarixli qərarlar) "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanunda şəhidə anlayış verilmişdir. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nda şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları dəqiq müəyyən edilmişdir. Qaydaların 1.2-ci bəndində şəhid hesab edilən şəxslər göstərilmişir. Şəxsin şəhid hesab edilməsi üçün vəfat etmiş şəxs həmin kateqoriya şəxslərin dairəsinə uyğun olmalıdır. Qeyd edilən qaydalarda nəzərdə tutulmamış hallarda şəxsə şəhid stasutunun verilməsi qanuni sayıla bilməz. Qeyd edilən işlərdə işin faktiki halları ilə müəyyən edilmişdir ki, hərbi qulluqçu hərbi xidmət zamanı qeyri-döyüş şəraitində həlak olmuşdur. Göründüyü kimi, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. ...”

41. Yuxarıda qeyd olunanları məhkəmə əlaqəli şəkildə qiymətləndirərək belə nəticəyə gəlir ki, şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair tələb təmin olunmamalıdır.

NƏTİCƏVİ HİSSƏ

42. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı mərhum X5 şəhid statusu ilə bağlı arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin üzərinə vəzifə olaraq qoyulmasına dair tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar