Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4537/2023 20.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı X1 cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına qarşı “cavabdeh orqan tərəfindən iddiaçının ailəsinə dəymiş maddi və mənəvi ziyanın (əlilliyin düzgün qiymətləndirilməməsi və təqdim edilmiş sənədlərin 13 (on üç) ay gecikdirilməsi) ödənilməsinin təmin edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına qarşı “cavabdeh orqan tərəfindən iddiaçının ailəsinə dəymiş maddi və mənəvi ziyanın (əlilliyin düzgün qiymətləndirilməməsi və təqdim edilmiş sənədlərin 13 (on üç) ay gecikdirilməsi) ödənilməsinin təmin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mərhum həyat yoldaşıX8 ilə 04 oktyabr 1989-cu il tarixində ailə həyatı qurmuşdur və birgə nikahlarından üç övladları dünyaya gəlmişdir. İddiaçı evdar qadın olmuşdur və ailələrinin maddi ehtiyaclarını mərhum həyat yoldaşı ödəmişdir. Lakin həyat yoldaşının mədə və digər orqanlarında şiş xətsəliyi (onkoloji xəstəlik) yarandığından o ,əziyyət çəkməyə başlamışdır. Onkoloji xəstə kimi 2021-ci ilin sentyabr ayında Quba rayon Mərkəzi xəstəxanasında qeydiyyata alınsa da, 2022-ci ilin oktyabr ayında orqanizin funksiyasının 80%-nin pozulmasına görə iki il müdətinə ümumi xəstəlik səbəbindən əlillik təyinatı aparılmışdır və minimum məbləğdə 180 manat təqaüd təyin edilmişdir. Mərhum Quba rayon Mərkəzi xəstəxanasında bilavasitə ağır onkoloji xəstə olaraq 2021-ci ilin sentyabr ayı tarixində qeydiyyata alınsa da, 2022-ci ilin oktyabr ayında 80 % orqanizmin funksiyasının pozulmasına görə əlillik meyarı cavabdeh orqan tərəfindən ağır meyarla qiymətləndirilmiş, bu səbəbdən mərhum ərinə minimum həddə yoldaşına dünyasını dəyişən tarixə qədər təqaüd ödənilmişdir. Hesab edir ki, həyat yoldaşı 2021-ci ilin sentyabr ayından sonra xəstəliyi ilə bağlı müraciət etsə də ona 2022-ci ilin oktyabr ayından əlillik təyin edilməsi və əlilliyin düzgün qiymətləndirilməməsinə görə almalı olduğu maddi təminatdan cavabdeh orqan üzündən məhrum olmuşdurlar. İddiaçının nümayəndəsi X4 məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya müvafiq hüquqi yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. Məhkəmə mümkünlük iclası zamanı iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə X5nun ölümündən əvvəl “əlilliyin düzgün qiymətləndirilməməsi və təqdim edilmiş sənədlərin 13 (on üç) ay gecikdirilməsi səbəbdindən ona dəymiş zərərin ödənilməsi” ilə bağlı müraciətinin olmadığını bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, inzibati iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, X5nun vəfat etdiyi tarixədək həmin tələblə bağlı müraciəti olmamışdır. X5 vəfat etdiyi tarixədək həmin tələblə bağlı müraciət etmədiyindən, onun ölümündən sonra vərəsələrinin həmin tələblə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, işə baxan məhkəmə mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını əsaslandırmalı, sonra isə subyektiv hüququ 3 elementin məcmusu kimi qiymətləndirməlidir: öz hərəkətinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mübahisə predmeti olan yaşayış evinə dair dair iddiaçının hər hansı hüququnun pozulması, həmin yaşayış evi üzərində subyektiv hüquqa malik olması məhkəmə iclasında təsdiqini tapmadığından, iddia mümkün sayılmalı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına qarşı “cavabdeh orqan tərəfindən iddiaçının ailəsinə dəymiş maddi və mənəvi ziyanın (əlilliyin düzgün qiymətləndirilməməsi və təqdim edilmiş sənədlərin 13 (on üç) ay gecikdirilməsi) ödənilməsinin təmin edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-4537/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4537/2023
20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver