Məhkəmə qərarları › İş №2-1(118)-454/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-454/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-454/2021 19.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinə qarşı “xx.xx.1990-cı il təvəllüdlü X6 və xx.xx.1985-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “xx.xx.1990-cı il təvəllüdlü X6 və xx.xx.1985-ci il təvəllüdlü X2 ünvan 2 ünvanında yerləşən ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 71/13 ünvanında yerləşən mənzili 2019-cu ildə almışdır. xx xxx 2019-cu il tarixində Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əldə edərək mənzilə tam mülkiyyət hüququ əldə etmişdir. Mənzili alarkən həmin mənzilin əvvəlki sahibi iddiaçıya bildirmişdir ki, mənzildə əvvəldən qeydiyyatda olan şəxslər var və az bir müddətdə onlar qeydiyyatdan çıxacaqlar. Lakin sonradan mənzil aldığı şəxsə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, iki ilə yaxındır ki, onlar qeydiyyatdan çıxmırlar. X4 və X5 iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Kommunal ödənişlər həyata keçirərkən, həmin mənzildə yaşamayan, ümumiyyətlə iddiaçı ilə heç bir bağlılığı olmayan şəxslərin əvəzindən əlavə ödənişlər etməsi ilə nəticələnir. Bununla da iddiaçının mülkiyyət üzərində sərəncam və digər hüquqları pozulmuş olur. Həmin şəxsin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olması iddiaçıya gələcəkdə çətinlik yaradacaqdır. İddiaçıya məxsus mənzildə iddiaçı ilə əlaqəsi olmayan şəxsin mülkiyyətçinin iradəsi əleyhinə daimi qeydiyyatda olması iddiaçı üçün bir sıra neqativ nəticələr (həmin şəxsə görə əlavə kommunal haqqı ödəmək, mənzili özəlləşdirəcəyi halda onun razılıq ərizəsinin alınması zərurəti yarandığından, həmin şəxsə poçt göndərişlərinin iddiaçıya məxsus mənzilə gələcək olması) yaradır. X1 və X2 mülkiyyətində ola mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Bununla əlaqədar olaraq xx xxxxxxx 2020-ci il tarixində ərizə ilə cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü X7 və xx.xx.1985-ci il təvəllüdlü X2 ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaları barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2020-ci il tarixli, 123-35175M-3220 saylı məktubu ilə imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçı ilə heç bir bağlılığı olmayan şəxslər qeydiyyatdan çıxarılmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 56.4 kv.m olan mənzil alqı-satqı müqaviləsi əsasında X3 mülkiyyətinə verilmiş, həmin şəxs öz hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Lakin o evi satarkən qarşı tərəfə söz vermişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması məsləsini həlll edəcəkdir. Ona görədə iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı xx.xx.1990-cı il təvəllüdlü X6 və xx.xx.1985-ci il təvəllüdlü X2 ünvan 1 ünvanında yerləşən ona məxsus mənzildən qeydiyyatdan çıxarılmalarını istəyir. Lakin həmin iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun qalmadığı müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 56.4 kv.m olan mənzil alqı-satqı müqaviləsi əsasında X3 mülkiyyətinə verilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən mənzil üzərində mülkiyyət hüququ qalmadığına görə hazırki iddia tələbi üzrə də subyektiv hüququ qalmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah olunsun ki, mənzilin yeni mülkiyyətçisi qeydiyyatda olmasını istəmədiyi şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət edə bilər, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar