Məhkəmə qərarları › İş №2-1(118)-4543/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4543/2023

06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4543/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “xx.xx.1953-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı2, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2017-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2014cü il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis idarəsinin ünvanına qeydiyyata alınmaları” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “xx.xx.1953-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı2, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2017-ci il təvəllüdlü X15, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2014cü il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis idarəsinin ünvanına qeydiyyata alınmaları” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1, onun arvadı, qızı və qızının 5 övladı ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Ev onların şəxsi evidir, lakin evinin dövlət qeydiyyatına alınmasına dair çıxarışı yoxdur. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən ona ayrılmış torpaq sahəsində ev tikmişdir və ailəsilə birlikdə həmin evdə yaşayır. Qızı Gülşən və onun 5 övladı da onlarla birlikdə yaşayır və onların qayğısına o qalır. Ahıl yaşında nəvələrinin tələbatını ödəmək üçün işləməyə məcburdur. Qızı Gülşən 5 övladına görə sosial yardım alırdı, lakin artıq 2023-cü ilin iyul ayından o, sosial yardımı ala bilmir. Sosial yardımın 1 il müddəti bitdiyi üçün sənədlərini yeniləməlidir, lakin şəxsiyyət vəsiqəsi aktiv olmadığından bunu həyata keçirə bilmir. Ona görə ki, iddiaçılar Abşeron Rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmuşdurlar. Lakin cavabdeh orqan iddiaçılar və azyaşlı uşaqları oradan pasport qeydiyyatından çıxarmışdır. Öz evləri sənədsiz olduğu üçün öz qeydiyyata alına bilmirlər, çox çarəsiz və çıxılmaz vəziyyətdə qalmışdırlar. Abşeron Rayon Polis İdarəsi tərəfindən onlara xx.xx.2023-cü il tarixli məktub verilərək, vətəndaşın qeydiyyata alınmasından ötrü Azərbaycan Respublikası DİN-nin xx.xx.2010-cu il tarixli 550 saylı əmrin 2-ci maddəsinin "a" bəndinə əsəsən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, “g" bəndinə əsəsən yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənədlər şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi və ya məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyata alınmasının mümkün olduğu izah olunmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaya qarşı heç bir etirazları yoxdur. İddiaçıların iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçılara ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının polisin inzibati binasına yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edilmişdir. - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov X13 rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 65 ünvanında qeydiyyatda olmuşdur. - AZE seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev PR, RPŞ ünvanında qeydiyyatda olmuşdur. - AZE seriyalı, 18472505 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, №5 RPŞ ünvanında qeydiyyatda olmuşdur. - AZE seriyalı, 11642978 saylı, AZE seriyalı, 11642979 saylı, AZE seriyalı, 11642988 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X7, X8, X12 tarixinədək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev PR, RPŞ ünvanında qeydiyyatda olmuşdur. - Məhkəməyə sorğu əsasında Abşeron rayon Polis İdarəsindən daxil olmuş 28 sentyabr 2023-cü il tarixli cavab məktubdan görünür ki, İddiaçı1 xx.xx.2016-cı il tarixdən hal-hazıra kimi ünvan 5 ünvanında qeydiyyatdadır; İddiaçı2 xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron RPİ-nin inzibati binasında qeydiyyatda olmuşdur; İddiaçı3 xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron RPİ-nin inzibati binasında qeydiyyatda olmuşdur; X15 xx.xx.2018-ci il tarixdən hal-hazıra kimi Abşeron RPİ-nin inzibati binasında qeydiyyatdadır; X10 xx.xx.2017-ci iı tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron RPİ-nin inzibati binasında qeydiyyatda olmuşdur; X11 xx.xx.2017-ci il tarixdən hal-hazıra kimi Abşeron RPİ-nin inzibati binasında qeydiyyatdadır; X12 xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron RPİ-nin inzibati binasında qeydiyyatda olmuşdur; Nəbyev Ümid xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron RPİ-nin inzibati binasında qeydiyyatda olmuşdur. - Məhkəməyə sorğu əsasında Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş 28 sentyabr 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı1 xx.xx.2007-ci ildən xx.xx.2016-cı ilədək Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı2 xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilədək ünvan 9, xx.xx.2013-cü ildən isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3 xx.xx.2017-ci ildən Abşeron rayon, Xırdalan şəhər, H.Z.Tağıyev küçəsi, Rpş, xx.xx.2017-ci il təvəllüdlü X15 xx.xx.2018-ci ildən Abşeron rayon, Xırdalan şəhər, H.Z.Tağıyev küçəsi, Rpş, xx.xx.2011ci il təvəllüdlü X7 xx.xx.2017-ci Abşeron rayon, Xırdalan şəhər, H.Z.Tağıyev küçəsi, Rpş, xx.xx.2012-ci il təvəllüdlü X8 xx.xx.2017-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, xx.xx.2014- cü il təvəllüdlü X12 xx.xx.2017-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr-ti, xx.xx.2019-cu il təvəllüdlü X16 xx.xx.2019-cu ildən ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. Məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçıları dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə və məhkəmə sorğularına cavab məktubları ilə müəyyən olunur ki, iddiaçılar və yetkinlik yaşına çatmayan şəxslər əvvəllər Abşeron rayon Polis İdarəsinin ünvanı olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev PR RPŞ ünvanında qeydiyyatda olmuşlar. Daha sonra iddiaçılar və yetkinlik yaşına çatmayan şəxslər qeyd edilən ünvandan qeydiyyatdan çıxarılmışlar. Bundan sonra iddiaçılar Abşeron rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmalarına dair müraciət etmiş, cavabdehin 22 iyul 2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıların müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra - şəxsiyyət vəsiqəsi). Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əksetdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.1-ci bəndində əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.29-ci bəndində əsasən bu Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) dəyişdirilə bilən məlumatlarda dəyişiklikləri vəsiqə təqdim edildikdən dərhal sonra müvafiq dövlət informasiya resursları vasitəsilə elektron qaydada aşağıdakı dövlət orqanları həyata keçirirlər: 2.29.1. vətəndaşın yaşadığı yer və boyu barədə məlumat — vəsiqə verən orqan; 2.29.2. vətəndaşın ailə vəziyyəti barədə məlumat, həmçinin bu Əsasnamənin 2.14.5-ci – 2.14.7-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar — vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan; 2.29.3. vətəndaşın hərbi vəzifəsi barədə məlumat — Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsi; 2.29.4. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumlar. Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Hazırkı tələblə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, onlar əvvəllər Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev PR RPŞ ünvanında qeydiyyatda olmuşlar. İddiaçılar yenidən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev PR RPŞ ünvanına qeydiyyatının təmin edilməsi üçün cavabdeh orqana müraciət etsələr də, onların müraciətlərindən imtina edilmişdir və onlar polis orqanının inzibati binasına qeydiyyata salınmamışlar. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçılar tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1953cü il təvəllüdlü İddiaçı1, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı2, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı3, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis idarəsinin ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü İddiaçı1, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı2, xx.xx.1991ci il təvəllüdlü İddiaçı3, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X9 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis idarəsinin ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar