Məhkəmə qərarları › İş №2-1(118)-455/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-455/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-455/2021 23.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5rşı “Sumayıt şəhəri, Saray bağlar ərazisi B-3350 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Saray bağlar ərazisi B- 3350 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə iddiaçı nümayəndəsi vasitəsilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X9 müraciət etmiş, müraciətinə bağ sahəsinin uzunmüddətli icarəyə verilməsinə dair müqavilə və texniki pasport əlavə olunmuşdu. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10 torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının aparılmasından xx xxxxxxx 2020-ci il tarixli bildirşlə imtina etmişdir. İlk növbədə məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh ərizəçinin hüquqlarını kobud surətdə pozaraq ''Daşmmaz əmlakakın dövlət reyestri haqqında" Qanunun tələbinə əməl etməyərək həmin qanunda göstərilən müddətdə deyil, 26 gün sonra imtina bildirişini tərtib edərək ona təqdim etmişdir. Cavabdeh həmin bildirişində bağ torpaq sahəsi üzərində ərizəçinin hüququnun qeydə alınmasından imtina etmişdir və məktubunda qeyd etmişdir ki, bağ torpaq sahəsinə dair Bağ təsərrüfatı idarəsi ilə onun arasında bağlanmış xx xxxx 2000-ci il tarixli müqavilə onun yetkinlik yaşına çatmadığı zamanı bağlandığı üçün hüquqların qeydiyyata alınması üçün əsas ola bilməz. Cavabdeh imtina bildirişində Mülki Məcəllənin 28.2-ci maddəsinə istinad edərək əsaslandırma vermişdir. Həmin Məcəllənin 358.2-ci maddəsinə görə isə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Digər tərəfdən əşyaya dair səlahiyyətsiz şəxsin sərəncam verməsi sonradan səlahiyyətli şəxsin bunu bəyənməsi halında etibarlı olur. Mövcud torpaq sahəsindən qanuni istifadə edir və həmin torpaq sahəsi torpaq islahatı nəticəsində vətəndaşların qanuni istifadəsinə verilmiş torpaq sahələri statusu daşıyır. Torpaq sahəsi nə bələdiyyə, nə də ki dövlət mülkiyyətinə aiddir. Cavabdeh torpaq sahəsinin ayrılması zamanı onun 18 yaşının tamam olmamasını əsas gətirərək Mülki Məcəllənin 28.2-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, torpaq sahəsinin ayrılması zamanı mülki hüquq fəailiyyət qabiliyyəti yaranmadığı üçün hüququn qeydiyyatından imtina edir. Cavabdeh fiziki şəxsin mülki hüquq qabiliyyəti ilə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti anlayışını səhv salmışdır. Mülki Məcəllənin 25.1-ci, maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Mülki Məcəllənin 25.2-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq qabiliyyəti onun doğulduğu andan əmələ gəlir. Ona görə də cavabdehin imtinası əssasızdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi X7 eyniməzmunlu izahat verərək, bildirmişdir ki, iddiaçının nümayəndəsi olmaqla yanaşı həmdə iddiaçının atasıdır. Qeyd olunan müqavilənin bağlanması zamanı oğlunun yetkinlik yaşana çatmamasına baxmayaraq, sənədlərin rəsmiləşdirilməsi zamanı o, həmişə oğlunun yanında olmuş və onun razılığı ilə oğlunun adına bütün səndlər rəsmiləşdirilmişdir. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçı Əliyev X3 şəhəri, Saray bağlar ərazisi, B-3350 nömrəli bağ torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın texniki pasportunun verilməsi ilə əlaqədar xx xxxxxxxx 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X9 müraciət etmiş və onun ərizəsi ********** nömrə ilə qeydə alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması məqsədi ilə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan X11 ilə İddiaçı arasında bağ torpaq sahəsinin icarəyə verilməsi haqqında xx xxxx 2000-ci il tarixli 9986 nömrəli müqavilə bağlanılan zaman ərizəçi İddiaçı yetkinlik yaşına çatmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə yaranır. Bununla əlaqədar olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona xx xxxxxxx 2020-ci tarixli **********86 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5rşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinə etirazlarını bildirərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş edilir. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan X11 tərfindən verilmiş B-3350 saylı bağ torpaq sahəsinə aid Texniki Pasportun surəti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X6 xx xxxxxxx 2020-ci tarixli **********86 saylı imtina məktubu, etirazı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin məcəllənin 28.2-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Bu cür yetkinlik yaşına çatmayanın bağladığı əqd sonradan valideynləri, övladlığa götürənlər və ya himayəçi tərəfindən bəyənildikdə də etibarlıdır. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 345.1-ci maddəsinə əsasən ön dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. Həmin Məcəllənin 356-cı maddəsinə əsasən əqdin bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qayda haqqında razılığa gəlməyiblərsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadan verilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Həmin Məcəllənin 357 -ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh təşkilat iddia tələbinə dair məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və etiraz ərizəsində iddia tələbinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən mümkün hesab edilməməsini bildirmiş, o cümlədən iddiaçının tələbinin hansı səbəbdən həyata keçirilə bilmədiyini göstərmişdir. İlk növbədə məhkəmə iddia tələbinin mümkünlük məsələsinin araşdırmasını zəruri hesab edir. Məhkəmə cavabdeh təşkilat tərəfindən etirazında İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsaslanaraq iddianının qeyri-mümkün hesab edilməsinə dair gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı Sumqayıt şəhərində icarəsinə torpaq sahəsi verilmiş və həmin bağ sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində öz əksini tapmış hüquqlarından yararlanaraq sahibliyində olan torpaq sahəsininin üzərində mülkiyyət hüquqlarını qeydə alınmasını istəyir. Lakin DƏDRX-nin 2 saylı X10 X2 35-ci maddəsində qeyd olunmuş-müraciət edən şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslanmadığına istinad edir. Məhkəmə hesab edir ki, İddiaçı konstitusion hüquqlarının həyata keçirilməsində sərbəstdir və bu hüquqlardan həyata keçirilməsində maraqlarının nədən ibarət olmasını əsaslandırmağa borclu deyil. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassızıdr və iddia tələbinin mümkün hesab edilməməsi ilə bağlı hər hansı bir maneə mövcud deyil. Buna görədə məhkəmə hesab edir ki, inzibati mübahisəyə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan X11 ilə İddiaçı arasında Sumqayıt şəhəri, Saray bağlar ərazisi B-3350 saylı bağ torpaq sahəsi ilə bağlı 2010-cu il tarixinədək qüvvədə olan xx xxxx 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsi bağlanmışdır. Qeyd olunan icarə müqaviləsi bağlanarkən İddiaçı məhdud fəaliyyət qabiliyətli şəxs olmuş, yəni tam olaraq 18 yaşına çatmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti” haqqında Qanunun 8.0.7-ci maddəsinə əsaən iddiaçı Xidmətə müraciət edərək, əldə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarını qeydə alınması üçün müraciət etmişdir. Lakin cavabdeh təşkilat Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində olan X11 ilə İddiaçı arasında xx xxxx 2000ci il tarixli 9986 nömrəli icarə müqaviləsinin bağlandığı zaman İddiaçı 15 yaşı olmasına və Mülki Məcəllənin tələblərinə əsasən İddiaçı müqaviləni müstəqil şəkildə imzalamağa hüququnun olmamasını əsas gətirərək həmin müqavilə üzrə ərizəçinin torpaq üzərində əmələ gəlmiş hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir. Yaranmış mübahisə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, yuxarıda qeyd olunan Mülki Məcəllənin tələbləri baxımından məlum olur ki, fiziki şəxslər 14 yaşından 18 yaşınadək məhdud fəaliyyət qabiliyyətli şəxslər hesab olunur. Həmin Məcəllənin yaş senzoru baxımından məhdud fəaliyyət qabiliyyyətli şəxslərin müstəqil şəkildə bağlamağa səlahiyyəti olmayan müqavilələrinin qanuni nümayəndələrinin razılığı ilə imzalamaq səlahiyyətinin olması qeyd olunmuşdur. Eyni zamanda səlahiyyətsiz şəxs tərəfindən əqdlər bağlanmamışdan, yəni imzalanmamışdan öncə verilmiş icazə və əqd bağlandıqdan sonra səlahiyyəti olan şəxs tərəfindən verilmiş bəyənmə adlı hərəkətlər öz əksini tapmışdır. Bundan başqa qeyd olunan Məcəllədə əqdlərin etibarsız olmasının iki əsası, yəni 1)mübahisə edilə bilən və 2) əhəmiyyətsiz olması öz əksini tapmışdır. Belə ki, həmin Məcəllədə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş 14 və 15-ci fəsilləri -- mübahisələndirilən əqdlərin etibarsız hesab edilməsi üçün mütləq şəkildə mübahisənin olması, yəni məhkəmə qaydasında həmin əqdin mübahisələndirilməsi və məhkəmə tərəfindən əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarının olması tələb edilməyən əhəmiyyətsiz əqdlərə həsr olunmuşdur. Qeyd olunan Məcəllənin müvafiq fəsillərinə nəzər salındıqda müəyyən olunur ki, Qanunun birbaşa göstərişinə əsasən əhəmiyyətsiz sayılan əqdlərin sırasına yalnız Məcəllənin 340.1-ci maddəsində öz əksini tapmış yalan və uydurma nəticəsində bağalnmış əqdlər daxildir. Yəni qeyd olunanlardan məlum olur ki, Məcəllənin 340.1-ci maddəsində göstərilmiş əqdlərdən başqa digər əqdlərin etibarsız hesab edilməsi üçün əqd maraqlı şəxs tərəfindən mübahisələndirilməli və məhkəmənin müvafiq qərarı ilə həmin əqd etibarsız hesab edilməlidir. Qeyd olunan əqd etibarsız hesab olunduqdan sonra əqdlə bağlı bütün hüquqi nəticələr aradan qaldırılır. Lakin hazır ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Saray bağlar ərazisi B-3350 saylı bağ torpaq sahəsi ilə bağlı 2010-cu il tarixinədək qüvvədə olan xx xxxx 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olmaması müəyyən olunur. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, Sumqayıt şəhəri, Saray bağlar ərazisi B- 3350 saylı bağ torpaq sahəsi ilə bağlı 2010-cu il tarixinədək qüvvədə olan xx xxxx 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsi bağlandıqdan sonra İddiaçı qanuni nümayəndəsi olan atası Məzahir Əliyev övladı tərəfindən icarə müqaviləsinin bağlanmasını bəyənmiş və hal hazırda İddiaçı həmin hüquqdan irəli gələn maraqlarını məhkəmədə müdafiə edir. Bu isə bir daha ona dəlalət edir ki, xx xxxx 2000-ci il tarixli 9986 nömrəli icarə müqaviləsinin etibarsızlığından söhbət gedə bilməz. Sonda məhkəmə iddiaçı tərəfindən iddia ərizəsində fiziki şəxsin mülki hüquq qabilliyətli və fəaliyyət qabiliyyətli arasında olan fərqə münasibət bildirməsinə dair gətirdiyi şərhə qiymət verərək, qeyd etməyi zəruri bilir ki, fiziki şəxsin müqavilə üzrə hüquqlarını həyata keçirməsi onun mülki hüquq qabiliyyəti ilə deyil fəaliyyət qabiliyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin hər hansı bir müqavilə üzrə mülki hüquqların əldə etməsi onun fəlaiyyət qabiliyyətinin olmasından irəli gəlir. Qeyd olunan mülki hüquq qabiliyyətinə isə şəxsin doğluduğu andan qanunla yaranmış yaşamaq, azadlıq və bu kimi digər konstitusion hüquqları olması aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanları rəhbər tutaraq, məhkəmə hesab edir ki, inzibati orqanının imtinası üçün gətirdiyi arqumentlər əsaslı olmadığı üçün iddiaçının iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına Sumayıt şəhəri, Saray bağlar ərazisi B-3350 saylı bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6 üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnz`ibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar