Məhkəmə qərarları › İş №2-1(118)-4550/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4550/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4550/2024 08.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi təyin olunmuş Prezident təqaüdünün bərpası və ödənilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndələri X1, Nümayəndə2, X2, Nümayəndə4, Üçüncü şəxs "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2008-ci il tarixdən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi, ona təyin olunmuş Prezident təqaüdünün dayandırılması barədə 24 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi, həmin təqaüdün bərpa edilməsi və 24 yanvar 2024ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı məhkəməyə müraciət edərək ona xx.xx.2008-ci il tarixdən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi, ona təyin olunmuş Prezident təqaüdünün dayandırılması barədə 24 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi, həmin təqaüdün bərpa edilməsi və 24 yanvar 2024-ci il tarixdən ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 1989-cu İlin payız çağırışında keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmət dövründə 1990-cı ilin yanvar ayının 6 dan İyun ayının 8-dək Çemobıl AES-da qəzanın nətiçələrinin aradan qaldırlması zamanı vəzifələrini yerinə yetirərkən əlil olmuşdur. İddiaçıya xx.xx.2008-ci il tarixdən Çemobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmiş və ödəniş xx.xx.2024-cü il tarixində əsassız olaraq, bu barədə qəbul edilmiş hər hansı bir qərar ona göndərilmədən və iştirakı olmadan dayandırılmışdır. Buna səbəb olaraq xx.xx.2024-cü il tarixində mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsisteminə düzəlişlər edilərək əlilliyinin səbəbini “Çemobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olaraq daxil edilməsi göstərilmişdir. Bildirir ki, H3 ******* nömrəli hərbi biletinin 23-24-cü səhifələrindən, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 62 №-li arayışında qeyd olunduğu kimi, iddiaçı həqiqətən xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Çernobıl AES-də hərbi xidmətdə olmuşdur və həmin dövrdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar Çernobıl qəzasının aradan qaldırılmasında İştirak etmişdir. Yuxarıda qeyd edilənləri nəzər alaraq ona xx.xx.2008-ci il tarixdən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi təyin edilmiş Prezident təqaüdünün dayandırılması barədə qərarın ləğv edilməsini və müvafiq qərarın surətinin ünvanına göndərilməsi barədə xahişlə müraciət etmişdir, ərizənin icrasından imtina edilmişdir. Cavabdeh orqan tərəfindən inzibati icraata başlandıqda ona məlumat verilməmiş, dinlənilməmişdir, araşdırma aparılmadan yalnız mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsistemində yazılan qeydə əsasən təqaüdü dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə görə İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəmini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil iştirak etmiş, izahatlarında onun əlilliyinin əvvəl Çernobıl AES-də hərbi xidmət vəzifələrini yetirməklə əlaqədar olduğunu, sonradan isə dəyişdirilərək qəzanın ləğvi olaraq qeyd edildiyini, iddiaçının hərbi biletində də hərbi xidmətlə əlaqəli qeydin olduğunu bildirmişdirlər. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı iddia ərizəsində onun Çernobıl zonasında qəzanın nəticələrini aradan qaldırarkən və xidməti vəzifələrini icra edərkən sağlamlıq vəziyyətinin pozulduğunu və ona İİ dərəcə əlilliyin təyin olunduğunu, lakin Çernobıl AES-da hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlilliyi müəyyən edilmiş şəxs kimi ona ödənilən Preziden təqaüdünün dayandırıldığını iddia etməklə, təqaüdün dayandırılması barədə qərarın ləğv edilməsi və təqaüdün bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha əvvəl eyni məzmunlu ərizəylə cavabdeh orqana müraciət etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-Ş- 85844/2024 nömrəli iddiaçıya ünvanlanmış cavab məktubuyla iddiaçıya müvafiq təqaüdün təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə 01,09.2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Sözügedən Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Əlavə olaraq əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci maddəsinə şəxsin əlilliyi ümumi səbəblərdən (ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çemobıl AESdə qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar) və xüsusi səbəblərdən (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar) birinə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11.2.1-ci maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər - əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur. Həmin Qanunun 11.2.2-ci maddəsinə əsasən hərbi qulluqçular sırasından digər əlilliyi olan şəxslərə - əlillik hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verdikdə isə həmin hərbi qulluqçu müharibə əlili hesab olunmur. İddiaçıya xx.xx.2008-ci il tarixdən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmiş və ödənişi xx.xx.2024-cü il tarixədək davam etdirilmişdir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə müvafiq düzəliş edilərək onun əlilliyinin səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olaraq daxil edilmişdir. Bu səbəbdən təqaüdün ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Nəticədə Prezident təqaüdü üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.1995-ci il tarixdən müəyyən edilmiş İİ dərəcə əlilliyinin səbəbi “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” deyil “Çernobıl AES-də qəzanın ləğvi” ilə əlaqədar olduğundan sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclaslarında cavabdehin nümayəndələri X3, Nümayəndə2, X4, Nümayəndə4 iştirak etmiş, izahatlarında iddiaçının əlilliyin səbəbinin “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olaraq daxil edilmiş olması ilə əlaqədar ona təyin edilmiş təqaüdün dayandırıldığını bildirmişdirlər. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 iştirak etmiş, izahatında iddiaçının əlillik səbəbinin qəzanın ləğvi ilə əlaqədar olduğunu, sistemdə məlumatın belə olduğunu, HHK sənədlərinin təqdim edilməli olduğunu bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 62 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və xidmət dövründə xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Çemobıl qəzasının aradan qaldırılmasında iştirak etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi MEİS sosial müavinət və təqaüd haqqında ********** saylı, xx.xx.2024-cü il tarixl arayışdan görünür ki, iddiaçıya təyin edilmiş müavinətin növü Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələrini) yerinə yetirməklə əlaqədar olmuşdur. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya xx.xx.1999-cu il tarixdən 281106 saylı əlillik vəsiqəsi verilmişdir. NZ seriyalı, ******* saylı hərbi biletdə iddiaçının Çernobıl qəzası zamanı oradan 30 km məsafədə qəza nəticələrinin aradan qaldırılması işlərinə zəlb edildiyinə dair qeyd vardır. Məhkəməyə təqdim edilmiş inzibati icraat materialları üzrə DTSERA alt sistemindən çıxarışdan görünür ki, iddiaçının əlillik səbəbi Çernobıl AES-də qəzanən ləğvi ilə əlaqədar olduğu qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3-17-4/2-20138/2024 saylı məktubunda qeyd edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.1995-ci il tarixində qiymətləndirilmiş və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Şəxsin əlillik vəziyyətinin aydınlaşdırılması məqsədilə əlilliyini təsdiqləyən sənədlərlə (məs: Çernobıl AES ilə əlaqədar qərar, şəhadətnamə, vətəndaşın Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qərar, TSEK arayışı, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti və s) birlikdə Agentliyə qəbula gəlməsi tövsiyə olunur. İddiaçı barəsində qəbul edilmiş 24 yanvar 2024-cü ilə dair qərar və ya protokol mövcud deyil. “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya dair tibbi-sosial ekspertiza sənədlərindən görünür ki, iddiaçıya xx.xx.1995-ci il tarixində Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar müddətsiz əlillik təyin edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona xx.xx.2008-ci il tarixdən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi, ona təyin olunmuş Prezident təqaüdünün dayandırılması barədə 24 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsi, həmin təqaüdün bərpa edilməsi və 24 yanvar 2024-ci il tarixdən ödənilməsini istəyir. İddiaçı qeyd edir ki, hərbi xidmət dövründə 1990-cı ilin yanvar ayının 6 dan iyun ayının 8-dək Çemobıl AES-da qəzanın nətiçələrinin aradan qaldırlması zamanı vəzifələrini yerinə yetirərkən əlil olmuşdur. İddiaçıya xx.xx.2008-ci il tarixdən Çemobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmiş və ödəniş xx.xx.2024-cü il tarixində əsassız olaraq, bu barədə qəbul edilmiş hər hansı bir qərar ona göndərilmədən və iştirakı olmadan dayandırılmışdır. Buna səbəb olaraq xx.xx.2024-cü il tarixində mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əlillik” altsisteminə düzəlişlər edilərək əlilliyinin səbəbini “Çemobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olaraq daxil edilməsi göstərilmişdir. H3 ******* nömrəli hərbi biletinin 23-24-cü səhifələrindən, həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 62 №-li arayışında qeyd olunduğu kimi, iddiaçı həqiqətən xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Çernobıl AES-də hərbi xidmətdə olmuşdur və həmin dövrdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmişdir. Cavabdeh isə qeyd edir ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar İİ dərəcə əlilliyi müəyyən edilmiş şəxs kimi Prezident təqaüdü təyin edilmiş və ödənişi xx.xx.2024-cü il tarixədək davam etdirilmişdir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə müvafiq düzəliş edilərək onun əlilliyinin səbəbi “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” olaraq daxil edilmişdir. Bu səbəbdən təqaüdün ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır Nəticədə Prezident təqaüdü üzrə xx.xx.2008-ci il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qeyd olunanları nəzərə alaraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan məlumatlara əsasən iddiaçının xx.xx.1995-ci il tarixdən müəyyən edilmiş İİ dərəcə əlilliyinin səbəbi “Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” deyil “Çernobıl AES-də qəzanın ləğvi” ilə əlaqədar olduğundan sözügedən təqaüdün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəfindən iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi isə məhkəmə sorğusuna cavabında qeyd edir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı əlillik vəziyyəti xx.xx.1995-ci il tarixində qiymətləndirilmiş və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Şəxsin əlillik vəziyyətinin aydınlaşdırılması məqsədilə əlilliyini təsdiqləyən sənədlərlə (məs: Çernobl AES ilə əlaqədar qərar, şəhadətnamə, vətəndaşın Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qərar, TSEK arayışı, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti və s) birlikdə Agentliyə qəbula gəlməsi tövsiyə olunur. İddiaçı barəsində qəbul edilmiş 24 yanvar 2024-cü ilə dair qərar və ya protokol mövcud deyil. Məhkəmə hesab edir ki, cavabdehin mövqeyi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 823 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə uyğun olaraq şəxsin əlilliyi ümumi xəstəlik, istehsalat zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, terror hadisəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən birinə əsasən müəyyən edilir. Sözügedən Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2.1-ci maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər—əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə həmin hərbi qulluqçu müharibə əlili hesab olunur. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar təyin edilə bilər. İddiaçı onun əlilliyinin əvvəlcədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidmət vəzifələri) yerinə yetirməklə əlaqədar təyin edildiyini, sonradan dəyişiklik edilərək Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar qeyd edildiyini bildirmiş, sübut qismində əlillik altsistemindən çıxarışı, hərbi biletində aparılmış qeydi məhkəməyə təqdim etmişdir. Lakin “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. İddiaçı tərəfindən xəstəlik haqqında şəhadətnamə, HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı məhkəməyə təqdim edilməmişdir. İddiaçıya izah edilsin ki, onun xəstəlik haqqında şəhadətnamə, HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsasında əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsini “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsindən tələb etmək hüququ vardır. İddiaçı tələbində həmçinin 24 yanvar 2024-cü il tarixli qərarın ləğv edilməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı belə bir qərarın olmadığı müəyyən edilmişdir. Beləliklə, iddiaçının hüquqi marağını dayandırılmış təqaüdün bərpa edilməsi və ödənilməsi təşkil edir. Hazırkı halda məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş prezident təqaüdü əlillik altsistemində olan məlumatlara əsasən dayandırılmışdır ki, cavabdehin bu hərəkəti qanuni olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar