Məhkəmə qərarları › İş №2-1(118)-456/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-456/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-456/2020 22.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı vəkili Mürşüdov Səxavət Nurəhməd oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə xx xxx 2019-cu il tarixli, 0448 saylı əmrində iddiçının xəstəliyi ilə bağlı müvafiq dəyişikliyin edilməsindən imtinasını əsassız hesab edərək cavabdehin xx xxx 2019-cu il tarixli, 0448 saylı əmrində iddiçının xəstəliyi ilə bağlı müvafiq dəyişikliyin edilməsinin bir vəzifə olaraq cavabdehə həvalə edilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə xx xxx 2019-cu il tarixli, 0448 saylı əmrində iddiçının xəstəliyi ilə bağlı müvafiq dəyişikliyin edilməsindən imtinasını əsassız hesab edərək cavabdehin xx xxx 2019-cu il tarixli, 0448 saylı əmrində iddiçının xəstəliyi ilə bağlı müvafiq dəyişikliyin edilməsinin bir vəzifə olaraq cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırlıq icraatı zamanı mübahisənin məhkəmədənkənar həlli müzakirə edilmiş və nəticədə mübahisə məhkəmədənkənar öz həllini tapmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar yeni inzibati aktın qəbul edilməsi tələbi cavabdeh tərəfindən təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxx 2019-cu il tarixli 0448 nömrəli əmrinin 3-cü bəndi ləğv olunmuş, Müdafiə nazirinin xx xxxxxxxx 2020-ci il tarixli 0683 №li əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmişdir. Qeyd edilən əmrdən çıxarışı məhkəməyə təqdim etməklə, işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığının nəzərə alınmasını və göstərilən əsasa görə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X1 iştirak etmiş, mübahisənin məhkəmədənkənar həll edilməsindən məmnun olduğunu və iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə xx xxx 2019-cu il tarixli, 0448 saylı əmrində iddiçının xəstəliyi ilə bağlı müvafiq dəyişikliyin edilməsindən imtinasını əsassız hesab edərək cavabdehin xx xxx 2019-cu il tarixli, 0448 saylı əmrində iddiçının xəstəliyi ilə bağlı müvafiq dəyişikliyin edilməsinin bir vəzifə olaraq cavabdehə həvalə edilməsi”nə dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar