Məhkəmə qərarları › İş №2-1(118)-456/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-456/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-456/2021 02.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, Hakim köməkçisi İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Bakı şəhəri 1 saylı Xidmət nümayəndəliyinə (Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi) qarşı xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon material texniki təchizat və maşın istehsalat birliyində KAMAZ 5410 markalı maşında sürücü vəzifəsində işləməsinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Bakı şəhəri 1 saylı Xidmət nümayəndəliyinə (Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon şöbəsi) qarşı iddia qaldıraraq xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon material texniki təchizat və maşın istehsalat birliyində KAMAZ 5410 markalı maşında sürücü vəzifəsində işləməsinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək izah edilmişdir ki, hüquqi müdafiyə vasitəsi olaraq Zəngilan rayonunun işğalından əvvəl işlədiyi dövrlərin müəyyən olunması üçün müvafiq ümumi məhkəmədə fakt təsdiqi tələbi irəli sürə bilər. İnzibati orqanın hərəkətlərini mübahisələndirdiyi halda isə aidiyyat məsələsi həll edilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxx 2020-cu il **********8 nömrəli əmrinə əsasən Fоndun Zəngilan rayon şöbəsinin Bakı şəhəri 1 saylı xidmat nümayəndəliyinə birləşdirilməsi əmr edilmişdir. Bakı şəhəri 1 saylı xidmət nümayəndəliyi isə Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazilərdə yerləşmir. İddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir. Məhkəmə hesab edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olduğuna, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-8.1.3 maddəsinin tətbiqi əsasları olmadığına görə, iddiaya qeyd olunan məcəllənin 8.1.4-cü maddəsinə əsasən cavabdehin yerləşdiyi Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 Bakı şəhəri 1 saylı Xidmət nümayəndəliyinə qarşı xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilə kimi Zəngilan rayon material texniki təchizat və maşın istehsalat birliyində KAMAZ 5410 markalı maşında sürücü vəzifəsində işləməsinin müəyyən olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar