Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4567/2025 23.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2nə qarşı “əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa edilmə” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının hərbi xidmətdən tərxis edilməsinə dair xx-ci il tarixli, 014 nömrəli əmrin ləğv edilərək onun hərbi xidmətə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2002-ci ildə hazırda Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərb Məktəbini bitirmiş, daha sonra X2nin Təlim-Tədris Mərkəzinin zabit dinləyicisi olaraq təhsilimi davam etdirmişdir. 2003-2013-cü illərdə N nömrəli hərbi hissənin xüsusi təyinatlı qrup komandirinin müavini və qrup komandiri, 2013cü ildən 2017-ci ilə dək N nömrəli hərbi hissənin qərargah bölük komandiri, N nömrəli hərbi hissənin qərargah bölük komandiri N nömrəli hərbi hissənin qərargah bölük komandiri, N nömrəli hərbi hissənin əməliyyat bölmə rəisinin köməkçisi və əməliyyat bölmə rəisi vəzifələrində xidmət etmişdir. Xidmət dövründə 2016-cı ilin sentyabr ayının 14-ü Füzuli rayon Hərbi məhkəməsi tərəfindən CM-ni l “8.2.4-cü maddəsi ilə təqsirli bilinərək ittiham olunmuş və CM-nin 32.4, 312.1, 69.4-cü maddəsi ilə təqsirləndirilərək 800 (səkkiz yüz) manat məbləğində cərimə cəzasına məhkum olunmuşdur. Müdafiə Naziririn 23 yanvar 2017-ci il tarixli, 014 nömrəli əmri ilə Hərbi Xidmət Keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluq) ehtiyata tərxis olunmuşdur. Tərxis olunmağının səbəbləri hazırkı iddia ərizəmin predmeti olmadığına görə onun üzərində dayanmır. Yalnız onu qeyd etməyi zəruri hesab edir ki, barəsində qəbul olunmuş qərarın qanunsuz olduğunu sübut etmək üçün X2nə müraciət etmiş, lakin hüquqlarını müdafiə etməyə və qanuni qərar qəbul edilməsinə nail ola bilməmişdir. Buna səbəb bir tərəfdən özünün hüquqi cəhətdən savadsızlığı və lazımi hüquqi yardım ala bilməməyi olmuşdur. 27 sentyabr 2020-ci ildə X1 başlayanda 2- ci qrup əlillik pensiyasından imtina edib ordu sıralarına könüllü səfərbər olunmuşdur, N və N nömrəli hərbi hissələrin tərkibində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə əldə etdiyi uğurlara görə qeyd etdiyi hərbi hissələrin komandirləri tərəfindən “Fəxri Fərman” - larla təltif edilmişdir. Bundan sonra iddiaçı dəfələrlə müxtəlif hərbi vəzifəli şəxslərə yenidən xidmətə qayıtmağı barədə ərizələrlə müraciət etmiş, lakin ona qanunvericiliyin tələbləri pozularaq əksər hallarda cavab verilməyib, verilən cavablar isə müddət pozuntusu ilə olmuşdur. Şifahi olaraq ona verilmiş cavablarda hərbi xidmətdə saxlanılmağının qeyri-mümkünlüyü müxtəlif səbəblərlə izah edilmişdir. Lakin bu cavablar qeyri-rəsmi olduğundan onların üzərində dayanmağa zərurət yoxdur. Beləliklə, onun hərbi xidmətdə qalıb qulluğu davam etdirməyinə maneə kimi heç bir tutarlı səbəb göstərilməmişdir. AR Konsititusiyasmm 55-ci maddəsinə əsasən hərbi xidmətdə olmaq onun vəzifəsi olduğu kimi, həm də hüququdur. Bu huquqdan o qanunsuz olaraq məhrum edilməklə Konsititusiyanm müddəaları pozulmuşdur. 18 il 7 ay hərbi xidmətdə olmuş şəxsi pensiya hüququ əldə etmək üçün tələb olunan müddətə (20 il) cəmi bir neçə ay qalmış tərxis ediblər. Sanki X2 onun qəsdinə durmuş, ən çətin əziyyətlərdən keçərək yaxınlaşdığım pensiya hüququnu əldə etməyi ona rəva bilməmişdir. Bu hüququnu həyata keçirməkdən imtina edilməsinin heç bir qanuni əsas yoxdur. O cümlədən iddiaçının məhkumluğu yoxdur, xarici ölkələrin vətəndaşı deyil, heç bir xarici ölkə qarşısında öhdəliyi yoxdur və s. Belə olan halda hüquqlarının bərpa edilməsi ancaq ədalətli məhkəmə tərəfindən təmin edilə bilər. AR İPM-in 2.2.1-ci maddəsinə əsasən iddia mubahisələndirmə haqqında iddialara aiddir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası müdafiə nazirinin xx-ci il tarixli 014 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1-ci maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38. -ci maddəsi) mövcüd olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərmişdir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mübahisələndirilən inzibati akt-Azərbaycan Respublikası müdafiə nazirinin 014 nömrəli əmridir. Əmr isə xx-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün yəni 9 fevral 2017-ci il tarixdə bitmiş və iddiaçı isə məhkəməyə Azərbaycan Respublikası müdafiə nazirinin xx-ci il tarixli 014 nömrəli əmrin mübahisələndirilməsi barədə ərizəni 2025-ci ilin fevral ayının 19-da məhkəməyə təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası X2 qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İddiaçı buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2002-ci ildə hal-hazırda Heydər Əliyevin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbini bitirmişəm, 2003-2013-cü illərdə N nömrəli hərbi hissənin xüsusi təyinatlı qrup komandirinin müavini və qrup komandiri, 2013-cü ildən 2017-ci ilə dək N nömrəli hərbi hissənin qərargah bölük komandiri, N nömrəli hərbi hissənin qərargah bölük komandiri, N nömrəli hərbi hissənin qərargah bölük komandiri, N nömrəli hərbi hissənin əməliyyat bölmə rəisinin köməkçisi və əməliyyat bölmə rəisi vəzifələrində xidmət etmişdir. Xidmət dövründə ciddi nöqsanlara yol vermədiyi halda kapitan rütbəsində xidmətdə olduğu zaman Müdafiə Naziririn 23 yanvar 2017-ci il tarixli, 014 nömrəli əmrilə Hərbi Xidmət Keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluq) ehtiyata tərxis olunmuşdur. 27 sentyabr 2020-ci ildə X1 başlayanda 2-ci qrup əlillik pensiyasından imtina edib ordu sıralarına könüllü səfərbər olunmuş, N və N nömrəli hərbi hissələrin tərkibində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd rayonlarının azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə əldə etdiyi uğurlara görə qeyd etdiyi hərbi hissələrin komandirləri tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Bundan sonra dəfələrlə müxtəlif hərbi vəzifəli şəxslərə yenidən xidmətə qayıtmağı barədə ərizələrlə müraciət etmiş, lakin qanunvericiliyin tələbləri pozularaq əksər hallarda cavab verilməyib, verilən cavablar isə müddət pozuntusu ilə olmuşdur. Şifahi olaraq verilmiş cavablarda hərbi xidmətdə saxlanılmağının qeyri-mümkünlüyü müxtəlif səbəblərlə izah edilmişdir. Lakin bu cavablar qeyri-rəsmi olduğundan onların üzərində dayanmağa zərurət yoxdur. Haqqında bu qədər müsbət məlumatların olmasına baxmayaraq, (döyüşlərdə fəal iştirakı, təltif olunmağı, müharibə iştirakçısı olmağı, müsbət xasiyyətnamə) heç bir halda tərxis olunucağını gözləmirdi. Bu məlumat verildikdə sarsılmış, həm bu səbəbdən, həm də müharibədə keçirdiyi psixo-emosional gərginlik nətəcəsində səhhətində problemlər yaranıb. Yuxarı komandanlığa barəsində düzgün məruzə olunmayıb, Əmin idi ki, düzgün məruzə olunarsa, hərbi xidmətə bərpa olunacaq. Ona görə də hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Haqlıdır, əmindir ki, dedikləri məhkəmə qarşısında sübuta yetirmək üçün kifayət qədər və inandırıcı sübutları var, Ona görə də ədalət naminə müddətin bərpa edilərək haqqımı tələb etmək və dediklərini sübuta yetirmək üçün imkan verilməsini istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Hazırkı işdən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 014 nömrəli əmrinə əsasən Hərbi Xidmət Keçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluq) ehtiyata buraxılmışdır. İddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclaslarında həmin əmrdən əmrin verildiyi zaman məlumatlı olduğunu bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, X1 zamanı ordu sıralarına könüllü səfərbər olunmuş, bundan sonra dəfələrlə müxtəlif hərbi vəzifəli şəxslərə yenidən xidmətə qayıtmağı barədə ərizələrlə müraciət etmiş, lakin qanunvericiliyin tələbləri pozularaq əksər hallarda cavab verilməyib, verilən cavablar isə müddət pozuntusu ilə olmuşdur. Şifahi olaraq verilmiş cavablarda hərbi xidmətdə saxlanılmağının qeyri-mümkünlüyü müxtəlif səbəblərlə izah edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirilən əmrdən vaxtında məlumatlı olduğunu etiraf etdiyi halda, hazırkı iddia ilə qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Buna baxmayaraq iddiaçı iddia müddətinin üzrlü səbəbdən ötürülməsini əsaslandırmamaqla yanaşı, bu müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən hər hansı mötəbər sübutu da məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı xidmətə bərpa edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciətlər etdiyi zaman da qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, buraxılmış müddətin üzrlü hesab edilməsi barədə əsaslar mövcud deyildir və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. “İnzibati icraat haqqında” Qanunun 73- cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki “İnzibati icraat haqqında” Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır (“İnzibati icraat haqqında” Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-4567/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4567/2025
23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver