Məhkəmə qərarları › İş №2-1(118)-457/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-457/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-457/2020 19.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə qarşı “xx xxxx 1993-cü ildən xx xxxx 1997-ci il tarixə kimi iddiaçının hərbi xidmət keçərkən xx xxxx 1994-cü i tarixdə Murovdağı ərazisində döyüş zamanı yaralandığı gündən əlilliyin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğunu və həmin dövrdən müavinətin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə qarşı xx xxxx 1993-cü ildən xx xxxx 1997-ci il tarixə kimi iddiaçının hərbi xidmət keçərkən xx xxxx 1994cü i tarixdə Murovdağı ərazisində döyüş zamanı yaralandığı gündən əlilliyin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğunu və həmin dövrdən müavinətin hesablanaraq birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1975-ci ildə Şamaxı rayonu Cəyirli kəndində anadan olmuşdur. xx.xx.1993-cü ildən xx.xx.1997-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövründə xidmət çəkərkən Murovdağı ərazisində döyüş zamanı xx.xx.1994-cü il tarixdə yaralanmış və sol çiyin və büzdüm nahiyəsinin kor qəlpə yarası diaqnozu ilə xx.xx.1994-cü ildə xəstəxanaya düşmüşdür. xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında müayinə və müalicə olunmuşdur, yaralanma-diaqnoz: “Sol çiyin və büzdüm nahiyəsinin kor qəlpə yarası. Yumşaq toxumların metalik yad cisimləri”. “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının № 1631 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə bir daha təsdiq olunmuşdur. AR ƏƏSMN-i TSEK-nın xx.xx.2019-cu il tarixli qərarı ilə ona İİİ qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik verilmişdir. Xidmət etdiyi dövrdə aldığı travma xx.xx.2019-cu ildə TSEK-da qiymətləndirilsə də hüquqi baxımdan onun bu vəziyyətə düşməsi həmin dövrdən yəni, xx.xx.1994-cü ildən yaralandığı tarixdən öz hüquqi qiymətini almalıdır. Bu barədə iddiaçı AR ƏƏSMN-i yanında DSMF- nin Qobustan rayon şöbəsinə müraciət etsə də həmin dövr üçün müavinətin verilməsi qeyrimümkün hesab edilmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi o, bu hərbi travmaya xx.xx.1994-cü ildən düçar olsa da İİİ qrup üzrə müavinəti xx.xx.2019-cu ildən alır. Qeyd olunanlara görə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirak etmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya 2019-cu ilin iyul ayından əlilliyə görə müavinət təyin olunmuşdur. Lakin iddiaçı xx xxxx 1993-cü ildən xx xxxx 1997ci il tarixə kimi iddiaçının hərbi xidmət keçərkən xx xxxx 1994-cü i tarixdə Murovdağı ərazisində döyüş zamanı yaralandığı gündən əlilliyin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olması və əvvəlki dövrdən müavinətin hesablanaraq birdəfəyə ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməmişdir. Məhkəmə iş materiallarını ararşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırki iddia tələbi ilə iddiaçı xx xxxx 1993-cü ildən xx xxxx 1997-ci il tarixə kimi iddiaçının hərbi xidmət keçərkən xx xxxx 1994-cü i tarixdə Murovdağı ərazisində döyüş zamanı yaralandığı gündən əlilliyin Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğunu və həmin dövrdən müavinətin hesablanaraq birdəfəyə ödənilməsini tələb edir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının eyni tələblə inzibati orqana müraciət etməsinə dair sübut mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, inzibati məhkəmə icraat qaydasında məcburetmə haqqında iddialara baxılması üçün səlahiyyətli inzibati orqana istədiyi inzibati aktın qəbul edilməsi üçün həmin aktın qəbul edilməsini istəyən şəxs tərəfindən qanunda nəzərdə tutulmuş formada müraciət edilməlidir. İnzibati orqan istənilən inzibati aktı qəbul etməkdən imtina edərsə 30 gün müddətində, hərəkətsizlik etdiyi halda isə müraciətdən 35 gün sonra məcburetmə haqqında iddia qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar