Məhkəmə qərarları › İş №2-1(118)-457/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-457/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-457/2021 17.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi ilə, X1 Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mübahisəli mənzilə dair müqavilə bağlanmasına sərəncam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1984-cü ildə X5 Trestinin Mənzil İstismarı idarəsinə fəhlə işinə qəbul edilmiş və həmin il yataqxana ilə təmin olunmuşdur. Mənzil sahəsinə kəskin ehtiyacı nəzərə alınaraq 3 il işlədikdən sonra o, 1983-cü ildə mənzil növbəsinə götürülmüş və çoxmənzilli binaların tikintisində iqtisadi problemlərin yaranması, onun uzun müddət mənzil növbəsində olması nəzərə alınaraq 1991-ci ildə ona xidməti mənzil kimi hazırda yaşadığı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 1a-da yerləşən 13 saylı, sahəsi 18,31 kv.m. olan 1 otaqlı mənzil verilmiş və o həmin vaxtdan 5 nəfər ailə üzvlərilə bu mənzilə pasport qeydiyyatına alınmaqla yaşayır. 30 ilə yaxın bu müddət ərzində iddiaçının və ailə üzvlərinin daimi yaşayış yeri olmaqla yanaşı, mənzil kirayə və kommunal xidmət haqları onun tərəfdən ödənilmiş və faktiki olaraq onunla mənzil kirayə münasibətləri yaranmışdır. Lakin mənzil iddiaçıya 1991-ci ildə müvəqqəti verildiyi üçün həmin vaxt onun adına order verilməmiş, yalnız işlədiyi müəssisənin MKİ-si tərəfindən verilmiş icazə məktubu əsasında o bu mənzilə köçmüşdür. Sonradan yaşadığı mənzilin yerləşdiyi bina Cavabdeh balansına verilmiş və yenə də o mənzil kirayə münasibətlərini davam etdirməklə bu mənzildən istifadə edir. Lakin onun 30 ilə yaxın bir müddətdə ailə üzvlərilə bumənzildə yaşamağına baxmayaraq həmin mənzilə dair mənzil kirayə müqaviləsinin-orderin olmaması səbəbindən iddiaçı bu mənzili özəlləşdirə bilmir. Həmin mənzilə dair onun adına orderin verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin ona ünvanladığı xx.xx.2020-ci il tarixli, 2150 saylı cavab məktubunda ona bildirmişdir ki,orderin verilməsi ilə bağlı məsələ Mənzil Məcəlləsinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Cavabdeh təşkilat bu məsələnin məhkəmə qaydasında həllini qeyd etməklə bu məsələdən yayınmışdır. Belə ki,mənzil artıq İcra hakimiyyətinin balansına verildiyi üçün həmin mənzilə dair mənzil kirayə müqaviləsi bağlamaq və order vermək birbaşa həmin təşkilatın üzərinə düşür, belə ki, mənzilə dair order vermək məhkəmə orqanının vəzifəsi deyildir. Bundan başqa artıq iddiaçı ilə cavabdeh arasında mənzil kirayə münasibətləri 20 ilə yaxındır ki, mövcuddur, belə ki, onda olan məlumata əsasən 2000-ci illərin əvvəllərindən bu mənzil cavabdehin balansına keçmiş və bu keçiddən sonra da cavabdeh onu faktiki olaraq mənzilin kirayəçisi kimi qəbul etməklə mənzil kirayə haqlarını ondan almış, iddiaçı və ailə üzvlərinin bu mənzildə yaşamasına etiraz etməmiş, yəni bu illər ərzində aralarında şifahi mənzil kirayə münasibətləri mövcud olmuş və cavabdeh mənzili iddiaçının kirayəsində saxlamaqla ondan kirayə haqlarını qəbul etmiş və bu mənzilə qeydiyyata almışdır. Bu hallar ona dəlalət edir ki, cavabdeh təşkilat iddiaçı ilə mənzil kirayə müqaviləsini rəsmiləşdirməklə adına order verməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək iddia tələbinin həcmini azaldıb Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 1a-da yerləşən 13 saylı, sahəsi 18,31 kv.m. olan 1 otaqlı mənzilə dair mənzil kirayə müqaviləsi bağlanmasına sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə Abşeron rayon, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 1 a-da yerləşən 13 saylı, sahəsi 18,31 kv.m. olan 1 otaqlı mənzillə bağlı mənzil kirayə müqaviləsinin bağlanması və adma orderin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, iddiaçı 1984-cü ildə X5 Trestinin Mənzil İstismarı İdarəsinə fəhlə işinə qaəbul edilmiş və həmin il yataqxana ilə təmin olunmuşdur. Mənzil sahəsinə ehtiyacı nəzərə alınaraq 3 il işlədikdən sonra 1983-cü ildə mənzil növbəsinə götürülmüş və çoxmənzilli binaların tikintisində iqtisadi problemlərin yaranması , uzun müddət mənzil növbəsində olması nəzəzrə alınaraq 1991 -ci ildə xidməti mənzil kimi hazirda yaşadığı Abşeron rayon, Ceyranbatan qəsəbəsi , 20 yanvar küçəsi, ev 1 a-da yerləşən 13 saylı, sahəsi 18,31 kv.m. olan 1 otaqlı mənzil verilmiş, həmin vaxtdan 5 nəfər ailə üzvləri ilə bu mənzilə pasport qeydiyyatına alınmaqla yaşayır və mənzil kirayə müqaviləsi bağlanması və adma orderin verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Rayon icra hakimiyyəti tərəfindən 2009-cu il tarixdən mənzillərə dair order sənədi verilməsi mümkün deyil, belə ki AR Mənzil Məcəlləsinin 62.1ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə bu sənədlər: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış, Abşeron rayonu Ceyranbatan qəsəbəsi MTİİTS-nin 1121 nömrəli arayışı, qeydiyyat vərəqəsi təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıya mənzilə eytiyacı olan şəxs kimi 1991-ci ildə işlədiyi Abşeron Su tikinti X3 İdarəsinin vasitəsi ilə Abşeron rayon,Ceyranbatan qəsəbəsi,20 yanvar küçəsi, ev 1 a-da yerləşən 13 saylı, 1 otaqlı mənzil ayrılmışdır. 1991-ci ildən etibarən iddiaçı 5 nəfər ailə üzvləri ilə birlikdə həmin mənzildə daimi yaşayırlar. Hal hazırda qeyd olunan mənzil Cavabdeh balansında olmasına baxmayaraq, cavabdeh təşkilat yeni Mənzil Məcəlləsində orderlərin verilməsi nəzərdə tutulmaması ucbatından Şəmidxan Payayevin adına kirayə müqaviləsinin bağlanması və mənzilə köçmək üçün əsas olan orderin verilməsi mümkün olmamasını bildirir. Məhkəmə hesab edir ki, mövcud mübahisə hüquq münasibətlərinin yarandığı dövrdə, xx xxxxxxx 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları əsasında həll edilməlidir. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. Həmin Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində kirayə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 54-cü maddəsində qeyd edilmişdir ki, kirayədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Kirayədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 83-cü maddəsinə görə yaşayış sahəsini kirayə müqaviləsi yalnız kirayəçinin, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Kirayəçinin ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış kirayə müqaviləsi üzrə ilk kirayəçi əvəzinə özünün kirayəçi hesab edilməsini kirayəçi və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Kirayəçi öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə isə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Məhkəmə hesab edir ki, ilə Abşeron rayon,Ceyranbatan qəsəbəsi,20 yanvar küçəsi, ev 1 a-da yerləşən 13 saylı, 1 otaqlı mənzil iddiaçıya verilmişdir. İddiaçının mənzil üzərində qanuni gözləntiləri var və onun mübahisələndirilən mənzilə dair kirayə hüquqları qanuni əsaslarla yaranmışdır. Cavabdeh inzibati orqan imtinaya yeganə dəlil kimi mübahisəli mənzildə Yeni Mənzil Məcəlləsində orderin verilməsinin nəzərədə tutulmamasını göstərir. Məhkəmə cavabdehin bu dəlilini əsaslı hesab etmir. Əvvəla 2009-cu ildən sonra qüvvəyə minmiş Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən dövlət balansında olan mənzillər ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanları ilə vətəndaşlar arasında sosial kirayə müqaviləsinin bağlanması nəzərdə tutulub. Lakin buna baxmayaraq, məhkəmə hesab edir ki, tərəflər arasında olan hüquq mübasibətləri 2009-cu ilə qədər yarandığına görə iddiaçı ilə bağlanacaq mənzilə dair kirayə müqaviləsi 1982-ci ildə qəbul edilmiş və xx xxxxxxx 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları əsasında bağlanmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Abşeron rayon,Ceyranbatan qəsəbəsi,20 yanvar küçəsi, ev 1 a-da yerləşən 13 saylı, 1 otaqlı mənzilə dair müqavilə bağlanmasına sərəncam verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ilə Abşeron rayon,Ceyranbatan qəsəbəsi,20 yanvar küçəsi, ev 1 a-da yerləşən 13 saylı, 1 otaqlı mənzilə dair müqavilə bağlanmasına sərəncam verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar