Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-457/2023 25.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının vəkili (xx.xx.2023-cü ilədək nümayəndəsi olmuş) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X2 ona məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanda yerləşən ev 37/6V saylı evin 26 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanda yerləşən ev 37/6V saylı evin 26 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzili vərəsəlik hüququ əsasında əldə etmişdir. Sonradan ona məlum olmuşdur ki, 3-cü şəxs onun mənzilində pasport qeydiyyatındadır. Üçüncü şəxs mənzilində formal olaraq qeydiyyatda qalmışdır. Onun mənzil üzərində heç bir hüququ yoxdur və onun mənzilində qeydiyyatda qalması mənzil üzərində mülkiyyət hüquqlarını həyata keçirməkdə çətinlik yaradır, rəsmiləşdirmə işlərinin aparılmasına maneələr törədir və əlavə xərc çəkməyinə səbəb olur. Ona görə də cavabdehə müraciət edərək üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını müraciət etmiş, onun müraciətinə müsbət cavab verməyən cavabdeh müraciəti təmin etməmiş və inzibati məhkəməyə müraciət etməyini məsləhət bilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının vəkili iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-23247Q-3222 nömrəli, 22 iyun 2022-ci il tarixli imtina məktubu, DƏDKR tərəfindən verilmiş **********44-05101-093013 nömrəli çıxarışın təsdiqlənmiş surəti, vərəsəlik şəhadətnaməsinin təsdiqlənmiş surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, 7 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 557 nömrəli, xx.xx.2022-ci il tarixli arayış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli məktub və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından müəyyən olunur ki, İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanda yerləşən ev 37/6V saylı evin 26 nömrəli mənzilin mülkiyyətçisidir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil X1 Birliyinin 7 saylı Mənzil Komunal Sahəsinin verdiyi arayışlarda mübahisə predmeti olan mənzildə 3-cü şəxs X2 qeydiyyatda olması bildirilir. Lakin DİN-dən verilən arayışlardan məlum olur ki, qeyd olunan mənzildə Əlfət Qasımov pasport qeydiyyatında yoxdur.Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanda yerləşən ev 37/6V saylı evin 26 nömrəli mənzildə pasport qeydiyyatında hər hansı bir şəxs müəyyən edilməmişdir.Həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan da görünür ki, həmin mənzildə qeydiyyatda heç bir şəxs yoxdur. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması və qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 8-ci maddələrinə əsasən həyata keçirilir və həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 493 saylı 14 iyun 1996-cı il tarixli Fərmanına əsasən Qanunun 5-ci və 8-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Daxili İşlər Nazirliyi həyata keçirir. İşin araşdırılan hallarından məlum olur ki, qeydiyyatdan çıxarılması tələb edilən şəxs qeyd olunan mənzildə pasport qeydiyyatında yoxdur. Belə olan cavabdeh inzibati orqanın üzərinə hər hansı bir öhdəliyin qoyulması qəbuledilməzdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “X2 ona məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon ünvanda yerləşən ev 37/6V saylı evin 26 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-457/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-457/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver