Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4570/2024 01.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X2 və Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2023-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.2023-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xəstəliklə əlaqədar olaraq 2-ci qrup əlillik verilmiş və xx.xx.2023-cü ildən sosial müavinət təyin edilmişdir. İddiaçıya əlilliyə görə sosial müavinət deyil, əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1994-cü ildə anadan olmuşdur. xx.xx.2018-ci ildən xx.xx.2023-cü ilə qədər əmək müqaviləsi ilə fiziki şəxs (VÖEN: **********) X4 aid mağazada satıcı peşəsində. xx.xx.2024cü ildən hal-hazıradək "xxxx" MMC-də işləyir. Xəstəliklə əlaqədar olaraq sosial müavinət təyin edilən tarixə 66 aydan artıq iş stajı olmuşdur. Belə olan halda əlilliyə görə əmək pensiyası təyin edilməlidir (hər il üçün 4 ay iş stajı olduğuna görə). xx.xx.2023-cü ildən xəstəliklə əlaqədar olaraq əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə əlilliyə görə əmək pensiyası təyinindən imtina etmişdir. İmtinaya səbəb kimi iş stajının 4 il 5 ay olması və pensiya kapitalının az olması ilə əlaqədar olaraq minimum pensiya təminatına imkan vermədiyi məktubda göstərilmişdir. İddiaçı, cavabdehin imtinası ilə razılaşmır. Beləki, ümumi iş stajı 66 aydan artıqdır. Digər tərəfdən cavabdeh imtina məktubunda qeyd edir ki, pensiya kapitalı minimum əmək pensiyasından azdır. Halbuki “Əmək pensiyaları haqqında” qanuna görə hal-hazırda minimum əmək pensiyası 280 manat təşkil edir (qanunun 6-1-ci maddəsi). Belə olan halda cavabdeh “Əmək pensiyaları haqqında” qanunun 12.1-ci maddəsinin tələblərini pozmuşdur. Hesab edir ki, ona xx.xx.2023-cü ildən xəstəliklə əlaqədar olaraq əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, stajı 60 aydan çoxdur. Nazirliyə məktub göndərmişdir. İmtina verilmişdir ki, staj kifayət etmir. Bravo Marketdə də işləmişdir. Hazırda satıcı işləyir. İddiaçı məhkəmə suallarına cavabında bildirmişdir ki, 5 il stajı var. Nuriyev Emilin yanında işləmişdir. 2-ci dərəcə əlildir. 2006-cı ildən ümumi əsaslarla əlil hesab edilir. 2018-ci ildən 2023-cü illər arasında 66 ay stajı var. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi əlilliyə görə sosial müavinət alır. İddiaçı xx.xx.2023-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. Lakin iddiaçının qanunvericiliyə müvafiq olaraq sığorta stajı (ümumilikdə 5 ildən az olmayaraq, əmək qabiliyyətli hər yaş dövrü üçün 4 ay olmaqla) tamamlanmadığı üçün ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Belə ki MEİS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı sığorta stajının 5 ildən az 04 il, 05 ay olduğu aydın olur. Qeyd olunanlara əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4 il, 5 ay sığorta stajına uyğun olaraq ümumilikdə 3360,17 manat təşkil edir ki, bu da qanunvericiliklə nəzərdə tutulan pensiya kapitalından (12096,00 manat) azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1.1. bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra -sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27- ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; К - sığorta davamiyyəti əmsalıdır.
1. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin fərdi şəxsi hesabı vardırsa və hesablanan əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğindən azdırsa həmin məbləğə çatdırılmaqla, fərdi şəxsi hesabı olmadıqda isə əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği əmək pensiyasının minimum məbləğində ödənilir. Bu kateqoriyadan olan şəxslərin bu Qanunun 12.1-ci və 13.3-cü maddələrindəki şərtlər nəzərə alınmaqla fərdi şəxsi hesabının sığorta hissəsindəki pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən böyük məbləğdə əmək pensiyasının hesablanmasına əsas verdikdə, pensiyanın sığorta hissəsi həmin məbləğdə müəyyənləşdirilir. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3- cü maddəsində göstərilən qaydada müəyyən edilir. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu Xitam işçinin Müqavilənin Müqavilə Xitam bildirişinin Xitam Bildirişin İş vaxtı Əlavə edilmə Müqaviləni sistemə işdən Xitam VÖEN İşəgötürən FİN SAA başlanğıc nin İş yeri bildirişinin əmrinin nömrəsi norması tarixi n müddəti daxil çıxma maddəsi tarixi statusu nömrəsi tarixi edilmə tarixi vaxtı
xxxxxxx00010 ********** xxxxxxx xx.xx.2018 Qüvvədə Əsas 6 günlük xx.xx.2018 Müddətsiz 0 X7 İddiaçı n düşüb iş həftəsi 19:51:51
********** xxxxxxx000101 xxxxxxx xx.xx.2018 Qüvvədə Əsas 6 günlük xx.xx.2019 Müddətsiz X7 İddiaçı n düşüb iş həftəsi 11:25:18
xxxxxxx00010 ********** xxxxxxx xx.xx.2018 Qüvvədə Əsas 6 günlük xx.xx.2022 Müddətsiz 2 X7 İddiaçı n düşüb iş həftəsi 21:59:00
xxxxxxx00010 ********** xxxxxxx xx.xx.2018 Qüvvədə Əsas 6 günlük xx.xx.2022 Müddətsiz 3 X7 İddiaçı n düşüb iş həftəsi 06:42:20
xxxxxxx00010 ********** xxxxxxx xx.xx.2018 Qüvvədə Əsas 6 günlük xx.xx.2022 Müddətsiz 4 X7 İddiaçı n düşüb iş həftəsi 20:44:08
xxxxxxx00010 ********** xxxxxxx xx.xx.2018 Qüvvədə Əsas 6 günlük xx.xx.2022 Müddətsiz 5 X7 İddiaçı n düşüb iş həftəsi 20:53:20
xxxxxxx00010 ********** xxxxxxx xx.xx.2018 Qüvvədə Əsas 6 günlük xx.xx.2022 Müddətsiz 6 X7 İddiaçı n düşüb iş həftəsi 20:56:38
olmasına gətirib çıxara bilər. 25 iyun 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, izahatında bildirmişdir ki, “Əmək Pensiyaları” haqqında Qanunun 12.1-ci maddəsinə əsasən iddiaçıya münasibətdə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 il sığorta stajı olduqda təyin edilir. 2006-cı ildən sonra MDSS sistemidir. Məcburi dövlət sığorta haqları ödənilmiş olmalı idi. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4 il, 5 ay sığorta stajına uyğun olaraq ümumilikdə 3360,17 manat təşkil edir ki, bu da qanunvericiliklə nəzərdə tutulan pensiya kapitalından (12096,00 manat) azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. Cavabdehin nümayəndəsi məhkəmə suallarına cavabında bildirmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 5 ildən az stajı var. MEİS-dən hesablanmış və ödənilmiş MDSS haqları görünür. Ona müvafiq sosial sığorta stajı çıxarılır. MDSS haqları ödənilmiş olsa idi nəzərə alınardı. Hazırda Vergi Xidmətinin nəzarətindədir. 01 oktyabr 2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iştirak etmiş, izahatında bildirmişdir ki, minimum pensiya kapitalı yoxdur. Məhkəmə suallarına cavabında bildirmişdir ki, 12096 manat pensiya kapitalı tələb olunur. İddiaçıda 3360 manat kapital var. 2018-ci ildən 01 oktyabr 2023-cü il tarixədək hesablanmış məbləğdir.
Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-162126/2024 saylı məktubu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatlar (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2- 55116/2024 saylı məktubu ilə X7 (VÖEN: **********) tərəfindən İddiaçı adına MEİS Əmək və Məşğulluq alt sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumat məhkəməyə təqdim edilmişdir. xxxxxxx00010 xxxxxxx0001X xx.xx.202 xx.xx.202 ********** xxxxxxx xx.xx.2018 Qüvvədə Əsas 6 günlük xx.xx.2023 Müddətsiz xx.xx.2023 68.2a 7 0 33 X7 İddiaçı n düşüb iş həftəsi 20:16:15 23:07:36
Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 26 avqust 2024-cü il tarixli, 3-21-2-9/2-12950/2024 saylı məktubunda qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, eləcə də hesabatların qəbulu xx.xx.2019-cu il tarixdən etibarən Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Həmçinin, Dövlət Vergi Xidməti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında imzalanmış elektron məlumat mübadiləsi haqqında razılaşmaya əsasən məcburi dövlət sosial sığorta haqları hesabatlarına aid məlumatların Dövlət Vergi Xidmətinin “X1 Sistemi” vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi”nə ötürülməsi təmin olunur. Müraciətinizə cavab olaraq bildirilir ki, vergi ödəyicisi X7 tərəfindən (VÖEN: **********) işçi (sığortaolunan) İddiaçı xx.xx.2023-cü il tarixədək olan dövr üzrə muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının hesablanması təmin edilmişdir. Eyni zamanda bildirilir ki, vergi ödəyicisi X3 (VÖEN: **********) şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixə məcburi dövlət sosial sığorta haqqı üzrə ödənilməmiş borcu yoxdur.
Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsini istəyir. İddiaçı qeyd edir ki, onun 66 aydan çox iş stajı var, hal-hazırda minimum əmək pensiyası 280 manat təşkil edir. Belə olan halda cavabdeh qanunun tələblərini pozmuşdur. Cavabdeh isə qeyd edir ki, MEİS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı sığorta stajının 5 ildən az 04 il, 05 ay olduğu aydın olur. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 4 il, 5 ay sığorta stajına uyğun olaraq ümumilikdə 3360,17 manat təşkil edir ki, bu da qanunvericiliklə nəzərdə tutulan pensiya kapitalından (12096,00 manat) azdır və minimum pensiya təminatına (280 manat) imkan vermir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı İİ dərəcə əlilliyə görə sosial müavinət alır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən, 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 13. Əlilliyə görə əmək pensiyasının məbləği 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. 13.4. Əlilliyə görə əmək pensiyasının yığım hissəsi bu Qanunun 10.3-cü maddəsində göstərilən qaydada müəyyən edilir. 13.5. Əlilliyə görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P = SH+YH, burada: P - əlilliyə görə əmək pensiyasıdır; SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; YH - əlilliyə görə əmək pensiyasının yığım hissəsidir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Əmək Pensiyaları haqqında Qanunun hazırda qüvvədə olan 12.1-ci maddəsinə əsasən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli, 543-VQD saylı Qanuna əsasən Əmək Pensiyaları haqqında Qanunun 12.1-ci maddəsinə dəyişiklik edilmişdir): Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Beləliklə, Qanunun 12.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya təyin olunması üçün iki şərtin mövcud olması mütləqdir:
1. Ümumilikdə sığorta stajı 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması;
2. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-162126/2024 saylı məktubu ilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatlar (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) məhkəməyə təqdim edilmişdir. Həmin məlumatlarda sığortaolunan İddiaçı hesabında 2018 aprel-2024 mart dövr ərzində cəmi gəlir: 16999,0; məcburi dövlət sosial sığorta haqqları cəmi hesablanmış: 4241,13; cəmi ödənilmiş 3123,86 olaraq qeyd edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-17-5/2- 55116/2024 saylı məktubu ilə X7 (VÖEN: **********) tərəfindən İddiaçı adına MEİS Əmək və Məşğulluq alt sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri barədə məlumat məhkəməyə təqdim edilmişdir. Əmək müqaviləsi bildirişlərindən iddiaçının əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin tarixi xx.xx.2018, əmək müqaviləsinə verilən xitamın tarixi xx.xx.2023 olaraq qeyd edilmişdir. Cavabdeh imtinanın əsası kimi: 1.MEİS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajının 5 ildən az, yəni 04 il 05 ay olduğu; 2.İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 3360,17 manat təşkil etdiyi və qanunvericiliklə nəzərdə tutulan pensiya kapitalından (12096,00 manat) az olması və minimum pensiya təminatına (280 manat) imkan verməməsini göstərmişdir. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən sığorta stajı nəzərə alınacağı təqdirdə belə, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya təyin olunması üçün ikinci şərtin - əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərti ödənilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova