Məhkəmə qərarları › İş №2-1(118)-4573/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4573/2024

23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4573/2024 23.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı xx.xx.1961-ci il tarixli 157 saylı Cavabdeh tərəfindən qeydə alınmış ona məxsus doğum haqqında akt qeydində onun adının “Gülnar”dan “Gülnarə”yə dəyişiklik edilməsi və ona doğum tarixi xx.xx.1961-ci il kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi öhədəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1961-ci il tarixli 157 saylı Cavabdeh tərəfindən qeydə alınmış ona məxsus doğum haqqında akt qeydində onun adının “Gülnar”dan “Gülnarə”yə dəyişiklik edilməsi və ona doğum tarixi xx.xx.1961-ci il kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi öhədəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 11 aprel 1961-ci ildə Şabran şəhərində anadan olmuşdur. 1996-cı ildə ailə qursa da, rəsmi nikah qeyd etdirməmiş, 2001-ci ildə ərindən ayrılmışdır. 2014-cü ilə qədər iddiaçıda SSR-nın qırmızı pasportu var idi və orada iddiaçının soyadı Həmzəyeva, adı Gülnarə, ata adı Şaban, doğum tarixi xx.xx.1961-cü il kimi qeyd olunmuşdur. 2014-cü ildə pasportunu yeniləmiş və AZE ******** nömrəli xx.xx.2014-cü il tarixli Şabran RPŞ tərəfindən şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsində səhvən iddiaçının doğum tarixini xx.xx.1961-ci il əvəzinə xx.xx.1964-cü il kimi yazmışlar və iddiaçı da buna fikir verməyərək şəxsiyyət vəsiqəsini almışdır. Bir müddət bundan əvvəl şəxsiyyət vəsiqəsinə nəzər salarkən görmüşdür ki, doğum tarixi səhvən xx.xx.1964-cü il kimi yazılıb. Şabran RPŞ-nə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etmiş və sistemə baxaraq bildirdilər ki, sistemdə adı “Gülnar” yazılıb. Ona görə də, şəxsiyyət vəsiqəsini dəyişməkdən imtina etdilər və məsələnin araşdırılması üçün Cavabdehnə yönəldilər. Cavabdehndə doğum haqqında akt qeydləri kitabında iddiaçının adının Gülnar və doğum tarixi xx.xx.1961-ci il şəxsiyyət vəsiqəsində isə doğum tarixi xx.xx.1964-cü il, adı Gülnarə yazıldığından akt qeydi ilə şəxsiyyət vəsiqəsində ziddiyyətlərin mövcud olduğu üçün bu səhvlərin düzəldilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçıda olan bütün sənədlərdə adı “Gülnarə”, doğum tarixi isə “xx.xx.1961-ci il” qeyd olunub, doğum haqqında akt qeydində hansı səbəbdən səhv yazılması bu iddiaçının təqsiri deyildir. Doğum haqqında akt qeydində olan səhvlərə görə bu günə qədər şəxsiyyət vəsiqəsini dəyişə bilmir. Bu il pensiyaya çıxmalıdır və bu zaman şəxsiyyət vəsiqəsi lazım olacaqdır və təvəllüdü 1961-ci il kimi qeyd olunmasa, pensiya müddəti 3 il uzanacaqdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində iddiaçının adının “Gülnarə” kimi, təvəllüdü xx.xx.1964-cü il kimi qeyd olunduğu müəyyən edilmişdir. - AИ 347887 nömrəli attestatdan görünür ki, iddiaçının adının “Gülnarə”, təvəllüdü xx.xx.1964-cü il kimi qeyd edilmişdir. - xx.xx.1986-cı il tarixli əmək kitabçasından görünür ki, iddiaçının adının “Gülnarə”, təvəllüdü xx.xx.1964-cü il kimi qeyd edilmişdir. - İddiaçının qızı X1 aid XX-ЖГ 321110 doğum haqqında şəhadətnamədən görünür ki, iddiaçının adı uşağın anası qrafasında “Gülnarə” kimi qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Cavabdehndən alınmış xx.xx.1959-cu il tarixli, 21 saylı doğum haqqqında akt qeydinin surətindən görünür ki, uşağın adı qrafasında “Gülnar”, doğum tarixi 11 aprel 1961-ci il qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdeh inzibati orqana müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2024-cü il tarixli, 05 nömrəli cavab məktubu ilə imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X4: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının doğum akt qeydində uşağın adı qrafasında “Gülnar” qeyd edilmişdir. Hazırda sənədlərin arasında yaranmış ziddiyyət iddiaçının sənədləşmə işlərində maneə yaradır. Məhkəmə qeyd edir ki, doğum akt qeydində texniki səhvə yol verilməsi aşkardır. Belə ki, iddiaçının attestatında, doğum haqqınd şəhadətnamədə və əmək kitabçasında adının “Gülnar” deyil, “Gülnarə” olması görünür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.1961-ci il tarixli 157 saylı doğum haqqında akt qeydində uşağın adının “Gülnar”dan “Gülnarə”yə düzəliş edilməsi və doğum tarixi xx.xx.1961-ci il kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar